Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-617/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi); Podrat müqaviləsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 32 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M9, m5) ünvanında yerləşən mənzildən Cavabdeh və onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulması, həmin mənzilin onlar tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2024-cü il tarixli 2(103)-5648/2024 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən kassasiya şikayətinə dair işə “11” aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı MMC ilə "xxxx" MMC arasında 01 sentyabr 2009-cu il tarixli xidməti müqavilə bağlanılmışdır. Müqavilədən görünür ki, icraçı sifarişçiyə məxsus ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın təqdim edilməsi, həmçinin idarəsi, satışı, icarəsi üzrə sifarişçiyə vasitəçilik xidmətləri göstərir, sifarişçi adından əqdlər bağlayır, sifarişçi isə bunun müqabilində müqavilə ilə müəyyən edilmiş məbləği icraçıya ödəyir. 2. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixli podrat müqaviləsinə əsasən İddiaçı MMC-nin İ.Qutqaşınlı küçəsi, 533-cü məhəllədə tikintisi həyata keçirdiyi 16 mərtəbəli 60 mənzilli yaşayış binasındakı 9-cu mərtəbəsində yerləşən 32 nömrəli mənzil 1 kv.m. sahəsi 1450 manat olmaqla 156 kv.m. sahəsi olan mənzil "xxxx" MMC tərəfindən cavabdeh sifarişçiyə satılmışdır (1450 manat x 156 kv.m. = 226200 manat).
3. Ödəniş qəbzlərinin surətlərinə əsasən, sifarişçi Cavabdeh tərəfindən mənzilə görə ödənilmiş məbləğ ümumilikdə 77.000 manat və 20000 ABŞ dolları təşkil edir.
4. Mübahisəli mənzilin yertləşdiyi Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəs i, 533-cü məhəllə, ev 99C saylı bina xx.xx.2018-ci il tarixdə, mübahisəli mənzil isə xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin mülkiyyətindədir, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 5. "xxxx" MMC Cavabdeh ilə aralarında olan alqı-satqı müqaviləsinə istinad edərək, ilk olaraq xx.xx.2024-cü il tarixində cavabdehə xəbərdarlıq göndərərək borcun ödənilməsini tələb etmişdir. Nəticə olmadığı üçün, "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixində pretenziyə göndərilərək, aralarında olan xx.xx.2009-cu il tarixli yuxarıda qeyd edilən mənzilin alqı-satqısına dair müqaviləyə xitam verdiyini bildirərək, həmin mənzili boşaldaraq təhvil verməsini tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı MMC cavab dehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “iddiaçı MMC-nin xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 32 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M9, m5) ünvanında yerləşən mənzildən cavabdehin və onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulması, həmin mənzilin onlar tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2009-cu il tarixdə müqavilə bağlanmışdır. Müqavilələrin şərtlərinə əsasən İddiaçı MMC-nin İ.Qutqaşınlı küçəsi, 533-cü məhəllədə tikintisi həyata keçirdiyi 16 mərtəbəli 60 mənzilli yaşayış binasındakı 9-cu mərtəbəsində yerləşən 32 nömrəli mə nzil "xxxx" MMC tərəfindən cavabdehə satılmışdır. Cavabdeh isə öz növbəsində müqavilənin şərtlərinə əsasən "xxxx" MMC-yə həmin mənzil üçün 226.200 (iki yüz iyirmi altı min iki yüz) manat ödəməli idi. Lakin, qeyd edilən müqavilənin şərtlərini pozaraq Cavabdeh ödənişi tam şəkildə həyata keçirməmişdir və aldığı mənzil üzrə 133.600 (yüz otuz üç min altı yüz) manat borcu qalmışdır. Bununla bağlı, "xxxx" MMC Cavabdeh ilə aralarında olan alqı-satqı müqaviləsinə istinad edərək, ilk olaraq xx.xx.2024-cü il tarixində cavabdehə xəbərdarlıq göndərərək borcun ödənilməsini tələb etmişdir. Nəticə olmadığı üçün, "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixində pretenziyə göndərilərək, aralarında olan xx.xx.2009-cu il tarixli yuxarıda qeyd edilən mənzilin alqı-satqısına dair müqaviləyə xitam ver diyini bildirərək, həmin mənzili boşaldaraq təhvil verməsini tələb etmişdir. Cavabdeh mənzili boşaldaraq təhvil verməkdən imtina etmişdir və hazırda mənzildən istifadə edir. Cavabdeh və onun ailə üzvləri tərəfindən istifadə edilən, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 32 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M9, m5) mənzil İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir. Bununla bağlı, müvafiq dövlət qurumu tərəfindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı MMC mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüququndan istifadə edə bilmir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı MMC-nin Azərbaycan Respublikasının Konstitusiyası ilə qorun an mülkiyyət hüququ kobud şəkildə pozulub.
8. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iddiaya münasibət bildirməmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 09 avqust 2024-cü il tarixli, e-2(004)3316/2024 nömrəli (hakim F.A.Əlizadə) qətnaməsi ilə, iddia tələbi təmin edilmiş, iddiaçı MMC-nin xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 32 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M9, m5) ünvanında yerləşən mənzildən cavabdeh və onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulması, həmin mənzilin cavabdeh tərəfindən boşaldılaraq iddiaçı MMC-yə təhvil verilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, sifarişçi olan cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmiş, mənzilin dəyəri tam ödənilməmişdir. Bunun əksi cavabdeh tərəfindən sübuta yetirilməmiş, bu istiqamətdə hər hansı mülahizə bildirilməmişdir. Nəticədə tərəflər arasında bağlanmış müqavilə ləğv edilmişdir.
11. Müəyyən edilib ki, mübahisə predmeti olan mənzilə mülkiyyət hüququ iddiaçı MMC-yə məxsusdur. Mülkiyyətçinin mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməlidir.
12. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən “formal həqiqət” prinsipi nəzərə alınmaqla, həmçinin məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi qeyd edilməklə məhkəmənin öz təşəbbüsü ilə tərəflərdən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Bu səbəbdən, məhkəmə mülki işə tərəflərin təqdim etd iyi sübutlar əsasında baxaraq qərar qəbul etməyi qanuni və əsaslı hesab etmişdir.
13. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində zəruri sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv təkzibetmə funksiyası həyata keçirilməmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.2, 157.4, 421.2, 421.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Qətnamədən narazı qalan cavab deh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 09 avqust 2024-cü il tarixli, e-2(004)3316/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki günədək cavabdeh müqavilə üzrə xx.xx.2009-cü ildə 40.000 manat, xx.xx.2009-cü ildə 5.000 manat, xx.xx.2009-cu ildə 10.000 manat, xx.xx.2010-cu ilsə 10.000 manat, xx.xx.2010-cu ildə 12.000 manat, xx.xx.2013-cü ildə 20.000 ABŞ dollar ( 1 ABŞ dollar 0,78 m məzənnə ilə 15.600 manat), eləcə də 3 dəfə müxtəlif vaxtlarda 70.000 manat ( onun 12.000 manatını şəxsən MMC-nin rəhbəri Laçın Ağayevə, 58.000 manatı isə iki dəfəyə MMC-nin səlahiyyətli numayəndəsinə) ödəmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında, o cümlədən iddia ərizəsinə əlavə edilmiş sən ədlərin siyahisinda və elektron məhkəmə sistemində mövcud olmayan məlumatlara istinad edərək qətnamədə “İş materiallarında olan ödəniş qəbzlərinə əsasən müəyyən edilir ki, sifarişçi tərəfindən ödənilmiş məbləğ ümumilikdə 97.000 manat təşkil edir” qeyd etmişdir. Həmçinin, iddia ərizəsinə əlavə edilmiş sənədlərdə iddiaçının əvvəlcə xx.xx.2024-cü il tarixində cavabdehə xəbərdarlıq göndərərək borcun ödənilməsini tələb etməsi, nəticə olmadığı üçün xx.xx.2024-cü il tarixində pretenziya göndərilərək xx.xx.2009-cu il tarixli mənzilin alqı-satqısına dair müqaviləyə xitam verdiyini bildirməsini qeyd etsə də, eyni ilə nə iddia ərizəsinə əlavə edilmiş sənədlərdə, nə də elektron məhkəmə sistemində xəbərdarlığın və pretenziyanın kim tərəfindən yaxud hansı vasitə ilə cavabdehə catdırılması yaxud cavabdeh in həmin sənədləri qəbul edib-etməməsi barədə heç bir məlumat yoxdur. Bundan başqa, birinci instansiya məhkəməsi iddia ərizəsində qeyd olunan məlumatları araşdırmadan, cavabdehin yaxud onun nümayəndəsinin iştirakını məhkəmə prosesində təmin etmədən, xx.xx.2024-cü il tarixdə saat 16:00-a təyin edilmiş məhkəmə prosesini, iddiaçının nümayəndəsinin başqa məhkəmə prosesinə tələsdiyini bəhanə edərək iclası təyin olunmuş vaxtdan daha tez, hətta 2-3 dəqiqə ərzində keçirməsi, məhkəmə iclasına gəlmiş cavabdehin numayəndəsinə artıq iclasın bitdiyini, iddianın təmin edildiyini və iddiaçının nümayəndəsinin başqa prosesə tələsdiyi üçün iclasın tez keçirməsini bildirməsi hakimin həmin mülki işinin obyektiv həll olunmasına xidməti yaxud prosessual marağının olmamasına dəlalət edir.
17. Bakı Apellyasiya Mə hkəməsinin Mülki Kollegiyası (bundan sonra apelyasiya instansiya məhkəməsi) xx.xx.2024-ci il tarixi 2(103)-5648/2024 nömrəli iş üzrə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), V.N.Sadıqov, S.X.Bəhramzadə) qətnaməsi ilə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 09 avqust 2024-cü il tarixli, e-2(004)3316/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərərk, iddia rədd edilmiş, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onları ödəmiş tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
18. Məhkəmə kollegiyası iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixli podrat müqaviləsinə əsasən mübahisə predmeti olan mənzil ə dair tərəflər arasında podrat münasibətləri yaranmışdır. Müqavilə üzrə 1 kv.m. sahəsi 1450 manat olmaqla, 156 kv.m. sahəsi olan mənzil sifarişçiyə satılmışdır. (1450 manat x 156 kv.m. = 226200 manat). Ödəniş qəbzlərinin surətlərinə əsasən müəyyən edilir ki, sifarişçi tərəfindən ödənilmiş məbləğ ümumilikdə 77.000 manat və 20000 ABŞ dolları təşkil edir. Lakin apellyasiya instansiyası məhkəməsinin təklif etməsinə baxmayaraq İddiaçı MMC tərəfindən qeyd edilən qəbzlərin əsilləri və maliyyə arayışı təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə həmin sənədlərin (qəbzlərin) kserosurətinə istinad edilmişdir.
19. Müqavilədən müəyyən edilir ki, əgər sifarişçi veriləcək əmlakın dəyərini müqavilənin 2 saylı əlavəsi ilə müəyyən edilmiş qaydada icraçıya ödəmirsə, onda icraçı öhdəliyi n icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.(müqavilənin 3.3-cü bəndi)
20. Hazırda da işin faktiki halları ilə müəyyən edilmişdir ki, sifarişçi olan cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmiş, mənzilin dəyəri tam ödənilməmişdir.
21. İddiaçı da İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 32 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M9, m5) ünvanında yerləşən mənzildən Cavabdeh və onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulması, həmin mənzilin onlar tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsini xahiş etmişdir.
22. Halbuki tərəflər arasında olan müqavilənin 3.3 -cü bəndinə əsasən əgər sifarişçi veriləcək əmlakın dəyərini müqavilənin 2 saylı əlavəsi ilə müəyyən edilmiş qaydada icraçıya ödəmirsə, onda icraçı öhdəliyin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
23. Göründüyü kimi, iddiaçı tərəflər arasında olan müqavilənin şərtlərinə əsasən hazırda öhdəliyin icrasını dayandıra və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 24.Lakin iddiaçı müqavilənin şərtlərinə zidd olaraq mənzildən cavabdeh və onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulması, həmin mənzilin onlar tərəfindən boşaldılaraq iddiaçı MMC-yə təhvil verilməsini xahiş etmişdir. 25.Belə olan halda məhkəmə kollegiyası hesab edib ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etm əkdə haqlı olmamışdır. Halbuki, Mülki Məcəllənin 760.2-ci maddəsinə əsasən müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər, başqa sözlə, iddiaçı ödənilməmiş qalan məbləği tələb etmək hüququndan istifadə edə bilər.
26. Birinci instansiya məhkəməsi isə "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2009cu il tarixli podrat müqaviləsinin müddəaları baxımdan işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, eləcə də, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməyərək, tərəflər arasında olan münasibətlərə Mülki Məcəllənin 760.2-ci maddəsinin tələblərinə əsasən düzgün qiymət verməmişdir.
27. Məhkəmə kollegiyası xx.xx.2009-cu il tarixli podrat müqaviləsinə xitam verilməsi halını nəzərdə tutan 5.2.1-ci bəndi ilə bağlı qeyd etməyi zəruri sayıb ki, bu bənd s özügedən müqavilənin 3.3-cü bəndi ilə tam ziddiyət təşkil edir. Yəni, 3.3-cü bəndinə əsasən sifarişçi veriləcək əmlakın dəyərini müqavilənin 2 saylı əlavəsi ilə müəyyən edilmiş qaydada icraçıya ödəmədiyi halda, icraçı öhdəliyin icrasını dayandırmaqla yanaşı, həm də öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilməsi nəzərdə tutulduğu üçün bu hallar müqaviləyə xitam verilməsi üçün deyil, əksinə müqavilə tərəflərinin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar müqavilə münasibətlərinin davamıdır. Başqa sözlə, əgər müqavilənin 3.3-cü bəndi tərəflər arasında razılaşdırılmasa idi, belə olan halda 5.2.1-ci bəndi qüvvəyə minə bilərdi.
28. Həmçinin, kollegiya qeyd etmişdir ki, 5.2.1-ci bəndində xitamın əsaslarından biri kimi qeyd edilmiş sifarişçinin öhdəliyin yerinə y etirilməsindən imtina etmək halı araşdırma zamanı öz təsdiqini tapmamışdır. Əksinə sifarişçi - cavabdeh öhdəliyin əksər hissəsini yerinə yetirməsində israrlıdır.
29. Məhkəmə kollegiyası hesab edib ki, nə qədər ki, tərəflər arasında mənzillə bağlı ödənişlərin həyata keçirilməsi ilə əlaqədar mübahisəli vəziyyət yaranmışdır, sifarişçinin bu öhdəliyi tam yerinə yetirib-yetirməməsini müəyyən etmək mümkün deyildir.
30. Belə ki, müəyyən edilmişdir ki, cavabdeh hazırda da mübahisəli mənzildə yaşamaqda davam edir və bu müəyyən mənada cavabdehin məhz öhdəliyi yerinə yetirməsi ilə bağlı olması anlamına gəlməyə əsas verir. Lakin iddiaçı tərəf bu faktın mövcudluğuna, yəni, cavabdehin mənzilə köçüb yaşamasına icazə verməsinə baxmayaraq müqavilə şərtlərinin pozulmasında israrlıdır.
31. Məhkəmə öz mövqeyi ni Azərbaycan Respublikası Mülki Məcəlləsi 157.2., 157.4.421.2., 421.3, 752.1., 754.1.,760.1., 760.2.,762.1.-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1., 80, 88, 106.1., 217.1., 217.3., 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri:
32. İddiaçı (onun vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və işdə olan sübutlar əsasında iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini, və yeni qərar qəbul edilməsi mümkün olmadığı halda qətnaməni ləğv edib işi yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti belə əsaslandırılmı şdır ki, apellyasiya instansiya məhkəməsi tərəflər arasında yaranmış hüquq münasibətlərinin podrat müqaviləsindən irəli gəldiyini müəyyən etmiş və belə nəticəyə gəlmişdir ki, "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2009-cu il tarixli podrat müqaviləsinə əsasən mübahisə predmeti olan mənzilə dair podrat münasibətləri yaranmışdır. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, "xxxx" MMC iddiaçı MMC ilə bağlanmış xidməti müqavilə əsasında sonuncuya alqı satqı xidmətləri göstərmişdir. Yəni, "xxxx" MMC MMC-yə məxsus mənzilləri İddiaçı MMC-nin adından satışa çıxarmışdır. "xxxx" MMC ilə cavabdeh arasında bağlanılmüş müqavilədə onun növü göstərilməsə də, müqavilənin 1-ci bəndində (Müqavilənin predmet) onun alqısatqı müqaviləsi olması dəqiq göstərilmişdir. Belə ki, müqavilənin 1-ci bəndində əsasən "xxx x" MMC mənzili satmağı, cavabdeh isə onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin predmetindən də tam aydın olur ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqavilə xarakterinə və növünə görə alqı-satqı müqaviləsidir. Müqavilədə hər hansı işin görülməsi nəzərdə tutulmadığı üçün həmin müqavilə podrat müqaviləsi hesab edilə bilməz. Məhkəmə kollegiyasının mübahisəli müqaviləni podrat müqaviləsi kimi qiymətləndirməsi, mübahisəyə podrat münasibətlərini tənzimləyən normaları tətbiq edərək həll etməsi, tələbin qanuni əsasının düzgün müəyyən edilməməsi və mübahisəyə səhv maddi hüquq normalarının tətbiqi kimi qiymətləndirilməlidir. Podrat münasibətlərinin yaranması üçün "xxxx" MMC alıcı cavabdeh üçün hər hansı işi icra etməli idi. Apellyasiya instansiya məhkəməsi işə baxarkən iddiaçı ilə cavabdeh arasında bağlanılmış müqavilənin şərtlərini də düzgün təfsir etməmişdir. Apellyasiya instansiya məhkəməsi isə iddianı rədd etməklə, faktiki olaraq cavabdehin müqavilə üzrə öhdəliklərinin pozulmasına bəraət qazandırmış və onun qanunsuz hərəkətlərinin “qanuni” olduğunu təsdiq etmişdir. Halbuki, belə bir nəticə iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur və həmin hüquqların bərpasına maneə törədir. Apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə, həmçinin, iddiaçının mülkiyyətində olan əmlak üzərində pozulmuş hüquqlarının bərpasını tələb etmək hüququnu məhdudlaşdırır və məhkəmə müdafiəsindən istifadə imkanını ləğv edir. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi qətnaməsində (6-cı səhifə, 9-cu bənd) iddiaçının hazırkı tələblə çıxış etmək üçün qanuni əsasların ın olmamasını qeyd etmişdir. Məhkəmə kollegiyası iddiaçının yalnız vurulmuş zərərin ödənilməsini tələb etmək hüququna malik olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının bu qənaəti də əsassızdır və iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə kollegiyası bu nəticəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 760.2-ci maddəsinə istinad etməklə gəlmişdir. Halbuki, iddiaçı ilə cavabdeh arasında hər hansı podrat münasibətləri olmamışdır. İddiaçı, cavabdehin aldığı binada yerləşən mənzillərin mülkiyyətçisidir və onların satışı ilə bağlı "xxxx" MMC ilə müqavilə bağlamışdır. Cavabdeh isə iddiaçıya mübahisəli mənzilin tikintisi ilə bağlı hər hansı sifariş verməmişdir.
34. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 152,157 404, 421, 567, 600.1, 600.4, 752, 762-ci maddələrinə, AR MPM-nin 14.1, 77.1, 80, 81, 88-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
35. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
36. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
38. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
39. Maddə 361.1. Sahibkarlıq fəaliyyəti sahəsində müqavilələr bağlanarkən sahibkarları daimi və müstəqil surətdə təmsil edən şəxs kommersiya təmsilçisi sayılır.
40. Maddə 361.3. Kommersiya təmsilçiliyi yazılı formada bağlanmış və təmsilçinin səlahiyyətlərinin göstərildiyi müqavilə əsasında, belə göstərişlər olmadıqda isə həmçinin etibarnamə əsasında həyata keçirilir. Kommersiya təmsilçisi ticarət əqdləri barəsində on a bəlli olmuş məlumatların sirrini ona verilmiş tapşırığı icra etdikdən sonra da saxlamağa borcludur.
41. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
42. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
43. Maddə 752.1. Podrat müqavi ləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
44. Maddə 754.1. Əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir.
45. Maddə 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun.
46. Maddə 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
47. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halla rı sübut etməlidir.
50. Maddə 88: Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.4.: Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə tam mübahisələndirdiindən apelyasiya instansiyası məhkəmə sinin aktı bütövlüklə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
56. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən və bu da düzgün olmayan qətnamənin qəbuluna əsas verdiyindən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
57. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki ha llar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
58. Baxılan işin mübahisəsiz hallarından görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 01 sentyabr 2009-cu il tarixli xidməti müqaviləyə əsasən iddiaçı özünə məxsus ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın təqdim edilməsi, həmçinin idarəsi, satışı, icarəsi üzrə vasitəçilik xidmətləri göstərilməsini, onun adından əqdlər bağlaması səlahiyyətlərini "xxxx" MMC-yə həvalə etmişdir. 59. "xxxx" MMC (icraçı) ilə Cav abdeh (sifarişçi) arasında xx.xx.2009-cu il tarixli podrat müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən binanın 32-ci mənzilini tikilmiş halda sifarişçiyə satmağı, sifarişçi isə hər kv.m. sahəsi 1450 manat olmaqla 156 kv.m. sahəsi olan mənzilin dəyərini müaviləyə və ona 2 saylı Əlavəyə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. (1450 manat x 156 kv.m. = 226200 manat).
60. İddiaçı mənzilin dəyərinə görə ümumilikdə 77.000 manat və 20000 ABŞ dolları ödənildiyini, 133.600 manat borcun isə bu günədək ödənilmədiyini bildirərək, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsini tələb edir.
61. Apellyasiya instansiya məhkəməsi iddiaçını təmsil edən (kommersiya təmsilçisi) "xxxx" MMC ilə Cavabdeh arasında yaranan hüquq münasibətlərinin podrat müqaviləsindən irəli gəlməsi və bu mübahisəyə Mülki M əcəllənin 760.2-ci maddəsinin tələblərinə əsasən qiymət verilməli olduğu barədə düzgün nəticəyə gəlsə də, özü tərəfindən həmin maddi hüquq norması düzgün təfsir və tətbiq olunmamış, iş üzrə ziddiyyətli hüquqi mövqelər sərgiləmişdir.
62. Belə ki, apellyasiya instansiya məhkəməsi işin faktiki halları üzrə müəyyən etmişdir ki, sifarişçi olan cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmiş, mənzilin dəyəri tam ödənilməmişdir. Lakin məhkəmə kollegiyası həm də onu qeyd etmişdir ki, tərəflər arasında mənzillə bağlı ödənişlərin həyata keçirilməsi ilə bağlı mübahisəli vəziyyət yaranmışdır, sifarişçinin bu öhdəliyi tam yerinə yetirib-yetirməməsini müəyyən etmək mümkün deyildir. Mənzilin cavabdehə təhvil verilməsi və cavabdehin hazırda mənzildə yaşaması onun məhz öhdəliyini yerinə yetirmə si ilə bağlı olması anlamına gəlməyə əsas verir.
63. Məhkəmə kollegiyası qətnamədə göstərilən bu mövqelərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, baxılan iddia üzrə məhkəmənin araşdırmalı olduğu məsələ məhz cavabdeh tərəfindən ona təhvil verilən mənzilə görə müqavilədə şərtləşdirilən məbləğin ödənilib-ödənilməməsi olduğundan və həmin mübahisəli faktın sübut edilməsi yükü cavabdehin üzərinə düşdüyündən, həmçinin cavabdehin özünün nümayəndəsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında 70.000 manat ödənilən pula dair yazılı sübut olmadığı, 63.000 manat pulun isə cavabdehin atasının xəstəliyinə görə ödənilməmiş qaldığı barədə izahatının olmasına baxmayaraq, apellyasiya məhkəməsinin bu hissə ilə bağlı gəldiyi ziddiyyətli nəticələr onun tərəfindən hüquqi müəyyənlik prinsipinin pozulmasına ə sas verməklə yanaşı, məhkəmənin iddia üzrə sübutetmə yükünü düzgün müəyyən etmədiyini və işdə olan sübutları düzgün qiymətləndirmədiyini göstərir.
64. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 760.2-ci maddəsini, həmçinin həmin maddə ilə oxşar məzmunda olan müqavilənin 3.3-cü bəndini düzgün təfsir etməmişdir.
65. Belə ki, xx.xx.2009-cu il tarixli podrat müqaviləsinin 3.3-cü bəndinə əsasən əgər sifarişçi veriləcək əmlakın dəyərini müqavilənin 2 saylı əlavəsi ilə müəyyən edilmiş qaydada icraçıya ödəmirsə, onda icraçı öhdəliyin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmçinin müqavilənin 5.2.1-ci bəndinə əsasən sifarişçi bu müqavilədə və ona 2 saylı əlavədə nəzərdə tutulan öhdəliyi yerinə yetirməkdən imtina etdikdə və ya nəzərdə tutulmayan şərtlər irəli sürdükdə müqaviləyə xitam verilir və müqavilə bu səbəbdən ötrü qüvvədən düşərsə, onda sifarişçinin ödədiyi məbləğ ona veriləcək mənzil başqa şəxsə satıldıqdan sonra geri qaytarılacaqdır.
66. Mülki Məcəllənin 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
67. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mənzilin boşaldılıb təhvil verilməsini deyil, Mülki Məcəllənin 760.2-ci maddəsinə əsasən müqavilənin ləğvi ilə bağlı vurulan zərərin əvəzinin öd ənilməsini, başqa sözlə ödənilməmiş qalan məbləği tələb etmək hüququndan istifadə edə bilər. Həmçinin müqavilənin 3.3-cü bəndində icraçının öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb etməsi nəzərdə tutulduğundan həmin bənd eyni əsasla müqaviləyə xitam verilməsi hüququ verən müqavilənin 5.2.1-ci bəndi ilə ziddiyyət təşkil edir.
68. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu hüquqi dəyərləndirməsini əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən icraçının öhdəliyi tikilmiş mənzili və onun bütün sənədlərini sifarişçiyə vermək, sifarişçinin öhdəliyi isə müqaviləyə və 2 saylı əlavəyə uyğun olaraq mənzilin müəyyən edilmiş dəyərini ödəmək olmuşdur. Belə olan halda, icraçının öhdəliyin icrasından imtina etməsi dedikdə onun müqavil ə üzrə tikilmiş mənzili və onun sənədlərini təhvil vermək öhdəliyindən imtinası başa düşülür, bu isə cavabdehə verilmiş mənzilin geri tələb edilməsinə əsas verir. Sifarişçinin öhdəliyin icrasından imtinası isə onun tərəfindən müqavilə üzrə mənzilin dəyərinin müqaviləyə və 2 saylı əlavəyə uyğun olaraq ödənilməməsidir ki, bu hal da, həm müqavilənin 5.2.1-ci bəndinə, həm də, Mülki Məcəllənin 760.2-ci maddəsinə əsasən müqaviləyə podratçının təşəbbüsü ilə xitam verilməsinə əsas verir.
69. Buna görə də, mənzilin dəyərinin müqaviləyə və 2 saylı əlavəyə uyğun ödənilməməsi müqavilənin xitamına səbəb olduğu kimi (5.2.1 bənd), podratçının mənzili və sənədləri təhvil vermək öhdəliyindən imtina edib, mənzilin geri tələb edilməsi və əlavə olaraq müqavilənin ləğvi nəticəsində vurulmuş ziyanın ödənilməs ini tələb etməyə əsas verir (3.3 bənd və Mülki Məcəllənin 760.2 maddəsi). Göründüyü kimi, Mülki Məcəllənin 760.2-ci maddəsində müqavilənin ləğvi ilə bağlı zərər müqavilə üzrə ödənilməmiş qalan məbləği tələb etmək demək deyil.
70. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin mülkiyyətçisi kimi iddiaçının onun kommersiya təmsilçisi olan "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqaviləyə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi əsası ilə xitam verilməsinə istinad edərək mənzili geri tələb etmək hüququ həm də Mülki Məcəllənin 157.2-ci maddəsindən irəli gəlir. Apellyasiya məhkəməsi isə bu istiqamətdə hər hansı hüquqi dəyərləndirmə aparmamışdır.
71. Apellyasiya instansiya məhkəməsinin təklif edilməsinə baxmayaraq İddiaçı MMC tərəfindən ödənilməsi etiraf edilə n 77.000 manat və 20000 ABŞ dollarına dair qəbzlərin əsilləri və maliyyə arayışının təqdim edilməməsi və birinci instansiya məhkəməsi tərəfindən həmin sənədlərin (qəbzlərin) kserosurətinə istinad edilməsi barədə iradını da məhkəmə kollegiyası əsassız hesab edərək bildirir ki, mənzilin dəyərinin ödənilməsi öhdəliyinin icra edilməsini sübut etmək vəzifəsi cavabdehə aid olduğu halda, iddiaçının cavabdehin mənzilə görə 77.000 manat və 20000 ABŞ dolları ödəniş edilməsi faktını etiraf etməsi əks tərəfi bu məbləğlərə dair sübut təqdim etmək vəzifəsindən azad etdiyi halda, iddiaçıdan həmin ödənişlərə dair qəbzlərin əsillərini tələb etmək prosessual qənaət prinsipinə ziddir.
72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin mahiyyəti üzrə düzgün həll olunması üçün işin hallarına, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normasını tətbiqində səhvə yol vermiş, qətnamədə işin müəyyən edilmiş faktiki halları üzrə ziddiyyətli mövqe sərgiləmiş, hüquqi müəyyənlik prinsiplərini pomuşdur.
73. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məh kəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
74. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.(bənd 2.4)
75. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti təmin edilməlidir.
76. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
77. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2024-cü i l tarixli 2(103)-5648/2024 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.