Məhkəmə qərarları › İş №2(102)-620/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-620/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-620/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2519/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhk əmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. xx.xx.2013-cü ildə bağlanmış 111N saylı kredit müqaviləsinə əsasən, iddiaçı "xxxx" ASC Cavabdeh qızna 36 ay müddətinə illik 19 faiz ödəmək şərtilə 28000 ABŞ dolları məbləğində kredit vermişdir.

3. Eyni tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən, kredit öhdəliklərinin təmin edilməsi məqsədi ilə Cavabdeh məxsus olan ** KC *** dövlət qeydiyyat nişanlı “LEXUS GS-350” markalı minik avtomobil ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 26959 ABŞ dolları əsas borcun, 11728 ABŞ dolları faiz borcunun, 1305 ABŞ dolları dəbbə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan "xxxx" ASC-yə ipotekaya qoyulmuş 90-КС-255 dövlət qeydiyyat nişanlı, “LEXUS GS-350” markalı minik avtomobilinə (buraxılış ili 2007, mühərrik JTHBE96S97000484, rəngi-ağ mirvari) (yönələrək açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına Cavabdeh brahim qızının banka olan kredit borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, "xxxx"nın Qaradağ filialı və Cavabdeh arasında xx.xx.2013-cü ildə bağlanmış kredit müqaviləsinə əsasən Bank Cavabdeh 36 ay müddətinə illik 19% olmaqla 28000 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh məxsus olan 90 КС 255 dövlət qeydiyyat nişanlı, “LEXUS GS350” markalı (b uraxılış ili 2007, mühərrikJTHBE96S97000484, rəngi-ağ mirvari) minik avtomobili ipoteka ilə yüklü edilmiş və cavabdehlə xx.xx.2013-cü il tarixli, 111 saylı İpoteka müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməyi öhdəsinə götürmüşdür. İpoteka müqaviləsinə əsasən girov qoyan üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə tələblərin girov ilə yüklü edilmiş əmlaka yönəldilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilir. Cavabdeh kredit müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Bank tərəfindən Cavabdeh qızma kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə e dilən müraciətlər heç bir nəticə verməmişdir. Cavabdeh Banka 26959 ABŞ dolları əsas borcu, 11728 ABŞ dolları məbləğində faiz borcu, 1305 ABŞ dolları dəbbə pulu, cəmi borcu 39992 ABŞ dolları borcu yaranmışdır.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2016-ci il tarixli, 2(011)-735/2016 saylı qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2013-cü il tarixli, 111 saylı kredit müqaviləsi üzrə 26959 ABŞ dolları əsas borc, 7471,17 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları dəbbə pulu, cəmi 34630,17 (otuz dörd min altı yüz otuz dollar, on yeddi sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin Cavabd eh məxsus olan “LEXUS GS-350” markalı, 90-КС-255 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur.

7. Məhkəmə gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 19 % ödəmək şərtilə 28000 ABŞ dolları məbləğində kredit verilmişdir. Razılaşmaya əsasən cavabdeh bank tərəfindən ona verilmiş 28000 ABŞ dolları kredit məbləğinə xx.xx.2016-cı il tarixə kimi cəmi 8964.70 ABŞ dolları faiz ödənilməsi nəzərdə tutulmuşdur. Lakin iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən 1493,53 dollar faiz borcu ödənilmişdir. Buna görə də məhkəmə hesab et mişdir ki, cavabdehdən birgə qaydada 26959 ABŞ dolları əsas borc, ödənilmiş faiz çıxılmaqla (89xx.xx-1493,53) 7471.17 ABŞ dolları faiz borcu tutularaq bankın xeyrinə ödənilməlidir.

8. İddia tələbinin 1305 ABŞ dolları dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 200 ABŞ dolları məbləğində pul tutulmalıdır.

9. Məhkəmə öz mövqeyini “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 1, 36.6-cı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 295, 296.1, 297, 319.1, 385.1, 462.1, 465.2, 467, 739.1, 739.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 216-223-cü maddələrinə isinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cava bdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, yeni tələblər və sübutlar əsasında müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qardaşının özünə avtomobil alması üçün Banka yaxınlaşmışdır. Qardaşı ona demişdir ki, avtomobil almaq üçün rəsmi əmək haqqı olan şəxs lazımdır, avtomobil girov qoyulacaq və o da zamin kimi iştirak edəcəkdir. O, buna razılıq vermiş və Bankın təqdim etdiyi sənədləri imzalamışdır. Sonra götürülmüş pul məbləği tam olaraq ödənilmədiyindən, Bank iddia ilə məhkəməyə müraciət etmişdir. O, qətnaməni 20 noyabr 2023-cü il tarixdə qəbzə imza etməklə almışdır. Qardaşı borcu ödəyə bilmədiyi üçün, avtomobili 2015-ci ildə Bankın əməkdaşlarına təhvil vermişdir. Hesab etmişlər ki, Bank avtomobili satıb, bor cu bağlayacaqdır. O və qardaşı borcun bağlanması qənaətinə gəlmişlər. Sonradan onlara məlum olmuşdur ki, avtomobil cəmi 6000 manata satılmışdır, real bazar qiyməti isə 20000-22000 manat təşkil etmişdir. Hazırki qətnamə qəbul edilərkən, onlar prosesə cəlb olunmamışlar. Apellyasiya şikayəti icraata qəbul olunandan sonra, zəruri sübutları təqdim edəcəklər.

12. Məhkəmə kollegiyasının iclasında "xxxx" ASC-nin prosessual hüquqi varisi "xxxx" QSC BOKT-un nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək izahatında qeyd etmişdir ki, ipoteka predmeti olan avtomobil Banka 2015-ci ildə yox, xx.xx.2017-ci ildə təhvil-təslim aktına əsasən təhvil verilmişdir. Cavabdeh avtomobili 2015-ci ildə təhvil verməsini qeyd etsə də, bunu təsdiq edən sübutları təqdim etməmişdir. Xahiş etdi ki, qətnamə dəyişdiri lmədən saxlanılsın.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2024-cü il tarixli, 9/3804 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı və tərəflər arasında bağlanmış 16 may 2013-cü il tarixli, 111 N saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASCyə olan borcu aşağıdaki kimi müəyyən edilir: xx.xx.2015-ci il tarixə; -əsas borc üzrə 27.459,00 ABŞ dolları -faiz borcu üzrə 9.409,98 ABŞ dolları; xx.xx.2015-ci il tarixə; -əsas borc üzrə 26.959,00 ABŞ dolları, -faiz borcu üzrə 11.742,26 ABŞ dolları; Müqavilə müddətinin sonuna, yəni xx.xx.2016-cı il tarixə; -əsas borc üzrə 26.959,00 ABŞ dolları, -faiz borcu üzrə 14.104,17 ABŞ dolları; Sualda qeyd edilən tarixə, yəni xx.xx.2024-cü il tarixə; -əsas borc üzrə 26.959,00 ABŞ dolları, -faiz borcu üzrə 14.104,17 ABŞ dolları.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X.Sarıyev - sədrlik edən və məruzəçi, F.Abdıyev və F.Qasımov) 2(103)-2519/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2016-ci il tarixli, 2(011)-735/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Məhkəmə kollegiyası nəticəsini onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələb lərinə uyğun tərtib olunduğundan, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğun olduğundan, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Borc məbləğinin həddən artıq şişirdilmiş olması ilə bağlı cavabdehin dəlillərini ekspert rəyi ilə təkzib olunduğundan, əsassız hesab edərək, məhkəmənin əsas borca görə 26959 ABŞ dolları, faiz borcu üzrə 7471,17 ABŞ dolları və 200 ABŞ dolları dəbbə pulunun tutulması ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır.

16. Məhkəmə kollegiyası cavabdehin avtomobilin cəmisi 6000 manata satıldığını, real bazar qiymətinin isə 20000-22000 manat təşkil etməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh bununla bağlı icra sənədi əsas ında keçirilmiş hərracı mübahisələndirə bilər.

17. Məhkəmə kollegiyası cavabdehin avtomobilin 2015-ci ildə Banka təhvil verilməsi, buna görə də faizlərin 2015-ci ilə qədər hesablanması ilə bağlı dəlili ilə bağlı qeyd etmişdir ki, əsassızdır, belə ki, avtomobil xx.xx.2017-ci ildə təhvil-təslim aktına əsasən iddiaçıya təhvil verilmişdir. Cavabdeh avtomobili 2015-ci ildə təhvil verməsini qeyd etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

18. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 269.4, 317.1, 385.1, 386.1, 73 9.1, 739.2, 442, 445.1, 445.2.1, 448.1, 462.1, 467-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, faizlərin xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək müəyyən edilməsi məqsədi ilə ekspertizanın təyin edilməsi ilə əlaqədar qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri yalnız iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə, o cümlədən maliyyə arayışına əsasən qətnamə qəbul etmiş, əsas məbləğin, faiz və dəbbə pulu hissəsini həmin sənədlər əsasında müəyyən etmişdir. Lakin, hazırkı iş üzrə iddiaçı kredit müqaviləsinin 8-ci bəndində nəzərdə tutulmuş müddəanı tətbiq etməmiş və kredit müqaviləsi üzrə öhdəliklər borcalan tərəfindən davamlı olaraq 2 ay ərzində icra olunmadığı halda, iddiaçı 2 il 4 ay gözlədikdən sonra kredit müqaviləsinin ləğvi və digər tələblərlə məhkəməyə müraciət etmişdir. Bununla belə, həmin müddət ərzində artıq avtomobil onun tərəfindən bankın səlahiyyətli şəxslərinə təhvil verilmişdir. Hesab edir ki, kredit üzrə faizlər 16 oktyabr 2013-cü ilədək hesablanmalı və məhkəmə həmin faizlərə münasibətdə müvafiq yekun akt qəbul etməlidir. Sözügedən faizlərin hesablanması üçün müvafiq ekspertiza keçirilməsi barədə məhkəmə tərəfindən qərardad qəbu l edilməsi zəruridir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

23. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

24. Maddə

442. Öhdəliyin icra edilməməsi, dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

26. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər.

27. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edil mədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

28. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

29. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir il in sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv t ətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyi üçün müəyyən olunmuş borc məbləğinin ondan tutulması və ipoteka predmetinə yönəldilməsi barədə iddiaçının tələblərinin təmin edilməsi qanuni və əsaslı olmuşdur. Cavabdeh etirazının əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir.

40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət ve rilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

41. Belə ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (§ 23, 28).

42. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsini n qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2519/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar