Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-619/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun və ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9921/2019 saylı, 29 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhk əməsinin 21 dekabr 2018-ci il tarixli, 2(011)8684/2018 saylı qətnaməsi ilə (hakim S.R.Səlimova) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun və ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada borca görə 6000 manatın və 1700 ABŞ dollarının (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla), dövlət rüsumuna görə 30 manatın İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9921/2019 saylı, 29 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və F.F.Babayev), cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edil ərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8684/2018 saylı iş üzrə 21 dekabr 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni cavabdehlərdən müştərək qaydada borca görə 6000 manatın və 1700 ABŞ dollarının (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutulması hissəsində dəyişdirilməsi və Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 4500 (dörd min beş yüz) manat və 1700 (min yeddi yüz) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) pulun tutulması qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Bayramov Talib Akif oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sinif yoldaşı olan Cavabdeh1 xahişinə əsas ən 2015-ci ildə 700 ABŞ dolları, 4000 manat, 1000 ABŞ dolları, daha sonra isə 2000 manat pulu Cavabdeh1 və onun əri Cavabdeh2 borc olaraq verdiyini, cavabdehlərin onu aldadaraq aldıqları pulu geri qaytarmadıqlarını, onların hərəkətləri nəticəsində mənəvi sarsıntılar keçirdiyini, eyni zamanda fayda itirdiyini irəli sürmüş, buna görə də cavabdehlərdən müştərək qaydada 1700 ABŞ dolları və 6000 manat borcun, mənəvi ziyana görə 2000 manatın, əldən çıxmış faydaya görə isə 3000 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şika yəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaç ı, cavabdehlər Cavabdeh1 və Bayramov Talib Akif oğlu heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehlər Cavabdeh1 və Bayramov Talib Akif oğlunun kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına əsasən ər-arvad olan cavabdehlər Cavabdeh1 sinif yoldaşı olmuş İddiaçı 201 5-ci ilin avqust ayında 700 ABŞ dolları, həmin ilin oktyabr ayında isə 4000 manat və 1000 ABŞ dolları borc almış, sonradan İddiaçı (iddiaçı) Cavabdeh2 2000 manat da pul vermiş, hazırkı mübahisə məhz iddiaçının onlara verdiyi pul vəsaitlərinin qaytarılmaması səbəbindən yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1- ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəli yin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin göstərilən müddəası baxımından iddiaçı və cavabdehlər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. İş materiallarından göründüyü kimi, iddi açının cavabdehlərə qarşı tələbi tərəflər arasında yaranmış borc münasibətlərindən (şifahi borc müqaviləsindən) irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlərin müqavilənin şərtlərini pozaraq üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirmədikləri nəticəsinə gəlməkdə h aqlı olsa da, onlardan iddiaçının xeyrinə tutulmalı olan pulun məbləğində səhvə yol vermişdir. Belə ki, cavabdehlərin iddiaçıdan almış olduqları pul vəsaitindən 1500 manat qaytarmış olduqları onların arasında internet üzərindən (messencer proqramı vasitəsilə) aparılmış yazışmalarla öz təsdiqini tapır, həmin yazışmalarda İddiaçı ona 1500 manat qaytarılmış olduğunu qeyd etmiş, lakin bunun faiz olduğunu vurğulamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında öhdəlik yaradan hüquq münasibətinin əsasını təşkil edən şifahi müqavilə üzrə borcun faizlə verilmiş olmasına dair hər hansı sübut təqdim edilmədiyini, xüsusilə cavabdehlərin, mübahisənin başladığı ilk dövrdən səmimi davranaraq mövcud borclarını etiraf etdiklərini və iddianın faktiki olaraq onların etirafı nəzərə alınmaqla əsas lı hesab olunduğunu nəzərə almaqla belə qənaətə gəlmişdir ki, alınmış borcdan 1500 manatının qaytarılmış olması nəticəsinə gəlmək mümkündür. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borcu faizlə vermiş olduğunu sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və MPMin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kas sasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9921/2019 saylı, 29 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-619/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-619/2020
11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver