Məhkəmə qərarları › İş №2(102)-6201/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6201/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6201/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə ilkin, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 qarşı “ipoteka müqaviləsinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, likvid qiymət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Raf iq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-437/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 20 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 iyul 2014-cü il tarixli 48B8/14 nömrəli əsas müqaviləsindən görünür ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında əlavə kredit müqavilələri bağlanılmaqla Borcalana 60 ay müddətinə 23 iyul 2019-cu il tarixinədək 1.000.000 (bir mily on) manat pul verilməsini öhdəsinə götürür. İddiaçı KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 iyul 2014-cü il tarixli 48B8/14-1 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, bank 127.000 (yüz iyirmi yeddi min) ABŞ dolları məbləğində illik 20(iyirmi) faiz olmaqla 36 ay müddətində, 25 iyul 2017-ci il tarixinədək kredit verməyi öhdəsinə götürür. İddiaçı KB ASC ilə “Cavabdeh1 arasında bağlanmış 23 iyul 2014-cü il tarixli 48Bİ8/14 ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 2c nömrəli fərdi yaşayış evini və onun yerləşdiyi 0.045 ha torpaq sahəsini 48Bİ8/14 saylı 23 iyul 2014-cü il tarixli əsas kredit müqaviləsinin təminatı olaraq ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi (bundan sonra– Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi) tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli 25.07.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 2c nömrəli fərdi yaşayış evi və onun yerləşdiyi 0.045 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 99 nömrəli reyestr kitabının 8982 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 İddiaçı KB ASC-nin xeyrinə 23.07.2014-cü il tarixli 48B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 26.07.2014-cü il tarixli 48B8/14-1 saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas məbləği üzrə 107.353,61 ABŞ dolları, faiz borcu üzrə 48.078,50 ABŞ dolları, cərimə borcu üzrə 234.815,87 ABŞ dolları olmaqla, cəmi 390.247,98 ABŞ dolları iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 2c saylı fərdi yaşay ış evinə və onun yerləşdiyi 0.045 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh126.07.2014cü il tarixli 48B8/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 390.247,98 ABŞ dolları borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutularaq, İddiaçı KB ASC-yə ödənilməsi, İpoteka predmetinin ilkin satış qiymətinin 144.000 (bir yüz qırx dörd min) məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubad küçəsində yerləşən 2c saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0.045 ha sahəsinə tutma yönəldikdə və o satıldıqda ən gec i 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı KB ASC ilə Cavabdeh1 arasında 23.07.2014cü il tarixli 48B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 26.07.2014-cü il tarixli 48B8/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, 25.07.2017-ci il tarixədək, illik 20% ödəmək şərtilə, 127.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 23.07.2014-cü il tarixli 48Bİ8/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 2c sa ylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.045 ha torpaq sahəsi İddiaçı ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 25.07.2014-cü il tarixdə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır (Çıxarış seriya RX №0448447, qeydiyyat №**********). Kredit müqaviləsinə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq İddiaçına ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 27.07.2016-cı il tarixə 26.07.2014-cü il tarixli 48B8/14-1 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas məbləği üzrə 107.353,61 ABŞ dolları, faiz borcu üzrə 14.865,42 ABŞ dolları, cərimə borcu üzrə 5.119,25 ABŞ dolları olmaqla, cəmi 127.338,28 ABŞ dolları təşkil edir. 23.07.2014-cü il tarixli 48B8/14 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 2c saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.045 ha torpaq sahəsi İddiaçı KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 23.07.2014-cü il tarixli 48Bİ8/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 2c saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.045 ha torpaq sahəsi 23.07.2014-cü il tarixli 48B8/14 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə Banka ipotekaya qoyulmuş, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.4-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 144.000 (bir yüz qırx dörd min) manat məbləğində qiymətləndirilmişdir. İddiaçının ipoteka predmeti kimi çıxış edən mənzildən cavabdehlərin çıxarılması onunla əlaqəlidir ki, əmlak hərraca çıxarıldığı zaman əmlak boş olmalıdır, eyni zamanda orada yaşayan şəxslərin və mənzilinin mülkiyyətçisinin hüquqlarından azad olmalıdır. Əks təqdirdə həmin əmlakın hərrac yolu ilə realizə olunması qeyri-mümkün olacaqdır. Qeyd olunanlara əsasən borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz borcları, həmçinin cərimə borcludan iddiaçının xeyrinə tutulmalı, öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, əsas kredit müqaviləsinin icrasının təminat üsulu kimi çıxış edən əmlak boşaldılmalı, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına borclunun iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödənilməlidir. Proses gedişatında Cavabdeh2 İddiaçı KB ASC-yə və Cavabdeh1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 iyul 2014-cü il tarixli 148Bİ8/14 saylı ipoteka müqaviləsinin əhəmiyyətsiz sayılmaqla etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi r. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı KB ASC arasında bağlanmış 23.07.2014-cü il tarixli 48B8/14 saylı Əsas kredit müqaviləsinə əsasən 60 ay müddətinə 1.000.000 manat məbləğini aşmamaq şərtilə, əlavə kredit müqaviləsi bağlanmaqla Bank tərəfindən Cavabdeh1 kredit verilməsi razılaşdırılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 veriləcək kredit məbləğlərinin müddəti, şərtləri və müddətləri və s. ödəniş qaydaları əlavə kredit müqavilələri ilə razılaşması müəyyən olunmuşdur. Əsas kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 ilə iddiaçı Bank arasında bağlanmış 23.07.2014-cu il tarixli ipoteka müqaviləsi əsasında Cavabdeh1 mülkiyyətində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 2c saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.045 ha torpaq sahəsi iddiaçı Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Əlavə kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı KB ASC ilə bağladığı 26.07.2014-ci il tarixli 48B8/14-1 saylı kredit razılaşması əsasında 36 ay müddətinə faiz dərəcəsi 20% olmaqla 127.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İpoteka ilə Cavabdeh1 tərəfindən Bankın xeyrinə yüklü edilmiş əmlak Cavabdeh1lə onun birgə nikah dövründə əldə etdiyi əmlakdır. Əsas kredit müqaviləsində götürüləcək kreditin məbləği manatla göstərilmişdir. Cavabdeh1lə birgə əmlakın dəyəri ipoteka müqaviləsində göstərilən məbləğdən kifayət qədər artıqdır. İpoteka müqaviləsi bağlanarkən əmlakın qiymətinin 144.000 manat göstərilməsindən məlumatı olmamışdır. Həmçinin, Cavabdeh1 manatla kredit götürəcəyinə dair m üqavilə bağlanmasına etibar etmişdir. Lakin sonradan, Cavabdeh1 26.07.2014-cü il tarixdə, Bankla aralarında əlavə kredit müqaviləsi bağlamaqla 127.000 ABŞ dolları kredit götürmüşdür. İndi, məhkəmədə iddia qaldırıldığı vaxt ona məlum olur ki, manatla onun da mülkiyyətində olan əmlak ipoteka olunduqdan sonra, əlavə kredit müqaviləsinə aid edilməklə, həmin əlavə kredit müqaviləsi ilə dollarla kredit götürülmüşdür. Bu isə onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi ilə nəticələnməsinə təsir göstərir. Əsas Kredit Müqaviləsində tərəflər hər hansı bir öhdəlik götürmədiyindən, həmin müqaviləyə əsasən bağlanmış ipoteka müqaviləsi də əhəmiyyətsiz əqddir. İş materiallarında olan Cavabdeh1 ilə «Unibank KB ASC arasında bağlanmış 23.07.2014-cü il tarixli 48Bİ8/14 saylı İpoteka Müqaviləsində isə yalnız Kredit xəttinin ümumi müddəti və ümumi məbləği qeyd edilməklə yuxarıda sadalanan qanunun müddəalarında tələb olunan şərtlər öz əksini tapmamışdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bankın Cavabdeh1 və ona qarşı ilkin iddia ərizəsində tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsinə dair tələbi təmin olunmamalı, ipoteka qoyan Cavabdeh1lə onun birgə nikah dövründə əldə ipoteka qoymasına dair 23.07.2014cü il tarixli 48Bİ8/14 saylı İpoteka Müqaviləsi əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməlidir. Əks təqdirdə əhəmiyyətsiz ipoteka müqaviləsinə əsasən tutmanın əmlaka yönəldilməsi halında, onun mülkiyyət hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnən məhkəmə qətnaməsi qəbul edilmiş ola bilər. İş materiallarında 29.03.20 18-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borcu 107.353,61 ABŞ dolları, faiz borcu üzrə 48.078,50 ABŞ dolları, cərimə borcu üzrə 234.815,87 ABŞ dolları olmaqla, cəmi borcu 390.247,98 ABŞ dolları təşkil edir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən 26.07.2014-cü il tarixli 48B8/14-1 saylı əlavə kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, 26.07.2016-cı il tarixə Cavabdeh1 İddiaçı KB ASC-yə olan borcu 124.171,41 ABŞ dolları məbləğində müəyyən edilmiş, o cümlədən əsas kredit borcu üzrə 107.429,83 ABŞ dolları, faiz borcu üzrə 16.741,58 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında "xxxx" MMC tərəfindən verilmiş 51/F saylı, 29 yanvar 2018-ci il tarixli Ekspert rəyi ilə müəyyən edilmişdir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi-yaşayış evinin və 4.5 sot torpaq sahəsinin birlikdə bugünkü bazar qiyməti 380.200 (üç yüz səksən min iki yüz) manat müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Ayaz Məmmədov) 2(004)-82/2018 saylı, 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, qarşılıqlı iddia isə təmin edilməmiş, İddiaçı KB ASC ilə Cavabdeh1 arasında 23.07.2014-cü il tarixli 48B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 26.07.2014-cü il tarixli 48B8/14-1 saylı əlavə Kredit Müqaviləsinin ləğv edilməsi, İddiaçı KB ASC ilə Cavabdeh1 arasında 23.07.2014-cü il tarixli 48B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsi ndə bağlanmış 26.07.2014-cü il tarixli 48B8/14-1 saylı əlavə Kredit Müqaviləsi üzrə Cavabdeh1 əsas borc üzrə 107.353,61 ABŞ dolları, faiz borcu üzrə 16.741,58 ABŞ dolları, cərimə borcu üzrə 200 ABŞ dolları olmaqla, cəmi 124.295,19 ABŞ dolları (yüz iyirmi dörd min iki yüz doxsan beş ABŞ dolları, 19 sent) məbləğində pulun (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq tutulsun), 30 manat məbləğində dövlət rüsumunun, həmçinin bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutularaq, İddiaçı KB ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 2c saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.045 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin sat ış qiymətinin 380.200 (üç yüz səksən min iki yüz) manat müəyyən edilərək, açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin tutulmalı məbləğ həddində banka ödənilməsi, artıq qalan məbləğin mülkiyyətçi- Cavabdeh1 qaytarılmasi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması, ipoteka predmetinin satıldıqdan ən geci 1 ay ərzində boşaldılması, ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində pulun Cavabdeh1 tutularaq, Dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməl i, müvafiq kredit müqaviləsi ləğv edilməklə, Cavabdeh1 107.353,61 ABŞ dolları, faiz borcu üzrə 16.741,58 ABŞ dolları, cərimə borcu üzrə 200 ABŞ dolları olmaqla, cəmi 124.295,19 ABŞ dolları məbləğində pul, 30 manat məbləğində dövlət rüsumu, həmçinin bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30 (otuz) manat ödəniş tutularaq, iddiaçının xeyrinə ödənilməli, tutma ipoteka predmetinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracdan satılmalı, satışdan əldə olunmuş pul vəsaiti tutularaq, banka ödənilməli, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borc ümumi qaydada Cavabdeh1 tutulmalı, ipoteka predmeti satıldıqdan ən geci bir ay ərzində boşaldılmalıdır. Qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edilmişdir ki, qarşı tərəf iddi a müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Mülki qanunvericiliyə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, Cavabdeh2 mübahisələndirdiyi müqavilə 2014-cü il tarixdə bağlanmışdır. cavabdeh tərəf qanunla nəzərdə tutulmuş müddətin (1 il) ötürülməməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Qanunvericilik iddia müddəti ötürüldüyü və buna dair müvafiq ərizənin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən təqdim edildiyi halda, məhkəmə qarşısında imperativ tələb qoyur. Bu halda məhkəmə iddiadan imtina barəsində qərar çıxarmalıdır. Belə olduğu halda, məhkəmənin gəldiyi qənaətə görə, qanunvericilikdə müqaviləni etibarsız hesab edilməsinə dair tələblər ü zrə iddia müddəti bir il təşkil etdiyindən və Cavabdeh2 bu müddəti ötürdüyündən, habelə qarşılıqlı iddia üzrə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, hazırki iddia müddəti ötürülmüş sayılıb iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 317.1, 385.1, 442, 445.1, 448.2-ci, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33, 34, 36.1, 36.2.4, 36.3, 59.3, 59.3.1-ci maddələrinin maddələrinə istinadən əsaslandırmışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)82/2018 saylı, 05 noyabr 2018-ci il tarixli qətnaməsini kredit məbləği və evin boşaldılması hissələrində mübahisələndirərək iddia tələbinin təmin edilmiş hissəsində qətnaməni qi smən ləğv edib, İddiaçıKB ASC-nin iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən maddi və prosessual hüquq normaları pozularaq və düzgün tətbiq edilməyərək, eləcə də məhkəmənin gəldiyi nəticə üçün bir sıra faktiki hallar aydınlaşdırılmayaraq, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov və Vahid Sadıqov) 2(103)-4636/2019 saylı mülki iş üzrə 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-82/2018 saylı 05 noyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla əsaslandırılmamış, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi hissəsində qənaətini təkzib edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki hallarını, tərəflərin münasibətlərini və digər işin hallarını nəzərə almaqla iş üzrə cavabdehə aid hissədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Qəhrəman Allahverdiyev - sədrlik edən və məruzəçi, İlqar Xələfov və Ənvər Şadiyev) 2(102)-8107/19 nömrəli iş üzrə 25 dekabr 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, işə birinci i nstansiya məhkəməsində baxılıb qərar qəbul edilərkən işə cavabdehlərin iştirakı olmadan baxılmış və cavabdehlərin ziyanına qətnamə qəbul edilmiş, həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya məhkəməsi işə apellyasiya qaydasında baxılması üçün 10 aprel 2019-cu il tarixə təyin etmiş, Cavabdeh1 məhkəməyə teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini, vəsatətləri olacağını bildirib məhkəmə iclasının təxirə salınmasını, onun növbəti məhkəmə iclasında iştirakına şərait yaradılmasını məhkəmədən xahiş etmiş, lakin apellyasiya instansiyası məhkəməsi cavabdehlərin ədalətli məhkəmə araşdırılmasında iştirak etmək hüququnu pozaraq Cavabdeh1 işin təxirə alınmasına dair vəsatətini müzakirə etmədən həmin gün onun iştirakı olmadan işə baxaraq onun ziyanına q ətnamə qəbul etmiş, bununla da Cavabdeh1 məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur. Həmçinin iddianı qismən təmin edən məhkəmələr bankla cavabdeh arasında bağlanmış kredit müqavilələrinin dəfələrlə dəyişdirilməsi səbəblərini aydınlaşdırmamış, cavabdehin qalıq borc və faizlərin düzgün hesablanmamasına dair dəlillərinə qiymət verməmişdir. İddianın qismən təmin edilməsinə, qarşılıqlı iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qarşılıqlı iddianın təmin edilməməsi üzrə gəldiyi nəticəni əsaslandırmamış, öz qərarında ümumiyyətlə bu məsələyə toxunmamışdır. Məhkəmə kollegiyası qərarında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 220-ci maddələrinə istin ad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Sonradan birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 da apellyasiya şikayəti verərək onun ləğv edilməsi, ilkin iddia tələbinin rədd və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 dekabr 2020-ci il tarixli ekspert rəyi ilə Cavabdeh1 26.07.2016-cı il tarixə banka 106.846,64 ABŞ dolları əsas və 14.880,93 ABŞ dolları faiz borcu olduğu müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Şeyda Məhərrəmova - s ədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Rəşad Həsənov) 2(103)-437/2021 nömrəli mülki iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-82/2018 saylı, 05 noyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 əsas borc üzrə 107.353,61 ABŞ dolları və faiz borcu üzrə 16.741,58 ABŞ dolları məbləğində pulun İddiaçı KB ASC-nin xeyrinə ödənilməsi hissəsində, həmçinin cəmi borcun məbləğinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh1 İddiaçı KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan əsas borc 106.846,64 (yüz altı min səkkiz yüz qırx altı dollar 64 sent) ABŞ dolları və faiz borcu 14.880,93 ABŞ dolları (on dörd min səkkiz yüz səksən dollar 93 sent) ABŞ dolları, cəmi borc 121.927,57 (yüz iyirmi bir min doqquz iyirmi yeddi dollar 57 sent) məbləğində müəyyənləşdirilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının ilkin iddianın təmin edilməsinə və qarşılıqlı iddia tələbinin təmin edilməməsinə dair hissəsi üzrə yoxlanılması təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin borc məbləğlərinin düzgün hesablanmamsı arqumentini qismən əsaslı hesab edərək qeyd etmişdir ki, cavabdehdən tutulmalı olan borcun məbləği ekspert rəyinə uyğun müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğinin birinci instansiya məhkəməsi tərəfindən 200 ABŞ dolları həddi ndə müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Məhkəmə iclaslarında iştirakının təmin olunmaması ilə bağlı apellyatorun dəlilinə münasibətdə qeyd edilmişdir ki, iş materiallarından məhkəmə bildirişlərinin onun məhkəməyə məlum olan ünvanına göndərildiyi aydın olur; məhkəmə prosesinə getməməsinin məsuliyyətini isə məhkəmə daşıya və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 337.1 və 339-cu maddələrinin tələblərini nəzərə alaraq qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, hər hansı əqdin (o cümlədən ipoteka müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi v ahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mübahisələndirilən müqaviləyə dair hüquqi proseslər barəsində cavabdehin müqavilə tərəfi kimi azadlığı olmuşdur və bu, mülki qanunvericiliyin əsas prinsiplərindən olan “müqavilələr azadlığı” prinsipinin təbii nəticəsidir. Cavabdeh apellyasiya şikayətində qeyd edilən arqumentlərini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 372.1 və 354.2-ci maddələrinin tələblərini nəzərə alaraq cavabdehin iddia müddətini ötürmüş olması barədə birinci instansiya məhkəməsinin qənaətini də əsaslı hesab etmişdir. Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-437/2021 nömrəli mülki iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-437/2021 nömrəli mülki iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin yol verdiyi səhvləri təkrarlamış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin iş üzrə tətbiq edilməli olan tələblərini tətbiq etməməsi və həmin tələblərə ümumilikdə əməl edilməməsi, elə cə də Mülki Məcəllənin iş üzrə tətbiq edilməli olan normalarının tətbiq edilməməsi nəticəsində mahiyyətcə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsində olduğu kimi, Apellyasiya məhkəməsində də cavabdeh və qarşılıqlı iddiaçı olaraq mənim iştirakım təmin olunmamış, bilərəkdən, qərəzli surətdə iştirakına şərait yaradılmamışdır. İpoteka ilə Cavabdeh1 tərəfindən Bankın xeyrinə yüklü edilmiş əmlak birgə nikah dövründə əldə edilmiş əmlakdır. Əsas kredit müqaviləsində götürüləcək kreditin məbləği manatla göstərilmişdir. İpoteka predmetinin qiyməti müqavilədə göstərilən qiymətdən kifayət qədər artıqdır, ipoteka müqaviləsi bağlanarkən əmlakın qiymətinin 144.000 manat göstərilməsindən məlumatı olmamışdır. Həmçinin, Cavabdeh1 manatla kredit götürəcəyinə dair müqavilə bağl anmasına etibar etmiş, lakin sonradan Cavabdeh1 26.07.2014-cü il tarixdə, Bankla aralarında əlavə kredit müqaviləsi bağlamaqla 127.000 ABŞ dolları kredit götürmüşdür. Bu isə onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi ilə nəticələnməsinə təsir göstərir. Əsas Kredit Müqaviləsi adlanan sənədin mahiyyətindən görünür ki, tərəflər qanunda nəzərdə tutulan öhdəliklə bağlı normalarda müəyyən edilmiş, yəni hər hansı bir hərəkəti etməyə dair öhdəlik götürməmişlər, başqa sözlə, mülki hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə, dəyişdirilməsinə və ya xitamı haqqında müqavilə bağlamamışlar. Əsas Kredit müqaviləsində tərəflər hər hansı bir hərəkəti etməyə dair öhdəlik götürməyibsə, deməli sözügedən Əsas kredit müqaviləsi tərəflər üçün məcburiyyət yaratmır. 24.07.2014-cii U tarixli 48B8/14 saylı Əsas Kredit Müqaviləsinin 8. 1-ci bəndinin sonuncu cümləsində qeyd edildiyi kimi, «Bu müqavilənin müddəaları heç bir halda «Borcverən»in «Borcalan»a kredit vermək vədi kimi təfsir oluna bilməz.» Bu müddəanın həmin müqavilədə göstərilməsi kifayət qədər deməyə əsas verir ki, tərəflər arasında bağlanmış müqavilənin adı Əsas kredit müqaviləsi adlansa da, həmin müqavilənin mahiyyəti niyyət razılaşmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.6-cı maddəsinə əsasən niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Tərəflər arasında onların hansısa niyyətlər haqqında razılaşmaları ola bilər. Özündə ilkin müqavilənin bütün şərtlərini ehtiva etmədən belə niyyət razılaşm alarının icra edilməsi heç bir hüquqi nəticəyə səbəb ola bitməz. Buna görə də şərh olunan maddədə nəzərdə tutulmuşdur ki, tərəflər Öz niyyət razılaşmasına ilkin müqavilə qüvvəsi vermək iradələrini ifadə etməzlərsə, o, heç bir hüquqi nəticələr doğurmur. Lakin niyyət razılaşmasına ilkin müqavilə qüvvəsi vermək üçün onda ilkin müqavilələr üçün müəyyən edilmiş bütün tələblərə riayət edilməlidir. Niyyət razılaşmasında gələcəkdə bağlanacaq əsas müqavilənin predmeti. digər mühüm şərtləri, habelə razılaşmanın müddəti göstərilməli və forması haqqında qanunun göstərişlərinə əməl edilməlidir. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 23.07.2014-cü il tarixli 48Bİ8/14 saylı İpoteka Müqaviləsində yalnız Kredit xəttinin ümumi müddəti və ümumi məbləği qeyd edilməklə «İpoteka haqqında» Azərbaycan Respub likası Qanununun 10-cu maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh1 kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində olduğu kimi, apellyasiya məhkəməsində də cavabdeh olaraq onun iştirakı təmin olunmamış, bilərəkdən, qərəzli surətdə iştirakına şərait yaradılmamış, bununla da ona qarşı qaldırılmış iş üzrə məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Apellyasiya məhkəməsi iddiaçı Bank tərəfindən hazırki iddia tələbinin irəli sürülməsi əsasını, vaxtını, buna müvafiq olaraq tərəflər arasındakı münasibəti, Bankla aralarındakı müqavilənin dəfələrlə dəyişdirilməsini ipotekaya dair qarşılıqlı iddiaçı Cavabdeh2 dəlillərini düzgün qiymətləndirməməklə işin hallarının tam, obyektiv və qərəzsiz araşdırılması vəzifəsini yerinə yetirməmişdir. Bunun nəticəsində də məhkəmə maddi hüq uq normasının iş üzrə düzgün tətbiq etməməklə mahiyyətcə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bankdan götürülmüş kredit vaxtlı-vaxtında ödənilmiş, əsas və faiz məbləğlərinin ödənişlərində demək olar ki, gecikmələrə yol verilməmişdir, 26.07.2014-cü il tarixdə götürülmüş kreditin qaytarılması respublikada baş vermiş devalvasiyadan sonra çətinləşmişdir. 2015-ci ilin sonunda 2-ci dəfə devalvasiya baş verməsi ilə Azərbaycan manatının məzənnəsi 1 ABŞ dolları qarşısında 2014-cü illə müqayisədə 2 dəfədən artıq ucuzlaşması ilə ABŞ dollarında ödənişlərdə çətinlik yaratmışdır. Əvvəlki məhkəmə iclasında nümayəndəsi iştirak edərək əsas və faiz borcunun düzgün müəyyənləşdirilməsi üçün mühasibatlıq ekspertizası keçirilməsinə dair vəsatət vermişdir. Ali Məhkəmənin əvvəlki qərarında da təkrar apel lyasiya araşdırmasında əsas və faiz borcunun müəyyənləşdirilməsi üçün tədbir görülməsinə dair göstəriş verilmişdir. Məhkəmənin təyin etdiyi ekspertiza nəticəsində verilmiş 27.12.2019-cu il tarixli ekspert rəyində qeyd edilmişdir ki, əsas borc üzrə 106.846,64 ABŞ dolları, faiz borcu üzrə 14.880,93 ABŞ dolları borcu vardır. Lakin apellyasiya məhkəməsi ekspert rəyinin belə qeyd etməsinə baxmayaraq, yenə də birinci instansiya məhkəməsinin qətnaməsində tutulan məbləğin tutulmasına dair qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak etmək imkanından məhrum olmaqla, ekspert rəyinə dair münasibət bildirmək, təkrar ekspertiza təyininə dair vəsatət vermək imkanı olmamışdır. Həm məhkəmə kollegiyası, həm də ekspertiza kredit müqaviləsi üzrə sonrakı dəyişiklikləri, faktiki ödəniş məbləğlərini nəzərə almamış, heç araşdırmamışdır. Hər iki instansiya məhkəməsi tutmanın ipotekaya qovulmuş əmlaka yönəldilməsi ilə, hərracda satıldıqdan 1 ay sonra mənzilə istifadə hüquqları olan şəxslərin istifadə hüquqlarının itirilməsi və mənzildən çıxarılmalarına dair tələbi təmin etməklə də qanunsuzluğa yol vermişdir. Çünki, mülki və ipoteka haqqında qanunvericiliyin tələbinə görə, mübahisəli ipoteka predmeti satıldıqdan sonra, mülkiyyətçi dəyişdiyinə görə, yeni mülkiyyətçinin mənzilin boşaldılmasını, istifadə hüquqları olan şəxslərin istifadə hüquqlarının itirilməsini tələb etmək hüququ vardır. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digə r cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etməd ikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tut ma yonəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yonəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 407.2. Kassasiya şikayətind ə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni ilkin iddanın təmin edilmiş və qarşılıqlı iddianın rədd edilmiş hissələrində yoxlamışdır. Hər iki cavabdehin kassasiya şikayətlərinin dəlilləri əsasında apellyasiya in stansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün mübahisələndirilən hissələrdə qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlk növbədə məhkəmə hər iki kassasiya şikayətinin cavabdehlərin məhkəmə iclasında iştirakının təmin edilməməsinə dair dəlillərini əsassız hesab edir və qeyd edir ki, cavabdehlərin apellyasiya şikayətlərində göstərdikləri ünvanlarına məhkəmə bildirişləri göndərilmiş, işdə olan poçt xəbərnamələri, SMS bildirşlərdən görünür ki, həm Cavabdeh2, həm də Cavabdeh1 bir ailənin üzvü olmaqla (ər-arvad) məhkəmə iclaslarından xəbərdar olmuş, Cavabdeh1 nümayəndəsi və vəkili 31.08.2020-ci il tarixdə məhkəmə iclasına iştirak etmiş, sonuncu 15.03.2021-ci il tarixli məhkəmə iclasından məlumatlı olan Cavabdeh1 prosesə 15 dəqiqə qalmış işin təxirə salınması barədə məhkəməyə teleqram vurmuş, lakin onun vəsatəti təmin edilməmişdir. Cavabdeh1 kassasiya şikayətinin borcun düzgün hesablanması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertizalar təyin edilmiş, ekspertlər tərəfindən iş materialları nəzərə alınaraq iş üzrə kredit b orcu hesablanmışdır və apellyasiya məhkəməsi sonucu 23.12.2020-ci il tarixli ekspert rəyi üzrə bank tərəfindən iddiada göstərilən tarixə 26.07.2016-cı ilə müəyyən edilmiş əsas və faiz borcunun məbləği hissəsində iddianı təmin etmiş və dəbbə pulunu da azaldaraq cüzi bir məbləğ 200 ABŞ dolları müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublik asının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Ona görə də, borcun düzgün hesablanmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Həmçinin həm ipotekaqoyan Cavabdeh1 ipoteka müqaviləsinin 4.1.13-cü bəndi ilə, həm də Cavabdeh2 notariat qaydasında təsdiq edilmiş 23.07.2014-cü il tarixli ərizəsi ilə yaşadığı evin mülkiyyətçisi Cavabdeh1 tərəfindən Bank qarşısında ipoteka ilə yüklü edilməsinə etiraz etməmiş və ipoteka predmetinə tutma yönələrsə və satılarsa həmin yaşayış sahəsini tərk etməyi öhdəsinə götürmüşdür “İpoteka haqq ında” Qanunun 59.3-ci maddəsinə əsasən, məhkəmənin ipoteka predmetinin satıldıqdan ən geci 1 ay ərzində boşaldılması barədə mövqeyi qanuni və əsaslı olmuşdur. Qarşılıqlı iddia tələbinin təmin edilməməsinə gəldikdə isə, Cavabdeh2 ipoteka müqaviləsi üzrə ipotekaqoyan olmamışdır, o, ipotekaqoyanın arvadı və ailə üzvü kimi evin ipoteka qoyulmasına etiraz etməmişdir. İpoteka müqaviləsi ipotekaqoyan, həm də kredit müqaviləsi üzrə borclu olan Cavabdeh1lə bağlanmış və o, həm kredit, həm də ipoteka müqaviləsinin bütün mühüm şərtləri barədə məlumatlı olmuşdur. Buna görə də, ipoteka müqaviləsinin əhəmiyyətsiz əqd olması barədə qarşılıqlı iddiaçının dəlilləri əsassızdır. İpoteka predmetinin müqavilədə müəyyən edilmiş qiymətinə gəldikdə isə, həmin müqavilədə qiymətin nə qədər göstərilməsindən asılı olm ayaraq, məhkəmə tərəfindən ilkin satış qiymətinin müəyyən edilməsi üçün “Legal hüquq və ekspert mərkəzi” MMC-nin 29 yanvar 2018-ci il tarixli rəyi alınmış və ipoteka predmetinin bazar qiyməti 380.200 (üç yüz səksən min iki yüz) manat müəyyən edilərək, ipotekanın ilkin satış qiyməti kimi həmin məbləğ əsas götürülmüşdür. İş üzrə ipotekanın satış qiymətinin daha çox olması barədə cavabdehlər məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kasasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-437/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar