Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6141/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Ərizəçinin və X2 vəkili İbrahimov Ramiz Hilal oğlunun, Maraqlı şəxs2 vəkili Əskərov Zöhrab İmaməli oğlunun iştirakları ilə, Maraqlı şəxs2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Maraqlı şəxs2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyas ının 29 aprel 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs2 və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı “miras payın açıq qalmış 1/6 hissəsinin qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən G.Əsədova, iş 2(005)555/2019) iddia təmin edilərək, X5 miras qalmış ünvan 1, 148 nömrəli evin 2 otaqlı, ümumi sahəsi 33,4 kv.metr olan 309 nömrəli mənzilində Maraqlı şəxs2 adında açıq saxlanılmış 1/6 hissə miras payın iddiaçı Ərizəçi faktiki qəbul edilməsinin müəyyən edilməsi, həmin qətnamənin ünvan 1, 148 nömrəli evin 2 otaqlı, ümumi sahəsi 33,4 kv.metr olan 309 nömrəli mənzilinə dair Ərizəçinin adına tam mülkiyyət hüququ üzrə çıxarışın verilməsi üçün əsas olduğu qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Kərimli, iş № 2(103)-4558/2019) cavabdeh Maraqlı şəxs2 apelyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Maraqlı şəxs2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın baxılmamış saxlanılmasını xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Maraqlı şəxs2 vəkili Əskərov Zöhrab İmaməli oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın baxılmamış saxlanılmasını xahiş edir. Ərizəçinin və X2 vəkili İbrahimov Ramiz Hilal oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araş dırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 148 nömrəli evin 309 nömrəli mənzili tam mülkiyyət hüququ ilə X7 məxsus olmuşdur. X8 09 dekabr 2015-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtı onun iki qızı və arvadı olmaqla üç vərəsəsi qalmışdır. Miras qoyan öləndən sonra vərəsələrdən arvadı X4 və qızı Ərizəçi 25.05.2017-ci il tarixdə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün ərizə ilə müraciət etmişlər. Ərizələrində Maraqlı şəxs2 da vərəsə olduğunu qeyd etmişlər. Notariat kontoru tərəfindən 25 avqust 2017-ci il tarixdə X4 və Ərizəçi hər ikisinin miras əmlakdan 1/6 hissədə payları olduğuna dair vərəsəlik şəhadətnaməsi verilmişdir. 25.08.2017-ci il tarixdə X3 ər-arvadın ümümi birgə mülkiyyətdə payına dair ½ hissəyə və vərəsəlik üzrə ona keçmiş 1/6 hissəyə mülkiyyət hüququna dair çıxarış verilmişdir. Həmçinin Ərizəçi miras əmlakın 1/6 hissəsinə mülkiyyət hüququna dair çıxarış verilmişdir. X4 25.08.2017-ci il tarixli bağışlama müqaviləsi ilə 1/2 hissə və 1/6 hissədən ibarət payını qızı Ərizəçi bağılamış, 12.09.2017-ci il tarixdə onun adına 5/6 hissəyə mülkiyyət hüququna dair Çıxarış verilmişdir. Maraqlı şəxs2 məxsus 1/6 hissə miras payı açıq qalmışdır. Cavabdeh dörd ilə yaxın müddət ərzində mirası qəbul etmək üçün notariusa müraciət etməmiş və nə də mirası faktiki qəbul etməmişdir. İddiaçı Ərizəçi notariat kontoruna müraciət edərək özünə düşən payı, eyni zamanda anasının bağışladığı əmlakı qəbul etməklə miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirmişdir. İddiaçının miras əmlakı qəbul etməsi mənzilin açıq qalmış 1/6 hiss ənin də faktiki qəbulu kimi qiymətləndirilməlidir. Çünki miras əmlak bölünməz əmlak olduğundan iddiaçı mirası qəbul etdiyi vaxtdan onu bütövlükdə idarə etmək zərurətində qalmışdır. Elə bu faktın özü mirasın açıq qalmış hissəsinin iddiaçı tərəfindən qəbul edilməsi qənaətinə gəlməyə əsas verir və əlavə araşdırma aparılmasına zərurət yoxdur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldı ğı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Miras qoyan X8 09.12.2015-ci ildə ölmüş və ünvan 1, ev 148, mənzil 309-a münasibətdə miras həmin tarixdə açılmışdır. Ərizəçi Bakı şəhəri 25 avqust 2017-ci il tarixdə, yəni miras açıldıqdan təxminən 20 ay sonra mirasın qəbulu ilə bağlı müraciət etmiş və mirasa haqqı olan vərə sə kimi cavabdeh Maraqlı şəxs2 da ərizəsində qeyd etmişdir. Bundan sonra Notariat Kontoru tərəfindən mirasla bağlı həm iddiaçı Ərizəçi, həm də anası X3 vərəsəlik şəhadətnaməsi verilmiş, mirasın 1/6 hissəsinin Maraqlı şəxs2 çatması üçün açıq saxlanılması qeyd olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən Maraqlı şəxs2 ona çatası miras payı qəbul edib etməməsi, yəni onun müvafiq notariat orqanına rəsmi müraciət edib etməməsi, mirası faktiki qəbul edib etməməsi ilə bağlı ətraflı araşdırma aparmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu xüsusatların araşdırılması işin ədalətli həlli üçün əhəmiyyət kəsb etdiyinə görə kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qaytarılmalıdır. qətnaməsi ləğv edilib iş yeni apelyasiya baxışına Kassasi ya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan
Məhkəmə qərarları › İş №2(102)-6141/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6141/2019
13.09.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver