Məhkəmə qərarları › İş №2(102)-6204/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6204/2021

27.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6204/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi ” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: (əmlakın əvəzlənməsi, kirayə haqqı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2021-ci il tarixli, 2(103)1638/2021 nömrəli qətnaməsindən cav abdeh Cavabdeh1 kassasiya şikayətinə 27 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 14.11.2017-ci il tarixli, 298 saylı sərəncamına əsasən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №-li qərarını rəhbər tutaraq və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05-1753 saylı, 12.10.2017- ci il tarixli tikintiplanlaşdırma eskizini nəzərə alaraq, Nəsimi rayonu, Süleyman Rüstəm, Hənifə Ələsgərov, Xan Şuşinski və Qulu Quliyev küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, ye rində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı istifadəsinə verilmişdir. Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Q.S.İsmayılov ilə "xxxx" MMC-nin direktoru İ.V.Həsənov arasında bağlanılmış 15.02.2018-ci il tarixli müqaviləyə əsasən Şirkət tərəfindən Nəsimi rayonu, Süleyman Rüstəm, Hənifə Ələsgərov, Xan Şuşinski və Qulu Quliyev küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət m ülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən "xxxx" MMC sakinlərin köçürülməsinə onlarla müəyyən edilmiş həddə nəqliyyat və əşyalarının daşınması üçün hər mənzil üçün birdəfəlik 300 manat pul vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. 2.4-cü bəndinə əsasən Şirkət binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin (qeyri-yaşayış) sahəsindən 20%-dən artıq sahəsi olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin etməyi, bu zaman həmni mənzilləri (qeyri-yaşayış) su, qaz və elektrik enerjisi sayğacları ilə təmin etməyi öhdəsinə götürmüşdür. İş üzrə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin «Azərdövləttikintilayih ə» Dövlət Layihə İnstitutunun Baş Konstruktoru Emil Əsədullayev, Texnoloji sektorun mühəndisi Vüqar Bağırov, 2 №-li Memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Vahid Anarın iştirakı ilə tərtib edilmiş 13.03.2017-ci il tarixli, ünvan 1 ünvanında yerləşən istismar müddəti keçmiş yaşayış binasının texniki vəziyyəti haqqında akta əsasən həmin yaşayış evlərinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, baxış keçirilən 3 mərtəbəli, 3 girişli yaşayış binası planda düz bucaqlı formada olub, ölçüləri 51,0x11,0 metrdir. Mərtəbə hündürlüyü 2,80 metrdir. Binanın yükdaşıyan divarlarının qalınlığı 60 sm-lik mişarlanmış əhəng daşından, arakəsmələrin qalınlığı isə 20 sm olmaqla kərpicdən və mişarlanmış əhəng daşından ibarətdir. Mərtəbəarası örtüklər taxta konstruksiyadandır. Dam örtüyü yastıdı r. Yaşayış binası 1925ci ildə inşa edilmişdir. Binada 18 mənzil vardır. Baxış zamanı yaşayış binasında eyvanlarda beton mühafizə qatı tökülmüş, armatur milləri açıqda qalaraq korroziyaya uğramışdır. Binada sakinlər tərəfindən əlavə artırmalar inşa edilmişdir. Yaşayış binası mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59, mənzil 16-da qeydiyyatdadırlar. Cavabdehlərə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59, mənzil 16 ləğv prosesində olan "xxxx" ASC-də girovdadır, yəni kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsində icr aat İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59, mənzil 16-nın İddiaçı MMC tərəfindən sökülməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59, mənzil 16-nın əvəzinə ünvan 2 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış evinin 4-cü mərtəbəsində (0 dan 4-cü mərtəbə) 93 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 xüsusi mülkiyyətinə verilməsi, yeni mənzillə təmin edilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 400 manat kirayə haqqının ödənilməsi, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59, mənzil 16-dan çıxarılması, İddiaçı MMC tərəfindən 25000 (iyirmi beş min) manat pulun Ləğv etmə prosesində olan "xxxx" ASC-yə ödənildikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59, mənzil 16 üzərində olan ipoteka yüklüyünün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və X3 iddia tələbinə etiraz edərək, bildirmişdirlər ki, iddiaçı onların mənzilinin faktiki sahəsini nəzərə almadan təklif irəli sürürlər. Mülkiyyət sənədlərinə əsasən mənzilin sahəsi 73 kv.m-dir. Yeni tikiləcək binada onlara sahəsi 156 kv.m olan təmirli mənzil veriləcəyi və hazırda yaşadıqları mənzilin ipoteka yü klülüyündən çıxarılması üçün ləğv prosesində olan "xxxx" ASC-yə borclu olduqları 25.000 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən ödəniləcəyi halda mənzillərinin sökülməsinə razı olacaqlar. Məhkəmə tərəfindən cavabdehə məxsus mənzilin ipoteka saxlayanı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddia tələbinin təmin edilib-edilməməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəfindən mübahisəli mənzilin faktiki ölçüsünün müəyyən ediməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin ed ilmiş və ekspertizanın keçirilməsi "xxxx" MMC-nə həvalə edilmişdir. Həmin MMC-nin 02.06.2020-ci il tarixli, H/04-PLS saylı hesabatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59, mənzil 16-nın faktiki ölçüsü 73 kv.m təşkil edir. Rəydə göstərilmişdir ki, ekspert adı çəkilən ünvanda olmuş, mülkiyyətçilər və maraqlı şəxslərlə telefon əlaqəsi yaratmış, lakin mənzilə baxış keçirilməsinə şərait yaradılmamış və texniki sənədlər təqdim edilməmişdir. Lakin qərardadın cavabdlandırılması ilə bağlı ekspert tərəfindən ərazi üzrə daşınmaz əmlak bazarını monitorinqi aparılmış və təhlil olunmuşdur. Toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və monitorinq nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59, mənzil 16-nın faktiki ö lçüsü 73 kv.m təşkil edir. Nəsimi Rayon Məhkəməsinin (hakim Rəşid Səmədov ) 05 oktyabr 2020-ci il tarixli, 2(006)-768/2010 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59, mənzil 16 İddiaçı MMC tərəfindən sökülməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59, mənzil 16 əvəzinə ünvan 2 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış evinin 4-cü mərtəbəsində (0-dan 4-cü mərtəbə) 93 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 xüsusi mülkiyyətinə verilməsi, yeni mənzillə təmin edilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 400 (dörd yüz) manat kirayə haqqının ödənilməsi, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, Süley man Rüstəm küçəsi, ev 59, mənzil 16-dan çıxarılmaları, İddiaçı MMC tərəfindən 25000 (iyirmi beş min) manat pul Ləğvetmə prosesində olan "xxxx" ASC-yə ödənildikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59, mənzil 16 üzərində olan ipoteka yüklülüyün ləğv edilməsi və "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 (üç yüz) manat məbləğində pulun İddiaçındən tutularaq "xxxx" MMC-nin "xxxx" KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59, mənzil 16-nın faktiki ölçüsü 73 kv.m təşkil edir. Məhkəmə cavabdehlərin mülkiyyətində olan mənzillərin sökülməsi dövlət əhəmiyyətli layihə çərçivəsində həyata keçirildiyinə görə cavabdehlərin həmin mənzillərdən çıxarılması ilə bağlı tələbini əsaslı hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə uçmaq təhlükəsi olan, istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Nəsimi rayon İcra Hakimiyyətinin sərəncamı ilə tikinti məqsədləri üçün "xxxx" MMC-yə ayrıldığından, həmçinin Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanılmış 15.02.2018-ci il tarixli müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini "xxxx" MMC öz üzərinə götürdüyündə n, iddia tələbi mənzilin dövlət reyestrində qeydə alınmış qanuni sahəsinə 20% əlavə edilərək, cavabdehlərin 93 kv.m ümumi sahəsi olan mənzil sahəsi ilə təmin edilməsi hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin cavabdehlərin mənafeyini nəzərə alaraq hesab edir ki, onlar yeni mənzil sahəsi ilə təmin olunanadək "xxxx" MMC tərəfindən Cavabdeh1 aylıq 400 (dörd yüz) manat kirayə haqqı ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «”FortisBayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31.05.2020-ci il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqelərə, Avropa Məhkəm əsinin presedent hüququna, Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq müddəalarına istinad etməklə hesab etmişdir ki, qəzalı vəqiyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması həmin şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət etməklə mülkiyyət hüquqlarının əsassız və ədalətsiz məhdudlaşdırılması hesab edilə bilməz. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59, mənzil 16 ipoteka ilə yüklü edildiyindən iddia tələbi İddiaçı MMC tərəfindən 25000 (iyirmi beş min) manat pul Ləğvetmə prosesində olan "xxxx" ASC-yə ödənildikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59, mənzi l 16 üzərində olan ipoteka yüklülüyünün ləğv edilməsi hissəsində də təmin edilməlidir. Qətnamədən Ləğvetmə prosesində olan "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmiş və apellyasiya şikayətində göstərmişdir ki, cavabdehlərin banka olan borcu 14768,51 ABŞ dolları təşkil etdiyi və Azərbaycan Respublikası Mərkəzi Bankının valyuta məzənnəsinə uyğun olaraq manatla borcun 25106,46 manat təşkil etdiyi halda, məhkəmə 25.000 manat ödənilməklə ipotekaya xitam verilməsi qənaətinə gəlmişdir. Qətnamədən eyni zamanda cavabdehlər Cavabdeh1 və X3 apellyasiya şikayəti verərək Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli qətnaməsini ləğv edərək, onlara köhnə mənzilindən çıxmaq müqabilində yeni inşa ediləcək bi nada ailə vəziyyətini, aztəminatlı olmağını nəzərə alaraq 154 kv/metr sahəsi olan təmirli mənzil, 25.000 manat banka olan borcunun tam ödənməsi və aylıq kirayə üçün 650 manat pulu şirkət tərəfindən ödənməsi və yaxud mənzili alğı-satqı yolu ilə 500.000 manata şirkətə satmaq, həmçinin cavabdehə ona vurmuş olduğu 10.000 manat maddi və 10.000 manat mənəvi zərər barədə haqlı qərar çıxarılmasını kollegiyadan xahiş etmişlər. Cavabdehlər apellyasiya şikayətində mənzilin faktiki sahəsinin 90 kv.m olduğunu, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişd ir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov və Anar Tanrıverdiyev) 29 aprel 2021-ci il tarixli, 2(103)-1638/2021 nömrəli qətnaməsi ilə kassasiya şikayətləri təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(006)-768/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq, hesab etmişdir ki, mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59, mənzil 16-nın faktiki ölçüsü 73 kv.m təşkil edir və 1-ci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 mülkiyyətində olan mənzilə dair "xxxx" MMC -nin vəsaiti hesabına aylıq müavinət (kirayə haqqı 400 manat) verilməklə və gələcəkdə mənzilin dövlət reyestrində qeydə alınmış qanuni sahələrinə 20% əlavə edilərək "xxxx" MMC-nin vəsaiti hesabına mənzil sahəsi ilə təmin edilməsi şərti ilə cavabdehlərin çıxarılması tələbi əsaslı olduğundan haqlı olaraq təmin edilmişdir. Qanunvericilikdə uçmaq təhlükəsi olan, istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Nəsimi rayon İcra Hakimiyyətinin sərəncamı ilə tikinti məqsədləri üçün "xxxx" MMC-yə ayrıldığından, həmçinin Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanılmış 15.02.2018ci il tarixli müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini "xxxx" MMC öz üzərinə götürdüyündən, iddia tələbi mənz ilin dövlət reyestrində qeydə alınmış qanuni sahəsinə 20% əlavə edilərək, cavabdehlərin 93 kv.m ümumi sahəsi olan mənzil sahəsi ilə təmin edilməsi hissəsində də 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Apelyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59, mənzil 16 ipoteka ilə yüklü edildiyindən iddia tələbini İddiaçı MMC tərəfindən 25000 (iyirmi beş min) manat pul Ləğvetmə prosesində olan "xxxx" ASC-yə ödənildikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59, mənzil 16 üzərində olan ipoteka yüklülüyünün ləğv etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3, 294, 299.1, 527.1, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1.2,, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci-ci maddələrinə istinad etmişdir.. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona məxsus mənzil 3 otaqdan ibarət olmaqla ümumi sahəsi 90 kv.m-dir. İddiaçı pilot layihə adı altında 2016-cı ildən başlayaraq həmin ərazidə yaşayan sakinləri aldadaraq mənzillərindən çıxarmağa başlamışdır. Onun Şirkətlə razılaşmamasının səbəbi mənzilin sahəsinin düzgün ölçülməməsi idi. Mənzilin daxilind ən ölçən şirkət ona məxsus mənzilin faktiki ölçüsünü 20kv.m-dək azaltmışdır. Həmin sahəni yeni tikiləcək binada verəcəkləri mənzilin sahəsinə əlavə edərək vermək istəyir. Bu mübahisə illərdir davam edir. Bu müddət ərzində onun evinin damı iddiaçının təqsirindən yararsız hala düşmüş, əmlaklarına ziyan dəymişdir. Məhkəmə ona məxsus evə dair qərar çıxararkən ilk növbədə həmin mənzilin sahəsini müəyyən etməli, müvafiq ekspertiza təyin etməli idi. Həmin ərazidə 3 otaqlı mənzilin kirayə haqqı 400 manatdan yüksək olsa da, bu məbləğ də ekpertiza keçirilməklə müəyyən edilməmişdir. Nəticədə onun mülkiyyət hüquqları pozulmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh Natəv an Səmədova məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar həyat yoldaşı Cavabdeh1la birlikdə məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyi barədə məlumat verərək, işin təxirə salınmasını xahiş etmişdir, lakin bu barədə hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçıya xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadl ıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; - 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 26-cı maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır və dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsınə təminat verir". - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərən cam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 220.4 Qətnamənin əsaslandırıcı hissəs ində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən as ılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Ma ddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəl diyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə verilmiş kassasiya şikayətinin dəlilləri əsasında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız cavabdehə Bakı şəhəri Nəsimi rayon Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59, mənzil 16 saylı mənzilin əvəzinə ünvan 2 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış evinin 4-cü mərtəbəsində (0-dan 4-cü mərtəbə) 93 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin verilməsi və kirayə haqqının məbləği hissəsində mübahisələndirildiyindən qətnamə həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apell yasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərdiyi mənzilin faktiki sahəsi və kirayə haqqının məbləği ilə bağlı dəlillər üzrə heç bir araşdırma aparmamış, birinci instansiya məhkəməsinin qətnaməsində bu hissələr üzrə müəyyən edilmiş faktiki halların işdə olan mötəbər sübutlarla təsdiq edilib edilməməsinə, təqdim edilən sübutlara Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsi baxımından düzgün qiymət verilmədiyinə münasibət bildirməmişdir. Hazırki işin hallarından müəyyən olunur ki, mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59, mənzil 16-nın cavabdehlərə məxsus olması və ipoteka ilə yüklü olması işin mübahisələndirilməyən halıdır. Lakin mülkiyyətçi ilə tikinti şirkəti arasında mənzilin sahəsi ilə bağlı mübahis ə olmasına baxmayaraq, sökülməsi qət edilən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış sahəsinin, otaqların sayının, texniki göstəricilərinin necə olmasını təsdiq edən mənzilə dair hüquqmüəyyənedici sənədlər, o cümlədən çıxarış, texniki pasport əlavə edilməmişdir. Məhkəmələr "xxxx" MMC-nin hesabatına istinad edərək mənzilin sahəsinin 73 kv.m olmasını müəyyən etsələr də, həmin hesabatdan görünür ki, ekspert adı çəkilən ünvanda olmuş, mülkiyyətçilər və maraqlı şəxslərlə telefon əlaqəsi yaratmış, lakin mənzilə baxış keçirilməsinə şərait yaradılmamış və texniki sənədlər təqdim edilməmişdir. Lakin qərardadın cavablandırılması ilə bağlı ekspert tərəfindən ərazi üzrə daşınmaz əmlak bazarını monitorinqi aparılmış və təhlil olunmuşdur. Toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və monitorinq nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59, mənzil 16-nın faktiki ölçüsü 73 kv.m təşkil edir. Qeyd edlməlidir ki, mənzilin faktiki ölçülərinin ona baxış keçirilmədən və ölçmə işləri aparılmadan ərazi üzrə daşınmaz əmlak bazarının təhlili və monitorinq nəticəsində müəyyən edilməsi üsulu qeyri-müəyyən olmaqla, mənzilin faktiki ölçüsünün nüəyyən etmək üçün mötəbər sübut hesab edilə bilməz. Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququ yoxdur. Ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək hesab olunar ki, ekspertin rəyi kifayət qədər aydın və ya tam olsun, təqdim edilmiş obyektlərin və iş üzrə material ların tam və hərtərəfli tədqiqatı aparılsın və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy verilsin. Ekspertin rəyi kifayət qədər aydın və ya tam madıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Preziden tinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Həmin şəxslərin əvvəlki yaşadığı mənzilin sahəsinə 20% əlavənin verilməsi məhz bu şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi daşıdığından hazırki iş üzrə sökülən mənzilin sahəsinin müəyyən edilməsi mühüm əhəmiyyət daşıyır. Həmçinin ödəniləcək kirayə haqqının bazar qiymətinə uyğun olub-olmaması məhkəmələr tərəfindən yoxlanılmamış, cavabdehin bu barədə apellyasiya şikayətinin dəlillərinə qiymət verilməmişdir. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 say lı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 17-ci bəndinin tövsiyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətna məsi yoxlanılan hissələrdə qeyd edilən tələblərə cavab vermir. Cavabdehin kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Buna görə də, qətnamə mübahisələndirilən hissədə, cavabdehə Bakı şəhəri Nəsimi rayon Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59, mənzil 16 saylı mənzilin əvəzinə ünvan 2 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış evinin 4-cü mərtəbəsində (0-dan 4-cü mərtəbə) 93 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin verilməsi və kirayə haqqının məbləği hissəsində ləğv edilməli və həmin hissədə iş yeni apelly asiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2021-ci il tarixli, 2(103)1638/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni cavabdehə Bakı şəhəri Nəsimi rayon Bakı şəhəri, Nəsimi rayonu, Süley man Rüstəm küçəsi, ev 59, mənzil 16 saylı mənzilin əvəzinə ünvan 2 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış evinin 4-cü mərtəbəsində (0-dan 4-cü mərtəbə) 93 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin verilməsi və kirayə haqqının məbləği hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar