Məhkəmə qərarları › İş №2(102)-620/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-620/2021

01.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-620/2021 01.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zəbt olunmuş torpaq sahəsindən çıxarılma, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1937/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2 021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları ünvan 1 ünvanında yerləşən 0.0296 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Elsevər Quliyevin xx xxxxxx 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, A.Sultanov xx.xx.2018-ci il tarixdə həyat yoldaşına məxsus 3 sot torpaq sahəsini hasar çəkib Cavabdeh torpaq sahəsindən ayırmaq istəyərkən Cavabdeh ora gələrək təpiklə təzə çəkilən hasarı vurub qəsdən uçurdaraq A.Sultanova 400 manat məbləğində maddi ziyan vurmuşdur. Ona görə də toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və A.Ş.Sultanova şikayəti ilə bağlı olaraq dəymiş maddi ziyanın ödən ilməsi tələbi ilə əlaqədar aidiyyatı üzrə mülki qaydada məhkəməyə müraciət etməsi izah edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2274/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər Sumqayıt şəhər 1 saylı notariat kontoruna və A.Ş.Sultanova qarşı borc kredit müqaviləsinin ləğv olunması tələbinə dair iddiası rədd edilmişdir. İşə əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9867/2015 saylı, xx xxxxxxx 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər Sumqayıt şəhər 1 saylı notariat kontoruna və A.Ş.Sultanova qarşı Sumqayıt şəhəri 1 saylı notariat kontorunun notariusu Ə.Bünyadov tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə iddia tələbi təmin edil məmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası ƏMDK-si yanında DƏK və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0296 sot torpaq sahəsi üzərində Sumqayıt şəhər Corat Bələdiyyəsinin xx xxx 2013-cü il tarixli 07 nömrəli qərarı əsasında Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə vətəndaş İddiaçı mülkiyyət hüququ tanınmış və 0.0296 ha torpaq sahəsi Cavabdeh tərəfindən faktiki hasara alınmış 0.3296 ha torpaq sahəsinin daxilində yerləşir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx xxxxxx 2020-ci il tarixli, 32297 №-li ekspert rəyindən görünür ki, Az ərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mühəndisi Rəfael Hüseynovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 0.0296 sot torpaq sahəsi üzərində Sumqayıt şəhər Bələdiyyəsinin xx xxx 2013-cü il tarixli 07 nömrəli qərarı əsasında Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə vətəndaş İddiaçı mülkiyyət hüququ tanınmış və 0.0296 ha torpaq sahəsi Cavabdeh tərəfindən faktiki hasara alınmış 0.3296 ha torpaq sahəsinin daxilində yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddi a ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 0.0296 sot torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli Çıxarış verilmişdir. Cavabdeh həyat yoldaşının uzaq qohumudur və onlarla qonşuluqda yaşayır. Əvvəllər cavabdehlə aralarında heç bir narazılıq olmamışdır. 2015-ci il tarixdə cavabdeh yaşadıqları ərazidə həyat yoldaşına məxsus olan torpaq sahəsində olan tikilinin və həyətyanı sahəsinin 3 sotu istisna olmaqla qalan hissəsini alqı-satqı yolu ilə almışdır. Lakin cavabdeh həmin yerə görə onlara 130.000 manat borclu qalmış və həmin borcla bağlı olaraq yoldaşı ilə aralarında müqavilə bağlanmışdır. Lakin cavabdeh pulu vermədiyindən cavabdehi məhkəməyə vermişlər. xx.xx.2018-ci il tarixdə o, özünə məxsus olan torpaq sahəsinin onlara düşən istiqamətində hasar çəkdirib cavabdehin torpağından ayırmaq istəyərkən cavabdeh ora gəlib səs-küy etməyə başlamış və hasarı uçuraraq daşları yerə tökmüşdür. Bundan sonra aralarında mübahisə olmuş və mübahisə zamanı cavabdeh ona və həyat yoldaşına hədə-qorxu gəlib ünvanlarına nəlayiq ifadələr işlətmişdir. Bundan sonra həyat yoldaşı ərazi üzrə Polis Bölməsinə gedərək cavabdehdən şikayət etmişdir. Sumqayıt ŞPİnin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Elsevər Quliyevin xx xxxxxx 2018-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Polis Bölməsindən izah olunmuşdur ki, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət et sin. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Cavabdeh ona məxsus olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Hesab edir ki, cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılmalıdır. Hadisə zamanı cavabdeh ona 800 manat məbləğində maddi ziyan vurmuşdur. Belə ki, o, hasar çəkmək üçün pul vəsaiti xərcləyib qum, sement, kubik və sair tikinti materialları almışdır. Cavabdeh isə onun tikdiyi hasarı sökərək ona maddi ziyan vurmuşdur. Hesab edir ki, 800 manat məbləğində maddi ziyan cavabdehdən alınıb ona verilməlidir. Həmçinin cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan da vurmuşdur. O həmin ziyanı 10000 manat məbləğində qiymətləndirir Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Behbudova, iş № 2(060)-41/2020) iddia tələbi qismən təmin edilməsi, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0296 sot torpaq sahəsində çıxarılması, Cavabdeh dəymiş maddi ziyana görə 400 (dörd yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, iş üzrə mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş 237,80 (iki yüz otuz yeddi manat səksən qəpik) manat xərc Cavabdeh tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına keçirilmə və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Birinci ins tansiya məhkəməsi qeyd etmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 112 ünvanında yerləşən 0.0296 sot torpaq sahəsi üzərində Sumqayıt şəhər Bələdiyyəsinin xx xxx 2013-cü il tarixli 07 nömrəli qərarı əsasında Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı mülkiyyət hüququ tanınmış və həmin torpaq sahəsi Cavabdeh tərəfindən faktiki hasara alınmış 0,3296 ha torpaq sahəsinin daxilində yerləşir. Həmin torpaq sahəsini hasar çəkib Cavabdeh torpaq sahəsindən ayırmaq istəyərkən Cavabdeh təpiklə təzə çəkilən hasarı vurub qəsdən uçurdaraq iddiaçıya 400 manat məbləğində maddi ziyan vurmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı həmçinin Cavabdeh vurulmuş ziyana görə 800 manat və mənəvi ziyana görə 10000 m anat pulun tutulmasını tələb etmiş, lakin məhkəmə araşdırması zamanı iddiaçı vurulmuş ziyana görə 800 manat və mənəvi ziyana görə 10000 manat tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 21.1, 21.3, 140, 146.2, 152.1, 152.2, 152.3, 152.4, 157, 1096, 1097.1, MPMnin 77.1, 88, 101.3,106.1, 82.3, 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.MƏmmədova və T.Quliy ev, iş № 2(105)-1937/2020) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci il tarixli 2(060)-41/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 21.1, 21.3, 140, 146.2, 152.1, 152.2, 152.3, 152.4, 157, 1096, 1097.1, MPMnin 77.1, 88, 101.3,106.1, 82.3, 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1937/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə işə mahiyyəti üzrə baxarkən sübutları, iş materiallarını tam araşdırmadan, faktlara deyil, formal mülahizələrə əsaslanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatlar ı İddiaçının vəkili X2 izahatında göstərmişdir ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, Cavabdeh kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyə n edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərba ycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verm ək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 140-cı maddəsindən görünür ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki q eyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, h abelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri s übutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-c i maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 103.1 -ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2 -ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud q ərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyas ı məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanun larına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məh kəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmiş dir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1937/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar