Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-615/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Müabriz qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-13565/2018 nömrəli qərardadından Cavabdeh3 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Ə.Qardaşları küçəsi, 30 saylı evə istifadə hüquqlarına xita m verilməsini, cavabdehlərin həmin evdən çıxarılmasını və həmin evin onun əməli istifadəsinə verilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1267/2018 saylı mülki işi üzrə xx xxxxxx 2018-ci il tarixli qərtnaməsi ilə (hakim M.A.Bağırova) iddia ərizəsi təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birgə apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-13565/2018 nömrəli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1267/2018 saylı mülki işi üzrə xx xxxxxx 2018-ci il tarixli qərtnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Bakı Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-13565/2018 nömrəli qərardadından Cavabdeh3 kassasiya şikayəti verərək, onun ləğv, apellyasiya şikayətinin barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1267/2018 saylı mülki işi üzrə xx xxxxxx 2018-ci il tarixli qərtnaməsi 2xx.xx.2018-ci il tarixdə təqdim edilməmişdir. Belə ki, şəhəri Səbail Rayon Məhkəməsinin hakimi məktubun qoşmasında qətnamənin göndərildiyini bildirsə də, məktubun qoşmasında qətnamə göndərilməmiş, bu səbəbdən də xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət olunaraq qətnamənin təqdim edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixdə qətnamə Cavabdeh2 təqdim olunmuşdur. Belə olan halda apellyasiya şikayəti müddət ötürülmədən təqdim edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qər ardadı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətini Cavabdeh2 fərqli olaraq, Cavabdeh3 münasibətdə qeyri-mümkün hesab edərək prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnamə rəsmi qaydada verildiyi gündən 30 gün müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Apellyasiya instanisyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında (iş v. 93) mövcud olan Cavabdeh2 tərəfindən qəbul edilməsi barədə poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, qətnamə xx.xx.2018-ci il tarixdə imzalanmaqla alınmışdır. Beləliklə, qətnamənin rəsmi qaydada verilməsi tarixi xx.xx.2018-ci il tarixi qəbul edilməlidir. Bu halda Cavabdeh2 qətnamədən şikayət vermə müddəti də məhz həmin tarixdən hesablanmalıdır. Apellyasiya şikayətinin məhkəməyə daxil olma möhüründən görünür ki, apellyasiya şikayəti xx.xx.2018-ci il tarixdə Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Belə olan halda Cavabdeh2 qətnamədən qanunla müəyyən e dilmiş şikayət vermə müddətini 28 gün ötürmüşdür. Apellyasiya instanisyası məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, Cavabdeh2 tərəfindən şikayət müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, apellyasiya şikayətinə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədiyindən və bununla da ötürülmüş müddətin bərpası məsələsi həll olunmadığından ona münasibətdə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Kassasiya kollegiyası Cavabdeh2 münasibətdə apellyasiya instanisyası məhkəməsinin qənaəti ilə razılaşsa da, Cavabdeh3 münasibətdə hesab edir ki gəlinmiş nəticə əsaslı olmamışdır. Belə ki, Cavabdeh2 fərqli olaraq, apellyasiya instanisyası məhkəməsi Cavabdeh3 tərəfindən qətnamənin nə zaman alındığını müəyyən etməmişdir. Odur ki, kassasiya kollegiyası hesab edir ki, kassas iya şikayəti Cavabdeh2 münasibətdə təmin edilməməli, Cavabdeh1 münasibətdə isə qismən təmin edilməli, ona münasibətdə apellyasiya şikayətinin mümkünlük məsələsinə yenidən baxılması üçün iş apellyasiya məhkəməsinə göndərilməli, qərardad Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin, Cavabdeh3 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)13565/2018 nömrəli qərardadı Cavabdeh3 aid hissədə ləğv edilsin, həmin hissədə mümkünlük məsələsinə yenidən baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-13565/2018 nömrəli qərardadı Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-615/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-615/2020
27.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver