Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6199/2019 01.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X5 oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator İddiaçı, vəkili X3, cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(001)-1929/2019, hakim E.Z.Əliyev) İddiaçı cavabdeh Bakı şə həri Həbibulla Hüseynov adına 83 saylı məktəb-liseyə qarşı iddiası qismən təmin edilmiş, Bakı şəhəri Həbibulla Hüseynov adına 83 saylı məktəb liseyin 27 dekabr 2018-ci il tarixli 204 saylı əmrinin ləğv edilməsi, iddiaçının təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə 13.12.2018-ci il tarixdən hesablanaraq əmək haqqının ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-5440/2019, hakimlər E.Q.Nəbiyev, R.Ə.Qurbanov, A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh Bakı şəhəri Həbibulla Hüseynov adına 83 saylı məktəb-liseyə qarşı məktəbliseyin direk toru X4 tərəfindən qanunsuz olaraq işdən azad edilməsi barədə 27 dekabr 2018-ci il tarixli 204 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə 13.12.2018ci il tarixdən hesablanaraq əmək haqqı, həmçinin vurulmuş maddi və mənəvi zərərə görə 5.000 manat məbləğində kompensasiya ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sabutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 28 dekabr 2018-ci il tarixdə İddiaçı Bakı şəhəri Həbibulla Hüseynov adına 83 saylı məktəb-liseyə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məktəb-liseyin direktoru X4 tərəfindən qanunsuz olaraq işdən azad edilməsi barədə 27 dekab r 2018-ci il tarixli 204 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə 13.12.2018-ci il tarixdən hesablanaraq əmək haqqı, həmçinin vurulmuş maddi və mənəvi zərərə götə 5.000 manat məbləğində kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili kassasiya ş ikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı cavabdeh Bakı şəhəri Həbibulla Hüseynov adına 83 saylı məktəb-liseyin təsər rüfat işləri üzrə direktor müavini olmaqla, məktəbin bütün invertarlarının saxlanması və qorunması üçün məsuliyyət daşıyan maddi məsul şəxs olmuşdur. Məktəb-liseyin direktoru X2 27 dekabr 2018-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsi onun təqsirli hərəkətləri nəticəsində məktəbə maddi ziyan vurmaqla əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar olaraq həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmiş və cavabdeh tutduğu vəzifədən azad edilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, 2018-2019-cu dərs ilində keçirilmiş inventarlaşdırma nəticəsində 1 ədəd “HP” noutbuk və iki ədəd proyektorun çatışmamazlığı aşkar edilmişdir. Məktəb-liseyin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı maddi məsul şəxs olaraq inv entarların saxlanması və qorunması ilə bağlı nöqsanlara yol vermiş, bununla da əmək funksiyasını pozmuş və əmək müqaviləsi üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, nəticədə məktəb-liseyə, o cümlədən dövlətə maddi zərər vurmuşdur. Məktəb-liseydə aşkar edilmiş çatışmazlıqların İddiaçı tərəfindən məktəbə qaytarılması təmin edilmişdir. İddiaçı işdən azad edilməsinə Həmkarlar İttifaqı Komitəsinin razılığı alınmışdır. İddiaçı cavabdeh müəssisənin onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin qanunsuz olmasına istinad edərək həmin əmrin ləğv edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə hazırki iddianı irəli sürmüşdür. İşə götürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsini n “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə işəgötürən tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilən əsaslarla xitam verilməklə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmışdır. Apellyasiya məhkəməsi tərəfindən də müəyyən edildiyi kimi iddiaçı maddi məsul şəxs kimi ona etibar edilmiş əmlakın çatışmayan hissəsini qaytarmaqla vurulmuş ziyanı aradan qaldırsa da, işin qeyd edilən halı onun intizam tənbehindən azad edilməsi üçün əsas hesab edilə bilməz. Mübahisələndirilən əmrin məzmunundan göründüyü kimi, iddiaçı maddi məsul şəxs kimi məktəb liseyin inventarlarının saxlanması və qorunması ilə bağlı nöqsanlara yol verdiyinə, əmək müqaviləsi üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, məktəbə maddi zərər vur duğuna, bununla da əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Eyni zamanda əmək müqaviləsinə xitam verilərkən Həmkarlar İttifaqı Komitəsinin razılığı alınmışdır. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlillə ri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6199/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6199/2019
01.10.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver