Məhkəmə qərarları › İş №2(102)-618/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-618/2019

04.02.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-618/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 04 fevral 2019-cu il İş № 2(102)-618/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, X1nın katibliyi, İddiaçı, onun nümayəndəsi X4 və vəkili X7, Cavabdeh X və onun vəkili X1 iştirakı ilə, İddiaçı və cavabdeh X tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7221/2018 nömrəli iş üzrə 25 iyul 2018-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim Səadət Səlimova) 2(011)-5248/2017 saylı 03 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən - Xnın 14.01.2015-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 88 saylı evin 41 saylı mənzilindən istifadə etmək hüquqlarına xitam verilməsi hissəsində təmin edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Vüsalə Baxışova sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Namiq Cəfərov) 28 sentyabr 2017-ci iltarixli qətnaməsi ilə cavabdeh Xnın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 03 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İlqar Dəmirov sədrlik edən və məruzəçi, Akif İskəndərov, Əhməd Əhmədov) 10 aprel 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 28 sentyabr 2017-ci iltarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, Səriyyə Seyidova, Etibar Nəbiyev) 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə Xnın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 03 iyul 2017ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - Xnın 14.01.2015-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 88 saylı evin 41 saylı mənzilindən istifadə etmək hüquqlarına xitam veril məsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, Xnın 14.01.2015-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 88 saylı evin 41 saylı mənzilindən istifadə etmək hüququnun 6 ay müddətində saxlanılması, həmin müddətin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, müəyyən edilmiş müddət başa çatdıqdan sonra Xnın 14.01.2015-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 88 saylı evin 41 saylı mənzilindən istifadə etmək hüquqlarına xitam verilməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdeh Xna qarşı iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Xnın 14.01.2015-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 88 saylı evin 41 saylı mənzilindən istifadə etmək hüquqlarına və Bakı şəhəri Xətai rayon məhkəməsinin 19.01.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş həmin mənzilə köçürülmək hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 88 saylı evin 41 saylı mənzilini 2011-ci ildə alqı-satqı müqaviləsi əsasında almış və həmin mənzilə dair xüsusi mülkiyyət hüququ 13.07.2011-ci il tarixdə MA seriyalı ******* saylı çıxarış almışdır. Həmin mənzildə alınan vaxtdan iddiaçının anası X2 İldırımova və bacısı Nüşabə İldırımova yaşamış, bəzən isə mənzili mülkiyyətçi qısa müddətə kirayəyə vermişdir. İddiaçı hərbiçi olduğu üçün daim müxtəlif bölgələrdə yaşamışdır. Mənzil alınan gündən iddiaçının anası və bacısı, 2016-cı ildən isə iddiaçı orada qeydiyyatdadır. 09.03.2014-cü ildə iddiaçı cavabdehlə rəsmi nikaha daxil olmuş, cavabdeh toydan sonra iddiaçının ailəvi olaraq əvvəldən məcburi köçkün olaraq məskunlaşdığı Nərimanov rayonundakı evə gəlin köçmüş, həmin evdə cavabdeh cəmi 27 gün yaşamışdır. Cavabdeh ilk gəldiyi gündən ailədə söz-söhbət yaratmış, iddiaçı işi ilə əlaqədar xidmət etdiyi bölgəyə getdikdə cavabdeh onunla getməyərək valideynlərinin mənzilinə getmişdir. 2016-cı ildə cavabdeh məhkəmədə iddia qaldıraraq, iddiaçının nikahdan əvvəl aldığı mənzilə dair pay huququnun tanınmasını, onun həmin mənzilə köçürülməsini tələb etmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 19.01.2016-cı il tarixli qətnaməsi ilə cavabdehin tələbi qismən təmin edilərək cavabehin iddiaçıya mə xsus mənzilə köçürülməsi qət edilmişdir. Hazırda cavabdeh iddiaçının ailə üzvü deyildir. Tərəflər arasında nikaha daxil olarkən nə nikah müqaviləsi, nə də mübahisəli mənzilə dair hər hansı razılaşma bağlanmışdır. Eyni zamanda, cavabdeh istər iddiaçı ilə nikaha daxil olana kimi, istərsə də toydan 27 gün sonra, həmçinin nikahları rəsmi pozulduqdan sonra da valideynləri ilə birgə Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 15 saylı evin 2 saylı mənzilində yaşayır. Mübahisəli mənzilin iddiaçı tərəfindən nikahdan əvvəl alınması və mənzilə dair mülkiyyət hüququnun əldə edilməsi nikahdan əvvəlki dövrə təsadüf edir ki, bu hallar əvvəlki məhkəmə qətnamələri ilə təsdiqini tapmış və mübahisələndirilə bilməz. Hazırda isə tərəflərin nikahının pozulmasına dair məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və tərə flərin nikahı pozulmuşdur. Cavabdeh iddiaçının ailə üzvü olmadığından, onun iddiaçıya məxsus mənzilə köçürülmə və ondan istifadə etmə kimi hüquqları itirilməli, bir mülkiyyətçi kimi iddiaçının konstitusion hüquqları qorunmalıdır. İddiaçı qeyd edilənlərə və iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin əsasları ilə eyni olan k assasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Cavabdehlər arasında nikah münasibətləri 2014-cü ildə yarandığına görə, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək hüququ Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən tənzimlənməlidir. Cavabdehin valideynlərinin xüsusi mülkiyyət hüququ ilə onlara məxsus mənzili var. Cavabdeh 2015-ci il tarixdən həmin mənzildə, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 15, mənzil 2-də yaşayır. Bütün məhkəmə bildirişlərini həmin ünvandan qəbul edir. Cavabdeh kirayədə yaşamır. Cavabdehin hər ay 300-400 manat məbləğində aliment alması, mübahisəli mənzil üçün ödənilmiş kreditin yarısının, 3040 manat vəsaitin ona verilməsini, valideynlərinin mənzilə sahib olmasını məhkəmə nəzərə almamışdır. Nərimanov rayon məhkəməsinin sonuncu qətnaməsi ondan daha 1000 manat vəsaitin guya cehiz pulu olaraq alınaraq cavabdehə verilməsi qət edilmişdir. Həmin iş üzrə cmabdeh məhkəmə iclaslarında verdiyi ifadə ilə guya cehiz almaqüçün 15000 manat vəsait verdiyini və buna tam maddi imkanlarının olmasını bildirmişdir. Halbuki bu işə baxılarkən cavabdeh maddi imkanının olmadığını bildirmişdir. Məhkəmə bu qeyd edilən halları nəzərə almamışdır. Cavabdeh X kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsin və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayətini on unla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qətnaməsi əsasında saxlanıla bilər. Qanunun bu müddəasına əsassız olaraq istinad edən məhkəmə cavabdehin mübahisəli mənzilə istifadə hüququnun 6 ay müddətinə saxlanılmasını müəy yən edərkən, azyaşlı - 14.01.2015-ci il təvəllüdlü X2 mənafeyini nəzərə almamışdır. Bu isə uşaq hüquqları ilə bağlı milli və beynəlxalq qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Bundan əlavə, məhkəmə kolegiyası iş üçün mühüm əhəmiyyət kəsb edən daha bir halı nəzərə almamışdır. Belə ki, mübahisəli mənzil yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin elementlərini özündə birləşdirən qarışıq müqavilə əsasında əldə edilmişdir. Həmin müqavilənin 14-cü bəndinə görə mənzilin satış qiyməti 51000 manatdır, həmin məbləğin bir hissəsi - 16.000 manatı alıcı-ipoteka qoyanın özü tərəfindən, 35000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən 13.06.2011-ci il tarixli kredit müqaviləsinə əsasən alıcı ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Mübahisəli mənzilin dəyərinin kredi t vəsaiti hesabına ödənişi iddiaçı ilə cavabdehin birgə nigah dövründə də həyata keçirilmişdir. Ona görə də onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi təəccüb doğurur. Çox təəssüflər olsun ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən və Ali Məhkəmənin 10 aprel 2018-cı il tarixli qərarında göstərilən bu mühüm amili nəzərə almamışlar. Tərəflərin izahatları: İddiaçı, onun nümayəndəsi X8 və vəkili X10 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Cavabdeh X və onun vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının kassasiya şikayətini əsassı z hesab edərək təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, tərəflər 2014-cü ildə nikaha daxil olmuş, bigə nikahdan 14.01.2015-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuş, tərəflərin nikahı 2017-ci ildə ləğv edilmişdir. Eyni zamanda işin mübahisəsiz halından görünür ki, Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 88 saylı evin 41 saylı mənzil iddiaçı tərəfindən 2011-ci ildə əldə edilmişd ir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 19.01.2016-cı il tarixli 2(011)-50/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən və qətnamənin icrası ilə bağlı aktlardan görünür ki, cavabdehin 14.01.2015-ci il təvəllüdlü X5 ilə birlikdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 88 saylı evin 41 saylı mənzilinə köçürülmələri qət edilmiş, qətnamə icra edilmişdir. (qətnamə qəbul edilərkən və icraya yönələrkən tərəflər nikahda olmuşlar). İddiaçı tərəflər arasında 2017-ci ildə nikahın pozulması əsası ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad edərək hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında olan münasibətlər 2009-cu ildən sonra yarandığından məhkəmə haqlı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pl enumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına istinad etmiş və mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq etmişdir. Həmin maddəyə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2.-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna mal ikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4.-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Qeyd olunan normalara istinad edərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehi iddiaçıya məxsus mənzil sahəsinə istifadə hüququ yaransa da, tərəflər arasında bağlanmış nikahın pozulması nəticəsində cavabdeh keçmiş ailə üzvü statusunu qazandığından, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən mənzilə istifadə hü ququnu itirir, yəni onunla iddiaçı arasında ailə münasibətlərinə xitam verildiyindən, onun mənzilə istifadə hüququ saxlanılmır. Apellyasiya instansiyası məhkəməsində işə baxlarkən cavabdeh maddi vəziyyətinin aşağı olmasını və himayəsində azyaşlı uşağının olmasını və kirayədə yaşağdığını qeyd etməklə mübahisəli mənzildən istifadə hüququnun müəyyən müddətə deyil, daimi saxlanılmasını xahiş etmişdir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən m ülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qeyd olunan normadan aydın olur ki, tərəflər arasında nikah pozulduqdan sonra yuxarıda göstərilən əsaslar mövcud olduqda, keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus yaşayış sahəsindən məhkəmənin qərarına əsasən müəyyən müddətə istifadə hüququ saxlanıla bilər. Apellyasiya instansiyası məhkəməsi Xnın izahatında şəxsi vəziyyəti ilə bağlı göstərdiklərini, azyaşlı uşağın mənafeyini diqqətə layiq hallar kimi nəzərə alaraq hesab etmişdir ki, onun iddiaçıya məxsus mənzil sahəsindən istifadə hüququ müəyyən müddətə saxlanılmalıdır. İstifadə hüququnun saxlanıldığı müddətə gəlincə isə, məhkəmə hazırkı işin müəyyən olunmuş faktiki halları baxımından həmin müddətin 6 ay müəyyən olunmasın ı məqbul hesab etmiş və həmin müddətin başlanğıcının qətnamənin qanuni qüvvəyə minməsi tarixindən hesablanmasını qeyd etmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə cavabdehin mübahisəli mənzilə istifadə hüququnun 6 ay saxlanılması qənaətinə gələrkən təkcə cavabehin maddi vəziyyəti ilə bağlı göstərdiyi halları deyil, azyaşlı X2nin də mənafeyini nəzərə alaraq belə nəticəyə gəlmişdir. Milli və beynəlxalq qanunvericiliyin tələblərinə görə, işə baxan məhkəmələr ilk öncə azyaşlı uşaqların mənafeyini üstün tutmalıdırlar. Bu baxımdan məhkəmə kollegiyası bu hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edir. Həmçinin məhkəmənin bu qənaəti Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə uyğun omuşdur. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh mübahisəli mənzilə isifadə hüququnun 6 ay saxlanılması qənaətinə gələrkən azyaşlı uşağın mənafeyinin nəzərə alınmadığını qeyd etmişdir. Halbuki yuxarıda qeyd edildiyi kimi, məhkəmə bu nəticəyə gələrkən uşağın mənafeyini nəzərə almışdır. Tərəflər arasında ailə münasibətlərinə xitam verildiyindən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə görə, cavabdehin mənzilə olan istifadə hüququ artıq itirilmişdir. Mübahisəli mənzilin kreditlə alınması və mənzilin pulunun bir hissəsinin birgə nikah dövründə ödənilməsi ilə bağlı dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin mənzil ipoteka ilə yüklü olmaqla həmin mənzilə dair birgə nikahda olduqları zaman ödənişlər edilmiş olsa belə, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 17 may 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilir ki, bu hala qiymət verilməklə Günay İldıromovanın mənzilin bölgüsünə dair iddia tələbi rədd edilmişdir. Bununla da qeyd edilən halın mövcudluğu cavabdehin həmin mənzilə olan ist ifadə hüququnun saxlanılması üçün əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı və cavabdeh X tərəfindən ayrı-ayırlıqda verilmiş kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7221/2018 nömrəli iş üzrə 25 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar