Məhkəmə qərarları › İş №2(102)-6171/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6171/2022

13.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6171/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh X13rşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh X13rşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5031/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2010-cu il tarixdə Bakı Sosial Pedaqoji Kollecinə (xx.xx.2016-cı il tarixdən Bakı Humanitar Kolleci) əmək müqaviləsi (müddətsiz) bağlanmaqla işə qəbul edilmiş, xx.xx.2011-ci il tarixindən “Musiqi nəzəriyyəsi və ümumi fortepiano” kabinetinin laborantı, daha sonra “Sosial iqtisadi fənn birləşməsinə müəllim təyin edilmişdir.

2. Bakı Humanitar Kollecinin 6 saylı, xx.xx.2019-cu il tarixli əmrinə əsasən, iddiaçı 28 yanvar 2019-cu il tarixindən “Sığorta və korreksiyaedici təhsil” şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 3. xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əs asən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 26 noyabr 2021-ci il tarixli 331 nömrəli əmrin ləğv edilməsi, Cavabdeh PHŞ-də vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxmaya görə aylıq əmək haqqının iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, işçilərin sayı və ştatları ixtisar edilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılmalı olsa da, onun 11 il iş stajı olması nəzərə alınmamışdır. Həmçinin o, tək anadır, himayəsində bir övladı var və yeganə gəlir mənbəyi işlədiyi kollec olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı verilmiş əmrin tamamilə qeyri-qanuni və əsassız olduğunu hesab edir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi - vəkili Vəkil iddiaçının Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə “Sığorta və korreksiyaedici təhsil şöbəsinin” müdiri vəzifəsində çalışdığını, işçilərin sayı və ştatları ixtisar edildiyi zaman iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyini və iddiaçıya başqa vəzifə təklif olunmadığını bildirərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə3 və Nümayəndə1yev iddia tələbinə etiraz edərək, bildiriblər ki, kollecin dire ktoru Nərmin Qaralovanın imzaladığı xx.xx.2021-ci il tarixli 331 nömrəli əmri ilə 16 ştat ləğv olunub. İddiaçı tərəfin qanunvericilikdə nəzərdə tutulmuş üstünlük hüququna istinad etməsini düzgün hesab etmirlər. Belə ki, iddiaçı nəzərə almamışdır ki, burada ixtisas və ya peşəkarlıq səviyyəsi onunla eynilik təşkil edən digər şəxs və ya şəxslər yoxdur. Yəni mübahisələndirilən hal üzrə əsas məsələ iddiaçının çalışdığı “sığorta və korreksiyaedici” təhsil şöbəsinin müdiri vəzifəsinin ixtisara düşməsi nəticəsində mövcud olmamasıdır.

8. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında şahid qismində iştirak edən X7 izahat verərək bildirmişdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar X1qdan sonra 6 şöbədən 3-ü birləşdirilmiş, kompleksləşdirmə edilmişdir. İddiaçı iş təklif olunmuş, lakin o, qəbul etməmişdir. İddiaçıya müəllim vəzifəsində işləmək barədə şifahi məlumat verilmişdir. Tərəflərin iştirak etdiyi həmin iclasla bağlı protokol tərtib olunub. Telefon danışığı zamanı da bildirilsə də, iddiaçı təklifi rədd etmişdir. Həmçinin digər ştatlarda olan şöbə müdiri vəzifəsində çalışanların staj müddətləri çox olanlardır.

9. Məhkəmə icraatı zaman iş materiallarına istinadən müəyyən edilib ki, nikahın pozulması haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı X4 ilə nikahına 12 noyabr 2011-ci il tarixdə xitam verilmiş və birgə nikahdan 16 iyul 2006-cı il təvəllüdlü Kələntərli Duyğu adlı qızı vardır.

10. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən verilmiş məktubda qeyd olunur ki, Humanitar Kollecin xx.xx.20 21-ci il tarixli 167 №-li struktur dəyişikliyi barədə əmrinə əsasən 6 şöbə, o cümlədən “Sığorta və korreksiyaedici təhsil şöbəsi” ixtisar edilmişdir. Onun əvəzinə “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı” əsas götürülərək ixtisasların istiqamətlərinə və kollecin profilinə müvafiq 3 şöbə yaradılmışdır. “Sığorta və korreksiyaedici təhsil şöbəsi” ixtisar edildiyi üçün iddiaçının tutduğu şöbə müdiri vəzifəsi də istisar edilmişdir. Ona kollecdə başqa vəzifə təklif edilsə də, o, ancaq şöbə müdiri vəzifəsində işləmək istədiyini bildirmişdir.

11. Bakı Humanitar Kollecinin xx.xx.2021-ci il tarixli, 77-25/02-12 saylı xəbərdarlıq bildirişinə görə, Kollecin xx.xx.2021-ci il tarixli 177 nömrəli əmri ilə İddiaçı Yusiz qızının müdiri vəzifəsində çalışdığı Sığorta və korreksiyaedici təhsil üzrə vəzifə ştatı ixtisara düşməsi və tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyi bildirilmişdir.

12. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X5 İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli 05 nömrəli məktubuna görə, İddiaçı Kollecdə ixtisar edilməsinə etiraz edilməmişdir.

13. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən, 10 sentyabr 2021-ci il tarixində kollecin iclas zalında ştatları ixtisara düşən işçilərlə iclas keçirilmiş, sabiq şöbə müdirlərinə vakant olan tyutor ştat vahidləri “İxtisarın həyata keçirilməsinə nəzarət komissiyası”nın sədri tərəfindən təklif edilmişdir.

14. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Huma nitar Kollecin xx.xx.2021-ci il tarixli 167 saylı əmrinə əsasən, Sığorta və korreksiyaedici təhsil şöbəsinin müdiri ştatı ləğv edilmişdir.

15. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin xx.xx.2021-ci il tarixli 177 saylı əmrinə əsasən, ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif edilməsi əmr edilmişdir.

16. Elmi Şuranın xx.xx.2020-ci il tarixli qərarına (protokol №01) əsasən, Humanitar Kollecin yeni Nizamnaməsi, struktur və ştat cədvəlinin layihəsinin təsdiq edilmək üçün Təhsil Nazirliyiniə təqdim edilməsi və s. məsələlərin həll edilməsi tapşırılmışdır.

17. Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 aprel 2022-ci il tarixli 2(001)-1666/2022 sa ylı qətnaməsi ilə (hakim Günel Abbasova) iddia tələbi təmin olunmuşdur.

18. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh 10 sentyabr 2021-ci il tarixli 167 saylı əmrlə 1,0 ştat vahidi- “Sığorta və korreksiyaedici təhsil şöbəsinin müdiri” vəzifəsinin ləğv edilməsi və şöbə müdiri vəzifəsində çalışan iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi (ştat ixtisarı) ilə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmrlərin hansı zərurətdən irəli gəlməsini əsaslandırmamışdır. Belə ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə görə işəgötürən həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli 177 saylı əmrin 3-cü bəndində ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif olunması qeyd edilsə də, bu qaydaya cavabdeh tərəfindən əməl olunması heç bir yazılı sübutla təsdiq olunmur. Halbuki, Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə habelə Həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə qeyd edir ki, hazırda “Sığorta və korreksiyaedici təhsil şöbəsi” fəaliyyətini dayandırmalı idi və əmrə əsasən “şöbə müdiri” ştatı ləğv olunmalı, şöbənin ləğvi, şöbənin digər əməkdaşları ilə əmək müqaviləsinə xitam verilməli idi. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, şöbə öz fəaliyyətini davam etdirir və şöbənin di gər əməkdaşları ilə əmək müqaviləsinə xitam verilməsi halı baş verməmişdir. Odur ki, həmin şöbənin fəaliyyət göstərdiyi halda həmin şöbənin müdiri ştatının ləğv olunması faktının formal xarakter daşıması ehtimal olunur.

19. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 68, 70, 71, 76, 77 və 300-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsinin qənaətinə görə hazırda “Sığorta və korreksiyaedici təhsil şöbəsi” fəaliyyətini dayandırmalı idi və əmrə əsasən “şöbə müdiri” ştatı ləğv olunmalı, şöbənin ləğvi, şöbənin digər əməkdaşları ilə əmək müqaviləsinə xitam verilməli idi. Lakin qətnamədə yalnız iddianın təmin olunması istiqamətində əsaslandırma aparılıb. Cavabdehin təqdim etdiyi sübutları təhrif edilmiş, onlara düzgün hüquqi qiymət verilməmişdir. Üçüncü şəxs qismində işə cəlb olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə bağlı qətnamədə heç bir fikir yoxdur. Məhkəmə cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin pozulduğunu göstərib. Guya cavabdeh həmin normanı pozaraq, əmək müqaviləsinin ləğv edilməsi üzrə əsaslandırmanı aparmayıb. Lakin əmrin verilməsinə əsas olmuş sənədlər içərisində ixtisar prosesi ilə bağlı əmək qanunvericiliyində hansı hərəkətlərin aparılması zərurəti göstərilmişdirsə, o da icra o lunub. Bundan başqa, təqdim etdikləri sənədlərdən görünür ki, ixtisar zəruri olub və bu hal əmək qanunvericiliyində nəzərdə tutulmuş növbəti addımların (buna misal olaraq həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması) vacibliyini göstərir. Məhkəmə cavabdeh tərəfindən həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinin pozulduğunu göstərib. Guya cavabdeh tərəfindən iddiaçıya heç bir vəzifə təklif olunmayıb və bu hal heç bir yazılı sübutla öz təsdiqini tapmır. Halbuki, Kollecin ixtisarın həyata keçirilməsinə nəzarət komissiyası (sədr-tədris işləri üzrə direktor müavini X6, üzvlər-baş mühasib X3, hüquqşünas X2 və İnsan resursları və informasiya şöbəsinin müdiri X9) tərəfindən 10 sentyabr 2021-ci il tarixdə kollecin iclas zalında ştatları ixtis ara düşən işçilərlə (şöbə müdirləri ilə) iclas keçirilmişdir. İxtisarla bağlı bütün hallar barədə ətraflı məlumat verilmiş və onlara vakant olan tyutor ştat vahidləri təklif edilmişdir. Yuxarıda göstərilənlər aktlaşdırılmış və yazılı etiraza ılavə olunmuşdur. Məhkəmə son əsaslandırma abzasında göstərib ki, “Sığorta və korreksiyaedici təhsil şöbəsi” fəaliyyətini dayandırmalı, “şöbə müdiri” ştatı ləğv olunmalı, şöbənin ləğvi, şöbənin digər əməkdaşları ilə əmək müqaviləsinə xitam verilməli idi. Həmin şöbənin fəaliyyət göstərdiyi halda həmin şöbənin müdiri ştatının ləğv olunması faktının formal xarakter daşıması ehtimal olunur. İlk öncə qeyd olunmalıdır ki, məhkəmə ehtimallara əsaslanıb qərar çıxara bilməz. Həmin abzasda şöbənin fəaliyyət göstərməsi qeyd olunsa da, bu hal heç bir sübutla öz tə sdiqini tapmır. 10 Sentyabr 167 saylı əmrdə “Sığorta və korreksiyaedici təhsil şöbəsinin” fəaliyyətini davam etdirməsi ilə bağlı hər hansı bənd yoxdur. Məhkəmə nəzərə almayıb ki, hər hansısa şöbənin müdiri ştatının ləğv edilməsi həmin şöbənin fəaliyyətinin davam və yaxud sona çatdırılması ilə heç bir əlaqəsi yoxdur. Qeyd edilməlidir ki, olmayan ştata məhkəmənin qətnamə ilə işçini bərpa etməsi yolverilməzdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 30 sentyabr 2022-ci il tarixli, 2(103)-5031/2022 nömrəli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İ.Şirinov və H.Həmidov) apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul olunmuş, iddi a tələbi rədd edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarında olan 26 noyabr 2021-ci il tarixli 331 saylı əmrdən görünür ki, əmək müqaviləsinə işçilərin sayı və ştatları ixtisar edildiyi üçün xitam verilmişdir. İşçilərin say və ştatlarının ixtisar olunmasının hansı zərurətdən irəli gəlməsi isə 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmrdə (i.v. 69) öz əksini tapmışdır. Belə ki, həmin əmrdə qeyd edilmişdir ki, Bakı Humanitar Kollecinin yenidən təşkili və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Na zirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 250 nömrəli Qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Respublikası Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Bakı Humanitar Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Bununla bağlı olaraq Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması, işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi zərurətinin yaranması ilə əlaqədar müvafiq işçilərin say və ştatlarının ixtisar edilməsi əmr edilmişdir. Qeyd edilən hal onu deməyə əsas verir ki, ixtisar heç də formal xarakter daşımamış, əmrdə Nazirlər Kabinetinin 250 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı əsas götürülmüşdür. Həmçinin kollec rəhbərinin müəyyən etdiyi ştat cədvəli münasibət bildirilməsi üçün Azərbaycan Respublikas ı Təhsil Nazirliyinə də göndərilmiş, xx.xx.2021-ci il tarixli məktuba əsasən, ştat cədvəli razılaşdırılması üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə göndərilmiş, ştat cədvəlinin təsdiqi ilə bağlı vəsatət təmin edilmişdir. Ştat ixtisarının hansı zərurətdən irəli gəlməsi məsələsi isə müəssisədə ştat ixtisarının aparılmasına dair əmrin özündə əsaslandırılır ki, yuxarıda qeyd edildiyi kimi, 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmrdə də bu əsaslandırma öz əksini tapmışdır. Bundan başqa, iddiaçı iddia ərizəsində 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli ştat ixtisarına dair əmri deyil, əmək müqaviləsinə xitam verilməsinə dair 26 noyabr 2021-ci il tarixli əmri mübahisələndirmişdir. Qeyd edilməlidir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman, iş materia llarında “Sığorta və korreksiyaedici təhsil” şöbəsinin digər əməkdaşlarının öz işinə davam etməsi və həmin şöbənin fəaliyyət göstərməsinə dair hər hansı sübut aşkar edilməmişdir. Bundan başqa, Əmək Məcəlləsində əmək müqaviləsinə xitam verilmənin əsaslarından biri kimi ştat ixtisarı nəzərdə tutulmuşdur. Yəni, işçilərin ştat ixtisarı müəssisədə olan struktur bölmənin deyil, konkret ştat vahidinin ləğvini nəzərdə tutur. Belə olan halda, iş materiallarında həmin şöbənin fəaliyyətinin davam etdirilməsi və şöbənin digər işçiləri ilə əmək müqaviləsinin ləğv edilməməsi iş materialları ilə öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin gəldiyi qənaət işin halları ilə uyğunluq təşkil etmir və ehtimallara əsaslanır. Halbuki, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə, kollegiya hesab edir ki, iş stajının çox olması peşəkarlıq səviyyəsinin yüksək olmasına dəlalət edən amil kimi nəzərdən keçirilə bilməz.

24. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 68, 70, 71, 76, 77, 78.2, 84.1 və 300-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (vəkil X8) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərin uyğun olaraq onunla əsaslandırılmışdır ki, əmək müqaviləsi ləğv edilərkən həmkarl ar ittifaqı təşkilatının razılığı alınmayıb. Cavabdeh təşkilatda fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsinin xx.xx.2021-ci il tarixli iclasının protokolundan görünür ki, həmin iclasda qərara alınıb ki, ixtisar edilməsinə razılıq verilməyən və ixtisar edilməsi nəzərdə tutulan işçilərin siyahısı təsdiq edilərək iclas protokoluna əlavə edilsin. Protokoldan görünür ki, iclasda 7 nəfər komitə üzvü iştirak edib, 2 nəfər ixtisara nəzarət komissiyasının üzvləri (K.A.Məsimov və G.Ə.Quliyeva) iclasa dəvət olunub Həmkar ittifaqı “işçilərin birləşdiyi təşkilat” kimi xarakterizə olunur. Həmin Qanunun 11-ci maddəsində isə qeyd olunub ki, həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir. Odur ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi üç ün “həmkarlar ittifaqı təşkilatının razılığı” deyildikdə həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında verilmiş razılıq nəzərdə tutulur. İşçi həmkarlar ittifaqı təşkilatına ona görə üzv olur ki, əmək müqaviləsinin ləğvi zamanı öz həmkarları tərəfindən müdafiə olunsun. Ona görə də iddiaçı ilə olan əmək müqaviləsinin ləğvinə razılıq verilməsi məsələsinə 7 nəfərdən ibarət yığıncaqda deyil, həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında baxılmalı idi. Cavabdeh təşkilatda təxminən 300 nəfər işləyir. Ona görə də, əmək müqaviləsinin ləğv edilməsinə 7 nəfərin iştirakı ilə verilən “razılıq” həmkarlar ittifaqı təşkilatının razılığı kimi qiymətləndirilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

27. Maddə

12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;

28. Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə.

29. Maddə

71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbir lər görür. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

30. Maddə

76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

31. Maddə

77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları 1.İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

32. Maddə

78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

33. Maddə

300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifə sinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.4 Məhkəmə ( hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilmə məsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. İddia tələbinin hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;

2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;

3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzər də tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsini müəyyən etmişdir.

44. İşə baxmış məhkəmə kollegiyası da işin hallarını bu normanın dispozisiya şərtləri əsasında yoxlayaraq, əmrin ləğv olunması üçün əsasların olmadığını müəyyən etmiş və əmrin qanunauyğun olduğu barədə nəticəyə gəlmişdir.

45. Məhkəmə müəyyən etmişdir ki, əmr verilərkən Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən olunan zəruri tədbirlər işəgötürən tərəfindən görülmüş, 77-ci maddəsində nəzərdə tutulan təminatlara riayət olunmuşdur.

46. Kassatorun cavabdeh təşkilatda fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsinin xx.xx.2021-ci il tarixli iclasında cəmi 7 komitə üzvünün iştirak etməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil qətnamənin ləğvinə əsas vermir. Çünki, i ddiaçı bu dəlili nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində iddia tələbinin əsası kimi irəli sürməmişdir.

47. Bu hal, həmin dəlilin kassasiya məhkəməsində araşdırılmasını istisna edir. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir.

48. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

49. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli Qərarı).

50. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsası na dair iddiaçının mövqeyini təşkil edir.

51. Qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən, məhkəmə tərəflərin hüquqlarının realizəsinə yönələn bir sıra prosessual səlahiyyətlərə malikdir. Bununla belə, məhkəmə heç bir halda tərəflərə məxsus prosessual səlahiyyətləri öz üzərinə götürə bilməz.

52. İddianın əsasının və ya predmetinin dəyişdirilməsi iddiaçının müstəsna səlahiyyətinə aiddir. Belə ki, Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə uyğun olaraq, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır.

53. Burada nəzərə alınmalıdır ki, həmin maddədə qeyd edilən “iddianın əsası” ifadəsi iddianın məhz faktiki əsasını ehtiva edir, iddianın hüquqi əsasını təşkil edən t ətbiq olunacaq maddi hüquq normaları isə mülki icraatın istənilən mərhələsində məhkəmə tərəfindən dəyişdirilə bilər.

54. İddianın predmetinin və ya faktiki əsasının məhkəmə tərəfindən dəyişdirilməsinin mümkünlüyü mülki mühakimə icraatının əsas prinsiplərindən olan dispozitivlik və çəkişmə prinsiplərinin pozulmasına səbəb olar.

55. Mülki Prosessual Məcəllənin 9.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Beləliklə, iş üzrə cavabdeh müdafiəsini təşkil etmək, etirazlarını bildirmək, əks sübutlarını təqdim etmək, habelə iddia müddətinin tətbiq edilməsini istəmək (burada nəzərə almaq lazımdır ki, ayrı-ayrı t ələblərə görə iddia müddəti də fərqlənə bilər) imkanına malik olmaq üçün qarşı tərəfin ona yönəlmiş tələbinin əsası barədə aydın ifadə edilmiş məlumata malik olmalıdır.

56. Bu baxımdan, iddiaçının kassasiya şikayətində yeni bir faktik əsasa istinad etməsi prosessual qanunvericiliyə ziddir və qəbul edilməzdir.

57. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPMnin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5031/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar