Məhkəmə qərarları › İş №2(102)-6185/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6185/2021

22.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6185/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə Kollegiyası İddiaçı cavabdeh X qarşı iş üzrə QƏRAR Açar sözlər: mübahisənin mülki, yaxud kommersiya məhkəməsinə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının hakimi Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu, İnzibati kollegiyanın hakimi Hüseynov İlqar Kamil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdeh X qarşı sahibkarlıq fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə ona məxsus olan 0,0058 ha torpaq sahəsinə bitişik ölçüsü 0,0241 ha olan köməkçi torpaq sahəsinin qanuni qaydada icarəsinə verilməsi vəz fəsinin öhdəlik olaraq qoyulması tələbinə dair iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərardadı ilə (hakim Ə.Hüseynov) İddiaçı cavabdeh X qarşı sahibkarlıq fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə ona məxsus olan 0,0058 ha torpaq sahəsinə bitişik ölçüsü 0,0241 ha olan köməkçi torpaq sahəsinin qanuni qaydada icarəsinə verilməsi vəzfəsinin öhdəlik olaraq qoyulması tələbinə dair mülki işin aidiyyəti üzrə Şəki Komersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarına əsasən torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və.s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Ona görə də kassator Mingəçevir Şəhər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərardadının ləğv edilməsini və işin Mingəçevir Şəhər Məhkəməsində baxılmasının davam etdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh X qarşı sahibkarlıq fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə ona məxsu s olan 0,0058 ha torpaq sahəsinə bitişik ölçüsü 0,0241 ha olan köməkçi torpaq sahəsinin qanuni qaydada icarəsinə verilməsi vəzfəsinin öhdəlik olaraq qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərardadı ilə (hakim Ə.Hüseynov) İddiaçı cavabdeh X qarşı sahibkarlıq fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə ona məxsus olan 0,0058 ha torpaq sahəsinə bitişik ölçüsü 0,0241 ha olan köməkçi torpaq sahəsinin qanuni qaydada icarəsinə verilməsi vəzfəsinin öhdəlik olaraq qoyulması tələbinə dair mülki işin aidiyyəti üzrə Şəki Komersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki,, iddia sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Ona görə də sözügedən iddia Komersiya məhkəməsinə verilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliy yətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. İşin halları ilə müəyyən edilir ki, iş üzrə iddiaçı sahibkardır və iddia sahibkarlıq fəaliyyətin in həyata keçirilməsi ilə əlaqədardır. Ona görə İddiaçı işin aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsində baxılması barədə şikayəti əsassız olduğundan təmin edilməməli, iş baxılması üçün aidəyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Bundan başqa kassasiya şikayətinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarına əsasən hazırkı işin mülki məhkəmə icraatı qaydasında baxılmalı olması ilə bağlı dəlillərinə münasibətdə qeyd edilməlidir ki, işin kommersiya məhkəməsində baxılması da mülki məhkəmə icraatı qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 403-1.8 və 403-1.8.1-ci maddəsinə görə kasasiya instansiya məhkəm əsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənləri, birinci instansiya məhkəməsi tərəfindən qərardadın ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı məhkəmə tərkibi qeyd etməyi zəruri sayır ki, hazırkı işə kommersiya məhkəməsində baxılarkən işə baxan məhkəmə iddia tələbini dəqiqləşdirməli və dəqiqləşdirilmə nəticəsində tələbin məzmunundan asılı olaraq işin aidiyyəti üzrə inz ibati məhkəmədə baxılmalı olub-olmamasına münasibət bildirməlidir. Belə ki, məzmunundan göründüyü kimi iddiaçı verdiyi iddia ərizəsində sahibkarlıq məqsədi ilə istifadə etdiyi torpaq sahəsinə bitişik torpaq sahəsini icarə hüququ ilə istifadəsinə verilməsini xahiş etsə də bunun hansı qaydada, yəni bələdiyyə ilə icarə müqaviləsi bağlamaqla, yaxud icarə müqaviləsinin bağlanması üçün bələdiyyənin üzərinə inzibati akt qəbul edilməsi vəzifəsinin qoyulması barədə tələb irəli sürdüyü tam aydın deyildir. Şərh edilənləri və Mülki-Prosessual Məcəlləsinin 403-1.6, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul ed

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar