Məhkəmə qərarları › İş №2(102)-6201/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6201/2022

21.12.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6201/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və X15 cavabdehlər Cavabdeh1 YYY oğluna və X5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilmiş evin və dəmir çəpərin sökülməsi, torpaq sahəsinə tökülmuş çınqıl daşlarının təmizlənməklə torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, söküntü və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsinin cavabdehlərin hesabına aparılması, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və X15 cavabdehlər Cavabdeh1 YYY oğluna və X5 qarşı qanunsuz tikilmiş evin və dəmir çəpərin sökülməsi, torpaq sahəsinə tökülmuş çınqıl daşlarının təmizlənməklə torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, söküntü və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsinin cavabdehlərin hesabına aparılması, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1557/2022 nömrəli, 4 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 21 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Masallı rayon Aqrar İslahat Komissiyasının 16 aprel 1998-ci il tarixli, 25 saylı qərarı əsasında İddiaçı1 ailə üz vləri X18, X3, X6 və X11 ilə birlikdə 0.30 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir.

2. Masallı rayon Aqrar İslahat Komissiyasının 16 aprel 1998-ci il tarixli, 25 saylı qərarı əsasında X19 ailə üzvləri X2, X12, X13 və X8 ilə birlikdə 0.34 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir.

3. Masallı rayonu Yeyənkənd kəndində yerləşən 0.10 ha torpaq sahəsi X7, X1, X9 ümumi birgə mülkiyyətinə verilmişdir. Onların hüquqları xx.xx.2020-ci ildə qeydiyyata alınmışdır.

4. Masallı rayonu Yeyənkənd kəndində yerləşən 0.05 ha torpaq sahəsi Cavabdeh1 YYY oğlunun xüsusi mülkiyyətinə verilmişdir. Hüquq xx.xx.2020-ci ildə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçıl ar İddiaçı1 və X22 məhkəmədə iddia qaldıraraq onlara məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehlər Cavabdeh1 YYY oğlu və X14 tərəfindən qanunsuz tikilmiş evin və dəmir çəpərin sökülməsi, torpaq sahəsinə tökülmuş çınqıl daşları təmizləməklə torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, söküntü və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsinin cavabdehlərin hesabına aparılması, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Masallı rayonu Yeyənkənd kəndində kənd təsərrüfatı məhsulları istehsal edilməsindən ötrü X19 0.34 ha, İddiaçı1 0.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı1 verilən pay torpaq sahəs inin 0,12 ha hissəsini cavabdehlər zəbt etmişlər. Həmin torpağın bir hissəsində X14 2 mərtəbəli yaşayış evi tikmiş, həmin evə getmək üçün çınqıl daşlardan yol çəkmiş, evin həyətinə çınqıl daşları tökmüş, həmin ərazini dəmir çəpərə salmışdır. Digər Cavabdeh1 YYY oğlu isə onun torpaq sahəsini zəbt edərək tikinti aparmasa da həmin torpağı dəmir çəpərə salmış, torpaq sahəsinə çınqıl daşları tökmüşdür. Cavabdehlər onun torpağını zəbt etməsinə baxmayaraq, torpağa çınqıl daşları tökməklə torpağın münbit qatını korlamışlar. Cavabdehlərlə danışıqlar torpaqdan çıxmalarını, torpağın əvvəlki vəziyyətə gətirilməsini, evin və dəmir çəpərin torpağından sökülməsini bildirsə də, heç bir nəticəsi olmamışdır. X19 islahat vaxtı verilən pay torpaq sahəsinin 0,14 hahissəsini cavabdehlar zəbt etmiş, həmin torpaq sahəsini də dəmir çəpərə salmış, həmin torpağa çınqıl daşlar tökərək, bu ərazidən yol çəkmişlər. Dəfələrlə cavabdehlərə zəbt etdikləri torpaq sahəsini geri qaytarmalarını və torpağı əvvəlki vəziyyətə gətirmələrini xahiş etsə də, heç bir nəticəsi olmamışdır.

7. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 21 fevral 2022-ci il tarixli rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikintitexniki ekspertizasının 28 mart 2022-ci il tarixli, 10/1536 saylı rəyi ilə müəyyən edilmişdir ki:

1. İddiaçı X15 və İddiaçı1 mülkiyyətlərində olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin kənar sərhədləri müəyyən edilmişdir. JN188 nömrəli dövlət aktına əsasən İddiaçı1 mülkiyyətində olan 0.3 0 ha pay torpaq sahəsinin və JN189 nömrəli dövlət aktına əsasən X15 mülkiyyətində olan 0,34 ha pay torpaq sahəsinin yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə olunmuş planda göstərilmişdir;

2. Masallı rayonu Yeyənkənd kəndinin kompleks yerquruluşu layihəsinə əsasən JN188 nömrəli dövlət aktı ilə İddiaçı1 mülkiyyətində olan 0,30 ha pay torpaq sahəsindən və JN189 nömrəli dövlət aktı ilə X15 mülkiyyətində olan 0,34 ha pay torpaq sahəsindən faktiki vəziyyətdə cavabdehlər Cavabdeh1 YYY oğlu və X4 istifadə etmədiyi müəyyən olunmuşdur;

3. Cavabdeh1 YYY oğlu və X4 iddiaçılara məxsus torpaq sahəsində faktiki olaraq dəmir hasar, ev inşa etmədiyi və çınqıl daş tökmədiyi müəyyən olunmuşdur.

8. Masallı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(050)-12/2022 nömrəli, 28 aprel 20 22-ci il tarixli qətnaməsi ilə (hakim Habil Bəhmənov) iddia tələbi rədd edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəf mübahisəli ərazinin onların mülkiyyətində olmasını, cavabdehlər tərəfindən qanunsuz zəbt olunmasını iddia edirlər və həmin subyektiv hüquqa istinadən cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin azad olunmasını və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb edirlər. Göründüyü kimi hazırkı iddia tələbləri üzrə iddiaçılar, mülkiyyət hüquqlarının pozulması qanuni əsasından çıxış edirlər. Lakin məhkəmənin təkzibolunmaz və mötəbər sübut kimi tədqiq etdiyi məhkəmə tikinti-texniki ekspertizasının rəyindən göründüyü kimi, iddianın əsasları sübuta yetməməklə təkzib olunur. Həmçinin işin faktiki halları ilə də cavabdehlərin iddiaçı tərəf in torpaq sahəsi ilə bağlı hüquq və mənafelərini digər formada pozmaları halı müəyyən olunmur.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.2, 152.7, 170.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına maddi və prosessual hüquq normalarının tələblərinə uyğun düzgün hüquqi qiymət verməmiş, iş üzrə sübutları hərtərəfli, tam və obyektiv araşdırmamış, maddi və pros essual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir.

13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-1557/2022 nömrəli, 4 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Nüsrət Mirzəyev (sədrlik edən və məruzəçi), İlham Əsədov və Zaur Allahyarov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 1

5. İddiaçılar (Vəkil Sərdər oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxarkən məhkəmə tərəfindən maddi və prosessual qanunvericiliyin tələbləri kobud və açıq aşkar şəkildə pozulduğuna, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadığına, çəkişmə prinsipinə riayət edilmədiyinə, həmçinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyinə görə qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Apellyasiya məhkəməsində işə baxılan zaman birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətində göstərilmiş də lillər ümumiyyətlə araşdırılmamışdır. İş üzrə təkrar məhkəmə ekspertizasının keçirilməsini xahiş etmələrinə baxmayaraq, apellyasiya məhkəməsi onların xahişimi təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

20. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməm əsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.

21. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasını n Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsa s ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassatorun apelyasiya məhkəməsi tərəfindən onun təkrar ekspertiza təyin olunması barədə vəsatətinin təmin olunmaması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil qətnamənin ləğvinə əsas vermir.

35. Çünki təkrar ekspertiza keçirilməsinin hüquqi əsasları MPM-nin 102.2-ci maddəsində müəyyən edilmişdir. Həmin normada deyilir ki, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

36. MPM-nin 77.1 və 97.1-ci maddələrinin tələbləri onu deməyə əsas verir ki, ekspertiza məsələləri ilə bağlı verilən vəsatətlər əsaslandırılmalıdır. Təkrar ekspertiza keçirilməsi barədə dəlillərdə, MPM-nin 102.2-ci maddəsində əksini tapmış şərtlərin mövcudluğu əsaslandırılmalıdır. Lakin iddiaçının vəsatətində bu əsasların mövcud olması əsaslandırılmayıb.

37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdı rılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

38. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şika yəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1557/2022 nömrəli, 4 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar