Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6146/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin təhvil verilməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4134/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhk əmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.01.2017-ci il tarixli, 2(005)158/2017 saylı qətnaməsinə (hakim F.Abdıyev) əsasən, İddiaçı1 cavabdehlər İddiaçı2 və 9 saylı notariat kontoruna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsinə dair mülki iş qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, 34 saylı evin, 2 saylı mənzilin bağışlanmasına dair İddiaçı2 ilə Cavabdeh arasında 9 saylı notariat kontorunda 20.08.2015-ci il tarixdə bağlanmış 4Ə-632 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsi etibarsız hesab edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, 34 saylı evin, 2 saylı mənzilinin və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 47 saylı evin, 6 saylı mənzilinin 2/3 (üçdə iki) hissəsinə İddiaçı1 mülkiyyət hüququ tanınmış, “Toyota Hilux” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 28.07.2015-ci il tarixli müqaviləyə əsasən satılmasından əldə edilmiş 25.000 (iyirmi beş min) manat və "Dodge Durango" markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin 05.02.2015-ci il tarixli müqaviləyə əsasən satılmasından əldə edilmiş 30.000 (otuz min) manat, cəmi 55.000 (əlli beş min) manat məbləğində pulun (üçdə iki) 2/3 hissəsi, yəni 36.666 (otuz altı min altı yüz altmış altı) manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı2 tutularaq İddiaçı1 verilməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin 10.05.2018-ci il tarixli, 2(103)-5100/2018 saylı qətnaməsinə (hakimlər – E.Həsənov, X.Mərdanova, İ.Vəliyev) əsasən, İddiaçı2 və Cavabdeh tərəfindən verilmiş şikayət qismən edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi 34 saylı evin 2 saylı mənzilinin bağışlanmasına dair İddiaçı2 ilə Cavabdeh arasında 9 saylı notariat kontorunda 20.08.2015-ci il tarixdə bağlanmış 4Ə-632 reyestr nömrəli "Daşınmaz əmlakın bağışlanması" müqaviləsi etibarsız, hesab edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, A Nemətulla küçəsi 34 saylı evin 2 saylı və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 47 saylı evin 6 saylı mənzillərinin hissəsinə İddiaçı1 mülkiyyət hüququ tanınmış, “Toyota Hilux" markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 20.07.2015-ci il tarixli müqaviləyə əsasən satılmasından əldə edilm iş 25 000 (iyirmi beş min) manat və "Dodge Durango" markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin 05.02.2015-ci il tarixli müqaviləyə əsasən satılmasından əldə edilmiş 30.000 (otuz manat, cəmi 55.000 (əlli beş min) manat pul məbləğində pulun 1/2 hissəsi, yəni 27500 (iyirmi yeddi min beş yüz) manat məbləğində pul vəsaiti İddiaçı2 tutularaq İddiaçı1 verilməsi qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.10.2018-ci il tarixli, 2(102)6565/2018 saylı Qərarı ilə (hakimlər – M.Əhmədova, Ə.Rüstəmov, Ə.Nurməmmədov) İddiaçı1, həmçinin İddiaçı2 və Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.05.2018-ci il tarixli, 2(103)-5100/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsəl ələri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 34, 2 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 2373 nömrəli reyestr kitabının 220965 nömrəli vərəqində 09.01.2019-cu il və 15.03.2019-cu il tarixdə qeydiyyata alınmışdır, İddiaçı2 ½ hissə, İddiaçı1 ½ hissə pay ayrılmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətinə 1. əsasən Bakı şəhəri, Nərimano v rayonu, Ağa Neymətulla küçəsi, ev 34 nömrəli qeyriyaşayış sahəsi (zirzəmi) xüsusi mülkiyyət hüququ kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 6986 nömrəli vərəqində 12.01.2011-ci il tarixdə tam mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzilinin Cavabdeh tərəfindən boşaldılaraq iddiaçılara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Tələb onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamələrinə əsasən, mübahisəli mənzilin cavabdehin mülkiyyətinə k eçməsinə dair bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə baxmayaraq, Cavabdeh hələ də öz qanunsuz hərəkətlərini davam etdirərək mənzili iddiaçıların istifadəsinə qaytarmaqdan imtina edir. Hazırda mənzil cavabdehin sahibliyində və istifadəsindədir, mənzilin açarı da ondadır.
8. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-375/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia tələbi təmin olunmuşdur.
9. Məhkəmə ilk öncə qeyd etmişdir ki, mülki iş üzrə tərəflər arasında məhkəmə mübahisələri olmuş, qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Digər tərəfdən, tərəflərin izahatları, iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 47 saylı evin 6 saylı mənzil iddiaçıların paylı mülkiyyətində olmasına ba xmayaraq, cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir. İddiaçılar mənzilin boşaldaraq onlara təhvil verməsi və həmin mənzildən çıxarılmalarını tələb etsə də, cavabdeh əmlakı boşaltmaqdan imtina etmişdir.
10. Məhkəmə hesab etmişdir ki, hər hansı hüquqi əsas olmadan cavabdehin mənzildən istifadə etməsi iddiaçıların öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçıların mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır.
11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məh kəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) 2(103)-4134/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-375/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, iddiaçılar mübahisəli mənzil üzərindəki mülkiyyət hüququnun ona tanıdığı imkandan istifadə edərək cavabdehin qeyd edilən yaşayış sahəsindən çıxarılmasını və boşaldılaraq ona təhvil verilməsini tələb etməkdə haqlı olmuşlar.
14. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki: “Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 256.2-ci maddəsinə əsasən servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır.
12. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında servitutla bağlı hər hansı bir müqavilə yoxdur. Belə olduğu təqdirdə, cavabdehin servitut qoyulmadan təmin edilə bilməyən ehtiyaclarının olub-olmaması aydın deyildir.
17. Həmçinin, xüsusilə qeyd edilməlidir ki, cavabdehin şikayətin in dəlillərinin mahiyyəti servitutun verilməsi təşkil etsə də, cavabdeh bu barədə müstəqil tələb irəli sürməmişdir.”
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, qətnamənin dəyişdirilmədən saxlanılması barədə nəticəyə gəlmişdir.
19. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir.
16. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. İddiaçılar məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə. 157.2. Mülkiyyətçi ö zgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
30. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstə sna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Apellyasiya instansiyası məhkəməsi mübahisə i lə bağlı düzgün nəticəyə gəlmişdir.
33. Kassasiya şikayətinin dəlilləri bunlardır: A) Mübahisəli mənzil iddiaçıların mülkiyyətində olsa da, onu özü obyekt kimi işlədir, ora xeyli vəsait sərf etmişdir. Mənzilin zirzəmisi onun xüsusi mülkiyyətindədir və zirzəmiyə yol ancaq mənzildən keçir. B) Apellyasiya məhkəməsi tərəfindən məhkəmə iclasının təxirə salınmasına dair cavabdehin vəkilinin vəsatəti təmin olunmamışdır.
34. Kassasiya şikayətinin birinci dəlili apellyasiya şikayətinin dəlili ilə eyniyyət təşkil edir ki, həmin dəlilə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir.
35. Qüvvədə olan məhkəmə qərarları mövcuddur ki, həmin qərarlar hazırki iş üzrə preyudisial əhəmiyyətlidir. Belə ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmi ş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (MPM 82.3-cü maddəsi).
36. Həmin məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil ərarvadın birgə əmlakı olmuş və həmin əmlakın birgə əmlak statusundan çıxarmaq üçün vaxtilə mənzil cavabdehə bağışlanmışdır. Bağışlama müqaviləsi etibarsız hesab olunaraq tərəflər əvvəlki vəziyyətə gətirilmiş, mənzilə ər-arvadın ½ hissdə payları tanınmışdır. Mülkiyyətçilər cavabdehin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdırlar.
37. Qalan məsələlər, o cümlədən mənzilə çəkilmiş xərc, zirzəmiyə yolun açılması kimi dəlillər hazırkı mübahisənin baxış predmeti deyil. Apelyasiya Məhkəməsi həmin məsələ ilə bağlı müvafiq olaraq servitut institutunun tətbiqinin mümkünlüyünü isti sna etməmişdir.
38. Cavabdehin xüsusi mülkiyyətində olan zirzəmiyə yol açması, mənzilə çəkilən xərclərlə bağlı ayrıca mübahisə açmaq hüququnun olması da ona izah edilmişdir.
39. Yuxarıda qeyd olunanlara əsasən, kassasiya kollegiyası qeyd edir ki, cavabdehin formal mülahizələrə əsaslanan dəlilləri qanuni və əsaslı qətnamənin ləğvi üçün əsas ola bilməz.
40. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. 2(103)-4134/2021 saylı,