Məhkəmə qərarları › İş №2(102)-6140/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6140/2021

22.12.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6140/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işəgötürən tərəfindən vurulmuş ziyanın ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəkili X6 ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5361/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 03 iyun 2013-cü il tarixli, 593 saylı əmək müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin 8 saylı filialın müdir müavini vəzifəsinə işə qəbul edilmişdir. 2. 04 iyun 2018-ci il tarixli, № 54/A saylı əmrə əsasən İddiaçı "xxxx" İKB ASC-nin 8 saylı filialının müdiri ilə bağlanmış 03.06.2013-cü il tarixli, 593 saylı əmək müqaviləsinə sonuncu iş günü 04.06.2018-ci il tarixi olmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarmasına) əsasən xitam verilmişdir. 3. 08.06.2018-ci il tarixli əmr ilə iddiaçı 8 saylı filiala təkrarən müdir vəzifəsinə təyin edilmiş və o, 08.06.2017-ci il tarixindən 01.07.2020-ci il tarixinədək müdir vəzifəsində çalışmışdır. 4. 01 iyul 2020-c i il tarixli, № 128/A saylı əmrə əsasən, İddiaçı Cavabdeh ASC-nin 8 saylı filialının müdiri ilə bağlanmış əmək müqaviləsinə sonuncu iş günü 01.07.2020-ci il tarixi olmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC tərəfindən əmək münasibətləri prosesində iddiaçıya vurulmuş 50.059 (əlli min əlli doqquz) manat məbləğində ziyanın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

6. İddiaçı tələbini belə əsasland ırılmışdır ki, o, Cavabdeh ASC-nin (22.11.2019-cu il tarixədək "xxxx" ASC adlanan) 03.06.2013- ci il tarixli, 138K saylı əmrinə əsasən, "xxxx" İKB ASC-də 8 saylı filialın müdir müavini vəzifəsinə işə qəbul edilmiş, 7 (yeddi) ildən artıq müddət həmin bankda fəaliyyət göstərmişdir. Bu müddət ərzində cavabdehin yol verdiyi bir sıra qanunsuz hərəkətləri nəticəsində iddiaçının qanunvericiliklə müəyyən olunan əmək hüquqları pozulmuş, nəticədə ona yüksək məbləğdə ziyan dəymişdir. İddiaçı bu Bankın 8 saylı filialında müdir müavini vəzifəsində çalışmaqla yanaşı, 29.11.2016-cı il tarixli, 1100K saylı əmr ilə 30.11.2016-cı il tarixindən 21.05.2017-ci il tarixinədək həm də boş vəzifə olan müdir vəzifəsini müvəqqəti icra etmişdir. Cavabdeh 30.11.2016-cı il tarixindən 21.05.2017-ci il tarixədək olan döv r ərzində iddiaçıya öz əmək haqqı ilə yanaşı, müdir vəzifəsi üçün müəyyən olunmuş əmək haqqının yarısından az olmamaq şərtilə, əlavə əmək haqqı ödəməli idi. Lakin cavabdeh tərəfindən həmin normanın tələbləri pozulmuş, iddiaçıya əlavə olaraq heç bir məbləğ ödənilməmişdir. Daha sonra iddiaçı 22.05.2017-ci il tarixli, 61/1T saylı əmr ilə cavabdeh bankda müdir vəzifəsinə təyin olunmuş və həmin tarixdən 04.06.2018-ci il tarixədək qeyd olunan vəzifədə çalışmışdır. Buna baxmayaraq, əmək haqqına heç bir dəyişiklik edilməmiş, iddiaçının aldığı maaş müdir müavini vəzifəsində işləyəndə, müdir vəzifəsini müvəqqəti icra edəndə və müdir vəzifəsində işləyəndə də eyni maaş, yəni müavin maaşı olmuşdur. İddiaçının maaşı həmişə o biri filial müdirlərinin aldıqları maaşdan az olmuş, digər işçilərə münasibətdə ona qarşı aşkar şəkildə ayrıseçkilik nümayiş olunmuşdur. Halbuki, iddiaçının rəhbərlik etdiyi filial, filiallar arasında ən yaxşı mənfəət verən filial olmuşdur. Yəni iddiaçıya qarşı nümayiş olunan ayrı-seçkiliyin onun işgüzar keyfiyyətləri ilə bağlı olmadığı aşkardır. Filialın balansında xidməti avtonəqliyyat vasitəsi olduğu halda, həmin maşından qanunazidd olaraq iddiaçının istifadə etməyinə uzun müddət qadağa qoyulmuşdur. Belə ki, maşının amortizasiya (köhnəlmə), yanacaq, təmir və s. xərcləri və sürücünün maaşı filialın xərclərinə daxil edilirdi. İddiaçının idarə etdiyi 8 saylı filial istisna olmaqla, bankın bütün filiallarında xidməti avtonəqliyyat vasitəsi mövcud idi və filialın müdirlərinin sərəncamına verilmişdi. İddiaçının təkidli tələblərindən sonra məcburiyyət qarşısında qalaraq gec də olsa, həmin avtonəqliyyat vasitəsini 8 saylı filialın müdiri kimi iddiaçının işə aparılıb-gətirilməyi üçün istifadə edilməsinə icazə verildi. Lakin maşının iddiaçının sərəncamına verilmədiyi dövrlərdə o, uzun müddət ailəsinə məxsus maşından istifadə etməli olmuş və hər ay yalnız işə gedibgəlməyə ortalama 130 (bir yüz otuz) manat yanacaq xərci, eyni zamanda təmir, servis və sair xərclər üçün ortalama aylıq 90 (doxsan) manat sərf etmişdir. Yəni, bankın qanunsuz olaraq iddiaçının avtonəqliyyatdan istifadəsini məhdudlaşdırmağı ucbatından, aylıq təqribən 220 (iki yüz iyirmi) manat nəqliyyat xərci iddiaçının ailə büdcəsindən xərclənmişdir. Bundan əlavə, X8 18.10.2017-ci il tarixli qərarına (70 saylı protokoldan çıxarış) əsasən, planın yerinə yetirilməsi və kredit portfelinin keyfiyyət göstəricilərinə görə, 8 saylı filialın rəhbərinə ümumi ayrılmış bonus fondunun, yəni 4000 (dörd min) manatın 50 %-inin ödənilməsi nəzərdə tutulurdu. Buna baxmayaraq, filial müdiri kimi iddiaçıya 2017-ci ilin oktyabr-dekabr ayları üzrə (üç ay) bonus ödənilməmişdir. Qeyd edilən hallar cavabdeh tərəfindən ona qarşı nümayiş olunan ayrı-seçkiliyi bir daha sübut edir. İddiaçı ona qarşı göstərdiyi ayrı- seçkiliyi aradan qaldırmaq üçün filial müdiri kimi fəaliyyət göstərdiyi müddət ərzində digər filialların müdirlərinin əmək haqqı ilə onun əmək haqqı arasındakı fərq, həmçinin filialın balansında olan xidməti avtonəqliyyatdan istifadəsinin məhdudlaşdırıldığı müddət ərzində çəkdiyi nəqliyyat xərcləri cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. 04.06.2018-ci il tarixdə cavabdehin 54/A sa ylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Müqaviləyə xitam verilərkən cavabdeh tərəfindən iddiaçının istifadə edilməmiş məzuniyyət günlərindən istifadə hüquqları da pozulmuşdur. Belə ki, həmin tarixdə iddiaçının müvafiq iş ili üzrə 18 (on səkkiz) gün əlavə məzuniyyət hüququ var idi. Bu halda, Əmək Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq, iddiaçının həmin məzuniyyət günlərindən istifadə etmək və ya istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi tələb etmək hüququ var idi. Lakin cavabdeh iddiaçının məzuniyyət hüququndan istifadə etməyinə imkan verməmiş, nəticədə onun əlavə məzuniyyət günləri itirilmiş, həmçinin istifadə edə bilmədiyi məzuniyyət günlərinə gö rə ona heç bir haqq ödənilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172ci maddəsinin 4-cü bəndinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilməli olduğu halda, iddiaçının işdən çıxdığı gün ona düşən bütün ödənclər tam məbləğdə deyil, yarımçıq şəkildə verilmişdir. Belə ki, bonus məbləğindən saxlanılan 35% məbləğ, ümumiyyətlə, ödənilməmiş, yalnız sonradan hissə-hissə olmaqla ona verilmişdir. Halbuki, həmin vəsait işdən çıxarkən iddiaçıya tam şəkildə verilsəydi, iddiaçı həmin məbləğdən istifadə edərək müəyyən fayda götürə bilərdi. Belə ki, işdən çıxdığı gün cavabdeh tərəfindən iddiaçıya verilməmiş ödənc (keçmiş 12 ay üzrə bonus məbləğinin 35%-i) minimum 7.000 (yeddi min) manata yaxın pul məbləği təşkil edirdi. Əgər həmin mə bləğ iddiaçıya vaxtında verilsəydi, o, bu pul vəsaitini bank depozitinə qoymaqla bu 2 (iki) il ərzində bir il üçün ən azından 10 faiz hesablanmaqla (7.000 (yeddi min) manatın 10 faizi bir il üçün 700 manat, iki il üçün isə 1.400 (min dörd yüz) manat edir) 1.400 (min dörd yüz) manat qazanc əldə edə bilərdi. Bu cavabdehin hərəkətləri nəticəsində iddiaçının minimum şəkildə əldən çıxmış faydasıdır. 08.06.2018-ci il tarixdə rəhbərlik 53/Q saylı əmr ilə iddiaçını 8 saylı filiala təkrarən müdir vəzifəsinə təyin etmiş və iddiaçı 08.06.2017-ci il tarixindən 01.07.2020-ci il tarixinədək müdir vəzifəsində çalışmışdır. Qeyd olunan dövrdə iddiaçıya qarşı nümayiş olunan ayrıseçkilik davam etdirilərək əmək haqqında heç bir artım olmamış, əmək haqqı yenə də cavabdeh bankın digər filialların müdirlərinin əmək haqqından daha aşağı olmuşdur. 01.07.2020-ci il tarixli, 128/A saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, iddiaçı ilə Əmək Müqaviləsinə yenidən qanunsuz olaraq xitam verilmişdir. Belə ki, cavabdeh tərəfindən yenidən Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinin tələbləri pozularaq, ona düşən bütün ödənclər işdən çıxan gün tam şəkildə verilməli olduğu halda, yarımçıq verilmişdir. Bundan əlavə, iddiaçı 2020-ci ilin fevral ayında 2018-2019-cu iş ili üzrə qalmış 6 (gün) əlavə məzuniyyət günündən istifadə etməklə, məzuniyyətə çıxmışdır. Belə ki, iddiaçı fevral ayı üçün yazdığı məzuniyyət ərizəsində də 6 (altı) gün əlavə məzuniyyət və 6 (altı) əsas məzuniyyət günündən istifadə etmək istədiyini aşkar şəkildə bildirmişdir. Həmçinin, məzuniyyət əmrində də ağ-qara rənglə və dəqiq məzmunda 6 (gün) əlavə məzuniyyət verilməsi barədə yazılmışdır. Buna baxmayaraq, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən son haqqhesabda cavabdeh tərəfindən 6 (altı) əsas məzuniyyət günümün pulu ona ödənilməmiş və bildirilmişdir ki, həmin 6 (altı) əsas məzuniyyət günü 6 (altı) əlavə məzuniyyət günü ilə əvəzləşdirilib və ödənilməyəcəkdir. Eyni zamanda, əmək müqaviləsinə xitam verilərkən iddiaçının 2019-2020-ci iş ili üzrə də istifadə edilməmiş məzuniyyət günlərindən istifadə istəyi nəzərə alınmamış, müqaviləyə qanunsuz olaraq xitam verilmiş və bununla da, Əmək Məcəlləsinin müvafiq maddələri qanuna zidd olaraq kobud şəkildə pozulmuşdur. Belə ki, cavabdeh iddiaçının 2019-2020-ci iş ili üzrə istifadə olunmamış 6 (altı) əlavə məzuni yyət günündən istifadə etməyinə imkan verməmiş, həmin günlərə görə ona məzuniyyət haqqı da ödənilməmişdir. İddiaçı 14 və 15 mart 2020-ci il tarixlərində, yəni həftənin şənbə və bazar günlərində İdarə Heyətinin qərarı ilə işə cəlb edilmiş, amma şənbə və bazar günləri işə cəlb edilməyi ilə bağlı əlavə vəsaitin (Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci maddəsinə əsasən, gündəlik vəzifə maaşının 2 (iki) qat məbləğindən az olmamaqla, ödənilməli olduğu halda) ona ödənilməsi qanunazidd olaraq həyata keçirilməmişdir. Bundan əlavə, İdarə Heyətinin digər bir qərarına əsasən, qarşıya qoyulmuş plan göstəricilərinə və kredit portfelinin keyfiyyət göstəricilərinə uyğun olaraq, filialın rəhbərliyinə aylıq fiks 4.000 (dörd min) manat məbləğində bonus verilməsi nəzərdə tutulurdu. Həmin məbləğ iddiaçı ilə X10 müşaviri arasında bərabər bölünüb ikisinə verilirdi. Lakin 01.03.2018-ci il tarixdən etibarən, sədrin müşaviri işdən çıxmış və iddiaçı bütün işləri təkbaşına görmüşdür. Bu halda, rəhbərlik üçün ayrılmış həmin 4.000 (dörd min) manat tam şəkildə iddiaçıya verilməli idi. Buna baxmayaraq, sədr müşavirinə çatası olan 2000 (iki min) manat bütün işləri iddiaçının icra etməyinə baxmayaraq, ona verilməmişdir. İddiaçı yuxarıda qeyd etdiyi qanun pozuntuları ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X7 Xidmətinə müraciət etmişdir. X7 Xidmətinin qərarı ilə X8 sədri İnzibati Xətalar Məcəlləsinin 192.4, 192.5 və 192.6 maddələrini pozduğuna görə, 1500 (bir min beş yüz) manat cərimələnmişdir. Bundan əlavə, Nəsimi Rayon Məhkəməsi tərəfindən işdən çıxarılma əmrinin ləğv edilməsi və işə bərpa olunmağı barədə 15.09.2020- ci il tarixli qətnamə qəbul etmişdir. Qeyd edilənləri nəzərə alaraq, aşağıdakı hesablamalara əsasən, alınan məbləğlər (vergi daxil, yəni gross) qanunun tələblərinə uyğun olaraq cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir: 30.11.2016-21.05.2017-ci il tarixləri arası dövr üçün müdir müavini ola-ola müdir vəzifəsini müvəqqəti icra etdiyinə görə - 7 028 (yeddi min iyirmi səkkiz) manat; filialın rəhbərliyi üçün ayrılmış fiks 4 000 (dörd min) manat məbləğində bonusun yarısının 2017-ci ilin oktyabr-dekabr ayları üzrə (üç ay) verilmədiyinə görə - plan 100%-dən çox göstərici ilə icra edildiyindən minimum 6 000 (altı min) manat; filialın rəhbərliyi üçün ayrılmış fiks 4 000 (dörd min) manat məbləğində bonusun yarısının mart-may 2018-ci il dövrü üzrə (3 ay) verilmədiyinə görə - 6 000 (altı min) manat; 22.05.2017-04.06.2018-ci il tarixləri arası dövr üçün maaş arasındakı fərqə görə - 6 468 (altı min dörd yüz altmış səkkiz) manat; 04.06.2018-ci il tarixində işdən çıxarılarkən 18 (on səkkiz) əlavə məzuniyyətə görə - 1 738 (bir min yeddi yüz otuz səkkiz) manat; 11.06.2018-01.07.2020-ci il tarixləri arası dövr üçün maaş arasındakı fərqə görə - 10 759 (on min yeddi yüz əlli doqquz) manat; 14 və 15 mart 2020-ci il tarixlərində (şənbə və bazar günləri) 2 (gün) işə cəlb olunmağına görə- 463 (dörd yüz altmış üç) manat; 2019-2020ci iş ili üzrə 6 (altı) gün əsas məzuniyyətə görə - 923 (doqquz yüz iyirmi üç) manat; 2019-2020-ci iş ili üzrə 6 (altı) gün əlavə məzuniyyətə görə - 923 (doqquz yüz iyirmi üç) manat; xidməti avtonəqliyyat vasit əsilə bağlı çəkilmiş xərcə görə (dekabr 2016-sentyabr 2019-cu illər arası dövrü əhatə edən 34 aya görə) - 8357 (səkkiz min üç yüz əlli yeddi) manat; işdən çıxdığı gün verilməmiş ödənclərə görə əldən çıxmış fayda üçün - 1.400 (bir min dörd yüz) manat. Göründüyü kimi, ümumilikdə vaxtında iddiaçıya ödənilməyən əmək haqqı, məzuniyyətlər, ödənilməmiş bonuslar üzrə məbləğ və öz hesabına çəkdiyi sair xərclərin ümumi məbləği 50.059 (əlli min əlli doqquz) manat təşkil edir. X7 Xidmətindən mütəxəssis dəvət etməklə, qeyd olunan məbləğləri təsdiqləmək mümkün olar.

7. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda iddiaya qarşı etiraz təqdim edərək və eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddianın rədd olunmasını xahiş etmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Səmədov) 23 fevral 2021-ci il tarixli, 2(006)1144/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğlər işçiyə ödənilmişdir və bu qanunvericiliyə tam uyğundur. İddiaçının öz maşınından istifadə etməyinə görə ona 2016-2019-cu illər arasında 8357 manat ziyan vurulduğunu bildirsə də, həmin tələblərinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əmək Məcəlləsinin 54-cü maddəsinə əsasən işəgötürən işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olmasını təmin etməlidir. İşçinin iş yeri və yaşayış yeri Bakı şəhəridir. İşçinin “işə gəlib getməsi” işç inin vəzifəsidir və Bakı şəhərində işçinin “işə gəlib getmək” üçün işəgötürən tərəfindən hər-hansı vasitə ilə təmin edilməsi nə qanunvericilikdə, nə də ki işçi ilə bağlanan əmək müqaviləsində nəzərdə tutulmamışdır. Məhkəmə iddiaçının X8 qərarına əsasən 4000 manat bonusun 50%-nin ona ödənilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 03.06.2013-cü il tarixdə qəbul edilmiş və iddia edilən dövrdə qüvvədə olan “Banklarda korporativ idarəetmə standartları”nın 12-1.7-ci yarımbəndinə əsasən bankın rəhbərliyinə aid olan şəxslərə hər il üçün (təxirə salınmış mükafatlar istisna olmaqla) mükafatın verilməsi və onun həcmi barədə qərar X4 tərəfindən, digər kateqoriyalara aid bank əməkdaşlarının mükafatlandırılması üzrə qərar isə Müşahidə Şurası tərəfindən t əsdiq edilir. İş üzrə müəyyən edilmişdir ki, X9 tərəfindən iddiaçının göstərdiyi qaydada bonusun verilməsi təsdiq edilməmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı 18 gün əlavə məzuniyyət hüququnun kompensasiyası əvəzi 1738 manat, 6 gün əlavə məzuniyyət hüququnun kompensasiyası əvəzi 923 manat pul tələb etsə də, həmin tələblərinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə Mülki Məcəllənin 375-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından), həmçinin əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) 07 iyun 2021-ci il tarixli, 2(103)-5361/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)1144/2021 saylı iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia müddətinin ötürülməsi əsası ilə araşdırmadan rədd etdiyi iddia tələbləri üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.4, 296, 297-ci maddələrini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. İş materiallarından da göründüyü kimi iddiaçı yuxanda göstərilən tələblər üzrə məhkəməyə qədər əmək mübahisəsinə baxan orqan kimi X7 Xidmətinə müraciət etmişdir və həmin orqanın 14 sentyabr 2020-ci il tarixli qərarı ilə işəgötürənin hərəkətlərində göstərdiyi tələblər üzrə iddiaçının əmək hüquqlarının pozuntusu müəyyən edilmiş və iddiaçı 12.11.2020-ci il tarixdə əmək hüquqlarının pozulması ilə bağlı ziyan tələbi ilə məhkəməyə müraciət etmişdir. Yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.4-maddəsinin tələbinə əsasən məhkəmənin göstərdiyi bir illik iddia müddətinin axımı X7 Xidmətinin qərar verdiyi 14 sentyabr 2020-ci il tarixdən başlanmalıdır və iddiaçı bu tələblər üzrə iddia müddətini ötür məmişdir. İddiaçının 11.06.2018-01.07.2020-ci il tarixləri arası dövr üçün maaş arasında fərqə görə 10.759 manat tələbi ilə bağlı məhkəmə bu nəticəyə gəlmişdir ki, iddiaçı 08.06.2018-ci il tarixli 1288 saylı əmək müqaviləsinə əsasən 11.06.2018-ci il tarixdən Bankın 8 saylı filialının müdiri vəzifəsinə işə qəbul edilmişdir və müqavilənin 4.1 bəndinə əsasən ona 1940 manat əmək haqqı ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. Ona görə də bu tələbi təmin edilməməlidir. Məhkəmə bu mübahisəyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9,16, 154-cü maddələrini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. İddia tələbindən və iş materiallarından da göründüyü kimi iddiaçı digər filial müdirlərinin əmək haqlarının onun əmək haqqısından yüksək olmasını iddia edir və birinci instansiya məhkəməsin də məhkəmədən xahiş etmişdir ki, sorğu verərək ştat cədvəlini tələb etməklə digər filial müdirlərinin əmək haqqının məbləğini araşdırılsın. Lakin məhkəmə ştat cədvəlini tələb etmədi, yəni iddiaçının ayrı-seçkiliyə məruz qalma tələbi araşdırılmadı. Bundan əlavə apellyasiya instansiya məhkəməsi iddiaçının 2019-2020-ci iş ili üzrə 6 (altı) gün əsas məzuniyyətə və 6 (altı) gün əlavə məzuniyyətə görə pul əvəzinin verilməsinə dair iddia tələbinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır. Bu tələb üzrə məhkəmə prosessual hüquq normalarının pozuntusuna yol vermiş, iddia tələbini tam həcmdə qiymətləndirməmişdir. Göründüyü kimi iddiaçı 6 (altı) gün əsas, 6 (altı) gün əlavə məzuniyyətə görə pul əvəzinin ödənilməsini tələb etmişdir. Məhkəmə isə hesab etmişdir ki, əmək müqaviləsinə xitam verilərkən əlavə məzuniyyətin pul əvəzi ödənilməməlidir, bununla da 6 (altı) gün əsas məzuniyyətimin pul əvəzinin verilməsi hissəsinə qiymət verməmişdir. Bundan əlavə məhkəmə nəzərə almamışdır ki, iddiaçının işə bərpa tələbi Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli Qətnaməsi ilə təmin olunmuş və həmin qətnamə işə bərpa hissəsində qanuni qüvvəsini almış, yəni apellyasiya və kassasiya instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda iddiaçının istifadə etmədiyi əsas və əlavə məzuniyyətlərdən istifadə hüququ mövcuddur və bu hissələrdə məhkəmə ümumiyyətlə iddianı rədd edə bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının iza hatları

15. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.

16. İddiaçı məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

17. Maddə

156. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən az olmayaraq ödənilir.

18. Maddə

296. Hissə

2. İşçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

19. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcə llədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

20. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesa b edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

27. İşəgötürən "xxxx" ASC-nin sədri Nikolaz Şurqala tərəfindən qəbul edilmiş 22 may 2018-ci il tarixli, 130-2/M saylı əmrdən görünür ki, İddiaçı "xxxx" İKB ASC-nin 8 saylı filialının müdirinə 29.05.2018-ci il tarixindən 01.06.2018-ci il tarixinədək 4 gün müddətinə (03.06.2015-c i il03.06.2016-cı il iş ilinə görə 4 gün müddətinə) əsas məzuniyyət verilmiş, onun 02.06.2018-ci il tarixindən 130-2/İD nömrəli 22.05.2018-ci il tarixli əmrinə əsasən işdə hesab olunmuş, məzuniyyət müddətində İddiaçı səlahiyyətləri X10 birinci müavinin müşaviri X1 həvalə edilmiş, əmək haqqı arasındakı fərq ödənilmişdir. 28. "xxxx" ASC-nin sədri Nikolaz Şurqala tərəfindən qəbul edilmiş 04 iyun 2018-ci il tarixli, nömrəli 54/A saylı əmrdən görünür ki, İddiaçı "xxxx" İKB ASC-nin 8 saylı filialının müdiri ilə bağlanmış 03.06.2013-cü il tarixli, 593 saylı əmək müqaviləsinə sonuncu iş günü 04.06.2018-ci il tarixi olmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsi əmr edilmişdir.

29. İşə götürən "xxxx" ASC-nin sədri Nikolaz Şurqala tərəfindən qəbul edilmiş 28 yanvar 2020-ci il tarixli, nömrəli 56-5/M saylı əmrdən görünür ki, İddiaçı Cavabdeh ASC-nin 8 saylı filialının müdirinə 05.02.2020-ci il tarixindən 16.02.2020-ci il tarixinədək 12 gün müddətinə (11.06.2018-ci il-11.06.2019-cu il iş ilinə görə 6 gün əlavə məzuniyyət günləri və 6 gün əsas məzuniyyət günləri olmaqla – 12 gün müddətinə) növbəti əmək məzuniyyəti verilmiş, onun 17.02.2020-ci il tarixindən işdə hesab olunmuş, məzuniyyətin qalan 11.06.2018-ci il – 11.06.2019-cu iş ilinə görə 6 günündən məzuniyyət ilinin sonunadək istifadə etməsi tövsiyə edilmiş, İddiaçı imza səlahiyyətləri Cavabdeh ASC-nin X10 birinci müavinin müavini C.A.Nağıyevə həvalə edilmiş, əmək haqqı fərqi ödənilmişdir.

30. İşəgötürən "xxxx" ASC-nin sə dri Nikolaz Şurqala tərəfindən qəbul edilmiş 01 iyul 2020-ci il tarixli, nömrəli 128/A saylı əmrdən görünür ki, İddiaçı Cavabdeh ASC-nin 8 saylı filialının müdiri ilə bağlanmış əmək müqaviləsinə sonuncu iş günü 01.07.2020-ci il tarixi olmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsi əmr edilmişdir.

31. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4149/2020 saylı, 15.09.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilməsi haqqında 01.07.2020-ci il tarixli 128/A saylı əmri və əmrə əsasən ******* saylı ə mək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin» qeydinin etibarsız sayılması, İddiaçı əvvəlki işinə bərpa edilməsi, İddiaçı 01.07.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin ödənilməsi, Cavabdeh ASC-dən ödənilmiş dövlət rüsumu olan 30 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

32. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 19 fevral 2021-ci il tarixli arayışına əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti nin ştat cədvəlinə əsasən Bankın “8 saylı” filialının müdiri vəzifəsi üzrə 01.11.2016-01.05.2017-ci il tarixləri ərzində vəzifə əmək haqqı 1940 manat təşkil etmişdir.

33. Cavabdeh ASC-nin 22 fevral 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 03 iyun 2013-cü il tarixli, 593 saylı əmək müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin 8 saylı filialın müdir müavini vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən əmək haqqı 1940 manat müəyyən edilmişdir. Tərəflərin qarşılıqlı razılığı və iradə ifadəsi əsasında 593 saylı, 03.06.2013-cü il tarixli əmək müqaviləsinə edilən 30 noyabr 2016-cı il tarixli əlavəyə əsasən İddiaçı 8 saylı filialın müdir müavini vəzifəsindən çıxarılaraq 8 saylı filialın müdiri vəzifələrini müvəqqəti icra edən vəzifəsinə keçirilmişdir. 593 saylı 03.0 6.2013-cü il tarixli əmək müqaviləsinə edilən 30 noyabr 2016-cı il tarixli əlavənin 2-ci bəndinə əsasən həmin müqavilənin digər bəndləri dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi 30 noyabr 2016-cı il tarixli əlavəyə əsasən İddiaçı 8 saylı filialın müdir vəzifələrini müvəqqəti icra edən vəzifəsində razılaşdırılmış aylıq əmək haqqısı 1940 manat nəzərdə tutulmuşdur.

34. İddiaçı aşağıdakı hesablamalara əsasən, alınan məbləğlərin qanunun tələblərinə uyğun olaraq cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini tələb edir: 30.11.2016-21.05.2017-ci il tarixləri arası dövr üçün müdir müavini ola-ola müdir vəzifəsini müvəqqəti icra etdiyinə görə - 7028 manat; Filialın rəhbərliyi üçün ayrılmış fiks 4000 manat məbləğində bonusun yarısının 2017-ci ilin oktyabr-dekabr ayları üzrə (3 ay) verilmədi yinə görə - plan 100%-dən çox göstərici ilə icra edildiyindən minimum 6000 manat; Filialın rəhbərliyi üçün ayrılmış fiks 4000 manat məbləğində bonusun yarısının mart-may 2018-ci il dövrü üzrə (3 ay) verilmədiyinə görə - 6000 manat; 22.05.2017-04.06.2018-ci il tarixləri arası dövr üçün maaş arasındakı fərqə görə - 6468 manat; 04.06.2018-ci il tarixində işdən çıxarılarkən 18 əlavə məzuniyyətə görə - 1738 manat; 11.06.2018-01.07.2020-ci il tarixləri arası dövr üçün maaş arasındakı fərqə görə - 10759 manat; 14 və 15 mart 2020-ci il tarixlərində (şənbə və bazar günləri) 2 (gün) işə cəlb olunmağına görə463 manat; 2019-2020-ci iş ili üzrə 6 gün əsas məzuniyyətə görə - 923 manat; 2019-2020-ci iş ili üzrə 6 gün əlavə məzuniyyətə görə - 923 manat; Xidməti avtonəqliyyat vasitəsilə bağlı çəkilmiş xərc ə görə (dekabr 2016-sentyabr 2019-cu illər arası dövrü əhatə edən 34 aya görə) - 8357 manat; İşdən çıxdığı gün verilməmiş ödənclərə görə əldən çıxmış fayda üçün - 1.400 manat.

35. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələri ilə bağlı 1 illik müddət müəyyən edilmişdir. Bu tələblər ilə bağlı işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində iddia qaldırmalıdır.

36. Hazırki iş üzrə iddiaçının sadalanan tələblərindən aşağıdakılar üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür: 30.11.2016-21.05.2017-ci il tarixləri arası dövr üçün müdir müavini ola-ola müdir vəzifəsini müvəqqəti icra etdiyinə görə - 7028 manat; Filialın rəhbərliyi üçün ayrılmış fiks 4000 manat məbləğində bonusun yarısının 2017-ci ilin oktyabr-dekabr ayları üzrə (3 ay) verilmədiyinə görə - plan 100%-dən çox göstərici ilə icra edildiyindən minimum 6000 manat; Filialın rəhbərliyi üçün ayrılmış fiks 4000 manat məbləğində bonusun yarısının mart-may 2018-ci il dövrü üzrə (3 ay) verilmədiyinə görə - 6000 manat; 22.05.2017-04.06.2018-ci il tarixləri arası dövr üçün maaş arasındakı fərqə görə - 6468 manat; 04.06.2018-ci il tarixində işdən çıxarılarkən 18 əlavə məzuniyyətə görə - 1738 manat; Xidməti avtonəqliyyat vasitəsilə bağlı çəkilmiş xərcə görə (dekabr 2016-sentyabr 2019-cu illər arası dövrü əhatə edən 34 aya görə) - 8357 manat.

37. Göründüyü kimi iddiaçı 12.11.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, belə olan halda sadalanan tə ləblər üzrə iddia müddəti ötürüldüyündən həmin tələblərin əsaslı olub-olmamasının araşdırılmasına və qiymət verilməsinə zərurət yoxdur, iddia müddətinin ötürülməsi iddianın rədd olunması üçün əsasdır.

38. Qalan tələblər ilə bağlı apellyasiya kollegiyası bildirmişdir ki, iddiaçı 11.06.2018-01.07.2020-ci il tarixləri arası dövr üçün maaş arasındakı fərqə görə 10759 manat tələb edir. Əmək kitabçasından göründüyü kimi iddiaçı 08.06.2018-ci il tarixdən 01.07.2020-ci il tarixədək "xxxx" X3 8 saylı filialının müdiri vəzifəsində işləmişdir.

39. İddiaçı ilə bağlanmış 08.06.20180-ci il tarixli 1288 saylı əmək müqaviləsinə əsasən o, 11.06.2018-ci il tarixdən Bankın 8 saylı filialının müdiri vəzifəsinə işə qəbul edilmişdir və müqavilənin 4.1-ci bəndinə əsasən ona 1940 manat əmək haqqı ödənilməsi tərəf lər arasında razılaşdırılmışdır.

40. Əmək Məcəlləsinin 156-cı maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən az olmayaraq ödənilir. Göründüyü kimi əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğ işçiyə ödənilmişdir və bu qanunvericiliyə tam uyğundur. 41. 14 və 15 mart 2020-ci il tarixlərində (şənbə və bazar günləri) 2 (gün) işə cəlb olunmağına görə 463 manat tələbi ilə bağlı Kollegiya qeyd etmişdir ki, təqdim edilmiş Cavabdeh X2 Departamenti tərəfindən filial müdirlərinə göndərilmiş 30.04.2020-ci il tarixli məktubun məzmunundan müəyyən edilir ki, həmin göstəriş filial müdirlərinə aid edilməmişdir.

42. İddiaçının 2019-2020-ci iş ili üzrə 6 gün əsas məzuniyyətə və 6 gün əlavə məzuniyyətə görə tələbi ilə bağlı Kollegiya hesab etmişdir ki, məhkəmə düzgün nəticəyə gəlmişd ir.

43. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işçinin iddiasında qeyd etdiyi əlavə məzuniyyət Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinə əsasən hesablanan əmək stajına görə əlavə məzuniyyət günləridir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.

44. Məhkəməsi onu da vurğulamışdır ki, işdən çıxdığı gün verilməmiş ödənclə rə görə əldən çıxmış fayda üçün 1.400 manat tələbi də əsassızdır, belə ki, ödənclərin verilməsində pozuntu müəyyən edilmədiyi təqdirdə, əldən çıxmış faydadan söhbət gedə bilməz.

45. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5361/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar