Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6208/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC-yə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh2nə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 5 saylı region X5rşı “əmrin ləğvi, işə bərpa, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiy ası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh2 direktoru X4, nümayəndəsi X9 və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 may 2021-ci il i tarixli, 2(103)4968/2021 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı 15 aprel 2015-ci ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" ASC-nin X1 İ darəsində müddətsiz əmək müqaviləsi üzrə sürücü işləmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin struktur bölmələri, o cümlədən tabeli qurumlarının balansında olan nəqliyyat vasitələri, texnikalar, digər maşın-mexanizmlər və avadanlıqdarın Cavabdeh2 müvəqqəti istifadəsinə verilməsi haqqında 06 fevral 2019-cu il tarixli əmr verilmiş və əmrin icrası ilə əlaqədar həmin tarixdən "xxxx" ASC-nin X1 İdarəsinin iş fəaliyyəti dayanmışdır. "xxxx" ASC-nin X1 idarəsinin 01 aprel 2019-cu il tarixli, 71/k nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə (əmək şəraitinin dəyişdirilməsi) uyğun olaraq 01 aprel 2019-cu il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instan siya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" ASC-yə, Nazirliyin Cavabdeh2nə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 5 saylı region üzrə X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nazirliyin "xxxx" ASC-nin X1 İdarəsinin 01 aprel 2019-cu il tarixli, 71/k saylı əmrinin ləğv olunması, işə bərpa olunması və 01 aprel 2019-cu il tarixdən işə bərpa olunduğu tarixədək məcburi buraxılmış iş günlərinə görə əmək haqqının cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 20 fevral 2019-da Kadrlar şöbəsinə çağırılaraq, öz ərizəsi ilə i şdən çıxmasını təklif edilmiş, buna səbəb kimi idarənin fəaliyyətinin dayandırılması göstərilmişdir. İddiaçı bununla razılaşmamış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Çağrı Mərkəzinə məlumat vermişdir. İddiaçıya idarədə gözlənilən dəyişiklik barədə məlumat verilməmiş, ona yeni iş təklif olunmamış, o belə təklifdən imtina etməmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2(002)1821/2019 nömrəli qətnaməsi ilə (hakim K.B.Əsədov) iddia qismən təmin edilərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC-nin X1 İdarəsinin 01 aprel 2019-cu il tarixli, 71/k saylı əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Sərvətlər Nazirliyinin Cavabdeh2nə sürücü vəzifəsinə işə bərpa olunması, 01 aprel 2019-cu il tarixdən işə bərpa olunduğu tarixədək məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq cavabdeh Azərbaycan Respublikası Ekologiya və Sərvətlər Nazirliyinin Cavabdeh2ndən İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh X1 İdarəsi iddiaçıya rəsmi şəkildə iş təklif etmədən, əmək qanunvericiliyinin tələblərini pozmaqla ona azı bir ay öncə yazılı məlumat verməli olduğu halda xəbərdarlıq məktubu göndərdikdən üç gün sonra işçi ilə bağlanmış əmək müqaviləsinə ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə istinad etməklə xitam vermişdir. İşəgötürən tərəfindən iddiaçı yeni yaradılan Cavabdeh2ndə işlə təmin edilməli olduğu halda, onunla bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam veri lmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Sərvətlər Nazirliyinin Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 dekabr 2019cu il tarixli, 2(002)-1821/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2020-ci il tarixli, 2(103)-5646/2020 nömrəli qətnaməsi ilə (hakim A.V.Tanrıverdiyevın sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və İ.S.Şirinovdan ibarət tərkibdə) cavabdeh Azərbaycan Respublikası Ekologiya və Sərvətlər Nazirliyinin Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 28 dekabr 2019-cu il tarix li qətnaməsi ləğv edilərək, iddia rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin cavabdehin iddiaçıya rəsmi iş təklif etməməsi, qanunvericiliyin tələbinə müvafiq olaraq azı 1 ay öncə yazılı xəbərdarlıq etməsi səbəbindən qanunsuz olaraq əmək müqaviləsinə xitam verməsi ilə bağlı gəldiyi nəticə əsassızdır. Belə ki, iş materiallarında olan 14/33 saylı, 28.03.2019-cu il tarixli məktubdan görünür ki, bütün sürücü heyəti işdən azad olunaraq X3 Təminat İdarəsində işlə təmin olunmuş və iddiaçıya iş təklif olunmasına baxmayaraq o, bundan imtina etmişdir. Həmçinin işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman iddiaçı izahatında 2 aylıq əmək haqqı məbləğində kompensasiya aldığını və mart ayında ona müraciət olunaraq may ayında əmrin verilməsini bildirmişdir. Belə olan halda, iddiaçının əmək müqaviləsinə xitam veriləcəyindən əvvəlcədən xəbərdar olması öz təsdiqini tapmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2020-ci il tarixli, 2(103)-5646/2020 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli 2(102)-589/2021 nömrəli qərarı ilə (hakim Z.Ə.Əliyevın sədrliyi və məruzəsi ilə, hakimlər G.A.Quliyevdən və İ.R.Xələfovdan ibarət tərkibdə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqus t 2020-ci il tarixli, 2(103)-5646/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmamış və göstərmişdir ki, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verildikdə işçi azı bir ay əvvəl yazılı məlumat və ya əmrlə (sərəncamla) xəbərdar edilməlidir. Əgər bu xəbərdarlıqdan sonra işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməlidir. Bu mümkün olmadıqda isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində əsasən xitam verilə bilər. Sözügedən xəbərdarlıqda istehsalın və əməyin təşkilində dəyişikliklərin nədən ibarət olması, möv cud əmək müqaviləsinin ləğv edilməsi zərurəti, yeni əmək şəraiti ilə bağlı işçiyə məlumat verilməklə, işi davam etdirmək barədə iradəsini ifadə etmək hüququ, imtina halında təklif edilən başqa vəzifə(lər), bu mümkün olmadıqda isə əmək müqaviləsinə xitam veriləcəyi aydın və başa düşülən şəkildə göstərilməlidir. Bu əsasla əmək müqaviləsinə xitam verilməsi üçün işçinin yeni əmək şəraiti ilə işi davam etdirməkdən imtina etməsini sübuta yetirmək vəzifəsi işəgötürənin üzərinə düşür. Hazırkı işdə apellyasiya məhkəməsi iddianı rədd edərkən cavabdehin işdən azad edilməsi haqqında əmrdən üç gün qabaq iddiaçıya ünvanladığı məktuba istinad etmişdir. Halbuki, həmin məktub ƏM-in 56-cı maddəsinə uyğun xəbərdarlıq kimi qəbul edilə bilməz. Belə xəbərdarlıq işçiyə bir ay qabaq göndərilməlidir. Cavabdehin iddiaçıya bir ay on gün qabaq ünvanladığı 20 fevral 2019-cu il tarixli bildirişin məzmunu isə belədir: “Məlumat üçün nəzərinizə çatdırırıq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində struktur dəyişikliklə əlaqədar bir sıra vəzifələrin o cümlədən 7-ci dərəcəli sürücü ştat vahidi nəzərdə tutulmuşdur. Bununla əlaqədar siz rəsmi qaydada xəbərdar edilirsiz.”. Göründüyü kimi, bu xəbərdarlıq məzmun etibarilə qeyri-müəyyən olmaqla, orada əməyin təşkilində dəyişikliklər olması səbəbindən mövcud əmək müqaviləsinin ləğv edilməsi zərurəti, işçiyə yeni əmək şəraiti ilə işi davam etdirmək təklifi, habelə işdən imtinanın nəticələri aydın şəkildə əks olunmamışdır. Belə olan halda, iddiaçı həmin bildirişlə ƏM-in 56-cı maddəsinin 2-ci hissəsinə uyğun qaydada xəbərdar edilmiş sayıla bilməz. Bundan əlavə, c avabdeh təşkilat iddiaçının yeni əmək şəraiti ilə işi davam etdirməkdən imtina etməsini təsdiqləyən mötəbər sübutları (yeni işdən imtina haqqında ərizə və s.) məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, həmin halları sübuta yetirmək yükü cavabdehin üzərinə düşür. Cavabdeh, apellyasiya baxışında bu halı təsdiqləyən dəlil kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Cavabdeh2 22 fevral 2019-cu il tarixli iclas protokolunu təqdim etmişdir. Həmin protokolun “Çıxışlar” bölməsində iddiaçının yolun uzaqlığı, əmək haqqının azlığını səbəb göstərərək işlə təmin olunması barədə müdiriyyətin təklifini qəbul etmədiyi qeyd olunmuşdur. Kassasiya məhkəməsi göstərmişdir ki, əvvəla, həmin sənəd birinci instansiya məhkəməsində deyil, apellyasiya məhkəməsində təqdim edilmişdir. Halbuki, apellyasiya baxışında yeni sübutlara istinad olunmasına yalnız həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğu əsaslandırıldıqda yol verilir. İkincisi, sözügedən protokolda iddiaçının bildirdiklərinə istinad olunsa da, onun iclasda iştirak etməsini və həmin ifadələri səsləndirməsini təsdiqləyən sübutlar (iddiaçının protokolda imzası və s.) aşkar edilmir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 may 2021-ci il i tarixli, 2(103)4968/2021 nömrəli qətnaməsi ilə (hakim V.N.Sadıqovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və A.N.İmanovdan ibarət tərkibdə) cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2(002)-1821/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-ci hissəsinə, 56-cı maddəsinin 2-ci hissəsinə, 68-ci maddəsinin 2-ci maddəsinə istinad edərək göstərmişdir ki, 01 aprel 2019-cu il tarixli əmrlə iddiaçı ilə bağlamış əmək müqaviləsinə xitam verilsə də, göstərilən normaların tələblərinə riayət olunaraq azı bir ay əvvəl xəbərdar edilməsi iş materiallarından müəyyən edilmir. 28 mart 2019-cu il tarixli məktubu isə bir ay əvvəl verilməli olan xəbərdarlıq kimi qəbul etmək yolverilməzdir. Həmin məktubda iddiaçıya iş təklif olunmasına baxmayaraq onun imtina etməsi, iş fəaliyyətinin olmaması səbəbindən İdarənin ştat cədvəlind ə 01 aprel 2019-cu il tarixdə struktur dəyişikliyi gözlənilməsi və bir neçə ştat vahidi məlum səbəblərdən ixtisar olunacağı, gözlənilən dəyişiklik barədə ona şifahi, telefon vasitəsilə, idarənin direktoru tərəfindən 20 fevral 2019-cu il tarixdə bildirildiyi qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya iş təklif olunması və onun bu təklifdən imtina etməsini qeyd edən cavabdeh bu halı təsdiq edən hər hansı sübut təqdim etməmiş, iş materiallarından isə belə bir hal müəyyən edilmir. İstinad edilən 20 fevral 2019-cu il tarixli məktubda isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində struktur dəyişikliklə əlaqədar bir sıra vəzifələrin, o cümlədən 7-ci dərəcəli sürücü ştat vahidinin nəzərdə tutulduğu göstərilmişdir. Yəni, həmin məktubda əməyin təşkilində dəyişik liklər olması səbəbindən mövcud əmək müqaviləsinin ləğv edilməsi zərurəti, işçiyə yeni əmək şəraiti ilə işi davam etdirmək təklifi, habelə işdən imtinanın nəticələri aydın şəkildə əks olunmamışdır. Cavabdeh təşkilat iddiaçının yeni əmək şəraiti ilə işi davam etdirməkdən imtina etməsini təsdiqləyən mötəbər sübutları (yeni işdən imtina haqqında ərizə və s.) məhkəməyə təqdim edə bilməmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Cavabdeh2 əvvəlki apellyasiya baxışında təqdim etdiyi 22 fevral 2019-cu il tarixli iclas protokolunun “Çıxışlar” bölməsində iddiaçının yolun uzaqlığı, əmək haqqının azlığını səbəb göstərərək işlə təmin olunması barədə müdiriyyətin təklifini qəbul etmədiyi qeyd olunsa da, protokolda iştirak edənlər arasında iddiaçının adı qeyd edilməmiş, tərəfindən imzalanmamışdır. Ona görə də iddiaçının iclasda iştirak etməsi və həmin ifadələri səsləndirməsi öz təsdiqini tapmamış, buna görə də protokolda göstərilənlərə istinadən iddiaçının iş təklifindən imtinasını sübuta yetirilmiş qəbul etmək olmaz. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı işdən azad edilərkən və onun barəsində əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 may 2021-ci il i tarixli, 2(103)-4968/2021 nömrəli qətnaməsini ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia verilərkən iddia müddəti ötürülmüş, 03 aprel 2019-cu il tarixdə son haqq-hesab aldığı halda 10 iyun 2019-cu il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçının əmək münasibətləri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC ilə olmuş, lakin qətnamə ilə öhdəliklər Nazirliyin Cavabdeh2 üzərinə qoyulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh2 direktoru X7, nümayəndəsi X13 və vəkili Vəkil kassasiya ş ikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onların izahatları alınmadan baxılmışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlar a istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mə nafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 56-cı maddəsinin 1-ci hissəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. 56-cı maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə mü vafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübut un məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edil ən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəy yən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehlərdən "xxxx" ASC-nin X1 İdarəsi tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam ver ilərkən Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinin tələblərinə riayət edilməsi sübut edilmir. İddia müddətinin tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış və nümayəndələri vasitəsi ilə təmsil edilsələr də, iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə verməmiş və iddia müddətinin ötürülməsi məhkəmə araşdırmasının predmeti olmamışdır. Halbuki, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dai r” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarında MM-in 375.2-ci maddəsinə şərh verilərkən qeyd olunmuşdur ki, bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Lakin qanunverici MM-in 375.2-ci maddəsində iddia müddətinin tətbiqi ilə bağlı qaydanı müəyyən edərkən, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadək mümkünlüyünu göstərməmişdir. Məsələni aydınlaşdırmaq üçün nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyət cə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddi-hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prossesual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Təsadüfi deyildir ki, digər ölkələrin qanunvericilik təcrübəsində (məsələn, Rusiya Federasiyasının) iddia müddətinin tətbiqi ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilə biləcəyi əks etdirilir.... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə b ağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. MM-in 375.2-ci maddəsinin tələbləri, habelə Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarında irəli sürülmüş mövqe nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsində qətnamə qəbul edilənədək iddia müddətinin tətbiqinə dair ərizə vermədiyindən, göstərilən əsasla iddiadan imtina edilməsi mümkün deyildir. Kassasiya şikayətinin digər dəlili ilə bağlı qeyd olunmalıdır ki, "xxxx" ASC-nin X1 İdarəsinin ləğv edilməsi işin mübahisə siz hallarındandır. Cavabdehlərin iddiaya etirazının və apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarət olunmuşdur ki, iddiaçıya Əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən iş yerinin Cavabdeh2nə dəyişməsi təklif olunmuş və o, bundan imtina etmişdir. Yəni kassator qanunvericiliyin tələbinə əsasən iddiaçının iş yerinin sonuncunun razılığı ilə həmin idarəyə dəyişdirilməli olmasını etiraf etmişdir. Kassatorun iddiaçının yeri iş yerindən imtina etməsinə dair etirazının dəlili sübuta yetirilmədiyindən, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının məhz Cavabdeh2nə işə bərpa edilməsi və həmin idarədən məcburi iş buraxma müddəti üçün əmək haqqının tutulmasına dair işin faktiki hallarını araşdıran məhkəmələrin gəldikləri nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası a pellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının 31 may 2021-ci il i tarixli, 2(103)-4968/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6208/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6208/2021
20.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver