Məhkəmə qərarları › İş №2(102)-6203/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6203/2019

19.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6203/2019 19.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Mirzəliyev Əsəd Abdulla oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli, 2(001)13631/2017 saylı qətnaməsi ilə (hakim F.H.Qasımov) iddia tələbi qismən təmin edilərək, 40.000 manat (qırx min) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30(otuz) manat məbləğində pul vəsaitinin 26(iyirmi altı) manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), İ.K.Xəlilov və İ.Ş.Vəliyev, 2(103)-4300/2018) iddiaçı X3 apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə -iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc kimi 40000 (qırx min) ABŞ dolları və faiz borcu kimi 6000 (altı min) ABŞ dolları olmaqla ümumilikdə 46000 (qırx altı min) ABŞ dolları məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 16 avqust 2016-cı il tarixdə Cavabdeh 40000 (qırx min) ABŞ dolları məbləğində kredit vermişdir. Bu barədə tərəflər arasında Bakı şəhəri 19 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə əsasən, cavabdeh iddiaçıya olan borcunu 16 fevral 2017-ci il tarixədək geri qaytarmalı olduğu halda, müqavilənin bu şərtinə əməl etməmiş, iddiaçının telefon zə nglərinə cavab verməyərək borcunu ödəməkdən bilərəkdən yayınmaqla hal- hazıradək borcundan heç bir ödəniş etməmişdir. Buna görə də İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X2 iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan məlum kredit müqaviləsində borcun məbləği 40000 ABŞ dolları kimi göstərilsə də, həmin pulun 4000 ABŞ dolları hissəsini müqavilə bağlanan zaman iddiaçı özünə götürmüş, cavabdehə 36000 ABŞ dolları pul verilmişdir. Həmin borcdan da hal-hazıradək cavabdeh 6000 ABŞ dolları məbləğini iddiaçıya geri qaytarmış, 30 000 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdeh etibar etdiyinə görə borcun bir hissəsinin geri qaytarmasına iddiaçıdan yazılı qəbz almamış, borcu qaytaracağına dair iddiaçını əmin etmək məqsədi ilə özünə məxsus evi sonuncunun adna keçirmişdir. Buna görə də, göstərilənləri nəzərə alıb məhkəmədən iddianın qismən təmin edilməsini, cavabdehdən 30 000 ABŞ dolları məbləğində pulun tutulmasını xahiş etmişdi. Kassasiya şikayətinin dəlilləri Cavabdehkassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 60,71-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə, əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, iddaçıdan əslində 36.000 ABŞ dolları pul borc aldığını və həmin məbləğin 6.000 ABİ4 dollarını iddiaçıya qaytardığını bildirmiş, qeyd edilən halları apellyasiya instansiya məhkəməsində şahid ifadələri ilə təsdiq edə biləcəyini, lakin səhhətiylə bağlı üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmədiyindən məhkəməyə iclasın təxirə salınması barədə teleqramm vurmuş, lakin apellyasiya məhkəməsi işə onuniştirakım olmadan baxaraq, mənə istinad etdiyim halları sübut etmək imkanı yaratmamış və nəticədə araşdırma aparmadan ədalətsiz qərar çıxarılmışdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməm işlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün i şin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdəno cümlədən iş materiallarında olan Bakı şəhəri 19 saylı Notariat Kontorunda bağlanmış, reyestrdə 3M-400 nömrəsi ilə qeyd edilmiş 16 avqust 2016-cı il tarixli "kredit müqaviləs i”ndən görünür ki, həmin tarixdə Cavabdeh İddiaçı 40000 (qırx min) ABŞ dolları məbləğində borc pul almış, müqavilənin 2-ci bəndində əsasən, borcu 16 fevral 2017-ci il tarixədək qaytarmağı öhdəliyinə götürmüşdür. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,Cavabdeh İddiaçı 40000 (qırx min) ABŞ dolları məbləğində borc pul almış və bu borcu 16 fevral 2017-ci il tarixədək qaytarmağa öhdəsinə götürmüş, lakin cavabdeh bağladığı müqavilə öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olar aq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası haqlı olaraq nəticəyə gəlmişdir ki, cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında iddiaçıdan əslində 36000 ABŞ dolları pul aldığını, həmin pulun 6000 ABŞ dollarını qaytardığını və iddiaçıya 30000 ABŞ dolları borcunun olduğunu bildirmişdir. İddiaçı cavabdehə 40000 ABŞ dolları pul verdiyi barədə notariat qaydada təsdiq edilmiş müqavilə təqdim etmiş, lakin cavabdeh iddiaçıdan daha az məbləğində borc aldığını və borcun bir hissəsinin qaytardığı barədə heç bir sübut təqdim etməmişdir. Kassasiya şikayəti cavabdehin səhəti ilə bağlı məhkəmə iclasının təxirə salınması barədə teleqram vurmasına baxmayaraq onun iştirakı olmadan işə baxılması və orda istinad etdiyi halları sübut etməsi imkanı yaradılmaması dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxıl masını təxirə sala bilər. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəflərə işin baxılması vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı iclasın təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyi barədə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi tərəflərin. O cümlədən Cavabdeh iştirakı olmadan işə baxmışdır.Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini də əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüqu q normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin qismən təmin olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Mə cəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 17 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar