Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6142/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5262/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsindən ilkin iddia tələbi üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin bin asında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı 23 fevral 2003-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha girmiş, birgə nikahdan iki uşaqları olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 25 iyun 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququ tanınmış və həmin mənzilə köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18.000 manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh və uşaqlarının mənzildən istifadə hüququna xitam verilməsi və mənzildə n çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia verərək himayəsində iki uşağının olması ilə əlaqədar İddiaçı 18.000 manat məbləğində kompensasiya ödənilməklə onun mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-355/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim: İ.N.K.Abbasova) iddia təmin edilərək Cavabdeh 18.000 manat məbləğində kompensasiya ödənilməklə onun ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququna xitam verilmiş və onun iki uşağı ilə birlikdə yuxarıda göstərilən mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh qarşılıqlı iddiası təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə qarşılıqlı iddiaçı apellyasiya şikayəti verərək mübahisəli mənzilin əvvəllər dövlət mənzil fonduna aid olmasını və icarədarın ailə üzvü olduğu üçün məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə icarədarla bərabər hüquq və vəzifələrə malik olmasını, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-cı maddəsinə əsasən mənzilə mülkiyyət hüququ əldə etmək imkanı olan şəxslərdən biri olmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5262/2021 saylı, 14 iyul 2021ci il tarix li qətnaməsi ilə (hakimlər – Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), V.Ə.İbayev və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-355/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi qismən, ilkin iddianın təmin olunmasına dair hissədə ləğv edilərək ilkin iddianın rədd olunmasına dair qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlkin iddia tələbi üzrə İddiaçı kassasiya şikayəti verərək onun mənzilin mülkiyyətçisi olmaması səbəbindən iddianın rədd edilməsinin qanunsuz olmasını, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsi nə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 228.2 Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüq uqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya b ilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması səbəbindən ləğv edilməsi tələb olunduğundan, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli yaşayış sahəsi dövlət mənzil fonduna aid olmaqla Cavabdeh həmin mənzilə istifadə hüququ tanınmaqla köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsin dən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. İş üzrə İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmadığından qanunun tələbinə müvafiq olaraq iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə iş üzrə müəyyən olunmuş sübutlara və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İlkin iddia tələbi üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5262/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6142/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6142/2021
27.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver