Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6155/2019 27.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 may 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qətnaməsi iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və A.Hüseyn, İş № 2(103)-5738/2019) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus ünvan 1 ünvanında yerləşən mən zilindən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsində baxılıb iş üzrə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmiş, bununla da Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə zidd həmçinin, mühüm əhəmiyyəti olan işin faktiki hallarına lazımi qiymət verməmiş və nəticədə əsassız və ədalətsiz qətnamə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsinin 27 may 2019-cu il tarixli qətnaməsinin kassasiya icraatı qaydasında lə ğv edilməsi və iddiaçının iddia tələblərinin tam şəkildə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin 27 may 2019-cu il tarixli qətnaməsinin kassasiya icraatı qaydasında ləğv edilməsi və iddiaçının iddia tələblərinin tam şəkildə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkilin çıxışı ilə razı olduqlarını bildirdilər. Məhkəmə kollegiyası, İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin MK-nin qəbul etdiyi 27 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunu b-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001 -ci il tarixli qərarına, 2000-ci ilin sentyabr ayının 1-nə kimi qüvvədə olmuş AzərbaycanRespublikasınınM ənzil Məcəlləsinin 53, 60, 87, 123 və hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə istinadən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, cavabdehin mübahisəli mənzildən daimi olaraq çıxıb getməsi və yaşamaq üçün faktiki olaraq geri dönməməsi onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə getdiyini təsdiq edir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, cavabdehlərin hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması mülkiyyətçinin qanunla qorunan hüquqlarını məhdudlaşdırır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətl əri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, ünvan 1 ünvanda yerləşən mənzil 21,09.1999-cu il tarixli bağışlama müqaviləsinə əsasən mülkiyyətçi X4 tərəfindən İddiaçı bağışlanmış, həmin mənzil 04.12.1999-cu il tarixdə İddiaçı adına qeydiyyatdan keçirilmişdir. ünvan 1 ünvanda yerləşən evdə İddiaçı, X11, X14, X3, Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. İddia tələbinə əsasən mənzildə mülkiyyətçinin bacısı Cavabdeh1 və onun oğlu Cavabdeh2 qeydiyyatda olsalar da, həmin vaxtdan mübahisəli mənzildən köçərək, daimi yaşayış yerini dəyişmişlər. Cavabdehlər qeydiyyatda olduğu ünvanda faktiki olaraq yaşamırlar, mənzildə formal olaraq qeydiyyatdadırlar, hazırda başqa ünvanda ya şayırlar. Buna baxmayaraq cavabdehlər, qanunun tələblərini pozaraq, daimi yaşadığı yer üzrə qeydiyyata düşməmişlər və hal-hazıradək mübahisəli mənzildə qeydiyyatda qalmışlar. Nəticədə bu hal iddiaçının mülkiyyətçi kimi hüquqlarını kobud surətdə pozmuşdur. Cavabdeh1 iddiaya olan etirazından görünür ki, mübahisəli mənzil atası tərəfindən alınmış, o həmin mənzildə yaşamış, 1998-ci ildə ailə qurduqdan sonra ərinə məxsus evə köçmüş, lakin sonradan 2011-ci ildə nikahı pozulduqdan sonra o, yenidən atasına məxsus hmin evə qayıtmış və 2017-ci ilə qədər həmin mənzildə oğlu X4 birgə daimi yaşamışdır. Həmçinin bildirmişdir ki, qardaşı İddiaçı 2001-ci ildə ailə qurduqdan sonra həmin evə köçərək orada yaşamağa başlamışdır. Digər cavabdeh olan oğlu Cavabdeh2 da eyni mövqedən çıxış etmişdir. Birinci insta nsiya məhkəməsində şahid qismində ifadə verən X4 ifadəsində bildirmişdir ki, o, mübahisəli mənzili yığdığı pula və bacısı Cavabdeh1, eləcə də mərhum atasının maddi dəstəyi ilə 1999-cu il tarixdə almışdır. Həmin vaxtı qardaşı İddiaçı hərbi xidmətdə olmuşdur. Sonradan atası qeyd olunan mənzilin qardaşı X5 adına keçirilməsini xahiş emiş, verilməsini vəsiət etmiş, o da 21.09.1999-cu il tarixli bağışlama müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən evi qardaşı İddiaçı bağışlamışdır. Həmçinin bildirdi ki, bacısı Cavabdeh1 1999-cu il tarixdə ailə qurduqdan sonra 2017-ci ilədək daimi olaraq orada yaşamışdır. İş materiallarında olan qonşular X12 (şəxsiyyət vəsiqəsi AZENOl049292), X6 (şəxsiyyət vəsiqəsi AZEN2********), X10 (şəxsiyyət vəsiqəsi AZEN2********), sahə müvəkkili X7 və 36 saylı MKİS-in müh əndisi X15 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 20 ilə yaxındır ki, ünvan 1 ünvanda yerləşən evin 7 nömrəli mənzilində yaşamırlar, aktı tərtib edən şəxslər onları həmin ünvanda görməmişlər, həmin şəxslərin qeydiyyatı isə formal xarakter daşıyır. İş materiallarına əlavə edilmiş qonşular X12 (şəxsiyyət vəsiqəsi AZEN2Oİ049292), X6 (şəxsiyyət vəsiqəsi AZENqİ7810647), X10 (şəxsiyyət vəsiqəsi AZENe********) tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh1 və Cavabdeh2 20 ilə yaxındır ki, ünvan 1 ünvanda yerləşən evin 7 nömrəli mənzilində qeydiyyatda olsalar da, 20 ilə yaxındır ki, yaşamırlar. İş materiallarına əlavə edilmiş eyni ünvanda qeydiyyatda olan keçmiş qonşular X8 (şəxsiyyət vəsiqəsi AZEN2********) və X16 (şəxsiyyət və siqəsi AZEN2********) tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizələrinin məzmunundan görünür ki, Cavabdeh1 və onun oğlu Cavabdeh2, ərizəçinin ünvan 1 ünvanda yerləşənmənzilində yaşayan dövrədək (2017-ci ilin oktyabr ayına qədər) ünvan 1 ünvanda yerləşən evin 7 nömrəli mənzilində daimi olaraq yaşamışlar və hal-hazırda da həmin ünvanda qeydiyyatdadırlar. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın əsaslı və apellyasiya şikayətinin əsassız olmasına dair gəldiyi nəticələr işin araşdırılmış hallarına uyğun olmaqla məhkəmə tərəfindən haqlı olaraq qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2 və 217.3-cü maddəsinə görə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması za manı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, mübahisə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Kassatorların qeyd etdiyi kimi Cavabdeh1 mübahisəli mənzilə 2001-ci ildə qeydiyyata alınsa da, faktiki olaraq həmin dövrdən əvvəl orada yaşaması faktı olduğundan tərəflər arasında hüquq münasibətlərinin həmin vaxt yaranmışdır. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı yaşayış sahəsindən istifadə ilə bağlı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dən əvvəlki dövrə təsadüf etdiyindən apellyasiya instansiyası mə hkəməsi haqlı olaraq 01.09.2000-ciiltarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisə olduğu üçün hazırki mübahisəni Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001 -ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hüquq münasibətləri nin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsinin) 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarə darın ailə | üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mənzil Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getd iyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilm əsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, Cavabdeh1 mübah isəli mənzilə 2001-ci ildə qeydiyyata alınmasına baxmayaraq izahatında 1998-ci ildən 2011-ci il tarixə kimi ər evində yaşamasını təsdiq etmişdir. Cavabdeh1 oğlu ilə 2011-ci ildən 2017-ci ilə kimi həmin mənzildə daimi yaşamasını göstərsə də, bu faktı təsdiq edən mötəbər sübutlar iş materiallarında mövcud deyildir. Əksinə onun mübahisəli evdə uzun müddət yaşamaması faktını bu barədə iş materiallarında olan qonşular, ərazi üzrə MKİS əməkdaşı, sahə müvəkkili və qonşuların imza etdiləri aktların məzmunu təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan, mübahisəli mənzilin əvvəlki mülkiyətçisi, iş üzrə şahid qismində ifadə verən X4 ifadəsi və keçmiş qonşular X8 ilə X5 (eyni ünvanda qeydiyyatdadırlar) imzalanmış və notarial qaydada təsdi q edilmiş ərizələrinə haqlı olaraq iddianın əsassız olmasını təsdiq edən sübut növləri kimi qiymətləndirməmişdir. Belə ki, X4 tərəflərin bacısı olmaqla onun verdiyi ifadəsinin cavabdehlərin izahatına oxşar məzmunlu olması görünür və o, cavabdehlərin yaxın qohumu olduğu üçün ifadəsi də onların maraq və mənafeyi üçün verilmiş ifadə kimi qiymətləndirilir. Həmçinin kollegiya qeyd edir ki, özlərini keçmiş qonşular kimi qeyd etmiş X8 ilə X1 isə həqiqətən də iddiaçının mülkiyyətində olan evin qonşuluğunda əvvəllər yaşamalarının təsdiq edən subutlar iş materiallarında mövcud deyildir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məl umatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Hər bir halda qeyd edilən hallar həmin şəxslərin şahid qismində dindirilməsi üçün mane olmasada onların ifadələrində nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunmas ı üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək hazırki mübahisəyə Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun hüquqi qiymət verilməli olmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Bununla bağlı kollegiya qeyd etməyi zəruri sayır ki, tərəflər arasında olan mübahisə kassatorların qeyd etdiyi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsin in 228.1 və 228.2-ci maddəsinin tələbləri baxımından həll edilməli olsa idi belə, bu halda da onların dəlilləri əsassızdır. Çünki, 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. İşin materiallarından görünür ki, cavabdehlərin istifadə hüquqları iddiaçının mülkiyyətində olan evə münasibətdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmçinin də 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilməsi təsbit edilsə də, göründüyü kimi bu hüquq yalnız mülkiyyətçiyə məxsusdur. Mənzildə qeydiyyatda olan şəxsin evə istifadə hüququnun olması əsası ilə mülkiyyətçidən bu hüququna göstərilən qaydada xitam verilməsini tələb etməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Mülkiyyətçinin isə bu tələbi irəli sürməsinə vaxt məhdudiyyəti qoyulmamışdır. Lakin mülkiyyətdə yaşamayan şəxsin formal xarakterli qeydiyyatı mülkiyyətçinin qanunvericiliklə tanınan və qorunan mülkiyyət hüquqlarını sərbəst, maneəsiz həyata keçirilməsini məhdudlaşdırır ki, bu da qanunla yol verilməzdir. Buna görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cavabdehlərin hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmasının mülkiyyətçinin qanunla qorunan hüquqlarını məhdudlaşdırmasına dair nəticəsi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir: "Mülkiyyət hüququ, nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həmdə qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanu nla qorunan mənafelərini pozmadan, mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə 3-cü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətləridir". Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək qeyd etməyi də zəruri sayır ki, kassator Cavabdeh1 izahatında 1998-ci ildə ailə qurduqdan sonra ərinə məxsus evə köçmüş, lakin sonradan 2011-ci ildə nikahı pozulduqdan sonra o, yenidən atasına məxsus həmin ev ə qayıtması göstərməsi ilə özünün uzun müddət iddiaçının mülkiyyətində qeydiyyatının formal olmasını təsdiq etmişdir. Həmçinin də, kassasiya şikayətinin mərhum atalarının sağlığında ikən vəsiyyətində Cavabdeh1 bu evdə haqqı olması və onun haqqının verilməsinə dair özünün izahatında göstərilənləri kollegiya subyektiv mülahizə kimi qiymətləndirir. Belə ki, işin materiallarından göründüyü kimi ev əvvəl X2 məxsus olmuş, daha sonra isə bağışlama müqaviləsinə əsasən iddiaçının mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək cavabdehlərin mübahisəli mənzildən daimi olaraq çıxıb getməsi və yaşamaq üçün faktiki olaraq geri dönm əməsi onların daimi yaşamaq üçün başqa yaşayış sahəsinə getdiyini təsdiq etməsi və onların hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması mülkiyyətçinin qanunla qorunan hüquqlarını məhdudlaşdırması barədə düzgün və əsaslı nəticələrə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 27 may 2019-cu il tarixli qətnaməsi dəyişdir ilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6155/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6155/2019
27.09.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver