Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6152/2019 04.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X15 oğlunun katibliyi, Cavabdeh “xxxx” MMC-nin direktoru X2, cavabdeh “xxxx” MMC-nin vəkilləri Vəkil1, X1 və üçüncü şəxs YYY qızının vəkili Vəkil2 iştirakları ilə, Cavabdeh “xxxx” MMC və 3-cü şəxs YYY qızı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1360/2019 nömrəli iş üzrə 10 may 2019-cu il tarixli qətnaməsindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə baxar aq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 9cu mərtəbəsində yerləşən, ümumi sahəsi 157,6 m2 olan 3 otaqlı 42 saylı mənzilə sahiblik, istifadə hüquqlarına edilmiş maneələrin aradan qaldırılmasına, mənzildə təmir-tikinti işlərinin görülməsi və maneəsiz istifadə ilə bağlı hər hansı hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı iddia tələblərinin həcmini artıraraq, cavabdehlər Cavabdeh ilə YYY qızı arasında bağlanmış 19.12.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, onun ünvan 2 ünvanda yerləşən yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 42 saylı mənzilinə köçürülməsinə dair qətnamə, “xxxx” MMC-nin direktoru X3barəsində xüsusi qərardad çıxarı lmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs YYY qızı cavabdehlər “xxxx” MMC-nə və İddiaçı qarşı İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 13.10.2010-cu il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs YYY qızı iddia tələbini dəyişərək, ünvan 1 ünvanda yerləşən 3 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 157,6 kv.m2 olan 3 otaqlı 42 saylı mənzilin cavabdeh “xxxx” MMC tərəfindən ona təhvil verilməsinə, həmin mənzil üzərində onun sahiblik və istifadə hüququnun tanınmasına, həmin mənzildən istifadə etməsinə, mənzilə girib-çıxmasına maneələr törədilməsinin cavabdehlərə qadağ an edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (sədrlik edən Səadət Səlimova) 2(011)-492/2018 saylı 23 yanvar 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı “xxxx” MMC-nə və YYY qızına qarşı “ünvan 3 ünvanında inşa edilən yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, sahəsi 157,6 m2 olan 3 otaqlı 42 saylı mənzilə sahiblik, istifadə hüquqlarına edilmiş maneələrin aradan qaldırılmasına, mənzildə təmir-tikinti işlərinin görülməsinə və maneəsiz istifadə ilə bağlı hər hansı hərəkətlərin edilməsinin cavabdeh “xxxx” MMC-nə qadağan edilməsinə, “xxxx” MMC ilə YYY qızı arasında bağlanmış 19.12.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsinə, onun ünvan 4 ünvanda yerləşən yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 42 saylı mənzilinə köçürülməsinə d air iddia ərizəsinin rədd edilməsi; mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs YYY qızının iddia ərizəsinin qismən təmin edilməsi, YYY qızının ünvan 5 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 157,6 m2 olan 3 otaqlı 42 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, ünvan 2 ünvanında inşa olunan 3 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 157,6 m2 olan 3 otaqlı 42 saylı mənzilin YYY qızına təhvil verilməsinin “xxxx” MMC-nə həvalə olunması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi, İsmayıl Vəliyev, Elnur Həsənov) 2(103)-4504/2018 saylı iş üzrə 15 may 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-492/2018 saylı, 23 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Əhməd Nurməmmədov - sədrlik edən və məruzəçi, Mehparə Əhmədova, Əli Rüstəmov) 2(102)-6484/2018 saylı 08 oktyabr 2018-ci il tarixli qərarı ilə, kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)4504/2018 saylı iş üzrə 15 may 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 10 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, i ş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)3633/2017 saylı mülki iş üzrə qəbul etdiyi 25 may 2017-ci il tarixli qətnaməsi ləğv edilərək İddiaçı iddiası təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 157,6 m2 olan 3 otaqlı 42 saylı mənzilə sahiblik və istifadə hüquqlarına edilmiş maneələr aradan qaldırılması, mənzildə təmir-tikinti işlərinin görülməsinə və maneəsiz istifadəsinə hər hansı hərəkətlərin edilməsinin cavabdehlərə qadağan edilməsi və onun həmin mənzilə köçürülməsi, xxxx” MMC ilə YYY qızı arasında həmin mənzilə dair olan 19.12.2006cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs YYY qızının mənzilin ona təhvil verilməsi, mənzil üzərində sahiblik və istifadə hüququnun tanınmasına, həmin mənzildən istifadə etməsinə və mənzilə girib-çıxmasına maneələr törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə iddiasının təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat vəsaitin “xxxx” MMC-nə aid edilməsi qət edilmişdir. Cavabdeh “xxxx” MMC və 3-cü şəxs YYY qızı ayrı-ayrılıqda kassasiya şikayətləri verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək İddiaçı iddiasının rədd edilməsi və X1nın iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində X3 səlahiyyətli şəxs olmadığını qeyd ed ərək bildirmişdir ki, mənzilin X2 satılması barədə qeyd edilənlər inandırıcı deyildir. Halbuki X3hal-hazırda “xxxx“ MMC-də səlahiyyətli şəxsdir və səlahiyyətli şəxs olması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Digər tərəfdən məhkəmə cinayət işinin materiallarında olan cədvələ istinad edir və qeyd edir ki, həmin cədvəldə X4 adı yoxdur. Həmin cədvəl bir mənzili 2 və daha artıq şəxsə satan X1 və X5 tərəfindən tərtib olunub. Dələduzluqda ittiham olunan və məhkum olunmuş şəxslərin tərtib etdiyi siyahı etibarlı ola bilməz və məhkəmənin bu sübuta istinad etməsi əsassızdır. İş materiallarında səlahiyyətli şəxslərin imzaladığı müqavilə mövcud olduğu halda məhkəmənin dələduzluqda ittiham edilən şəxslərin tərtib etdiyi cədvəli üstün tutması başa düşülən deyil. Mübahisəli mənzil id diaçı X1 tərəfindən satılmış, mənzilin dəyəri iddiaçı tərəfindən "xxxx" MMC-nə ödənilməmişdir, buna görə də mənzilə mülkiyyət hüququ əldə etməmişdir və onunla bağlanan müqavilə etibarlı hesab edilə bilməz. İddiaçının qardaşı Dostuyev Rübailə də mənzili Ə.Əzizov satmış, onun tərəfindən də mənzilin dəyəri "xxxx" MMC-nə ödənilməmişdir. Məhz buna görə də, məhkəmə qətnaməsi ilə həmin müqavilə etibarsız hesab edilmişdir. Qətnamə kassasiya şikayətinə əlavə olunur. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə nəzər yetirməmiş və nəticədə qanunsuz qətnamə qəbul etmişdir. 3-cü şəxs YYY qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə prosessual pozuntulara yol verərək baxmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi qanunun tələbind ən kənara çıxaraq iddiaçının səlahiyyətli olmayan nümayəndəsinin izahatını almış və həmin şəxsi prosessual şəxs kimi tanımışdır. Belə olduğu halda məhkəmə AR MPM-nin 69-cu maddəsinin tələblərini pozmuşdur. Göründüyü kimi, fiziki şəxsi məhkəmədə nümayəndəsi kimi ya vəkil, ya da yaxın qohumu təmsil edə bilər. Lakin iş materiallarında X7 X5 yaxın qohumu və vəkili olması barədə heç bir sübut yoxdur. Həmin şəxslərin soyad və ata adlarından da artıq müəyyən olunur ki, onlar arasında yaxın qohumluq münasibəti yoxdur. X11 ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü deyildir. Buradan belə müəyyən olunur ki, məhkəmə açıq-aşkar prosessual pozuntuya şərait yaratmışdır. Məhkəmə qətnaməsində Ali Məhkəmənin qərarında qeyd olunmuş göstərişləri əsas tutur və onları nəzərə alaraq iddianın təm in olunmağını vurğulayır. Ali Məhkəmənin qərarında iddianın təmin edilməsi barədə göstərişlər olmamışdır. Ali Məhkəmə öz qərarında iş üzrə ekspertizanın keçirilməsinin zəruri olduğunu və “xxxx” MMC-dən mühasibat sənədlərinin tələb olunmasına dair göstəriş vermişdir. Həmin göstərişlərə uyğun olaraq məhkəmə araşdırma aparsa da, düzgün hüquqi nəticəyə gəlməmişdir. Apellyasiya məhkəməsi qətnaməsində qeyd edir ki, X1 ilə “xxxx” MMC arasında imzalanmış müqavilənin İddiaçı ilə “xxxx” MMC arasında imzalanmış müqavilədən daha əvvəl bağlandığı mötəbər sübutlarla təsdiq olunmalıdır. Ona görə də həmin tarixdə X1 ilə müqavilə bağlanılması ağlabatan və inandırıcı deyildir. Məhkəmənin məsələyə bu cür yanaşması işdə birbaşa qərəzli olduğuna dəlalət edir. İlk öncə müqavilənin imzalandığı tarixi mötəbər süb utlarla sübut etmək vəzifəsi iddia edənin, yəni iddiaçının üzərinə düşür. X1 qanuni əsaslarla “xxxx” MMC-dən 19.12.2006-cı il tarixdə mənzil almış və mənzilin dəyərini tam ödəmişdir. Bununla bağlı məhkəməyə 19.12.2006-cı il tarixli müqavilə və maliyyə arayışı təqdim edilmişdir. X1 19.12.2006-cı il tarixində mənzil aldığı və həmin mənzilin dəyərini ödəməyinə dair sübutları məhkəməyə təqdim etmişdir. Həmin sübutlara iddiaçının əsaslı şübhələri varsa və müqavilənin 2016-cı il tarixində imzalandığını iddia edirsə, bu zaman sübutetmə yükü onun üzərinə düşür və müqavilənin 2016-cı il tarixində imzalanmasına dair sübutları məhkəməyə məhz iddiaçı təqdim etməlidir. Məhkəmə ümumiyyətlə X5in izahatına əsaslanaraq qeyd etmişdir ki, 19.12.2006-cı il tarixində X7 müəssisənin direktoru olmamışdır. Halbuk i məhkəmə bu halın müəyyən edilməsi üçün “xxxx” MMC-nə və X12 Qeydiyyat İdarəsinə sorğu ilə müraciət etməli idi. X5in həmin vaxt səlahiyyətli olub-olmaması vətəndaşı maraqlandırmır. X1 pul verib mənzil almış, qanuni əsaslarla müqavilə imzalamışdır. “xxxx” MMC-nin hazırkı rəhbərliyi məhkəmədə izahat verərək mənzilin məhz ona satıldığını bildirmişdir. Bu artıq onu göstərir ki, mənzil səlahiyyətli şəxs tərəfindən satılmış, “xxxx” MMC əqdi bəyənmişdir. Məhkəmə daha sonra qətnaməsində qeyd edir ki, xxxx MMC-nin rəhbərinin seçilməsinə dair protokolun etibarsız hesab edilməsinə dair məhkəmə qərarı başqa əsasla apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv olunmuşdur. Çox maraqlıdır ki, məhkəmə hətta “xxxx” MMC-nin xeyrinə çıxarılmış məhkəmə qərarında nə isə mənfi bir hal axtarmağa çalışır və “xxxx” MMC-nin hazırkı rəhbərinin səlahiyyəti olmadığına, 2013-cü ildən direktor olmağına baxmayaraq 2006- 2007-ci illərdə baş verən hadisələri bilmədiyinə istinad edir. Əgər belədirsə, əgər X12 səlahiyyətli şəxs deyildirsə və 2006-2007-ci illərdə baş vermiş hadisələrdən xəbəri yoxdursa o zaman məhkəmə nəyə görə X11 məhkəmə iclasında izahatını alaraq iddiaçının xeyrinə olan məqamlarda onun izahatına istinad edir? Əgər X12 səlahiyyətli şəxs sayılmırsa və hadisələrdən məlumatlı deyildirsə məhkəmə gərək ümumiyyətlə onun izahatını almazdı. Göründüyü kimi, məhkəmənin mövqeyi ziddiyyətlidir. Məhkəmə qətnaməsində X1nın “şəxsi kartoçkasına” istinad edir və qeyd edir ki, o, 2006-cı ildə müqavilə bağladığını sübut etmək üçün Bakıda olduğuna dair məhkəməyə sübutlar təqdim etməli idi. İddiaçı ona aid sübutu haradan və hansı əsasla əldə etdiyini məhkəmədə qeyd etməmişdir. Mənə və ailəmə aid olan şəxsi məlumatlar onun icazəsi və razılığı olmadan kiməsə verilə bilməz. Bu o deməkdir ki, iddiaçı həmin sübutu qanuni əsaslarla əldə etməmişdir. Ona görə də həmin sübut mötəbər sübut hesab oluna bilməz. Bundan əlavə, məhkəmə iş üzrə verilmiş ekspert rəyini sübut kimi hesab etmir və yenə də öz mövqeyində qalaraq ekspert rəyinin müqavilənin etibarlı hesab edilməsi üçün kifayət etmədiyini qeyd edir. Halbuki Azərbaycan Respublikası MPM-nin tələbinə əsasən ekspert rəyi də sübut hesab olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyində də onun müqavilədə hər hansı bir mənfi halın olmağı, müqavilənin saxta və etibarsız olması öz əksini tapmamışdır. Göründüyü kimi, müqaviləmin etibarlı hesab edilməsi üçün iş materiallarında kifayət qədər sübut olsa da məhkəmə həmin sübutları görməzdən gələrək, yalnız ehtimallar əsasında və X1nın məhkəməyə gəlməməsinə istinad edərək müqaviləni əhəmiyyətsiz adlandırmış, müqaviləni etibarsız hesab etmişdir. Müqavilənin etibarlı hesab edilməsi üçün əsas şərt tərəflərin könüllü iradə ifadəsidir. İş materiallarından da görünür ki, “xxxx” MMC mənzilin X1ya məxsus olduğunu qeyd edir. Lakin İddiaçı ilə müqavilə formal olaraq bağlanmışdır, mənzilin dəyəri onun tərəfindən ödənilməmişdir. Hazırkı qətnamə X1nın mülkiyyət hüquqlarını kobud şəkildə pozur, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmişdir. Əksinə iddiaçı ilə “xxxx” MMC arasında imzalanmış müqavilə etibarsızdır. Belə ki, həmin müqavilə imzalanar kən mənzil X1nın istifadəsində olmuş, onun razılığı olmadan həmin müqavilənin imzalanması qanunsuz və əsassızdır. Həmin müqavilə qanunvericiliyin şərtlərinin pozulması ilə imzalanmışdır və etibarsız hesab olunmalıdır. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən cavabdehin direktoru X13, vəkilləri Vəkil1, X14, 3-cü şəxs X1 və vəkili Vəkil2 kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək, məzmununa uyğun izahat verib, şikayətlərin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Digər proses iştirakçiları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkə mə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, satıcı “xxxx” MMC (direktor X8) ilə alıcı YYY qızı arasında bağlanmış 19 dekabr 2006-cı il tarixli müqaviləyə görə, satıcı XXX saylı inşa edilən 3 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 157,6 kvadrat metr olan 42 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə göstərilən yaşayış sahəsinin hər kvadrat metr üçün 650 manat olmaqla, cəmi 102440 manat məbləğində pul vəsaitini satıcıya ö dəməyi öhdəsinə götürmüş, “xxxx” MMC tərəfindən verilmiş maliyyə arayışına görə alıcının qeyd olunan mənzilə görə satıcıya borcu qalmamışdır. Bundan əlavə, satıcı “xxxx” MMC (direktor X8) ilə alıcı İddiaçı arasında bağlanmış 13 oktyabr 2010-cu il tarixli müqaviləyə görə, satıcı XXX saylı inşa edilən 3 saylı yaşayış binasının 9cu mərtəbəsində yerləşən, ümumi sahəsi 157,6 kvadrat metr olan 42 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə göstərilən yaşayış sahəsinin hər kvadrat metr üçün 900 manat olmaqla, cəmi 141840 manat məbləğində pul vəsaitini satıcıya ödəməyi öhdəsinə götürmüş, “xxxx” MMC tərəfindən verilmiş 07 dekabr 2010-cu il tarixli maliyyə arayışına görə alıcının qeyd olunan mənzilə görə satıcıya borcu ödəmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 15 mart 2019-cu il tarixli rəy ində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 42-43-cü vərəqələrində YYY qızı və “xxxx” MMC-nin adlarından olan 19 dekabr 2016-cı il tarixli Müqavilənin, sonunda “Alıcı” hissəsindəki imza - YYY qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 42-43-cü vərəqələrində YYY qızı və “xxxx” MMC-nin adlarından olan 19 dekabr 2016-cı il tarixli Müqavilənin sonunda “Alıcı” hissəsindəki “YYY qızı” yazıları və mülki işin 44-cü vərəqəsində YYY qızının adına olan Maliyyə arayışındakı yazılar - YYY qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə sənədlərin texniki ekspertizasının 14 mart 2019-cu il tarixli rəyində qeyd edilmişdir ki, təqdim edilmiş İddiaçı ilə “xxxx” MMC arasında bağlanılmış 13 oktyabr 2010-cu il tarixli müqavilədə və YYY qız ı ilə “xxxx” MMC arasında bağlanılmış 19 dekabr 2006-cı il tarixli müqavilədə olan möhür əksləri relyef klişe vasitəsilə vurulmuşdur. Həmin möhür əksləri öz aralarında və təqdim olunmuş “Azərbaycan Respublikası Bakı şəhəri Məhdud Məsuliyyətli Cəmiyyəti “xxxx” məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin 2(102)-6484/2018 saylı 08 oktyabr 2018-ci il tarixli qərarında şərh edilən məcburi göstərişləri də nəzərə alaraq hesab etmişdir ki, həm iddiaçı, həm də müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdeh “xxxx” MMC-nə məxsus olmuş eyni mənzilə iddia edərək, hər ikisi həmin mənzilə dair onlar arasında bağlanmış müqavilələri və mənzilin dəyərinin ödənilməsi barədə MMC-nin verdiyi maliyyə sənədini məhkəməyə təqdim etsəl ər də, üçüncü şəxsin mübahisəli mənzilə dair bağlanmış müqaviləsi qanuni və etibarlı sayıla bilməz. Çünki, üçüncü şəxs tərəfindən təqdim edilən müqavilədəki tarixin iddiaçı ilə bağlanmış müqavilədəki tarixdən əvvəl olması hələ həmin müqavilənin etibarlı olmasına dəlalət etmir. Belə ki, üçüncü şəxsin müqaviləsinin etibarlı müqavilə və məhz mübahisə predmeti olan mənzilə dair iddiaçı ilə bağlanmış müqavilədən əvvəl bağlanması mötəbər sübutlarla təsdiq olunmalıdır. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin qanuniliyi hər hansı bir mübahisə doğurmur. Belə ki, cavabdeh “xxxx” MMC-nin direktoru olmuş, X4 barəsində (ölümü ilə əlaqədar cinayət işinin icraatına xitam verilmişdir) Bakı Ağır Cinayətlər Məhkəməsind ə olan cinayət işinin materiallarından götürülmüş sənədlərdən görünür ki, mərhum X8 07 mart 2013-cü il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində şahid qismində dindirilərkən 2007-ci ilin may ayının 2də X11 əmri ilə “xxxx” MMC-nin direktoru təyin edildiyini, 2007-ci il tarixdə 1-ci binanın 4-5 mərtəbəsi tikildiyini və həmin binadan mənzillərin satışını həyata keçirməyə başladığını, mənzil almaq üçün vətəndaşlar ünvan 6 ünvanında yerləşən ofisə müraciət etdiklərini, mənzil alan vətəndaşlarla bağlanan müqavilələrdə “STS” firmasının möhürü ilə təsdiqləndiyini, çünki “xxxx” MMC-nin möhürü ünvan 7 ünvanında yerləşən ofisdə olduğunu, hər dəfə müştəri mənzil almağa gələndə onu gözlətməmək məqsədilə “STS” firmasının möhürü ilə müqavilələri möhürlədiyini, bunu etməyə X12 və X1 icazə verdiyini, X12 sonuncu ünvanda oturduğundan mənzil almaq istəyən vətəndaşları onun yanına göndərdiyini, 2010-cu ilə qədər satılan mənzillərin onun tərəfindən satıldığını, sonuncu tarixdən ofisini dəyişərək ünvan 7 ünvanına gəldiyini və X12la birlikdə oturduğunu, bundan sonra isə mənzilləri “xxxx” MMC-nin adından satdığını bildirmişdir. Cinayət işinin materiallarından da göründüyü kimi, X8 2007-ci ilin may ayının 2-də “xxxx” MMC-nin direktoru təyin edildiyindən onun “xxxx” MMC-nin adından X10 ilə məhz “xxxx” MMC-nin direktoru kimi 19 dekabr 2006-cı il tarixdə mübahisəli mənzilə dair müqavilə bağlaması inandırıcı və ağlabatan deyildir. Çünki, X8 həmin vaxt “xxxx” MMC-nin direktoru təyin edilməmiş, ən azından bu adla 19 dekabr 2006-cı ildə kiməsə mənzil sata bilməzdi. X8 həmçi nin 2007-ci ildə 1-ci binanın yalnız 4-5 mərtəbəsi tikildiyini bildirsə də, 3-cü binanın tikilməsi barədə isə ümumiyyətlə fikir söyləməmişdir. Cinayət işinin materiallarında olan cədvəldə də mənzil alan yaxud payçı kimi X10nın adı çəkilməmişdir. X10 iddia ilə məhkəməyə müraciət etdiyi vaxtadək mənzil alan şəxs yaxud payçı kimi “xxxx” MMC-də və cinayət işinin materiallarında zərərçəkən kimi adı qeyd olunmamışdır. Belə olan vəziyyətdə, X10nın məhz cavabdeh “xxxx” MMC-nin “səlahiyyəti olmayan” şəxsləri tərəfindən sonradan, yəni iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etdikdən sonra bu mübahisələrə qoşması açıq-aşkar görünür. Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, “xxxx” MMC 21.04.2004cü ildə dövlət qeydiyyatına alınmış, həmin tarixdən 19.06.2015-ci il tarixə kimi X6 direktoru(qanuni təmsilçisi) olmuş, sonuncu tarixdən isə X8 olmuşdur. X8 öldüyündən, cavabdehin rəsmi səlahiyyətli nümayəndəsi kimi hər hansı şəxsin eyni mənzili iki nəfər şəxsə satılmasının səbəblərinin müəyyən edilməsi mümkünsüz vəziyyətə düşmüşdür. Çünki, cavabdehin faktiki olaraq səlahiyyətli şəxsinin müəyyən edilməsi qeyri-mümkün olmuşdur. Belə ki, “xxxx” MMC-nin icraçı direktoru kimi X11 özünün səlahiyyətli şəxs olması məhkəmə müstəvisində mübahisələndirilmiş və onun həmin cəmiyyətə direktor vəzifəsinə təyin edilməsinə dair 01.07.2015-ci il tarixli protokol məhkəmə qətnaməsinə əsasən etibarsız hesab edilmiş, lakin sonradan həmin qətnamə başqa əsasla apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilmişdir. Ona görə də, məhz həmin şəxsin cavabdehin adından iddiaçının və üçünc ü şəxsin iddiası ilə bağlı obyektiv və real məlumat verməsi inandırıcı və ağlabatan görünmür. Əvvəla ona görə ki, X11 cavabdeh şirkətdə 2013-cü ildən işləməyə başlamış və işlədiyi müddətdən əvvəlki dövrdə baş vermiş hadisələrlə bağlı obyektiv və dəqiq məlumat verməsi mümkün deyildir. Çünki, onun tərəfindən cavabdehin səlahiyyətli şəxsi kimi ziddiyyətli məlumat verməsi (iddiaçıya mənzilin başqa şəxs, müstəqil tələb irəli sürən üçüncü şəxsə isə 2006-cı ildə satılması və.s), açıq-aşkar hansısa “şəxs”(lər)” tərəfindən idarə olunması, üçüncü şəxsin iddiasını açıq-aşkar hər hansı bir əsas və sübut olmadan müdafiə etməsi onların məhz bir mövqedən çıxış etmələrini bilavasitə təsdiq edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən təklif olunmasına baxmayaraq müqavilələrin etibarlılığın ı müəyyən etmək üçün “xxxx” MMC-də müqavilələrin qeydiyyatı, ödəmələrin həyata keçirilməsinə dair mühasibat kitabları və ya hansısa sənədlərin mövcud olmaması da bu qənaəti əsaslı edir. X10nın 2012-ci ilə qədər Rusiya Federasiyasının vətəndaşı olmasını və orda yaşamasını apellyasiya baxışı zamanı nümayəndəsi və vəkili də istisna etmədi. Əlbəttə onun 2012-ci ilədək həmin ölkənin vətəndaşı olması və orada yaşaması burada mənzil almasını və ölkəyə gəlib getməsini istisna etmir. Lakin bu cür vəziyyətdə yəni, 19 dekabr 2006-cı ildə Azərbaycan Respublikasında olub həmin müqaviləni imzalamasını X10 sübut etməlidir. Çünki, bu halları sübut etmək yükü artıq onun üzərinə düşür. Lakin, o, nəinki bu barədə hər hansı bir sübut təqdim etmiş, ümumiyyətlə heç vaxt məhkəmə iclaslarında şəxsən iştirak etməm iş, yalnız nümayəndəsi və vəkili ilə təmsil olunmuşdur. Bəllidir ki, onun məhkəmə iclaslarına gəlməmək və nümayəndəsi və vəkili vasitəsilə məhkəmədə təmsil olunmaq hüququ mövcuddur. Lakin 2006-cı ilin dekabr ayında 102440 manat ödəyərək Bakı şəhərinin mərkəzi hissəsində ümumi sahəsi 157,6 m2 olan 3 otaqlı mübahisə predmeti olan mənzili aldığını iddia edən X10nın məhkəmə iclaslarına gəlməməsi yaxud gəlmək istəməməsi anlaşılan deyildir. Çünki, onun aldığını iddia etdiyi mənzilə bu dərəcədə biganəliyi də 19 dekabr 2006-cı il tarixli müqavilənin etibarlılığını açıq-aşkar istisna edir və yalnız görünüş üçün bağlanılan uydurma əhəmiyyətsiz müqavilə olduğunu bilavasitə təsdiq edir, eləcə də bu cür vəziyyət onun da kənar şəxslər tərəfindən idarə olunduğunu şübhəsiz edir. Məhkəmə xətşünaslıq eksper tizasının rəyi ilə 19 dekabr 2006-cı il tarixli müqavilənin sonunda “Alıcı” hissəsindəki imzanın X10 tərəfindən icra olunmasının müəyyən olunması da həmin müqavilənin etibarlı müqavilə olmasını inandırıcı və ağlabatan etmir. Çünki, bu cür şablon müqavilələrin mövcudluğu “xxxx” MMC-nin “səlahiyyəti olmayan” şəxsləri tərəfindən sonradan, yəni iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etdikdən sonra X10 kimi şəxslərə imza etdirməklə sonradan ortaya çıxması onların vahid niyyətlə eyni mövqedən çıxış etmələrini təsdiqləyir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. XXX saylı inşa edilən 3 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 157,6 kvadrat metr olan 42 saylı mənzillə bağlı XXX “xxxx” MMC arasında 13.10.2010-cu il tarixdə, X10 ilə “xxxx” MMC arasında isə 19.12.2006-cı il tarixdə ayrı-ayrı müqavilələr bağlanmışdır. Hər iki müqavilə üzrə alıcılar mənzilin onlara təhvil verilməsini tələb etdiyindən və X1 ilə bağlanmış əqdin etibarsızlığı tələb ediliyindən apellyasiya məhkəməsi haqlı olaraq, tələb hüququnun əsasında duran müqavilələrin (sübutların) mötəbərliyini araşdırmış və onları Mülki Məcəllənin tələbləri baxımından qiymətləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin etibarlı olması üçün tərəflər müqavilə bağlayarkən qanunla müəyyən olunan şərtlərə əməl etməlidir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Apellyasiya instansiya məhkəməsi cavabdeh “xxxx” MMC-nin direktoru olmuş, X4 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində olan cinayət işinin materiallarından götürülmüş 07.03.2013-cü il tarixli X7un izahatından müəyyən etmişdir ki, X8 2007-ci ilin may ayının 2-də “xxxx” MMC-nin direktoru təyin edilmiş, 2007-ci ilin may ayından 2010-cu ilə qədər mənzil alan vətəndaşlarla bağlanan müqavilələr “STS” firmasının möhürü il ə təsdiqlənmiş, 2010-cu ildən isə mənzillər “xxxx” MMC-nin adından satılmışdır. Həmçinin cinayət işinin materiallarında olan cədvəldə də mənzil alan yaxud payçı kimi X10nın adı çəkilməmişdir. X10 iddia ilə məhkəməyə müraciət etdiyi vaxtadək mənzil alan şəxs yaxud payçı kimi “xxxx” MMC-də və cinayət işinin materiallarında zərərçəkən kimi adı qeyd olunmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, 2006-cı ilin dekabr ayında “xxxx” MMC adından və onun möhürü vurulmaqla X7 direktor kimi X1 ilə mübahisəli mənzilə dair müqavilə bağlanması mümkün deyildi və işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən faktiki halları X10 ilə bağlanmış əqdin əslində sonradan, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etdikdən sonra, əqdə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yal nız görünüş üçün bağlanmış əqd olması qənaətinə gəlməyə kifayət qədər əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə kollegiyası hesab edir ki, X1nın tələbini əsaslandıran 19.12.2006-cı il tarixdə bağlanmış müqavilə etibarlı əqd olmadığından həmin əqd əsasında mənzilin X1ya təhvil verilməsi barədə iddiası düzgün olaraq məhkəmələr tərəfindən r ədd edilmiş və onunla bağlanmış həmin əqd etibarsız hesab edilmişdir.İddiaçı ilə 13.10.2010 tarixdə bağlanmış müqavilənin etibarsızlığı üçün iş üzrə heç bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə görə, fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 157-ci maddəsinin mənasına g örə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göstərilən maddi hüquq normaları baxımından M.Dostiyevin “xxxx” MMC ilə bağlanmış 13.10.2010-cu il tarixli müqaviləyə əsasən mənzilin ona təhvil verilməsini və ona yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Həmin mənzilin daha əvvəl başqa şəxsə satılması barədə əqd et ibarlı əqd hesab olunmadığından həmin mənzilin M.Dostiyevə təhvil verilməsinə mane olan Mülki Məcəllənin 452-ci maddəsində göstərilən hallar işdə mövcud deyildir. Məhkəmə kollegiyası “xxxx” MMC-nin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, direktor X3hal-hazırda “xxxx“ MMC-də səlahiyyətli şəxs olsa da, apellyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, o, cavabdeh şirkətdə 2013-cü ildən işləməyə başladığından onun direktor işlədiyi müddətdən əvvəliki dövrdə baş vermiş hadisələrlə bağlı obyektiv və dəqiq məlumat verməsi mümkün deyildir. Həmçinin, kassasiya şikayətində qeyd edildiyi kimi, dələduzluqda ittiham olunan və məhkum olunmuş şəxslərin tərtib etdiyi siyahı etibarlı ola bilməzsə, onda cavabdeh həmin şəxs (X5) tərəfindən bağlanmış müqavilələrin birini n mötəbər, digərini isə qeyri-mötəbər hesab etməsi barədə fərqli yanaşması anlaşılan deyil. Məhkəmə araşdırması zamanı məhz 3-cü şəxslə əqd bağlanarkən X7un səlahiyyətiz olması müəyyən edilmişdir. Mübahisəli mənzilin iddiaçı M.X10 tərəfindən satılması, mənzilin dəyərinin iddiaçı tərəfindən "xxxx" MMC-nə ödənilməməsi barədə qeyd edilənlərlə bağlı isə məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçının qardaşı Dostuyev Rübailə də mənzilin Ə.Əzizov tərəfindən satılması, onun tərəfindən də mənzilin dəyərinin "xxxx" MMC-nə ödənilməməsi və bu əsasla məhkəmə qətnaməsi ilə həmin müqavilənin etibarsız hesab edilməsi barədə cavabdehin dəlilləri də əsassızdır. Belə ki, kassasiya şikayətinə əlavə olunmuş həmin qətnamə ilə R.Dostiyevlə bağlanmış əqd bu əsaslarla etibarsız hesab edilmiş, iddia tamamilə başqa əsaslarla rədd edilmişdir. 3-cü şəxsin kassasiya şikayətinin dəlillərini də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, iddiaçının nümayəndəsinin onun yaxın qohumu və vəkili olması barədə heç bir sübut olmaması və həmin şəxsin prosesə buraxılmasının prossesual pozuntu olması barədə qeyd edilənlər qətnamənin ləğvi üçün əsas vermir. Çünki MPM-nin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin faktiki hallarına düzgün müəyyən edilməməsi ilə bağlı kassasiya şikayətində gəstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin q ətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” MMC və 3-cü şəxs YYY qızı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1360/2019 nömrəli iş üzrə 10 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6152/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6152/2019
04.10.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver