Məhkəmə qərarları › İş №2(102)-6207/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6207/2022

28.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6207/2022 28.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-6207/22 (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü məsələləri) (qeyd: iddiaçı şikayətdə nəyi tələb etdiyini və məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi fakt və halları, habelə onları təsdiq edən sübutları göstərməmiş, yalnız işin hallarını sadalamaqla kifayətlənmişdir.) Bakı şəhəri, 28 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşa d Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7263/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı əvvəlcə iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis idarəsindən vurulmuş maddi zərərin əvəzi olaraq 1.000 manat məbləğində pulun, cavabdeh Baş Dövlət Yol Polis İdarəsindən inzibati cəriməyə görə ödənilmiş 60 manat məbləğində pulun əvəzinin tutulması, vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun və ödənilmiş 31 manat mə bləğində dövlət rüsumunun əvəzinin müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizəsinə əsasən cavabdehlər Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi və Baş Dövlət Yol Polis İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə əvəz edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2022-ci il 04 mart tarixli, 2(001)226/2022 nömrəli qətnaməsi ilə (hakim F.Abdıyev) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən vurulmuş maddi zərərin əvəzi olaraq 60 (altmış) manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pulun, hüquqi x idmətin göstərilməsinə görə ödənilmiş pulun 200 (iki yüz) manat hissəsinin əvəzinin, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2022-ci il 13 oktyabr tarixli, 2(103)-7263/22 nömrəli qərardadı ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və R.Eyvazov) apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi qərara alınmışdır.

6. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, apellyasiya şikayəti tərəfindən elektron qaydada verilmiş, lakin şikayət qanunvericilikdə nəzərdə tutulmuş MPM-ə 2 saylı Əlavədə göstərilən forma və məzmuna uyğun deyil, yəni, iddiaçı şikayətində işin hallarını, məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, hansı maddi hüquq normalarının pozulduğunu, məhkəmə aktının düzgün hesab etmədiyi konkret əsaslarını məhz MPM-ə 2 saylı Əlavədə göstərilən qrafalara uyğun tərtib etməmişdir.

7. Bundan başqa, mülki iş materiallarında olan məktubdan görünür ki, mübahisələndirilən qətnamə tərəflərə 18 mart 2022-ci il tarixdə göndərilmiş (iş/vər.117), apellyasiya şikayəti isə 15 iyul 2022-ci il tarixdə Vəkil məxsus elektron kabinet vasitəsilə verilmişdir. Lakin iş materiallarında nə məhkəmə aktının elektron kabinetə yerləşdirilməsi, nə qətnamənin hansı tarixdə alınmasına dair müvafiq poçt reyestri, nə də ki bununla bağlı hər hansı qəbz mövcud deyi l. İş materiallarında yalnız poçt göndərişlərinin izlənilməsinə dair çıxarış var ki, həmin çıxarışın hazırki işə aid olub-olmamasını, sənədin kim tərəfindən qəbul edilməsini müəyyən etmək olmur. (iş/vər.118)

8. Bununla da, birinci instansiya məhkəməsi iddiaçının verdiyi apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyini yoxlamamış və iş üzrə hər hansı əlavə prosessual hərəkət etməyərək verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya şikayətində qanunla müəyyən edilmiş formanın 5-11-ci bəndləri üzrə dəlillərin göstərilməməsi, maddi hüquq normalarının pozulmasına istinadla verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün əsas ola bilməz. Digər tərəfdən, qətnamənin xx.xx.2022-ci il tarixdə göndərilməsi qeyd olunsa da, onun çatdırılmasını təsdiq edən hər hansı sübut yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

12. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan R espublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

13. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

14. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

15. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir

16. Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

17. Maddə 361.1, 361.1.4, 361.1.5, 361.1.6. Apellyasiya şikayəti həmin maddə və bu Məcəllə ilə müəyyən edilmiş formada verilməli və apellyasiya şikayətində şikayəti verən şəx sin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir.

18. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

19. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.

20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır.

21. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdır ması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür.

25. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada və məzmunda verilməlidir. Apellyasiya şikayətinin məzmunu Mülki Prossesual Məcəlləsinin 361.1-ci maddəsinin tələblərinə və Məcəlləyə 2 saylı Əlavədə müəyyən edilmiş formaya uyğun deyildir.

26. Apellyasiya şikayətində ümumiyyətlə şikayət verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməmi şdir.

27. Forma və məzmunla bağlı tələblərə riayət edilməməsi isə həmin apellyasiya şikayətinin qaytarılması üçün müstəqil əsasdır. Buna görə də, məhkəmə kollegiyası kassasya şikayətinin bu hissəsi üzrə iddiaçının dəlilləri ilə razılaşmır.

28. Apellyasiya şikayətinin vaxtında verilib-verilməməsi məsələsi ilə bağlı hissədə isə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşır və qeyd edir ki, iş materiallarında qətnamənin poşt vasitəsilə iddiaçıya çatdırılması barədə hər hansı mötəbər sübut mövcud deyildir. Elektron məhkəmə informasiya sistemindəki məlumatlardan isə görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi sitemə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş və apellyasiya şikayəti 1 ay müddət buraxılmadan xx.xx.2022-ci il tarixdə sistemə yüklənmişdir.

29. Lakin məhkə mə kollegiyası hesab edir ki, müddətlə bağlı şərtə əməl olunması apellyasiyanın digər əsasla qeyri-mümkün hesab edilməsi nəticəsini aradan qaldırmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7263/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar