Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-617/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı ilkin, Cavabdeh "xxxx" MTK-ya qarşı ("xxxx" ASC və Azərbaycan İpoteka və Kredit Zəmanəti Fondu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşılıqlı iddiası üzrə QƏRARİ Açar sözlər: müqaviləyə xitam və sənədlərin verilməsi, işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə çıxarılmasının prosessual nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim) Əhmədov Əhməd Abba s oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı “öhdəliyə xitam verilməsi tələbinə dair” ilkin, Cavabdeh "xxxx" MTK-ya qarşı ("xxxx" ASC və Azərbaycan İpoteka və Kredit Zəmanəti Fondu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “sənədlərin verilməsi və s. tələbinə dair” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli 2(103)-4925/2023 saylı qətnaməsindən iddiaçı (qarşlılıqlı iddia üzrə cavabdeh) "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 1, mənzil 33 ünvanında y erləşən daşınmaz əmlak üzərində Cavabdeh mülkiyyət hüquq xx.xx.2012-ci il tarixdə tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 1748 nömrəli reyestr kitabının 160692 nömrəli vərəqində qeydiyyata alınmışdır (Seriya: RX, 0065125) əsasən (reyestr nömrəsi: **********10-05101-093045, qeydiyyat nömrəsi: **********). 2. "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu tarixli 57 nömrəli müqaviləyə görə (tərəflərin razılığı ilə xitam verilib) Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanında yerləşən mənzilin "xxxx" MTK tərəfindən sökülüb yerində tikilən binadan yenisi ilə əvəz olunmasına onun etirazı yoxdur. Hazırki müqavilənin bağlanmasında məqsəd Cavabdeh mülkiyyətində olan mənzilin ipotekadan çıxarılması və həmin mənzi lə dair notariat qaydasında müqavilənin bağlanmasıdır. Bununla bağlı ilkin olaraq Cavabdeh veriləcək mənzil üzərində hüquqlar dövlət qeydiyyatından keçir və ipotekasaxlayan bankın razılığı ilə həmin mənzilin ipotekaya qoyulmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 yüklülükdən azad edilir. Mənzil ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək həmin müqavilənin bağlanması ilə əlaqədar aşağıdakılar barədə razılığa gəlmişlər: - xx.xx.2019-cu tarixdə Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar mənzil ipotekadan azad edildikdən sonra "xxxx" MTK ilə bağladığı daxili müqavilənin 1.4-cü bəndinə əsasən aylıq kirayə haqqı ödənilməyəcə kdir. 1.1. “Gözəl ünvan 3 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı 64.5 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15% olmaqla Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində, 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzil və J girişində, 8-ci mərtəbəsin də layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzilin ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqaviləyə əsasən “Mülkiyyətçi”nin mülkiyyətinə verilməsi, “Mülkiyyətçi”nin isə söküləcək mənzilin "xxxx" MTK-nın istifadə və sahibliyinə verməsidir. Razılaşmaya əsasən “Mülkiyyətçi” Cavabdeh xx.xx.2019-cu il tarixinədək notarial qaydada müqavilə bağlanması üçün sənədləri "xxxx" MTK-ya təqdim etməlidir. Bundan sonra “Mülkiyyətçi” adlandırılacaq Cavabdeh bir tərəfdən, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MTK-nın direktoru X4 şəxsində bundan sonra “Şirkət” adlandırılacaq digər tərəfdən, aşağıdakılar haqqında hazırki müqaviləni bağladılar: 1.2. Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli qərarına əsasən xx.xx.2017ci il tarixli Fövqə ladə Hallar Nazirliyinin (FHN) yaşayış üçün qəzalı olması haqqındakı aktına əsasən Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 11 saylı sərəncamına əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçi”yə mənzili təhvil vermək. 1.3. Binanın tikintisi başa çatıb yeni mənzilə köçənədək “Mülkiyyətçi”nin qalacağı mənzilin kirayə haqqı "xxxx" MTK tərəfindən ödənilməyəcəkdir. 1.4. “Mülkiyyətçi”nin qalmaq üçün kirayələdiyi otaq sayı, sahəsi (kv.m-lə) mülkiyyətində olan söküləcək mənzilin otaq sayı və sahəsinə uyğun olmalıdır. "xxxx" MTK-nın binanın inşası dövründə verəcəyi kirayə haqqının məbləği söküləcək otaq sayı və sahəsindən asılı olaraq müəyyən edilir. 1.5. Müqavilə bağlandıqdan son ra xx.xx.2019-cu il tarixinədək mənzili boşaldaraq "xxxx" MTK-nın əməkdaşlarına təhvil verilməlidir. 3. "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu tarixli 57 nömrəli müqaviləyə (hazırda qüvvədədir) görə, Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanında yerləşən mənzilin "xxxx" MTK tərəfindən sökülüb yerində tikilən binadan yenisi ilə əvəz olunmasına onun etirazı yoxdur. Hazırki müqavilənin bağlanmasında məqsəd Cavabdeh mülkiyyətində olan mənzilin ipotekadan çıxarılması və həmin mənzilə dair notariat qaydasında müqavilənin bağlanmasıdır. Bununla bağlı ilkin olaraq Cavabdeh veriləcək mənzil üzərində hüquqlar dövlət qeydiyyatından keçir və ipotekasaxlayan bankın razılığı ilə həmin mənzilin ipotekaya qoyulmaqla, Bakı şəhəri, Nə simi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 yüklülükdən azad edilir. Mənzil ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək həmin müqavilənin bağlanması ilə əlaqədar aşağıdakılar barədə razılığa gəlmişlər: - xx.xx.2019-cu tarixdə Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar "xxxx" MTK ilə bağladığı daxili müqavilənin 1.4-cü bəndinə əsasən aylıq kirayə haqqı ödənilməyəcəkdir. 1.1. “Gözəl ünvan 3 ünvanında yerləşən yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüs ü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı 64.5 kv.m təmirli mənzilin (faktiki sahə 107 kv.metr + 6 kv.metr həyətdəki saxlanc anbar) dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15% olmaqla Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində, 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzil və İ girişində, 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92,3 kv.m olan təmirsiz mənzilin ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqaviləyə əsasən “Mülkiyyətçi”nin mülkiyyətinə verilməsi, “Mülkiyyətçi”nin isə söküləcək mənzilin "xxxx" MTK-nın istifadə və sahibliyinə verməsidir. Qeyd edilən 2 mənzilin (Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində, 8-ci mərtəbəsindəki 2 otaqlı 64,8 kv.m ibarət və İ girişində, 7-ci mərtəbəsində 2 otaqlı 92,3 kv.m olan mənzillər) 18 ay müddətində yaşayış binasının A girişində olan 67.5 kv.metrdən ibarət 2 (iki) ədəd mənzillərlə (binanın 13-14-cü mərtəbələrində) dəyişdirilməsini "xxxx" MTK üzərinə götürür və “Mülkiyyətçi”nin buna etirazı yoxdur, həmin mənzillər təqdim ediləcəyi halda “Mülkiyyətçi” qeyd edilən mənzilləri təhvil verəcək. Razılaşmaya əsasən “Mülkiyyətçi” Cavabdeh xx.xx.2019-cu il tarixinədək notarial qaydada müqavilə bağlanması üçün sənədləri "xxxx" MTK-ya təqdim etməlidir. Mənzilin sökülməsi, ipoteka p redmetinə ziyan vurulması ilə əlaqədar bank və ipoteka fondu qarşısında "xxxx" MTK məsuliyyət daşıyır. Bundan sonra “Mülkiyyətçi” adlandırılacaq Cavabdeh bir tərəfdən, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MTK-nın direktoru X4 şəxsində bundan sonra “Şirkət” adlandırılacaq digər tərəfdən, aşağıdakılar haqqında hazırki müqaviləni bağladılar: 1.2. Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli qərarına əsasən xx.xx.2017-ci il tarixli Fövqəladə Hallar Nazirliyinin (FHN) yaşayış üçün qəzalı olması haqqındakı aktına əsasən Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 11 saylı sərəncamına əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçi”yə mənzili təhvil vermək. 1.3. Binanın tikintisi başa çatıb yeni mənzilə köçənədək “Mülkiyyətçi”nin qalacağı mənzilin kirayə haqqı "xxxx" MTK tərəfindən ödənilməyəcəkdir. 1.4. “Mülkiyyətçi”nin qalmaq üçün kirayələdiyi otaq sayı, sahəsi (kv.m-lə) mülkiyyətində olan söküləcək mənzilin otaq sayı və sahəsinə uyğun olmalıdır. "xxxx" MTK-nın binanın inşası dövründə verəcəyi kirayə haqqının məbləği söküləcək otaq sayı və sahəsindən asılı olaraq müəyyən edilir. 1.5. Müqavilə bağlandıqdan sonra xx.xx.2019-cu il tarixinədək mənzili boşaldaraq "xxxx" MTK-nın əməkdaşlarına təhvil verilməlidir. Əks halda müqavilə xx.xx.2019cu il tarixində ləğv olunacaqdır. 4. "xxxx" MTK üzvlərinin ümumi yığıncağının 86 nömrəli protokolundan xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Qanbayev X1 üzv qəbul olmaqla, MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, Fe yzulla Qasımzadə küçəsi 9, 8-ci mərtəbə, ümumi sahəsi 64.8 kv.m olan 2 otaqlı 1 saylı mənzilin payçısı olması təsdiq edilmişdir. Sənədlər payçıya qabaqcadan qeydiyyat haqqında arayış verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə göndərilmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, 9, M8, m1 ünvanında yerləşən daşınmaz əmlak (reyestr nömrəsi: **********78-05301-093084, qeydiyyat nömrəsi: **********) üzərində hüquq xx.xx.2019-cu il tarixdə tam mülkiyy ət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 3013 nömrəli reyestr kitabının 281336 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır. Mənzilin 8-ci mərtəbədə yerləşməsi, 2 otaqdan, 64.8 kv.m ümumi sahədən ibarət olması arayışda öz əksini tapmışdır. 6. 13.07.2020-ci il tarixli ipoteka müqaviləsinə görə ipoteka qoyan-borcalan Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi
9. M8, m1 ünvanında yerləşən və Bakı şəhər Ərazi İdarəsi tərəfindən 19 mart 2019-cu il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********78-05301-093084 olan hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən ona məxsus yaşayış sahəsini (ipoteka predmetini) ipoteka qoyan-borcalan Cavabdeh və ipoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyy əti arasında Bakı şəhərində bağlanmış 04 oktyabr 2012-ci il tarixli 015/İK/B-12 nömrəli Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayana ipotekaya verir. İpoteka predmeti 70000 manat dəyərində qiymətləndirilir. 7. "xxxx" MTK tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıqda göstərilmişdir ki, 21 fevral 2019-cu il tarixində tərəflər arasında bağlanmış olan müqavilənin şərtləri "xxxx" MTK-nı olduqca çətin vəziyyətə salmışdır. Belə ki, ərazidə olan yaşayış evlərinin mülkiyyətçilərinin mənzilərinin sökülməsi və tez bir zamanda həmin yaşayış evlərinin tikilərək mülkiyyətçilərə təhvil verilməsi öhdəliyi MTK-nı özü üçün ağır şərtlərlə Cavabdeh ilə müqavilə bağlamağa vadar etmişdir. Lakin həmin dövrdə bu vəziyyətdən istifadə edərək Cavabd eh ilə MTK-nı eyni tarixli başqa müqavilə bağlamağa vadar etməklə Q.Emilin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanda yerləşən mənzilin sökülməsinin qarşılığı olaraq Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6cı mərtəbədə layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişinin 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv.m təmirsiz mənzil və İ girişinin 7ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92.3 kv.m təmirsiz mənzilin Cavabdeh mülkiyyətinə verilməsi müəyyən edilmişdir. Həmin mərtəbəli 4 girişli binanın J girişində 8-ci mərtəbədə layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv.m və İ girişinin 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92.3 kv.m təmirsiz mənzillər) 18 ay müddətində yaşayış binasının A girişində olan 67.5 kv.metrdən ibarət 2 ədəd mənzillərlə (binanın 3-14-cü mərtəbələrində) dəyişdiriləcəyi həmin mənzilləri Cavabdeh təhvil verəcəyi müəyyən edilmişdir. Əvvəla bu müqaviləyə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixinədək notarial qaydada müqavilənin bağlanılması üçün sənədləri "xxxx" MTK-ya təqdim etmək öhdəliyini götürsə də, imperativ olan bu öhdəliyi bu günədək icra etməmişdir. İkincisi isə müddətin həddindən artıq uzanması səbəbindən "xxxx" MTK-nın sahibliyində və istifadəsində yuxarıdakı müqavilədə qeyd edilən 2 ədəd 67.5 kv.m sahələr artıq qalmamışdır və onların Cavabdeh verilməsi MTK-nın imkanı xaricindədir. Bu səbəbdən Cavabdeh mülkiy yətində olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 33 ünvanda yerləşən mənzilin sökülməsi qarşılığı olaraq "xxxx" MTK üçün kifayət qədər ağır şərtlərlə olsa belə, Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbədə layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 5-ci və 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 2 ədəd 64,8 kv.m təmirsiz mənzili "xxxx" MTK-dan təhvil almaq, əvəzləşmə müqaviləsinin notarial qaydada bağlanması üçün zəruri sənədləri "xxxx" MTK-ya təqdim etmək və xx.xx.2020-ci il tarixinədək notarial qaydada təsdiq ediləcək əvəzləşmə müqaviləsinin bağlanmasını təmin etmək xahiş edilmişdir. 8. "xxxx" MTK tərəfindən Cavabdeh ünvanlanmış pretenziyaya cavabda göstərilmişdir ki, xx.xx.2019-cu tarixli müqavilənin 1.1-ci bəndinin 2-ci abzasına əsasən müqavilə tərəfləri razılığa gəlmişlər ki, “Mülkiyyətçi” Cavabdeh xx.xx.2019-cu il tarixinədək notarial qaydada müqavilənin bağlanılması üçün sənədləri, yəni ipotekada olan mənzilin ipotekadan çıxarılması və həmin mənzildə qeydiyyatda olan, 18 yaşına çatmış şəxslərin razılıq ərizələrini "xxxx" MTK-ya təqdim etməli idi. Eyni zamanda, müqavilənin 1.1-ci bəndinə əsasən Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbədə layihə sənədlərinə əsasən 4 otaqlı 174 kv.m olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzil və İ girişində 7-ci mərtəbədə layihə sənədlərinə əsasən 2 otaqlı 92.3 kv.m olan təmirsiz mənzilin ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqaviləyə əsasən Cavabdeh mülkiyyətinə veriləcəyi göstərilmişdir. Cavabdeh bu öhdəliyi icra etmədiyindən "xxxx" MTK 21 fevral 2019-cu tarixli 57 nömrəli ilkin müqavilə üzrə öhdəliklərə xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iş hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmaqla işə hazırlıq iclası 27 mart 2023-cü il tarixinə təyin edilmişdir. Bu səbəbdən pretenziyaya məktubundakı tələblərlə bağlı qeyd olunan işin nəticəsinin gözlənilməsi qeyd edilmişdir. 9. "xxxx" MTK tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, aralarında bağlanmış 21 fevral 2019-cu tarixli müqavilənin 1.1-ci bəndinin 2-ci abzasında müəyyən edilmiş şərtə əsasən Cavabdeh tərəfindən 30 mart 2019-cu il tarixinədək mülkiyyətində olmuş və yuxarıda adı çəkilən mənzilə dair sənədlərin notarial qaydada müqavilənin bağlanması üçün MTK-ya verilməsi öhdəliyi icra olunmadığından MTK Cavabdeh qarşı 21 fevral 2019-cu tarixli müqavilənin etibarsız hesab edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və iş hazırda həmin məhkəmənin icraatındadır. Bu səbəbdən MTK-ya ünvanlanan 06 sentyabr 2021-ci il tarixli müraciətdə MTK tərəfindən müqavilənin şərtlərinə əməl edilməməsi ilə bağlı göstərilənlər yalan və böhtandan savayı bir şey deyildir. Əslində isə Cavabdeh MTKnın düşdüyü çətin durumda n istifadə etməklə MTK-nı bu müqaviləni bağlamağa məcbur etməklə bərabər müqavilə üzrə öhdəliyini də icra etməmiş, bu isə onun bu müqaviləni bağlamaq niyyətinin olmadığına dəlalət edir. Halbuki, müvafiq orqanda qeydiyyatı aparılan daşınmaz əmlaklar üzərində sərəncam verilməsi yalnız notarial müqavilənin bağlanması ilə mümkündür. Bu, mülki qanunvericiliyin imperativ müddəasıdır. Yaranmış mübahisənin məhkəmə müstəvisində olduğundan məhkəmə qərarını gözləmək tövsiyə edilmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-293/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m təmirsiz mənzil, Akad emik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m təmirsiz mənzil və J girişində, 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64,8 kv.m təmirsiz mənzillə bağlı "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 5-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m təmirsiz mənzil və İ girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 92.3 kv.m olan təmirsiz mənzillə bağlı "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(103)-2610/2022 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MTK-nın apellyasiya şikayətinin qismən, Cavabdeh apellyasiya şikayətinin tam təmin olunması, Nəsimi Rayon Məhkəməsinin 2(006)293/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin tərəflərə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5033/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2022-ci il ta rixli 2(103)-2610/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı "xxxx" MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2019-cu il tarixli 57 nömrəli ilkin müqavilə üzrə öhdəliklərə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, MTK tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı tarixli 86 nömrəli qərarına əsasən Bakı şəhərinin digər rayonlarında olduğu kimi, Nəsimi rayonu ərazisində də Ak.Topçubaşov, Abbas Səhhət, Xan Şuşinski və Feyzulla Qasımzadə küçələrinin əhatə etdiyi məhəllədə “Pilot” layihə icra olunmaqdadır. Həmin əraz idə olan yaşayış və qeyri-yaşayış sahələrinin bütün mülkiyyətçiləri (160 mülkiyyətçi) ilə razılaşma əldə olunaraq sahələr boşaldılmış və tikinti işlərinə başlanılmışdır. Nəsimi rayon İcra Hakimiyyəti ilə MTK arasında bağlanmış müqaviləyə əsasən sakinlərin malik olduqları sahələrə əlavə olaraq 15 %-dən artıq olmaqla sahələr verilmişdir. Həmin vaxtda cavabdehin yaşadığı mənzilin yerləşdiyi binanın yerində inşa ediləcək yeni binanın bütün sakinləri ilə razılıq əldə edilmiş və həmin sakinlər mənzilləri üçün kirayə haqqı ödənilməklə mənzillərini təhvil vermişdilər. Bu isə 2017-ci ilin iyun ayına təsadüf etmişdir. Belə olan halda MTK-nın bu sakinlər qarşısında müqavilədən doğan öhdəliyini və həmçinin Nəsimi rayon İcra Hakimiyyəti ilə bağlamış olduğu müqavilədən doğan öhdəliyini icra etməsi üçü n yeni binanın tikinti işlərinə başlaması vacib idi. Cavabdeh isə 1 il 6 ay ərzində MTK ilə razılığa gəlməyərək bu işləri gecikdirmişdir. Cavabdehə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, 1 saylı evin 33 saylı mənzili "xxxx" ASC-dən götürülmüş kreditin təminatı olaraq ipotekaya qoyulduğundan cavabdehin təklifi ilə 21 fevral 2019-cu il tarixdə cavabdehin mülkiyyətində olan bu mənzilin xx.xx.2019-cu il tarixinədək ipotekadan çıxarılması və həmin mənzilə dair notariat qaydasında əvəzləşmə müqaviləsinin bağlanması məqsədi ilə əvvəlcə mülkiyyətində olan 64,5 kv.m-dən ibarət olan 3 otaqlı mənzili üçün MTK ilə əvvəlcə 4 otaqlı 174 kv.m təmirsiz mənzil, 2 otaqlı 64.8 kv.m təmirsiz mənzil və 64.8 kv.m 2 otaqlı təmirsiz mənzilin verilməsi ilə bağlı müqavilə bağlanmış, sonr a isə mülkiyyətçi mənzilinin ipotekadan çıxarılması üçün müddəti xx.xx.2019-cu il tarixinədək uzatmaq üçün bağlanmış bu müqavilə tərəflərin iradə ifadəsi ilə ləğv edilərək MTK ilə mülkiyyətində olan 64,5 kv.mdən ibarət olan 3 otaqlı mənzili üçün Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın A girişində 6-cı mərtəbədə layihə sənədlərinə əsasən 4 otaqlı 174 kv.m olan təmirsiz mənzil, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın J girişində 8-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı 64.8 kv.m olan təmirsiz mənzil və İ girişində 7-ci mərtəbədə layihə sənədlərinə əsasən 2 otaqlı 92.3 kv.m olan təmirsiz mənzil ilə bağlı 57 saylı 2-ci yeni İlkin müqavilə bağlanmışdır. Qeyd olunan müqavilədən də göründüyü kimi, müqavilənin bağlanmasın ın məqsədi məhz cavabdehin mülkiyyətində olan mənzilin ipotekadan çıxarılması və həmin mənzilə dair əvəzləşmə müqaviləsinin bağlanması olmuşdur. Məlumdur ki, müqavilə tərəflərin iradə azadlığını əks etdirir və tərəflərdə bu müqaviləni imzalayarkən qarşılıqlı razılıq əsasında müqavilədə göstərilən mənzillərin yalnız hazırki iş üzrə cavabdehin mülkiyyətində olan mənzili ipotekadan azad edildikdən sonra notariat qaydasında təsdiq ediləcək müqaviləyə əsasən cavabdehin mülkiyyətinə veriləcəyini razılaşdırmışlar. Cavabdeh isə bu öhdəliyini icra etməmiş və tərəflər arasında həmin mənzillərlə bağlı notarial təsdiqli müqavilə bağlanmamış, qeyd olunan öhdəliyin icrası ilə bağlı cavabdeh tərəfin nəzərinə çatdırılmasına dair 27 yanvar 2020-ci il tarixdə məktubla xəbərdar edilməsinə baxmayaraq qarşı tə rəf heç bir cavab verməmiş, bu səbəbdən də həmin mənzillərin cavabdehin mülkiyyətinə keçməsində tərəflər arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilənin icrası şərti baxımından mümkünsüzdür. Göründüyü kimi, cavabdeh mülkiyyətində olan mənzilin ipotekadan çıxarılması və həmin mənzilə dair notariat qaydasında əvəzləşmə müqaviləsinin bağlanması məqsədi ilə razılığa gələrək bağlamış olduğu 21 fevral 2019-cu il tarixli müqavilə üzrə öhdəliyini icra etməmişdir. Ləğvi tələb olunan xx.xx.2019-cu tarixli müqavilənin mahiyyətindən göründüyü kimi tərəflər arasında ifadə olunan iradə xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən mülkiyyətində olan mənzilin ipotekadan çıxarılmasına dair və digər zəruri sənədləri MTK-ya təqdim etmək, bununla da notarial qaydada təsdiq olunacaq əvəzləşmə barəd ə əsas müqavilənin bağlanmasına yönəlmişdir. Lakin edilmiş xəbərdarlıqlara baxmayaraq, əsas müqavilənin bağlanması ilə bağlı ilkin müqavilə üzrə öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. İlkin müqavilənin bağlandığı tarixdən uzun müddət keçməsinə baxmayaraq, xx.xx.2019-cu tarixli ilkin müqavilədən irəli gələn öhdəliyini icra etməmiş, bu öhdəliyini icra edərək əsas müqaviləni bağlamaq barədə təklif göndərməmiş, hətta 27 yanvar 2020-ci il tarixli xəbərdarlıq məktubuna cavab verməmişdir.
14. Eyni zamanda Cavabdeh "xxxx" MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi, daha sonra qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu tarixli müqaviləyə əsasən Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən 16 mərtəbəli 2 girişli binanın “A” girişi ndə 6-cı mərtəbəsində 174 kv.m mənzilə, 7-ci mərtəbəsində 92,3 kv.m mənzilə dair borcun olmaması barədə maliyyə arayışlarının, üzvlüyə qəbulla bağlı protokoldan çıxarışların və layihədən təsdiq edilmiş çıxarışın, eyni zamanda mənzillərin özəlləşdirilməsi, çıxarışın verilməsi, mənzilin dövlət qeydiyyatı üçün zəruri sənədlərin Cavabdeh verilməsinin, bununla bağlı bütün zəruri hərəkətlərin aparılmasının Mənzil-Tikinti Kooperativinə tapşırılması, 8-ci mərtəbəsində 64,8 kv.m 2 otaqlı mənzilin, 7-ci mərtəbəsində 92,3 kv.m 2 otaqlı mənzilin Cavabdeh təhvil verilməsinin və təmir üçün şəraitin yaradılmasının Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi və ödənilmiş dövlət rüsumunun Mənzil-Tikinti Kooperativindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, F.Qasımzadə küçəsi, ev 1, mənzil 33 onun mülkiyyətindədir. ünvan 10 ünvanı üzrə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 11 saylı, xx.xx.2017-ci il tarixli sərəncamına uyğun olaraq 33 saylı mənzilin mülkiyyətçisi kimi ona bildirilmişdir ki, “şifahi razılaşmaya uyğun olaraq müqavilə hazırdır, gəl qol çək”. xx.xx.2019-cu il tarixdə Mənzil-Tikinti Kooperativinin ofisinə getmiş, və müqaviləyə qol çəkdikdən sonra ona maliyyə arayışı, protokoldan çıxarış verilmişdir. Həmin sənədləri evə gətirib oxuduqda görmüşdür ki, müqavilədə göstərilən 64,5 kv.metrlik 2 mənzil Topçubaşov küçəsinə baxan binadadır və dərhal ofisə qayıdıb səbəbini soruşmuşdur. Kooperativi faktiki idarə edən və sədrin etibarnamə üzrə nümayəndəsi Elmar adlı şəxs ona bildirmişd ir ki, F.Qasımzadə küçəsinə baxan binadakı 67,5 kv.metrlik 2 mənzili verməyə söz versələr də, anlaşılmazlıq olub, onları satıblar, lakin həmin mənzili alıb geri qaytaracaqlar. Elmar adlı şəxs ciddi danışdığını və onu arxayın etmək üçün 92,3 metrlik 2 otaqlı mənzili verdiyini, əgər 1,5 il ərzində F.Qasımzadə küçəsinə baxan binadakı 67,5 kv.metrlik mənzili ona verə bilməsələr, müqavilənin olduğu kimi qalacağını bildirmişdir (174+92,3+64,5). O Elmarın təklifi ilə razılaşmış və onlar bu şərtlərlə müqavilə bağlamışlar. Müqavilənin bağlanmasından xeyli müddət keçsə də, cavabdeh Mənzil-Tikinti Kooperativi müqavilə şərtlərini icra etmir. Ona yalnız 4 otaqlı mənzil təhvil verilmiş, 64,5 kv.metrdən ibarət mənzilin qapısının üst açarları təhvil verilsə və mənzilə əşyalarını yığsa da, sonradan mənzili n qapısı alt açarlarla bağlanmışdır. Həmin mənzilin 1 açarı onda, digər açarı isə Mənzil-Tikinti Kooperativindədir. Ona görə də müqavilə şərtlərinə əməl edilməli, mənzillər və mənzillərə dair maliyyə arayışı və protokoldan çıxarış, mənzillərin cizgisi ona təhvil verilməlidir. Bununla bağlı Mənzil-Tikinti Kooperativinə etdiyi pretenziyaya verilmiş xx.xx.2021-ci il tarixli və sonrakı cavabda ona aralarında olan məhkəmə işinə uyğun gözləmək tövsiyə edilmişdir.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 may 2023-cü il tarixli 2(006)-1037/2023 nömrəli qətnaməsi ilə (hakim G.Abidova) ilkin iddia ərizəsi təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən, 16 mərtəbəli, 2 girişli binanın “A” gir işində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m mənzilə, Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli, 4 girişli binanın “İ” girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 92,3 kv.m mənzilə dair borcun olmaması barədə maliyyə arayışlarının, üzvlüyə qəbulla bağlı protokoldan çıxarışların, layihədən təsdiq edilmiş çıxarışın (ilkin hüquqmüəyyənedici sənədlərin) verilməsi, Bakı şəhəri, Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli 4 girişli binanın “J” girişində, 8-ci mərtəbəsində, layihə sənədlərinə əsasən 64,8 kv.m, 2 otaqlı mənzilin, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “İ” girişində, 7-ci mərtəbəsində, 92,3 kv.m, 2 otaqlı mənzilin Cavabdeh təhvil verilməsi "xxxx" Mənzil-Tikinti Kooperat ivinə həvalə edilməsi, qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun 80 manat hissəsinin "xxxx" Mənzil-Tikinti Kooperativindən tutularaq Cavabdeh ödənilməsi, qalan hissəsinin isə Cavabdeh aid edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
17. Məhkəmə ilkin iddia tələbinə münasibətdə qeyd etmişdir ki, MTK-nın Cavabdehlə müqavilə bağlamaqda əsas niyyəti Cavabdeh də digər mənzil sahibləri kimi razı salaraq, mənzilini təhvil alıb sökmək və yerində yeni bina tikmək olmuşdur. Müqavilə bağlandıqdan sonra Cavabdeh mənzilinin MTK-ya təhvil verildiyi an MTK əsas niyyətinə çatmışdır. MTK Cavabdeh məxsus mənzili əldə etmək üçün danışıqlar əsnasında, öz istəyi ilə və qarşılıqlı razılığa əsasən ümumi sahələri Cavabdeh məxsus mən zildən artıq olan 3 ədəd təmirsiz mənzili Cavabdeh təhvil vermək barədə öhdəlik götürmüş, lakin həmin öhdəliyini yerinə yetirməmişdir. Belə ki, məhkəmə araşdırmaları nəticəsində məlum olmuşdur ki, müqavilə üzrə verilən mənzillərdən sadəcə biri – sahəsi 174 kv.m olan mənzil Cavabdeh təhvil verilmiş, sahəsi 64.8 kv.m olan digər mənzili ipoteka ilə yüklü etmək üçün zəruri sənədləri isə məhz özünün Cavabdeh təhvil aldığı mənzilin ipoteka ilə yüklülüyünə xitam verilməsi üçün təhvil vermiş, sahəsi 92.3 kv.m olan mənzil barəsində isə ümumiyyətlə heç bir hərəkət edilməmişdir. Sahəsi 64.8 kv.m olan mənzilin açarlarından biri Cavabdeh verilmiş, o, əşyalarını həmin mənzilə yığdıqdan sonra MTK-da olan başqa bir açarla həmin mənzil bağlanmış, faktiki olaraq mənzil Cavabdeh təhvil verilməmişdir. Görün düyü kimi, MTK müqavilə üzrə əldə etmək istədiyinə nail olduqdan sonra hüququndan sui-istifadə edərək müxtəlif bəhanələrlə Cavabdeh qarşısında öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir.
18. Məhkəmə iş materialları əsasında müəyyən etmişdir ki, MTK-nın mənzilləri təhvil verməmək məqsədilə “müqavilənin etibarsız hesab olunması”na dair qaldırdığı iddia tələbi təmin edilməmişdir. Bundan sonra MTK hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, MTK bu hərəkətləri Cavabdeh qarşısında olan müqavilə öhdəliyini icra etməyərək, müddətin uzadılması məqsədilə edir.
19. Məhkəmə həmçinin qeyd etmişdir ki, müqavilə üzrə öhdəliklərin bir qismi tərəflərin öz arzusu və iradəsi ilə həyata keçirilmiş, MTK müqaviləni bağlayarkən nəzərdə tutduğu əsas niyyətinə nail ol maq üçün müqaviləni qismən icra etmiş, əsl niyyətinə çatdıqdan sonra isə öhdəliklərini icra etmək istəmədiyindən həmin müqaviləni ilkin müqavilə adlandırmış və müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən müqavilə araşdırılan zaman həqiqətən də müəyyən edilir ki, tərəflər gələcəkdə notariat qaydasında təsdiq edilən müqavilə bağlanması barədə razılığa gəlmişlər. Lakin belə razılığın olması hazırda mübahisələndirilən müqaviləyə ilkin müqavilə statusu vermək və nəzərdə tutulan müqavilə bağlanmadığından mübahisələndirilən müqavilə üzrə öhdəliklərə xitam vermək üçün əsas hesab edilə bilməz. Ona görə ki, yuxarıda da qeyd olunduğu kimi, tərəflər müqavilə üzrə öhdəliklərini qismən də olsa yerinə yetirmiş, həmin müqaviləni bəyənərək aralarında olan münasibətləri növbəti səviyyələ rə gətirmişlər. Lakin, yenə də yuxarıda qeyd edildiyi kimi, MTK artıq istədiyini əldə etdikdən sonra müxtəlif iddia tələbləri ilə məhkəməyə müraciət edərək, öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmaq istədiyini nümayiş etdirmişdir.
20. Məhkəmə hesab etmişdir ki, MTK-nın hazırki iddia tələbi mülki qanunvericilik baxımından hüquqdan sui-istifadənin xüsusi növü olan “öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirmə” xarakteri daşıyır. Bundan başqa, MTK-nın “Cavabdeh tərəfindən verilən mənzilin ipoteka yüklülüyündən azad edilmədiyi” dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, MTK tərəfindən Cavabdeh təqdim edilən mənzil (müqavilədə nəzərdə tutulan ikinci mənzil), həqiqətən də ipoteka ilə yüklü edilmiş, lakin həmin vaxt ipoteka yüklülüyündən azad edilməsi n əzərdə tutulan MTK-ya təhvil verilən mənzil artıq söküldüyündən müqavilənin bu şərti icra edilməmiş qalmışdır.
21. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə etmişdir ki, tərəflər Cavabdeh məxsus mənzilin alınıb MTK tərəfindən sökülməsi ilə Cavabdeh 3 ədəd yeni təmirsiz mənzilin verilməsi barədə razılığa gəlmişlər, Cavabdeh öhdəliyini yerinə yetirərək mənzilini MTK-ya təhvil vermiş, lakin MTK müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmişdir.
22. Qarşılıqlı iddia tələbinin “mənzilin dövlət qeydiyyatı üçün zəruri sənədlərin Cavabdeh verilməsi, bununla bağlı bütün zəruri hərəkətlərin aparılmasının Mənzil-Tikinti Kooperativinə tapşırılması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, tələb bu hissədə qeyri-müəyyən olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd edildiyi kimi, “mənzilə dair ilkin hüquqmüəyyənedici sənədlərin, yəni borcun olmaması barədə maliyyə arayışlarının, üzvlüyə qəbulla bağlı protokoldan çıxarışların, layihədən təsdiq edilmiş çıxarışın verilməsi” tələbinin təmin edilməsi hər iki tərəfin hüquqları və qətnamənin icrasının həyata keçirilməsi zamanı qeyri-müəyyənlik yaranmaması baxımından daha məqsədəmüvafiqdir.
23. Qarşılıqlı iddia tələbinin “təmir üçün şəraitin yaradılmasının Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, məhkəmə araşdırmaları zamanı Cavabdeh bildirmişdir ki, mənzillər təmirsiz olduğundan həmin mənzilləri təmir etmək zərurəti vardır. Lakin o ehtimal edir ki, MTK mənzilləri ona təhvil versə də, həmin mənzilləri təmir etməyə şərait yaratmayacaq, lifti bağlayacaq, işıqları söndür əcək və digər maneələr yaradacaqdır. Hazırda belə maneələrin olmasına dair sübutlar olmadığından, tələb bu hissədə təmin edilə bilməz. Eyni zamanda qeyd edilməlidir ki, iddia edilən hərəkətlər gələcəkdə MTK tərəfindən törədildiyi təqdirdə Cavabdeh müvafiq tələblərlə məhkəməyə müraciət etmək hüququ istisna olunmur.
24. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 1.2, 324.1, 324.4, 390.1, 402.1, 402.4, 402.5, 404.1-404.2, 405.1, 560.1-560.3, 560.3, 560.3.2, 6.2, 385.1, 386.1, 442, 445.2, 445.2.1, 448.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanu nlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
25. İddiaçı MTK apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunması və qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Əgər MTK-nın niyyəti məhkəmənin qeyd etdiyi kimi, Cavabdeh aid mənzilin tez bir zamanda sökülməsi idisə onda, həmin mənzil boşaldılan kimi MTK tərəfindən sökülərdi. Cavabdehlə bağlanmış olan 21 fevral 2019-cu il tarixli ilkin müqavilə üzrə öhdəliyə əsasən xx.xx.2019-cu ilə qəd ər mənzilin ipotekadan çıxarılması üçün Cavabdeh imkanı olduğu halda o, bu öhdəliyini icra etməmiş və xx.xx.2019-cu tarixli müqavilənin mahiyyətindən göründüyü kimi xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən mülkiyyətində olan mənzilin ipotekadan çıxarılmasına dair və digər zəruri sənədlərin MTK-ya təqdim etmək, bununla da notarial qaydada təsdiq olunacaq əvəzləşmə barədə əsas müqavilənin bağlanmasına dair öhdəliyi icra edilməmişdir.
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4925/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqov(sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
28. Məhkəmə kolleg iyası birinci instansiya məhkəməsinin iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsinə dair nəticəsini qanuni və əsaslı saymışdır.
29. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə mübahisələndirilən müqavilənin ilkin müqavilə olmaması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Əslində, bu müqavilə əmlaklarla, işlərlə və xidmətlərlə bağlı əsas müqavilə bağlanması öhdəliyini öz üzərinə götürmək barədə razılaşmadır. İlkin təşkilati müqavilədir, əsas müqavilənin meydana gəlməsinin təminatçısıdır. Onun məqsədi gələcəkdə bu və ya digər müqavilənin bağlanmasını təşkil etməkdir. Lakin sözügedən müqavilə üzrə tərəflər öhdəliklərinin bir qismini icra etmişlər, cavabdeh müqavilə bağlandıqdan dərhal sonra mənzilini təhvil vermiş, mənzil MTK tərəfindən sökülmüşdür, eyni zamanda MTK 3 ədəd təmirsiz mənzili Cavabdeh təhvil vermək barədə öhdəlik götürmüş, mənzillərdən biri – sahəsi 174 kv.m olan mənzil Cavabdeh təhvil verilmiş, sahəsi 64.8 kv.m olan mənzil Cavabdeh adına ilkin qeydiyyata alınmaqla açarlarından biri ona verilmiş, o, əşyalarını həmin mənzilə yığdıqdan sonra MTK-da olan başqa bir açarla həmin mənzil bağlanmış, faktiki olaraq isə mənzil Cavabdeh təhvil verilməmiş, sahəsi 92.3 kv.m olan mənzil barəsində isə ümumiyyətlə heç bir hərəkət edilməmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflərin hər ikisi müqavilə üzrə öhdəliklərini qismə n icra etmişlər, məhkəmə haqlı olaraq göstərmişdir ki, tərəflər müqavilə üzrə öhdəliklərini qismən də olsa yerinə yetirmiş, həmin müqaviləni bəyənərək aralarında olan münasibətləri növbəti səviyyələrə gətirmişlər. MTK artıq istədiyini əldə etdikdən sonra müxtəlif iddia tələbləri ilə məhkəməyə müraciət edərək, öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmaq istədiyini nümayiş etdirmişdir. Məhkəmə əsaslı olaraq MTK-nın hazırki tələbinin hüquqdan sui-istifadə xarakteri daşınması qənaətinə gələrək ilkin iddianı rədd etmişdir. Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Qarşılıqlı iddianın mübahisələndirilən hissəsinə münasibətdə isə artıq qeyd edildiyi kimi MTK müqaviləyə əsasən 3 ədəd təmirsiz mənzil verməyi öhdəsinə götürsə də, bu barədə öhdəliyini tam icra etməmişdir. Belə olan halda qarşılıqlı iddiaçı da haqlı olaraq təhvil verilməmiş digər iki mənzilin təhvil verilməsini tələb etmişdir.
31. Məhkəmə k ollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 402.1, 402.4, 402.5, 404.1-404.2, 405, 560.1, 560.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı (Vəkil oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. İş üzrə üçüncü şəxs "xxxx" ASC kassasiya şikayətinə qarşı etiraz təqdim edərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
38. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.
39. Maddə 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır.
40. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.
41. Maddə 404.1-404.2. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
42. Maddə
405. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
43. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
44. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
45. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
46. Maddə
528. Öhdəliyə onun kreditorun xeyri nə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakt iki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
54. Maddə 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:... 418.4.6. məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə;... Kassasiya baxışının hədləri
55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassas iya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
56. Hazırki kassasiya şikayətində iddiaçı tərəfindən qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, işə baxılarkən Bakı şəhəri, Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli, 4 girişli binanın “İ” girişində 7-ci mərtəbəsində yerləşən 2 otaqlı, 92,3 kv.m mənzilin mülkiyyətçisi işə cəlb olunmadığına görə, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi «Bakı şəhəri, Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli, 4 girişli binanın “İ” girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 92,3 kv.m mənzilə dair hissədə ləğv edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanmalıdır.
58. Belə ki, apelyasiya instansiyası məhkəməsi «Bakı şəhəri, Feyzulla Qasımzadə küçəsində yerləşən, 16 mərtəbəli, 2 girişli binanın “A” girişində 6-cı mərtəbəsində layihə sənədlərinə əsasən 4 otaqlı, 174 kv.m mənzilə dair borcun olmaması barədə maliyyə arayışının, üzvlüyə qəbulla bağlı protokoldan çıxarışların, layihədən təsdiq edilmiş çıxarışın (ilkin hüquqmüəyyənedici sənədlərin) verilməsi, Bakı şəhəri, Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli 4 g irişli binanın “J” girişində, 8-ci mərtəbəsində, layihə sənədlərinə əsasən 64,8 kv.m, 2 otaqlı mənzilin Cavabdeh təhvil verilməsi "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi, qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun 80 manat hissəsinin "xxxx" Mənzil-Tikinti Kooperativindən tutularaq Cavabdeh ödənilməsi, qalan hissəsinin isə Cavabdeh aid edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi» hissəsində düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
59. Lakin məhkəmə Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli, 4 girişli binanın “İ” girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 92,3 kv.m mənzilə dair borcun olmaması barədə maliy yə arayışının verilməsi, həmin mənzilin Cavabdeh təhvil verilməsi hissəsində işin halları tam araşdırılmadığına və üçüncü şəxsin mənafelərinə toxunduğuna görə ləğv olunmalıdır.
60. Belə ki, kassatorun nümayəndəsi tərəfindən elektron kabinetdə yerləşdirilmiş sənədlərdən göründüyü kimi Nəsimi rayonu, Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli, 4 girişli binanın “İ” girişində 7-ci mərtəbəsində 2 otaqlı, 92,3 kv.m mənzilə dair "xxxx" MTK ilə X2 arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanmış, həmin mənzil 100000 manata sonuncuya verilmişdir. Qeyd olunan mənzil üzərində X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
61. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsi X2 qanunla qorunan mülkiyyət hüququ na toxunur.
62. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri).
63. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1- ci maddəsində öz əksini tapmışdır.
64. Mülkiyyət hüququnun müdafiə vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində əksini tapmış hüquq və azadlıqların məhkəmə təminatıdır. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir.
65. Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə müvafiq olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi v ə faktlar əsasında həyata keçirilir. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
66. Qeyd olunduğu kimi, mübahisəli Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli, 4 girişli binanın “İ” girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 92,3 kv.m mənzilə mülkiyyət hüq uqu A.Bəhrəmova keçmişdir. Bu isə onun mülkiyyətçi kimi, əldə edilmiş əşyanın sonrakı məhkəmə mübahisələri zamanı müqəddəratının həll edilməsində müvafiq subyektiv hüquqlara malik olmasına dəlalət edir.
67. Lakin A.Bəhrəmov tərəf kimi işə cəlb edilmədən yuxarıda göstərilən məhkəmə qərarları ilə mülkiyyətində olan əmlaka dair məsələ həll edilmiş, nəticədə Konstitusiyanın 29-cu maddəsinin İ hissəsində təsbit olunmuş mülkiyyət hüququ pozulmuşdur.
68. Konstitusiya Məhkəməsinin Plenumu “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 iyul 2016-cı il tarixli qərarında qeyd edib ki, «şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. İşdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətləri aşağıdakılardır: onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi; iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması; öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması. İşə cəlb edilməyən şəxsin prosessual fəaliyyəti onun iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət edir. Bu isə belə şəxsin pozulmuş hüquqlarının bərpasına yönələn səmərəli məhkəmə müdafiəsini təmin edən müvafiq prosessual təminatları tələb edir. Belə prosessual təminat Mülki Prosessual Məcəllənin 387.2.4 və 418.4.6-cı maddələrində müəyyən edilmişdir».
69. Göründüyü kimi baxılan i ş üzrə A.Bəhrəmova münasibətdə sadalanan səciyyəvi əlamətlər mövcuddur və MPM-nin 418.4.6-cı maddəsinə əsasən, onun mülkiyyət hüququnun müdafiəsinin təminatları baxımından apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli, 4 girişli binanın “İ” girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 92,3 kv.m mənzilə aid hissədə ləğv edilməlidir.
70. Məhkəmə kollegiyası kassatorun nümayəndəsi tərəfindən elektron kabinetdə yerləşdirilmiş sənədlərin (xx.xx.2018-ci il tarixli müqavilənin və mənzil üzərində X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınması barədə çıxarışın) qəbul edilməsinin yolverilənliyi ilə bağlı qeyd edir ki, işin mahiyyəti üzrə həllinə aid sübutlarla, şika yətin dəlillərindən asılı olmayaraq MPM-nin 418.4-cü maddəsində yoxlanılan prosessual məsələlərə aid məlumatlar fərqləndirilməlidir.
71. Eyni zamanda kassasiya instansiyası məhkəməsinin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onların hüquqlarının pozulması ilə nəticələnməklə həll edilməsi, kassasiya instansiyası məhkəməsinin qərarının əlavə kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi çıxış edir (MPM-nin 424.2.2ci maddəsi). Buna görə də işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etməsinə dair məlumatların gecikdirilmiş sübut kimi qiymətləndirilməsi və qəbul edilməsindən imtina olunması yolverilməzdir.
72. Mövcud vəziyyət, qətnamənin Akademik Topçu başov küçəsində yerləşən, 14 və 16 mərtəbəli, 4 girişli binanın “İ” girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 92,3 kv.m mənzillə bağlı hissədə icrasını da mümkünsüz edir.
73. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
74. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. B akı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli 2(103)-4925/2023 saylı qətnaməsi «Bakı şəhəri, Akademik Topçubaşov küçəsində yerləşən, 14 və 16 mərtəbəli, 4 girişli binanın “İ” girişində 7-ci mərtəbəsində layihə sənədlərinə əsasən 2 otaqlı, 92,3 kv.m mənzilə dair borcun olmaması barədə maliyyə arayışının, üzvlüyə qəbulla bağlı protokoldan çıxarışın, layihədən təsdiq edilmiş çıxarışın (ilkin hüquqmüəyyənedici sənədlərin) verilməsi, Akademik Topçubaşov küçəsində yerləşən 14 və 16 mərtəbəli 4 girişli binanın “İ” girişində, 7-ci mərtəbəsində, 92,3 kv.m, 2 otaqlı mənzilin Cavabdeh təhvil verilməsi vəzifəsinin "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi» hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün göndərilsin. Qətnamə qalan hissədə dəy işdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.