Məhkəmə qərarları › İş №2(102)-6198/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6198/2021

29.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6198/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı (X3 və X9 cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində sağlamlığa vurulmuş ziyanın ödənilməsi, sübutetmə vəzifəsi, ekspert rəyinin qiymətləndirilməsi, təkrar ekspertiza. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Guləhməd oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X6, v əkili oğlunun, Üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı sağlamlığa vurulmuş zərərin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-615/2021 nömrəli mülki iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi, İşin halları

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh və ya MMC) tibbi fəaliyyətə icazə verilmişdir (qeydiyyat nömrəsi 1059; qeydiyyat tarixi 18.02.2013-cü il, 071749 nömrəli lisenziya).

2. MMC (VÖEN **********) 09.03.2004-cü il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergi lər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən kommersiya qurumunun Dövlət reyestrindən çıxarış verilmişdir; təsisçisi və qanuni təmsilçisi X4r.

3. İddiaçı (bundan sonra – iddiaçı) «X14» Klinikasında (bundan sonra – Klinika) 16.07.2016-cı il tarixdən 27.07.2016-cı il tarixədək stasionar qaydada tibbi müayinədən keçmiş, ona burun boşluğunun polipi, sağ tərəfli polipoz, haymorit, etmoidit, sol tərəfli polipoz etmoidit kliniki diaqnozu; hipertoniya xəstəliyi, sol orta beyin art. hövzəsində işemik insult, sağ tərəfli hemiparaz, mator afaziya geden diaqnozları qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 və X9 (bundan sonra – üçüncü şəx slər) cavabdeh tərəfindən üçüncü şəxslər qismində göstərilməklə cavabdehin üzərinə iddiaçıya 01 avqust 2016-cı il tarixdən etibarən hər ay 280 manat əmək qabiliyyətini itirməyə görə təzminat, 525,00 manat isə əlilə qulluq edənə ödənilən haqq olaraq, ümumilikdə hər ay 805,00 manat məbləğində pul ödəmək öhdəliyi qoyulması, həmin pul öhdəliyinin qətnamə icra edilən günə qədər olan hissəsi (keçmiş dövrü üçün), bir dəfəyə, qalan hissəsi isə müvafiq təqvim ayının son iş günündən gec olmayaraq ödənilməsi, cavabdehdən həmçinin müalicə xərclərinə görə təzminat qismində 140000 manat, mənəvi zərər qismində isə 50000 manat olmaqla, ümumilikdə 190000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə məxsus Klinikada (hüquqi şəxs statusu olmayan) yanlış müalicə olunmaqla sağlamlığına vurulmuş ziyan nəticəsində o, iflic olmuş və əmək qabiliyyətini tamam itirmişdir. Belə ki, tibbi xidmət göstərmiş MMC-nin həkimləri, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər iddiaçının əməliyyat öncəsi müayinəsinin nəticələrinə ciddi əhəmiyyət verməyərək, cərrahi əməliyyatın təxirə salınmalı olduğu halda, onu cərrahi əməliyyata almış və əməliyyatdan sonrakı durumunun ağır olmasına səhlənkar yanaşaraq ona gərəkli tibbi müdaxilələri vaxtında etməmişlər. Nəticədə, iddiaçının səhhətində əmək qabiliyyətinin tam itməsinə, onun ömürlük birinci dərəcəli əlil olmasına səbəb olan fəsadlar baş vermişdir. Əmək qabiliyyətini itirməyə görə aylıq ödəniş məbləği: Sağlamlığına vurulmuş xəsarət nətic əsində iddiaçı əmək qabiliyyətini ömürlük olaraq 100 faiz itirdiyi üçün birinci dərəcəli əlil olmuşdur. “X12” MMC-nin təqdim etdiyi 15.11.2017-ci il tarixli lR№-007 saylı arayışla təsdiq olunur ki, iddiaçı 06.04.2013-cü il tarixdən xəsarət alan tarixədək həmin müəssisədə fəhlə işləmiş, aylıq əmək haqqı 280 manat olmuşdur. Ona görə də, iddiaçı hesab edir ki, əmək qabiliyyətinin itirilməsi nəticəsində iddiaçıya cavabdeh tərəfindən ayda onun aylıq orta qazancının 100 faizi miqdarında pul, yəni 280 manat ödənilməlidir. İddiaçı əmək qabiliyyətini 16 iyul 2016-cı il tarixdə itirdiyi üçün ona ayda 280 manat pulun tamamı 01 avqust 2016-cı il tarixdən etibarən ödənilməlidir.

6. Xəstəyə qulluq xərclərinin məbləği ilə bağlı hissədə iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya sağla mlığının pozulması ilə bağlı möhtac olduğu yardım və qulluq növlərinə çəkdiyi xərclərin əvəzini ödəməlidir. Belə ki, iddiaçı sağlamlığına vurulmuş zərər nəticəsində sərbəst hərəkət etmək qabiliyyətini itirdiyi üçün daim ona baxacaq və qulluq edəcək bir mütəxəssisə ehtiyacı vardır. İndiyə qədər iddiaçıya öz ailə üzvləri və qohumları işlərindən ayrılaraq baxmışlar. Lakin ailə üzvlərinin həmişəlik olaraq öz işindən ayrılaraq xəstəyə baxmaları və öz qazanclarından məhrum olmaları mümkün deyildir. İddiaçıya əmək haqqı ödənilməklə qulluq göstərən bir nəfər tutulmalıdır. Bu da onun maddi tələbatının artmasına səbəb olur. Azərbaycan Respublikası Statistika Komitəsinin rəsmi hesabatla yaydığı X5 əsasən, 2017-ci ildə (yanvar-noyabr aylarında) Azərbaycanda orta aylıq nominal əmək haqqı 525,00 manat o lmuşdur. Yəni, iddiaçıya baxan şəxsə ödənilməli orta aylıq əmək haqqının məbləği 525,00 manatdır. Bu məbləğ iddiaçının xəstəxanadan çıxdığı gündən, 01 avqust 2016-cı il tarixdən etibarən ödənilməlidir.

7. Müalicə xərcləri ilə bağlı hissədə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının müalicəsi üçün bugünədək çəkilmiş faktiki xərclərin məbləği 40000 manatdan çoxdur. Onun bir qismi cavabdehə ödənilsə də, cavabdeh rəsmi sənədləri iddiaçıya təqdim etmədiyi, habelə digər şəxslərə xidmət və dərman üçün ödənilmiş xərclərə görə qəbzlər verilmədiyi üçün bu barədə sübutların hamısını məhkəməyə təqdim etmək mümkün olmur. Lakin dərmanların alınmasına və başqa tibb müəssisələrinə ödənilmiş xərcləri təsdiq edən bəzi sənədlər saxlanılmışdır. Onlar sübut qismində məhkəməyə təqdim olunur. Hesab edir ki, MM-nin 1125.2-ci maddəsinə müvafiq olaraq, iddiaçının sağlamlığına vurulmuş zərərə görə əlavə xərclərin ödənilməsi məbləğləri putyovkaların alınması, gediş haqqının, xüsusi nəqliyyat vasitələri haqqının ödənilməsi də daxil olmaqla, müvafiq xidmətlərin və əmlakın dəyəri tibb ekspertizasının rəyinə əsasən müəyyənləşdirilən müddətlər daxilində gələcək zaman üçün də təyin edilməli və qabaqcadan ödənilməlidir. İddiaçıya gələcəkdə müalicəsini davam etdirə bilməsi üçün qabaqcadan ən azı 100000 manat ödənilməlidir. Əlavə müalicə xərclərinin məbləği tibbi və iqtisadi ekspertlər tərəfindən iddiaçının və digər tibb müəssisələrinin qiymət tarifləri əsasında müəyyən edilə bilər. Ekspertizanın rəyi ilə müalicə xərclərinə görə faktiki çəkilmiş xərcin 40000 manatdan, gələcəkdə çəkilməli əlavə müa licə xərclərinin isə 100000 manatdan, ümumilikdə 140000 manatdan az olmayacağı təsdiq oluna bilər.

8. Mənəvi zərər hissədə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun həyatının məhv edilməsinə, ailəsinin ağır və çıxılmaz vəziyyətə salınmasına görə çox ciddi psixoloji sarsıntılar keçirir. Düşdüyü iflic vəziyyəti və fiziki hərəkətsizlik durumu onu həyatdan tamamən küsdürmüşdür. Bunun nəticəsində ona dəymiş mənəvi zərərin miqdarı pulla ölçülə bilməyəcək qədər çoxdur. Amma iddiaçı Azərbaycan reallıqlarını da nəzərə alaraq mənəvi zərərə görə ən az məbləği - 50000 manat ödənilməsini tələb edir.

9. Bundan sonra iddiaçı nümayəndəsi və vəkili məhkəməyə iddiaya əlavə və dəyişikliklər edilməsi barədə ərizə verərək, cavabdehin üzərinə iddiaçıya 01 avqust 2016cı il tarixdən etibarən hər ay 730,88 manat əmək qabiliyyətini itirməyə görə təzminat, 554,90 manat isə əlilə qulluq edənə ödənilən haqq olaraq, ümumilkdə 1285,78 manat məbləğində pul ödəmək öhdəliyinin qoyulmasını, həmin pul öhdəliyinin qətnamə icra edilən günə qədər olan hissəsinin (keçmiş dövrü üçün), bir dəfəyə, qalan hissəsinin isə müvafiq təqvim ayının son iş günündən gec olmayaraq ödənilməsi, cavabdehdən həmçinin müalicə xərclərinə görə təzminat qismində 145000 manat, mənəvi zərər qismində isə 50000 manat olmaqla, ümumilikdə 195000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. İddiaçı tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 459, 1119, 1125-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 №-li qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalari, şərtləri və məbləği”nin 2.3, 3.2-ci bəndlərinə istinad edərək əsaslandırmışdır.

11. Birinci instansiya məhkəməsinə təqdim olunmuş 16.07.2016-cı il tarixli “xəstə razılığı” adlı sənədlə Klinika həkimləri keçirəcəkləri əməliyyatın həyatı riskləri, təhlükələri, meydana gələ biləcək fəsadları barəsində iddiaçıya məlumat vermişlər, o, isə azad iradəsi ilə bu əməliyyatın keçirilməsinə bir baş özü razılıq vermiş və əməliyyatın (həkim səhvi istisna olmaqla) maddi və mənəvi məsuliyyətini öz üzərinə götürmüşdür.

12. Məhkəməyə təqdim edilmiş iddiaçın ın 17.07.2016-cı il tarixli beyin MR müayinəsi barədə arayışa əsasən iddiaçıda sol tərəfdə bazal qanqliyalarda, insulyar sahədə, gicgah və təpə paylarda, sol yan mədəciyini cisminin qonşuluğunda perivintrikulyar sahədə səpələnmiş şəkildə çoxsaylı dövr işemik insult ocaqları aşkar edilmişdir.

13. Məhkəməyə təqdim edilmiş iddiaçının 12.07.2016-cı il tarixli paranazal sinus KT müayinəsi barədə arayışa əsasən hər iki tərəfdə etmoidal hücrətləri dolduran, burun pasajına doğru uzanaraq orta konxaları əhatə edən, alt konxalara sirayət göstərən, bilateral olaraq solda daha çox olmaqla xoananı dolduran və sol tərəfidən xoanadan nazofaringeal boşluğa uzanan polipoid yumşaq toxuma, burun çəpərində açıqlığı sola baxan əyrilik aşkar edilmişdir.

14. Məhkəməyə təqdim edilmiş siyahıya əsasən iddiaçının mü alicəsi üçün bəzi dərmanlara çəkilmiş xərclərin ümumi dəyəri 7904,12 manat təşkil edir.

15. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin 161/KEŞ nömrəli ekspert rəyinə əsasən 1959-cu il təvəllüdlü iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məhkəmə tibbi müayinəsinə əsaslanaraq qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: 16.

1. İddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, 16.07.2016-cı il tarixdə Klinikada burun tənəffüsünün kəskin pozulması şikayətləri ilə müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra xəstəyə «burun boşluğunun polipi; sağ tərəfli po lpoz haymorit, etnoidit; sol tərəfli polipoz etnoidit; burun çəpərinin əyriliy» diaqnozu təyin edilmiş və cərrahiyyə əməliyyatının aparılması planlaşdırılmışdır. Əməliyyatönü hazırlıqdan sonra 16.07.2016-cı il tarixdə inkubasion narkoz altında «FESC» cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat faktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. 2-3. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, istər cərrahiyyə əməliyyatı, istərsə də anesteziyanın tətbiqi zamanı xəstədə hər-hansı bir ağırlaşma (qanaxma, reaksiya, anestezioloji fəsad və s.) qeyd edilməmişdir. Lakin 17.07.2016-cı il tarixdə xəstənin ümumi vəziyyəti nevroloji sferada ağırlaşmış və müayinə zamanı baş beyin qan dövranın pozğunlğu, sol arxa beyin arteriya hövzəsində işemik insultun olduğu müəyyən edilmişdir. M ütəxəssis müayinəsinə əsasən, iddiaçı qeyd olunan pataloji vəziyyətin cərrahi əməliyyatla və anesteziyanın tətbiqi ilə səbəbli əlaqəsi olmamışdır.

17. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.10.2018-ci il tarixli, 24274/26844 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş mülki işin 94-112 vərəqlərində olan AZS-003 ******* nömrəli stasionar xəstənin tibbi kartasının içərisində epikriz xəstənin razılığı, müxtəlif müayinələrinin və analizlərinin nəticələri, həkimlərini qeydləri və s. sənədlər olmaqla cəmi 17 vərəqədən ibarətdir. Həmin vərəqələrdən 8 ədədinin aşağı sağ küncündə əlyazma rəqəmlərlə ardıcıllığı gözləmədən nömrələnmişdir. Kartdakı digər vərəqlər nömrələnməmişdir. Təqdim edilmiş mülki işin 97 və 99 vərəqələrinin həkim qeydləri olan vərəqləriqnin aşağı sağ küncündəki «4» rəqəminin yerində əvvəlcə «3» rəqəmi, «5» rəqəminin yerində əvvəlcə «4» rəqəmi, «6» rəqəminin yerində əvvəlcə «5» rəqəmi olub, sonra üzərində əlavə cizgi atmaqla indiki vəziyyətə gətirilmişdir. Təqdim edilmiş mülki işin 113-189-cu vərəqələrində olan AZS-066 ******* nömrəli stasionardan çıxanın statistik kartasının içərsində təqib cədvəlləri, təynat vərəqələri, qəbzlər, resept nüsxələri, mədaxil orderləri və s. Sənədlər olmaqla cəmi 76 vərəqdən ibarətdir. Həmin kartadakı sənədlər nömrələnməmişdir. Rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərlə əlaqədar olaraq 94-112-ci və 113-189-cu vərəqlər üzrə sənədlərin icra müddətini müəyyən etmək mümkün olmamışdır.

18. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə N azirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.10.2018-ci il tarixli, 24099 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş mülki işin 96-cı vərəqəsində yerləşən 16.07.2016-cı il tarixli xəstə razılığında «imza» qrafasındakı imza ilə iddiaçının adına olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsində «vəsiqə sahibinin imzası» və P3671909 saylı pasportda «pasport sahibinin imzası» qrafasındakı imzalar ehtimal ki, öz aralarında müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.

19. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin 760 nömrəli ekspert rəyinə əsaəsn iddiaçının adına təqdim edilmiş iş materiallarına əsaslanaraq qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 20.

1. Təqdim olun muş 2(005)-1589/2018 nömrəli işin materiallarında iddiaçıya dair aşağıdakı tibbi sənədlər vardır: 12.07.2016-cı il il tarixli paranazal sinus KT müayinəsi; Laborator müayinələr; radioloqun müayinəsi; DQO R müayinəsi; elektro kardioqramma müayinəsi; 16.07.2016-cı il tarixli ******* saylı stasionar xəstənin tibbi kartası. 2.3. İddiaçının adına tərtib edilmiş stasionar xəstənin ******* saylı tibbi kartası hazırda səhiyyə sistemində qüvvədə olan normativ aktlara uyğun tərtib olunmuşdur. 4.5. Hər hansı bir özəl tibb müəssisəsinin maddi texniki təchizatı və tibbi personalının fəaliyyəti məsələləri məhkəmə-tibbi ekspertizasının səlahiyyətlərinə aid deyil.

6. İddiaçının adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, aparılmış müayinələr əsasında ona «burun boşluğunun polipi; sağ tərəfli polipo z haymorit, etnoidit; sol tərəfli polipoz etnoidit; burun çəpərinin əyriliyi» diaqnozu düzgün təyin edilmiş və təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində 16.07.2016-cı il tarixdə «FESC» cərrahiyyə əməliyyatı icra edilmişdir. Cərrahiyyə əməliyyatı taktiki cəhətdən düzgün seçilmiş və icra edilmişdir. 7.8. İddiaçının arterial təzyiqinin 160/95 mm..c.st olması onun üzərində icra edilmiş cərrahiyyə əməliyyatında əks göstəriş hesab edilməyə bilər.

9. İddiaçının xəstəlik tarixində xəstəliklərin XBT kodu göstərilməmişdir. X1 üzrə onun xəstəliyi J-33, J-33.0, J34.2 kodları altında göstərilməli idi. 10.11. Həkim - otorinolarinqoloqun hüquq və vəzifə təlimatları Səhiyyə nazirliyinin 19.09.2012-ci il tarixli 70 saylı əmri ilə tənzimlənir.

13. İddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə gös tərilənlərə əsasən onun üzərində «FESC» cərrahiyə əməliyyatının icra edilməsinə əks göstəriş olmamışdır. 14.17. İddiaçının adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, istər cərrahiyə əməliyyatı, istərsə də anesteziyanın tətbiqi zamanı xəstədə hər hansı bir ağırlaşma (qanaxma, reaksiya anestezioloji fəsad və s.) qeyd edilməmişdir. Lakin 17.07.2016-cı il tarixdə xəstənin ümumi vəziyyəti nevroloji sferada ağırlaşmış və müayinə zamanı baş beyin qan dövranı pozğunluğu, sol arxa beyin arteriya hövzəsində işemik insultun olduğu müəyyən edilmişdir.

15. İddiaçının adına Klinikada tərtib edilmiş xəstəlik tarixində göstərilənlərə əsasən o, 16.07.2016-cı il tarixdə saat 08:30-da stasionara qəbul edilmiş, saat 09:00-da cərrahiyə əməliyyatına götürülmüşdür, lakin əməliyyatın bitmə vaxtı xəstəlik tarixində qeyd edilməmişdir. 16.18. İddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, 16.07.2016-cı il tarixdə əməliyyatdan sonrakı dövr ərzində göstərilmiş ixtisaslı tibbi yardımlar onun vəziyyətinə uyğun olmuşdur.

19. İddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, burun boşluğunda silikonların dəyişdirilməsinin onun sağlamlığında baş vermiş fəsadlarla səbəbli əlaqəsi olmamışdır. 20.22. İddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda müəyyən edilən “Hipertoniya xəstəliyi İİ dərəcə, sol orta beyin arteriya hövzəsinin işemik insultu, sağ tərəfli hemiparez, motor afaziya” xəstəliyinin baş verməsinin ona aparılmış müayinə və müalicələrlə səbəbli əlaqəsi olmamışdır.

21. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikas ı Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin 184/MEŞ nömrəli ekspert rəyinə əsasən iddiaçının adına təqdim edilmiş iş materiallarına əsaslanaraq, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq komisiya aşağıdakı nəticəyə gəlir: 22.

1. İddiaçının adına 2(005)-82/2019 saylı iş materialında 12.07.2016-cı il tarixli Paranazal sinusların KT müayinəsi; Laborator müayinələr; radioloqun müayinəsi; döş qəfəsi orqanlarnın rentgen müayinəsi; Elektrokardioqramma müayinəsi; 16.07.2016-sı il tarixli ******* saylı stasionar xəstənin tibbi kartası kimi ilkin tibbi sənədlər vardır. 2.3. İddiaçının adına Klinikada tərtib edilmiş stasionar xəstənin ******* saylı tibbi kartası hazırda Səhiyyə sistemində qüvvə də olan normativ aktlara uyğun tərtib olunmuşdur. Həmin tibbi sənədin tərtibatında xronoloji ardıcıllığın uyğunsuzluğu aşkar edilmədi.

4. X2 ixtisası, həkimlik sertifikatı və peşə hazırlığı «FESC» (funksional endoskopik sinus cərrahiyəsi) cərrahi əməliyyatını aparmağa əsas verir, tibb üzrə fəlsəfə doktorudur və sertifikatı Səhiyyə sistemində qüvvədə olan normativ aktlarla uyğun hesab edilir.

5. MMCnin ünvan 1 ünvanda yerləşən Klinikasında bütün növ ambulator, stasionar və səyyar tibbi xidmətlərin göstərilməsinə dair lisenziyası verilmişdir. Həmin tibb müəssisəsinin madditexniki təchizatı, tibbi personal heyətinin peşəkarlığı və sair göstəriciləri FESC cərrahi əməliyyatının aparılmasına əsas verir.

6. İddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə müayinələr, müalicə tədbirləri və tibbi l əvazimatların istifadəsi təyin olunmuş diaqnoza uyğun həcmdə aparılmışdır. Belə ki, istifadə olunmuş dərman preparatları və tibbi ləvazimatlar iddiaçının müalicə olunması üçün kifayət edirdi.

7. İddiaçıya təyin olunmuş diaqnoz X1 üzrə (XBT) müəyyən edilmiş təsnifata uyğun olmuşdur. Lakin müvafiq XBT kodu altında göstərilməməsi diaqnostikanın normativ və ya metodik sənədlərə əsasən həyata keçirilməməsi, xəstəyə diaqnozun düzgün qoyulmaması, «FESC» cərrahi əməliyyatının düzgün seçilməməsi və faktiki olaraq nöqsansız yerinə yetirilməməsi demək deyildir.

8. «FESC» cərrahi əməliyyatından 4 gun əvvəl aparılmış tibbi yoxlamaların nəticəsinə əsasən İddiaçı cərrahi əməliyyata alınması tibbi norma və qaydalara uyğun olmuşdur. 9.10. iddiaçının cərrahi əməliyyatöncəsi arterial təzyiqinin 160/95-dən yü ksək olduğu və bu səbəbdən həyati göstəricilərinin aşağı düşdüyü müəyyən edilməsinə baxmayaraq, bu barədə diaqnoz XBT kodu göstərilməklə onun tibbi kartasında yazılmaması cərrahi əməliyyatına əks göstəriş hesab edilə bilməzdi.

11. İddiaçı barəsində qoyulmuş diaqnozlar X1 üzrə J-33, J-33.0, J-34.2 kodları altında göstərilməli idi. 12.13. İddiaçının müayinə və müalicələri həkim - otorinolarinqoloqun klinik protokolları əsasında təyin olunmuş diaqnoza müvafiq həcmdə icra olunmuşdur.

14. İddiaçı 16.07.2016-cı il tarixdə əməliyyatdan öncə aparılmış müayinələrinin nəticələri «FESC» cərrahi əməlyyatın keçirilməsinə əks göstəriş olmamışdır. 15.16. İddiaçıda hipertoniya xəstəliyi, İİ kəskin başbeyin qan dövranının pozğunluğu, sol orta beyin arteriya hövzəsinin işemik insultu, sağ tərəfli hemiparez, motor afaziya xəstəliyinə istər cərrahiyyə əməliyyatı, istərsə də anesteziyanın tətbiqi səbəb olmamışdır.

17. İddiaçının adına tərtib olunmuş stasionar xəstənin tibbi kartasında cərrahiyyə əməliyyatının 16.07.2016-cı il tarixdə, saat 09:30-da başlanması göstərilmiş, lakin əməliyyatın bitmə vaxtı qeyd edilməmişdir. 18.19. 16.07.2016-cı il tarixdə əməliyyatdan sonra, saat 16;00-dan 24:00-a qədər İddiaçının arterial təzyiqinin artmasının qarşısının alınması üçün müvafiq müalicə tədbirləri görülmüş, dərman preparatları təyin edilmiş, baş beyinin MRT müayinəsi məsləhət görülmüşdür.

20. İddiaçının burun boşluğuna yerləşdirilmiş silikonlar 18.07.2016-cı il tarixdə xaric edilmişdir. Silikonların gec çıxarılması və ya gec yenilənməsi İddiaçının sağlamlığında baş vermiş fəsadlara səbəb ola bilməzdi. İddiaçının 16.07.2016 17.07.2016 tarixlərdə müalicəsində tibb müəssisəsinin və tibb personalının hərəkətlərində hər-hansı bir nöqsana yol verilməmişdir.

22. İddiaçının «hipertoniya xəstəliyi İİ, kəskin baş-beyin qan dövranının pozğunluğu; Sol orta beyin arteriya hövzəsinin işemik insultu; Sağ tərəfli hemiparez; Motorafaziya»; diaqnozunun ağırlaşmasına səbəb həmin xəstəliyin ağırlığı və gedişi olmuşdur.

23. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-82/2019 nömrəli iş üzrə 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.İddiaçı) iddia tələbi rədd edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir.

24. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Klinikada aparılmış keyfiyyətsiz ti bbi müayinə və müalicələr («FESC» əməliyyatı) nəticəsində səhhətinin daha da pisləşdiyi, nəticədə orqanizmində ciddi fəsadların (iflic vəziyyəti, fiziki hərəkətsizlik durumu, əmək qabiliyyətini itirmə) yarandığını və bunun nəticəsi kimi maddi və mənəvi zərərə məruz qalması ilə bağlı Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş, həmin hal iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticələri ilə də öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə ayrı-ayrı tarixlərdə iki dəfə məhkəmə-tibbi ekspertizası təyin olunmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertiza və Pataloji Anatomiya” Birliyinə tapşırılmış, müvafiq rəylər alınmışdır (§ 17-22). 24.1 Məhkəmə müəyyən et mişdir ki, iddiaçının üzərində Klinikada aparılmış müayinə və müalicələr («FESC» əməliyyatı) səhiyyə sistemində mövcud təlimat qaydalarına uyğun olmuş, iddiaçının 16.07.2016 - 17.07.2016 tarixlərdə müalicəsində tibb müəssisəsinin və tibb personalının hərəkətlərində hərhansı bir nöqsana yol verilməmişdir. 24.2 Məhkəmə hesab etmişdir ki, araşdırma zamanı cavabdeh tərəfindən iddiaçıya delikt (həkim səhvi) nəticəsində maddi zərər vurulması halı öz təsdiqini tapmamış, iddiaçı MPM-nin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş, həmin hal iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticələri ilə də öz təsdiqini tapmamışdır. 24.3 Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1096.1, 1097.1, 1099.1, 1112, MPM-nin 77.1, 14.2, 107, 119.1, 217.3, 21 7.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

25. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsində birinci icraat

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-14968/2019 nömrəli iş üzrə 26 dekabr 2019cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi, V.T.Həsənov, X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı ol muşdur. İddiaçı şikayətində ekspert rəylərini mübahisələndirsə də, bunlar mülahizələrdən ibarət olmaqla sübuta yetirilmir.

28. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, iddiaçı Mülki Məcəllənin 1112-ci madəsinə istinad edir ki, həmin normaya əsasən zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. İş üzrə cavabdehin iddiaçıya zərər vurulmasında təqsirinin olmaması iş üzrə keçirilmiş ekspert rəyləri ilə təsdiq olunsa da, iddiaçının tələbinin əsasları iş üzrə sübut olunmur.

29. Məhkəmə gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi eyni normalara istinadla əsaslandırmış (§ 24), əlavə olaraq da MPM-nin 384.0.1-ci maddəsinə istinad etmişdir.

30. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiya məhkəməsin də birinci icraat

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiya məhkəməsi) 2(102)-2664/2020 nömrəli iş üzrə 22 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər – G.A.Quliyev (sədrlik edən və məruzəçi, İ.R.Xələfov, Z.Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

32. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi ziddiyyətli hesab edilən ilk ekspert rəyi, eyni zamanda ümumiyyətlə əsaslandırılmayan təkrar ekspert rəyinə istinad etməklə iddia sübut olunmadığından iddianın rədd edilməsi barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir.

33. Apellyasiy a instansiyası məhkəməsi də həmin ekspert rəyləri ilə kifayətlənməklə və iddiaçının təkrar ekspertiza keçirilməsi barədə vəsatətini formal mülahizə hesab etməklə, birinci instansiya məhkəməsi tərəfindən yol verilən hüquq pozuntusuna qiymət verməməklə bərabər, MPM-nin 392-ci maddəsinin tələblərini pozaraq iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərə prosessual qanunvericiliyinin tələbləri baxımından düzgün hüquqi qiymət vermədən və apellyasiya şikayətində irəli sürülmüş dəlilləri hansı əsaslarla qəbul etmədiyini ümumiyyətlə göstərmədən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. 33.1 Kassasiya məhkəməsi həmçinin hesab etmişdir ki, işə baxan aşağı instansiya məhkəmələri Mülki Məcəllənin 112-ci maddəsinin tələblərinə zidd olaraq sübut etmə yükü nü iddiaçının üzərinə qoymaqla səhvə yol vermişdir.

34. Məhkəmə gəldiyi nəticəni MPM-nin 97.1, 102, 103.1, 88-ci maddələrinə isinadla əsaslandırılmışdır. d) Apellyasiya instansiya məhkəməsində ikinci icraat

35. Apellyasiya instansiya məhkəməsinin qərardadı ilə təyin edilmiş təkrar və kompleks ekspertiza barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X15in 30 dekabr 2020-ci il tarixli ekspert rəyinə görə iddiaçının adına tərtib edilmiş tibbi sənədlərə və qərarda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir:

1. İddiaçının adına iş materiallarında ******* saylı tibbi karta, paranazal sinusların 12.07.2016-cı il tarixli kompüter tomoqrafik müayinə protokolu, radioloq, laborator müayinələr, döş qəfəsinin rentgenoqramma sı, elektrokardioqrafik müayinə protokolu kimi ilkin tibbi sənədlər mövcuddur. 2,3. İddiaçının adına tərtib edilmiş tibbi karta hal-hazırda Səhiyyə sistemində mövcud olan normativ hüquqi aktlara görə tərtib edilmiş və həmin sənəddə tərtibatın xronoloji ardıcıllığının pozulması müşahidə olunmur.

4. Həkim M.D.Quliyevin ixtisası, peşə hazırlığı və əldə etdiyi funksional endoskopik sinus cərrahiyəsinə (FESC) aid olan əməliyyatların aparılmmasına imkan verir. Həkim tibb üzrə fəlsəfə doktoru olmaqla, aldığı sertifikat Səhiyyə sistemində qüvvədə olan mövcud hüquqi-normativ aktlarla təsbit olunur.

5. Klinika özəl tibb müəssisəində 16.07.2016-cı ildə xəstələrə bütün ambulator, stasionar və səyyar tibb xidmətlərini həyata keçirməyə lisenziyası olmuş, müəssisəsinin maddi-texniki təchizatı, tibbi pers onalın peşəkarlığı “FESC” əməliyyatların aparılmasına tam cavab vermişdir.

6. Klinikada iddiaçının cərrahi əməliyyatının aparılması üçün tibbi ləvazimatlar və istifadə edilən dərman preparatları tibbi kartada öz əksini tapmış, onların miqdarı və növü xəstə üzərində cərrahi əməliyyatın aparılması üçün yetərincə olmuşdur.

7. İddiaçının düçar olduğu xəstəliyin tibbi kartada kodunun Səhiyyə sistemində qəbul olunmuş Beynəlxalq təsnifat üzrə göstərilməməsi diaqnozun düzgün qoyulmaması və ya icra olunmuş cərrahi əməliyyatın qüsurla yerinə yetirilməsi demək deyildir.

8. Cərrahi əməliyyatdan dörd gün öncə tibbi müayinələrin aparılması tibbi praktikada istifadə olunan haldır. 9,10.23. Cərrahi əməliyyatdan öncə iddiaçınınqan təzyiqinin 160/90 mm civə sütunundan yuxarı olması üzərinə “FESC” əməliyyatı n təxirə salınması və ya aparılmasına əks göstəriş ola bilməzdi. Lakin əməliyyat boyun buna fikir verilməli və onun nizamlanması həyata keçirilməlidir. Buna tibbi kartada göstərilənlərə əsasən əməl edilmişdir.

11. Vətəndaş İddiaçı düçar olduğu xəstəliklərin Beynəlxalq kodu J-33, J-33.0, J-34.2-dir. 12.13.14. İddiaçının müayinə və müalicəsi ilə məşğul olan burun-qulaq-boğaz həkimlərinin hüquq və vəzifə təlimatları Səhiyyə Nazirliyinin 19.09.2012-ci il tarixli 70 saylı əmri ilə tənzimlənir. Cərrahi əməliyyatdan öncə aparılmış müayinələr həmin əməliyyatın aparılması üçün yetərincə olmuşdur. 15.16. Təqdim edilmiş tibbi sənədlərə əsasən cərrahi əməliyyatdan öncə və cərrahi əməliyyatdan sonra xəstənin vəziyyətində ciddi narahatlıq olmamışdır. Lakin, 17.07.2016-cı ildə (saat göstərilməyib) xəst ə evə yazılarkən vəziyyəti pisləşmiş, aparılan KT müayinə zamanı sol beyin yarımkürəsində çoxsaylı işemik, yəni damar tutulmasından yaranmış işemik insult ocaqları müəyyən edilmişdir. Aparılan medikamentoz terapiya nəticəsində xəstənin vəziyyəti stabilləşmiş və 27.07.2016-cı ildə evə ambulator müalicəyə yazılmışdır.

17. Təqdim edilmiş tibbi kartaya əsasən iddiaçı 16.07.2016-cı ildə saat 08:30da klinikaya daxil olmuş, 09:30-da cərrahi əməliyyata götürülmüş, lakin əməliyyatın qurtarma vaxtı göstərilməmişdir.

18. İddiaçıya cərrahi əməliyyatdan sonra saat 16:00-dan 24:00-a qədər arterial təzyiqin nizamlanması üçün amilodipin 10 mq x 1 tablet və beyin qan dövranının yaxşılaşdırılması üçün isə nimotop 10,0+NaCl 50,0 təyin edilmişdir ki, bu da qan dövranının stabilləşməsi üçün yetərli olmuşdur. 1

9. İddiaçı 17.07.2016-cı ildə işemik insult keçirdiyindən həmin gün onun vəziyyətinin bərpa edilməsi üçün cərrahi əməliyyatın aparılması hazırda səhiyyənin imkanı xaricindədir.

20. İddiaçının burun boşluğuna yeridilmiş silikonlar 18.07.2016-cı ildə xaric edilmişdir. Silikonların gec çıxarılması və ya əvəz olunması onun vəziyyətinin dəyişməsinə və fəsadlara səbəb ola bilməzdi.

21. İddiaçının 16-17.07.2016-cı ildə tibb müəssisəsində müalicəsi zamanı hərhansı ciddi nöqsan olmamışdır.

22. İddiaçıda “hipertoniya xəstəliyi, kəskin baş beyin qan dövranının pozğunluğu, sol orta beyin arteriya hövzəsinin işemik insultu, sağ tərəfli hemiparez, motorafaziya” xəstəliyinin yaranmasına səbəb bu xəstəliyin gedişi və ağırlığı olmuşdur ki, bu da aparılan cərrahi müdaxilə və müalicə tədbirləri ilə əlaqədar deyildir.

36. Apellyasiya instansiya məhkəməsinin 2(103)-615/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.N.İmanov (sədrlik edən və məruzəçi, Q.A.Əsgərov, V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

37. İşə təkrar baxan apellyasiya məhkəməsi tərəfindən kassasiya instansiyası məhkəməsinin göstərişləri əsasında iş üzrə təkrar kompleks məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

38. Rəy məhkəməyə təqdim edilmiş (§ 35) məhkəmə rəyi tətqiq edərək belə nəticəyə gəlmişdir ki, iddiaçının cavabdeh Klinikada aparılmış keyfiyyətsiz tibbi müayinə və müalicələr («FESC» əməliyyatı) nəticəsində səhhətinin daha da pisləşməsi, nəticədə orqanizmində ciddi fəsadların (iflic vəziyyəti, fiziki hərək ətsizlik durumu, əmək qabiliyyətini itirmə) yaranması və bunun nəticəsi kimi maddi və mənəvi zərərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlillər iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticələri ilə və cavabdeh tərəfindən təqdim olunmuş sübut əhəmiyyətli sənədlərlə öz təsdiqini tapmamışdır.

39. Məhkəmə qeyd etmişdir ki, iddiaçının üzərində aparılmış müayinə və müalicələr («FESC» əməliyyatı) səhiyyə sistemində mövcud təlimat qaydalarına uyğun olmuş, iddiaçının 16.07.2016 - 17.07.2016 tarixlərdə müalicəsində tibb müəssisəsinin və tibb personalının hərəkətlərində hər - hansı bir nöqsana yol verilməmişdir.

40. Apelyasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, şikayətdə qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara görə əsaslı sayıla və təmin edi lə bilməz.

41. Belə ki, iddiaçı apellyasiya şikayətində ekspert rəylərini mübahisələndirsə də, apellyasiya icraatı zamanı mülki iş üzrə təkrar kompleks məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X15 30 dekabr 2020-ci il tarixli ekspert rəyi digər iş üzrə keçirilmiş dikər iki rəyi təsdiq etmişdir.

42. Digər tərəfdən, iddiaçı Mülki Məcəllənin 1112-ci madəsinə istinad edir ki, həmin normaya əsasən zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. İş üzrə cavabdehin iddiaçıya zərər vurulmasında təqsirinin olmaması iş üzrə keçirilmiş ekspert rəyləri ilə təsdiq olunduğundan, iddiaçının tələbi əsassız hesab edilməlidir.

43. Məhkəmə gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi eyni normalara istinadla əsaslandırmış (§ 24), əlavə olaraq da MPM-nin 384, 385.2-ci maddələrinə istinad etmişdir.

44. İddiaçı (Vəkil) apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə etiraz dəliləri, məhkəmə prosesi iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəliləri

45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi maddi və prossesual hüquq normalarını düzgün tətbiq etmədiyi, habelə kassasiya məhkəməsinin göstərişlərinə əməl etmədiyi üçün, nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, məhkəmə əsas landığı ekspertiza rəyinin MPM-nin 102-ci maddəsinə və Məhkəmə Ekspertizası Fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 106-cı maddələrının tələbinə uyğun gəlmədiyinə əhəmiyyət verməmişdir. İddiaçı birinci instansiya məhkəməsində verilmiş ekspert rəyi ilə razılaşmamış və təkrar ekspertiza keçirilmişdir. 15 vərəqədən ibarət təkrar ekspert rəyində yalnız əvvəlki ekspert rəyi eyni zamanda birinci instansiya məhkəməsinin təkrar ekspertiza təyin edilməsi barədə qərardadı eynilə köçürülmüş, ümumiyyətlə hər hansı tədqiqat və əsaslandırma aparılmadan qoyulan suallar cavablandırılmışdır. Halbuki, “Dövlət Məhkəmə Ekspertizası Fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun məhkəmə ekspertinin (ekspertlərinin) rəyi və onun məzmununu müəyyən edən 26-cı maddəsinin tələblərinə görə, apar ılmış tədqiqatlar əsasında əldə edilmiş nəticələr nəzərə alınmaqla, məhkəmə eksperti (ekspertləri) öz adından yazılı rəy verir və onu imzalayır. Məhkəmə ekspertinin (ekspertlərinin) rəyində istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri; tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması və dürüst ifadə olunması göstərilməlidir. Qeyd edilən normada göstərilən tələblərə cavab verməyən ekspert reyi mötəbər sübut kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi ziddiyyətli hesab edilən ilk ekspert rəyi, eyni zamanda ümumiyyətlə əsaslandırılmayan təkrar ekspert rəyinə istinad etməklə iddia sübut olunmadığından iddianın rədd edilməsi barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. İşə ikinci də fə apellyasiya qaydasında baxarkən, məhz Ali Məhkəmənin qərarında qeyd olunan göstərişlərin yerinə yetirilməsi məqsədilə iddiaçı tərəf Bakı Apellyasiya Məhkəməsinə Təkrar və Kompleks ekspertizanın keçirilməsi barədə vəsatət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 30.09.2020-ci il tarixli qərardadı ilə iddia tərəfinin vəsatəti təmin edilərək iş üzrə təkrar kompleks məhkəmə-tibbi ekspertizası təyin edilməsi qərara alınmış, ekspertiza qarşısında müvafiq suallar qoyulmuş və ekspertizasının aparılması Səhiyyə Nazirliyinin baş mütəxəssisləri və ya mütəxəssislərdən ibarət komissiya cəlb edilməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi və Pataloji Anatomiya" Birliyinin ekspertlərinə həvalə edilmişdir Bundan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Eks pertiza və Pataloji Anatomiya Birliyi" X15 tərəfindən məhkəməyə 30.12.2020-ci iltarixli T344/2020 saylı ekspert rəyi təqdim edilmişdir. Lakin sonuncu ekspert rəyi də Qanunun tələblərinə uyğun əsaslandırılmamış, heç bir tədqiqat və araşdırma aparılmamış, istifadə edilən metodlar göstərilməmiş, onda göstərilən nəticələrin yoxlanılmasına imkan verməmiş, qoyulan suallar natamam və ziddiyətli cavablandırılmışdır. Apellyasiya məhkəməsi gəldiyi nəticəni qanunla sübut sayıla bilməyən ekspert rəyi ilə əsaslandırmış, digər sübutları isə qiymətləndirməmişdir. Sonuncu ekspert rəyi ilə tanış olduqdan sonra iddiaçı, qanunun tələblərinə uyğun əsaslandırılmadığı, istifadə edilən metodlar məlum olmadığı, heç bir tədqiqat və araşdırma aparılmadan hazırlandığı, onda göstərilən nəticələrin yoxlanılmasına im kan vermədiyi, qoyulan sualları natamam, ziddiyyətli və qeyri-obyektiv cavablandırdığı, habelə Ali Məhkəmənin qərarında araşdırılması tələb olunan sualları cavablandırmadığı üçün ekspert rəyinin sübut kimi qəbul edilməməsi vəsatəti ilə Bakı Apellyasiya Məhkəməsinə 16 mart 2021-ci il tarixində müraciət etmişdir. Vəsatətdə 13 bənddən ibarət olmaqla, ekspertlərin bütün cavablarına əsaslandırılmış etirazlar və rəyin mötəbərliyini inkar edən dəlillər aydın göstərilmişdir. Lakin apellyasiya məhkəməsi hər hansı bir əsas və ya hüquq normasına istinad etmədən, bu vəsatətdə göstərilən dəlillərin heç birinə hüquqi qiymət vermədən, Ali Məhkəmənin də bu məsələdə mövqeyini nəzərə almadan, vəsatəti təmin etməmişdir. Belələliklə, apellyasiya məhkəməsi sübut kimi istifadəsinə yol verilməyən ekspert rəyinə əsaslanaraq, işin digər hallarını və sübutları görməzdən gələrəkı qanunsuz qətnamə qəbul etmişdir.

46. Kasassiya şikayəti MPM-nin 420, 103.1, 88, 101.6, 102, 417.1.4, 418.1, 418.3cü maddlərinə, Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1096.1, 1097.1-ci maddələrinə “Dövlət Məhkəmə Ekspertizası Fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 3, 4, 7, 26-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə prosesi iştirakçılarının izahatları

48. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

49. Cavabdeh MMC-nin nümayəndəsi X6, vəkili oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şika yətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

50. Üçüncü şəxs X9 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.

51. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər üçüncü şəxs gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri

52. Qanunvericiliyə görə kassasiya məhkəməsi işin faktiki hallarını araşdır mır. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və ya prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlamaq zərurətindən irəli gələrək aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş, işə əlavə edilmiş və araşdırılmış sübutlara və faktiki hallara istinad edilməsi kassasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması kimi qiymətləndirilməməlidir.

53. Baxılan işdə yeganə kassator olan iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq

54. Mülki Məcəllə: 54.1. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 54.2. Madd ə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 54.3. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 54.4. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki q anunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 54.5. Maddə 1097.1Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 54.6. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 54.7. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nətic əsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

55. MPM: (işə baxılan zaman qüvvədə olan redaksiyada) 55.1. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 55.2.. Maddə

416. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiy ası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 55.3. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. 55.4. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 55.5. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 55.6. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandır ır. 55.7. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 55.8. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 55.9. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 55.10. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələ r tərəfindən qiymətləndirilir. 55.11. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 55.12. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilmir. Ona görə də, kassasiya şika yəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlili iş üzrə verilmiş ekspert rəyinin natamam və ziddiyyətli olması ilə bağlıdır.

58. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqinin yoxlanılması ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyi şdirilməsi üçün əsas ola bilər.

59. Məhkəmə kollegiyası qeyd edir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin göstərişlərini nəzərə alaraq təkrar və kompleks ekspertizanın keçirilməsini qərara almış və ekspert tətqiqatı nəticəsində verilmiş rəyə görə iddiaçının tələbinin əsası kimi istinad etdiyi halların öz təsdiqini tapmaması müəyyən edimişdir. Həm işdə olan və cavabdeh tibb müəssisəsi tərəfindən sübüt kimi təqdim olunmuş sənədlərə, həm də iş üzrə alınmış ekspert rəylərinə məhkəmə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermişdir.

60. İddiaçı kassasiya şikayətində ekspertiza aparılan zaman ekspert qarşısında düzgün suallar qoyulmadığını, ekspertiza aparılması zamanı “Dövlət M əhkəmə Ekspertizası Fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğunu, istifadə edilən metodlar göstərilmədiyini, qoyulan sualların ziddiyətli cavabdehlandırıldığı göstərilmdir.

61. Lakin kassator bu mülahizələrini ümumi sözlərlə qeyd etsə də, ekspert rəyində verilmiş suallara cavabların ziddiyətli olmasının nədən ibarət olması, hansı suallara verimiş cavabların bir-biri ilə ziddiyət təşkil etməsi, ekspertin tətqiqat aparılarkən hansı metodlardan istifadə etməli olmasını göstəməmişdir.

62. İddiaçının sonuncu ekspert rəyi ilə bağlı göstərdiyi hallar, yəni rəyin qanunun tələblərinə uyğun əsaslandırılmadığı, rəy verilməsi üçün istifadə edilən metodların məlum olmadığı, rəyin heç bir tədqiqat və araşdırma aparılmadan hazırlandığı, onda göstərilən nəticələrin yox lanılmasına imkan vermədiyi, qoyulan sualları natamam, ziddiyyətli və qeyriobyektiv cavablandırdığı, habelə Ali Məhkəmənin qərarında araşdırılması tələb olunan sualları cavablandırmadığı üçün ekspert rəyinin sübut kimi qəbul edilməməsi barədə dəlilləri əsassız olmuş, ona görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin rəyin sübut kimi qəbul olunmaması haqqında iddiaçının vəsatətini təmin etməmişdir. Təkrar ekspertizanın keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar (§ 55.8) mövcud olmamış, apellyasiya instansiyası məhkəməsi təkrar ekspertiza keçirilməsi haqqında iddiaçının vəsatətini rədd edərkən hər hansı bir prosessual pozuntuya yol verməmişdir.

63. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək apellyasiya instansiya mə hkəməsinin qətnaməsinin ləğvi üçün əsas görmür.

64. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 419-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə kollegiyası, Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-615/2021 nömrəli mülki iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar