Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-617/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh2 oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-617/21 (Açar sözlər: otlaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, İddiaçı: İddiaçı vəkili X3, Üçüncü şəxs: Azərbaycan Respublikası ƏMDK-nin yanında X1 təşkili üzrə Dövlət Agentliyinin nümayəndəsi X4 və vəkili X2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 201 9-cu il tarixli, 2(105)476/2019 saylı qətnaməsindən Cavabdeh2 kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qusar rayon İHB-nın xx xxxxxxx 2017-ci il tarixli, 40 saylı sərəncamı ilə 15 il müddətinə onun istifadəsinə verilmiş, Qusar rayonunun inzibati ərazisinə aid olan Şahdüzü adlanan sahədə 504 ha ərazidən ibarət 27 saylı “Çadır” və 28 saylı “Yataq” adlı yay otlaq sahəsindən çıxarılmaları və həmin sahədən icarəçi olaraq onun istifadəsinə maneəçilik törədilməsinin onlara qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib və tələblərini belə əsaslandırıb ki, Qusar ra yon İHB-nın sözügedən sərəncamı ilə qeyd olunan torpaq sahəsi 15 il müddətinə onun icarəsinə verilib. Həmin torpaq sahəsi bundan əvvəl də Qusar rayon İHB-nın xx xxxxxxx 2002-ci il tarixli, 79 saylı sərəncamı ilə 15 il müddətinə onun icarəsində olub. Yəni qeyd olunan örüş-otlaq sahəsi 16 ildən artıqdır ki, icarə hüququ əsasında onun sahibliyindədir. Həmin 504 ha otlaq sahəsinə dair Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi tərəfindən “Torpaq sahəsinin yerquruluşu planı” tərtib edilib, müvafiq xəritə sxem çəkilib, habelə ərazinin sərhədləri və konturları, bütün döngə nöqtələrinin koordinatları yerində ölçülüb təyin olunmaqla ona təhkim edilib. Cavabdeh1 heç bir hüquqi əsası, hüquq müəyyənedici sənədi olmadan həmin ərazinin özünə məx sus olduğunu bildirməklə, həmin sahəyə dair digər Cavabdeh2 etibarnamə verməklə otlaq sahəsini zəbt edib və həmin sahədən onun sahiblik və istifadə hüquqlarını məhdudlaşdırıb. Bununla bağlı müxtəlif təşkilatlara müraciətlər etsə də bunun heç bir nəticəsi olmayıb və ona pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək hüququ izah edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.V.Kazımov) iddia təmin edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, işə əlavə edilmiş ekspert və mütəxəssis rəylərinə əsasən, xx xxx 2006-cı il tarixli icarə müqaviləsi ilə Cavabdeh1 ayrılmış 28 saylı “Yataq” adlanan torpaq sahəsinin dəqiq koordinatla rı müəyyən edilib. Mübahisə predmeti olan torpaq sahəsi plan və ölçüsü sənədində göstərilən cizgilər daxilində yerləşmir. Həmin cizgilər natura ilə üst-üstə düşmür və üst-üstə düşməyən hissə 153 ha təşkil edir. Eyni zamanda xx xxxxxxx 2017-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı ayrılmış 28 saylı “Yataq” adlana torpaq sahəsinin dəqiq koordinatları müəyyən edildi. Torpaq sahəsi yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşir və həmin koordinatlar naturada üst-üstə düşür. Qusar rayonu, inzibati ərazisinə aid olan “Şahdağ düzü” adlanan sahədə İddiaçı adına qeydə alınmış 28 saylı “Yataq” adlı yay otlaq ərazisinin naturada dəqiq koordinatları Qusar rayonu inzibati ərazisinə aid olan “Şahdüzü” adlanan sahədə Cavabdeh1 adına qeydə alınmış 28 saylı “Yataq” adlı yay otlaq ər azisi yerquruluşu planı nəzərə alınmaqla, qalan torpaq sahəsinin naturada dəqiq koordinatları üst-üstə düşür və həmin torpaq sahəsindən faktiki olaraq digər Cavabdeh2 istifadə edir. Bu baxımdan iddiaçı cavabdehlərin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlıdır və iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 146.2, 157.1, 15.2, 15.4cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari sədrlik edən və mə ruzəçi, F.Ə.Məmmədov və L.M.Məmmədova) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və apelyasiya şikayətinə əsasən qətnamənin apelyasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinin, Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsindəki icraat Kasasiya şika yətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh2 kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Üçüncü şəxs Qusar rayon İcra Hakimiyyəti etiraz ərizəsində kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edib. Məhkəmə icraatı iştirakçılarını n izahatları İddiaçı vəkili İbrahim Ağamov və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında X1 təşkili üzrə Dövlət Agentliyinin nümayəndəsi Xəyal İbrahimov və vəkili Esmira Hüseynova məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh2, vəkili Vəkil, Cavabdeh1 və üçüncü şəxs Qusar rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məc əllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyətı üzrə geri qaytarılmalıdır. (Torpaq Məcəlləsinin 111ci maddəsini 1 və 2-ci bəndləri). Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-nin 77.1 və 14.2. maddələri). Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilməsinə baxmayaraq Cavabdeh2 qətnamədən apelyasi ya şikayəti verməyib. Apelyasiya instansiyası məhkəməsi isə digər Cavabdeh1 apelyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayaraq qətnaməni dəyişdirilmədən saxlayıb. Hazırda apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən digər Cavabdeh2 kasasiya şikayəti verərək qətnamənin bütövlükdə ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş edib. Ona görə də kasasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh2 kasasiya şikayətində qətnamənin bütövlükdə ləğv edilməsini xahiş etdiyindən və mübahisənin predmeti bölünməz olduğundan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı Cavabdeh2 kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsini n mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, Cavabdeh2 kasasiya şikayətinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh2 kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iş üzrə düzgün olmayan qətnamə qəbul etməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən mü əyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxx 2017-ci il tarixdə İddiaçı yazılı ərizə ilə Qusar rayon İcra Hakimiyyətinə müraciət edərək, Qusar rayon İHB-nın xx xxxxxxx 2002-ci il tarixli, 79 saylı sərəncamı ilə istifadəsinə verilmiş 27 saylı “Çadır” və 28 saylı “Yataq” adlı yay otlaq ərazisindən 504.0 ha torpaq sahəsinin icarə müddətinin bitməsi ilə əlaqədar olaraq, yay otlaq sahəsinin icarə müddətinin uzadılmasını xahiş edib və onun müraciəti ilə əlaqədar olaraq X7 Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən həmin torpaq sahəsinin onun icarəsinə verilməsi barədə müvafiq rəy verilib. Bundan sonra Qusar rayon İHB-nın xx xxxxxxx 2017-ci il tarixli, 40 saylı Sərəncamı ilə Qusar rayonunun inzibati ərazisinə daxil olan 27 saylı “Çadır” və 28 saylı “Yataq” adlı yay o tlaq sahəsindən 504.0 hektar torpaq sahəsinin 15 il müddətinə İddiaçı icarəsinə verilməsi qərara alınıb və həmin yay otlaq sahəsinə dair sonuncu ilə Qusar rayon İcra Hakimiyyəti arasında xx xxxxxxx 2017-ci il tarixli, 04 saylı torpaq icarə müqaviləsi bağlanıb. Eyni zamanda işdən görünür ki, Qusar rayon İHB-nın xx xxx 2006-cı il tarixli, 58 saylı Sərəncamına əsasən, Qusar rayonu inzibati ərazisində yerləşən 28 saylı “Yataq” yay otlaq sahəsindən 340 ha yay otlaq sahəsi 15 il müddətinə Cavabdeh1 icarəsinə verilib. X7 Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx xxxx 2018-ci il tarixli məktubundan görünür ki, Qusar rayonunun inzibati ərazisində yerləşən 27 saylı “Çadır” və 28 saylı “Yataq” adlı yay otlaq sahələri Qusar rayon İHB-nın xx xxxxxxx 2017-ci il tarixli, 40 saylı Sərəncamı və eyni tarixli, 04 saylı icarə müqaviləsinə əsasən 15 il müddətinə İddiaçı icarəsinə verilib. Həmçinin Cavabdeh1 və Cavabdeh2 həmin ərazidən torpaq sahəsinin verilməsi və yerquruluşu sənədlərinin hazırlanması barədə Qusar rayon İcra Hakimiyyəti tərəfindən Agentliyə müraciət daxil olmayıb və onların adlarına heç bir sənəd verilməyib. Daha sonra, Qusar rayonu, “Şahdüzü” yay otlaq sahəsində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 5 saylı Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi Mübariz Kərimov, İddiaçı və Rüfəddin Həmidovun iştirakları ilə tərtib edilmiş xx xxxx 2018-ci il tarixli Akta əsasən, Qusar rayon İHB-nın xx xxxxxxx 2017-ci il tarixli, 40 saylı Sərəncamı ilə İddiaçı istifadəsinə verilmiş 27 saylı “Çadır” və 28 saylı “Yataq” adlı yay otlaq sahəsinin bütün döngə nöqtələr inin koordinatları ölçülərək yerində müəyyən olundu və ona tanıdıldı. Lakin ölçmə zamanı məlum oldu ki, həmin torpaq sahəsinin cənub-qərb və şimal-qərb hissələrinin bir hissəsi qonşu torpaq sahibləri tərəfindən istifadə olunur. Eyni zamanda işə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, xx xxx 2006-cı il tarixli icarə müqaviləsinə əsasən, Cavabdeh1 icarəsinə ayrılmış 28 saylı “Yataq” adlanan torpaq sahəsinin dəqiq koordinatları müəyyən edilərkən aşkar edildi ki, mübahisə predmeti olan torpaq sahəsi plan və ölçüdə göstərilən cizgilər daxilində yerləşmir və həmin cizgilər naturada üst-üstə düşmür və üst-üstə düşməyən hissə 153 ha təşkil edir. Həmçinin xx xxxxxxx 2017-ci il tarixli icarə müqaviləsinə əsasən, İddiaçı icarəsinə a yrılmış 28 saylı “Yataq” adlanan torpaq sahəsinin dəqiq koordinatları yerində müəyyən edilərkən aşkar edildi ki, torpaq sahəsi yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşir və həmin koordinatlar naturada üst-üstə düşür. Cavabdeh1 icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşməyən sahə 153 ha təşkil edir və həmin torpaq sahəsindən faktiki olaraq Cavabdeh2 istifadə edir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən mütəxəssis, ekspert rəylərini, işdə iştirak edən şəxslərin izahatlarını digər sübutlarla müqayisəli şəkildə tədqiq edib müəyyən etmişdir ki, cavabdehlər iddiaçının qanuni əsaslarla icarəsində olan torpaq sahəsini zəbt etmişlər və işin bu halı həm bir inci, həm də apelyasiya icraatı zamanı öz təsdiqini tapmışdır. Apelyasiya instansiyası məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Belə ki, həmin maddələrin tələblərinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu baxımdan kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, Cavabdeh2 kasasiya şikayəti ilə eyni məzmunlu olan digər Cavabdeh1 apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin yenidən araşdırılmasına lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-476/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-617/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-617/2021
16.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver