Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6208/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 YYYqızının və İddiaçı2 YYYqızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: mülkiyyət hüququ, torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması, tikilidən çıxarılma, tikilinin sökülməsi tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 YYYqızının və İddiaçı2 YYYqızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən istifadə edilməsinə törədilən maneənin aradan qaldırılması, inşa edilmiş tikililərdən çıxarılması və həmin tikililərin cavabdehin hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsində yaşayan şəxslər tərəfindən inşa edilmiş tikililərdən çıxarılması və həmin tikililərin cavabdehlərin hesabına sökülməsi, Cavabdeh1 və onunla birgə yaşayan şəxslərin həmin torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2021-ci il tarixli, 2(106)-2776/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 21 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Beyləqan şəhər Ərazi Nümayəndəliyinin 16 avqust 1993-cü il tarixli 14 saylı qərarı ilə İddiaçı1 Beyləqan şəhəri ə razisindən 5-ci kvartaldan (“Dostluq” qoyunçuluq sovxozunun örüş sahəsi) fərdi yaşayış evinin tikilməsi üçün 0,06 ha torpaq sahəsi ayrılmışdır.
2. Beyləqan şəhər ərazi nümayəndəliyinin 30 sentyabr 1994-cü il tarixli 6 saylı qərarı ilə İddiaçı2 Beyləqan şəhəri ərazisindən 5-ci kvartaldan (“Dostluq” qoyunçuluq sovxozunun örüş sahəsi) fərdi yaşayış evinin tikilməsi üçün 0,06 ha torpaq sahəsi ayrılmışdır.
3. Beyləqan şəhər Bələdiyyəsinin 31 yanvar 2014-cü il tarixli, 01/01 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə X1 ilə bağlı Beyləqan şəhəri, 5-ci məhəllə ərazisindən 0,06 ha torpaq sahəsi ayrılmışdır.
4. Beyləqan şəhər Bələdiyyəsinin 30 sentyabr 2014-cü il tarixli, 01 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh1 satılması ilə bağlı Beyləqan şəhəri, 5-ci məh əllə ərazisindən 0,06 ha torpaq sahəsi ayrılmışdır.
5. Hazırki mülki işdə mübahisələndirilən torpaq sahəsi ilə bağlı tərəflər arasında bundan əvvəl məhkəmə çəkişməsi olmuşdur. Belə ki, İddiaçı2 və İddiaçı1 cavabdehlər X7, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılara fərdi yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsinin Cavabdeh2 tərəfindən boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Beyləqan Rayon Məhkəməsinin 2(020)-01/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 YYYqızı və İddiaçı2 YYYqızının həmin iddiası rədd edilmişdir.
7. Həmin iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)-24/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 YYYqızı və İddiaçı2 YYYqızı tə rəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin 2(020)-01/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddiaçılar İddiaçı1 YYYqızı və İddiaçı2 YYYqızının cavabdehlər X7,Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarma tələbinə dair iddiaları Cavabdeh2 münasibətdə qismən təmin edilmişdir. Cavabdeh2 İddiaçı2 məxsus Beyləqan şəhəri, M.Müşviq küçəsində 5-ci kvartalda (“Dostluq-qoyunçuluq” sovxozun örüş sahəsi) fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 0,06 ha torpaq sahəsindən çıxarılması, iddia tələbi cavabdehlər X7 və Cavabdeh1 olan münasibətdə təmin edilməmişdir.
8. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti təşkil edən iddiaçılar İddiaçı2 və İddiaçı1, cavabdehlər X5 və Cavabdeh1 məxsus hərəsi 0,06 ha tor paq sahələrinin faktiki və sənəd üzrə üst-üstə düşməməsi, İddiaçı1 sənəd üzrə məxsus olan torpaq sahəsinin hal-hazırda X9 tərəfindən zəbt edilərək qanunsuz tikinti işləri aparılması, İddiaçı2 məxsus torpaq sahəsinin isə hal-hazırda Cavabdeh2 qanunsuz istifadəsində olması, cavabdehlər tərəfindən inşa edilmiş tikililərin iddiaçılara aid torpaq sahələrində yerləşməsi, İddiaçı1 məxsus torpaq sahəsində Cavabdeh1 tərəfindən bir mərtəbəli fərdi yaşayış evi, talvar və əl damının tikilməsi sübuta yetirilməmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 həmin torpaq sahələri üzərində hüquqları qeydiyyatdan keçməsə də, mübahisəli torpaq sahələrinin rəsmi olaraq onlara ayrılması gələcəkdə torpaq sahələrini adlarına rəsmiləşdirmək imkanına malik olmaqla gözlənilən mülkiyyət hüququnun, hazırda isə torpaq sahələ rinə sahiblik hüquqlarının olmasına dəlalət edir. Yuxarıda qeyd olunanlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə tikinti-texniki ekspertizasının 27 aprel 2020-ci il tarixli, 10/448 saylı rəyi ilə sübuta yetirilsə də, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X5, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsinin məzmununda və tələb hissəsində yalnız Cavabdeh2 onlara məxsus torpaq sahəsinin tutulması göstərilərək, Cavabdeh2 fərdi yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsinin boşaldılmasına dair qətnamə çıxarılması xahiş olunmuş, digər cavabdehlərin torpaqdan çıxarılmaları və tikililərin sökülməsinə dair tələb göstərilməmişdir. Odur ki, iddiada yalnız Cavabdeh2 fərdi yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsinin boşaldılmasına dair qətn amə çıxarılması xahiş olunduğundan iddia həmin cavabdehə aid hissədə qismən təmin edilməli, qalan cavabdehlərə qarşı tələb olmadığından onlara münasibətdə təmin olunmamalıdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021ci il tarixli, 2(103)-333/2021 saylı qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(106)-24/2020 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın Cavabdeh2 münasibətdə qismən təmin edilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar İddiaçı1 YYYqızı və İddiaçı2 YYYqızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsindən istifadə edilməsində maneənin aradan qaldırılması, onlara məxsus Beyləqan şəhəri, M.Müşviq küçəsində 5-ci kvartalda (“Dostluq” qoyunçuluq sovxozun örüş sahəsi) zəbt olunmuş torpaq sahəsindən Cavabdeh2 tərəfindən inşa edilmiş tikililərdən çıxarılması və həmin tikililərin cavabdehin hesabına sökülməsi, onlara məxsus Beyləqan şəhəri, M.Müşviq küçəsində 5-ci kvartalda (“Dostluq” qoyunçuluq sovxozun örüş sahəsi) zəbt olunmuş torpaq sahəsində Cavabdeh1 onunla birgə yaşayan şəxslər tərəfindən inşa edilmiş tikililərdən çıxarılması və həmin tikililərin Cavabdeh1 hesabına sökülməsi, Cavabdeh1 onunla birgə yaşayan şəxslərlə birlikdə həmin torpaq sahəsindən çıxarılmasını və cavabdehlərdən dəymiş mənəvi zərərə görə hər birindən 4000 miqdarında pul vəsaitinin onların xeyrinə tu tulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
11. İddiaçılar iddia tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışlar ki, Beyləqan şəhər ərazi nümayəndəliyinin 30 sentyabr 1994-cü il tarixdə 6 saylı və 16 avqust 1993-cü il tarixində 14 saylı sərəncamları ilə onlara 0,06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi müvəqqəti olaraq, qohumları olan LLLə istifadəyə verilmişdir (vəfat etmişdir). X2 İlqar Famil oğlu həmin torpaqdan istifadə edirdi. Bir müddətdən sonra Cavabdeh2 onlara məxsus torpağın bir hissəsini Cavabdeh1 satmışdır. Bir hissəsində isə özü ev tikmişdir. Bundan xəbər tutandan sonra onlar torpaq sahəsini boşaltmağı xahiş etsələr də, cavabdehlər buna məhəl qoymamış, onların torpaq sahəsindən çıxarılması barədə iddia ilə məhkəmətə m üraciət ediblər. Beyləqan Rayon Məhkəməsinin 10 noyabr 2018-cl 11 tarixli qətnaməsi ilə onların iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 30 iyun 2020-ci il tarixli qətnaməsi ilə Beyləqan Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia qismən təmin edilərək, Cavabdeh2 Beyləqan şəhəri, M.Müşviq küçəsində 5-ci kvartalda ("Dostluq- qoyunçuluq” sovxozun örüş sahəsi) fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 0,06 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi işə baxarkən ekspertiza təyin etmiş, ekspertizanın aparılması "xxxx" MMC-nin mütəxəssislərinin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və müvafiq rəy alınmışdır. Cəmiyyətin tərtib etdiyi mütəxə ssis rəyində göstərilmişdir ki, iddiaçılar İddiaçı1 YYYqızı və İddiaçı2 YYYqızına, cavabdehlər X5 və Cavabdeh1 məxsus hərəsi 0,06 ha torpaq sahəsi faktiki və sənəd üzrə üst-üstə düşmür. İkinci sual üzrə mütəxəssis rəyində göstərilmişdir ki, mübahisəli torpaq sahələrinin naturada faktiki yerləşməsi mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Üçüncü sual üzrə mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı2 və İddiaçı1 məxsus torpaq sahələrinin yerləşməsi mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. İddiaçı1 YYYqızına sənəd üzrə məxsus olan torpaq sahəsi hal-hazırda Cavabdeh1 tərəfindən zəbt edilərək qanunsuz tikinti işləri aparılmışdır. İddiaçı2 YYYqızına məxsus torpaq sahəsi hal-hazırda Cavabdeh2 qanunsuz istifadəsindədir. Dördüncü sual üzrə mütəxəssis rəyind ə göstərilmişdir ki, sözügedən torpaq sahəsi digər şəxslər tərəfindən istifadə olunur. Birinci sual üzrə-mütəxəssis rəyində göstərilmişdir ki, cavabdehlər tərəfindən inşa edilmiş tikililəri iddiaçılara aid torpaq sahələrində yerləşir. Altıncı sual üzrə mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı1 YYYqızına məxsus torpaq sahəsində Cavabdeh1 tərəfindən birmərtəbəli fərdi yaşayış evi, talvar və əl damı tikilmişdir. Cavabdehlər məhkəmə mübahisəsi gedərkən həmin ərazidə tikinti işləri aparmışdır. Onların həmin torpaqdan çıxarılması yalnız tikintilərin sökülməsi ilə bağlı olmalıdır. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən istifadə edilməsində maneənin aradan qaldırılmasını, onlara məxsus Beyləqan şəhəri, M.Müşviq küçəsində 5-ci kvartalda(“Dostluq-qoyunçuluq sovxozun örüş sahəsi) zəbt olunmuş torpaq sahəsində Cavabdeh2 tərəfindən inşa edilmiş tikililərdən çıxarılmasını və həmin tikililər cavabdehin hesabına sökülməsini, onlara məxsus Beyləqan şəhəri, M.Müşviq küçəsində 5-ci kvartalda (“Dostluq-qoyunçuluq” sovxozun örüş sahəsi) zəbt olunmuş torpaq sahəsində Cavabdeh1 onunla birgə yaşayan şəxslər tərəfindən inşa edilmiş tikililərdən çıxarılmasını və həmin tikililər cavabeh Cavabdeh1 hesabına sökülməsini, Cavabdeh1 və onunla birgə yaşayan şəxslərlə birlikdə həmin torpaq sahəsindən çıxarılmasını və cavabdehlərdən dəymiş mənəvi zərərə görə hər birindən 4000 miqdarında pul vəsaiti onların xeyrimizə tutulması dair qətnamə qəbul edilməsini xahiş edirlər.
12. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyib izahatında göstərib ki, heç bir torpaq sahəsini zəbt etməyib. Ona və digər Cavabdeh2 Beyləqan şəhər Bələdiyyəsinin 30 sentyabr 2014-cü il tarixli, 01 saylı və Beyləqan şəhər Bələdiyyəsinin 31 yanvar 2014-cü il tarixli, 01 saylı qərarları ilə hər birinə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində ev tikdirmişdir və hazırda həmin evdə yaşayır. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir.
13. Beyləqan Rayon Məhkəməsinin 2(020)-30/2021 saylı, 9 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Seyfəli Seyfullayev) iddia qismən təmin edilmiş, Cavabdeh2 Beyləqan şəhəri, M.Müşviq küçəsində 5-ci kvartalda (“Dostluq” qoyunçuluq sovxozun örüş sahəsi) zəbt edilmiş torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikililərdən çıxarılması və həmin tiklilərin cavabdehin hesabına sökülməsi, Cavabdeh1 Beyləqan şəhəri, M. Müşviq küçəsində 5-ci kvartalda (“Dostluq” qoyunçuluq sovxozun örüş sahəsi”) zəbt olunmuş torpaq sahəsində cavabdeh və onunla birgə yaşayan şəxslər tərəfindən inşa edilmiş tikililərdən çıxarılması və həmin tikililərin cavabehin hesabına sökülməsi və onunla birgə yaşayan şəxslərlə birlikdə həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı1 sənəd üzrə məxsus olan torpaq sahəsi hal-hazırda Cavabdeh1 tərəfindən zəbt edilərək qanunsuz tikinti işləri aparılmışdır. Digər İddiaçı2 YYYqızına məxsus torpaq sahəsi hal-hazırda Cavabdeh2 qanunsuz istifadəsindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahələrinin onların özlərinə məxsus olmasını və həmin torpaq sahələrini onlar tərəfindən zəbt edilməməsi barədə məhkəmədə izahat versələr də həmin hal işin məhkəmə iclasında araşdırılmış halları ilə müəyyən edilməmişdir. Bundan əlavə, məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, İddiaçı1 məxsus olan torpaq sahəsi hal-hazırda Cavabdeh1 tərəfindən zəbt edilmiş, İddiaçı2 YYYqızına məxsus torpaq sahəsi hal-hazırda Cavabdeh2 qanunsuz istifadə edir.
15. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 (1-ci bəndi), 29 (4-cü bəndi) və 60-cı (1-ci bəndi), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 80, 139.1, 1562.1, 152.5, 157.1, 238.1, 1096.2 və 1097.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2, 841, 111.1, 111.2 və 164.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh1 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəmə sinin qətnaməsinin ləğv edilib iddia tələbinin Cavabdeh1 aid hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsindən görünür ki, 06 mart 2019-cu il tarixdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən Şirvan Apellyasiya Məhkəməsinə daxıl olmuş 26 fevral 2019-cu il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, "«Beyləqan şəhər Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 01 saylı qərarına əsasən Cavabdeh1 fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsində normadan artıq isti fadə etmə halı yoxdur». Yenə həmin mütəxəssis rəyinin məzmunundan görünür ki, iddiaçılara ayrılmış torpaq sahələrinin Beyləqan RİHB Memarlıq və Tikinti Şöbəsinin müdiri tərəfindən təsdiq olunmuş sxemlərinin (cizgilərinin) miqyası və «Xan qızı» kanalından hansı məsafədə yerləşməsini əks etdirən göstəricilər olmadığından, iddiaçıların iddia etdikləri torpaq sahələrinin cavabdehlərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşməsi faktı müəyyən olunmamışdır. Həmçinin, iş materiallarında olan xx.xx.2020-cı il tarixli Beyləqan RİHB Beyləqan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən daxil olmuş məktubdan görünür ki, Beyləqan rayon sakinləri İddiaçı1 YYYqızı və İddiaçı2 YYYqızının adına həyətyanı torpaq sahəsinin olub-olmaması barədə Nümayəndəlikdlə heç bir rəsmi məlumat yoxdur. Həmçinin, ƏMDK yanında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı1 YYYqızı və İddiaçı2 YYYqızının adına Beyləqan şəhəri ərazisində yerləşən hər hansı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması barədə məlumat aşkar edilməmişdir. Belə olan təqdirdə, 27 aprel 2020-ci il tarixli ekspert rəyinin hansı tədqiqi hüquqmüəyyənedici sənədin əsasında verilməsi işin mübahisə olunan halıdır.
18. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 noyabr 2021-ci il tarixli, 2(106)-2776/2021 nömrəli qətnaməsi ilə (hakimlər N.F.Mirzəyev (sədrlik edən və məruzəçi), S.İ.Mayılov və Z.M.Allahyarov) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə «Cavabdeh1 Beyləqan şəhəri, M.Müşviq küçəsində 5-ci kvartalda (“Dostluq” qoyunç uluq sovxozun örüş sahəsi) zəbt olunmuş torpaq sahəsində cavabdeh və onunla birgə yaşayan şəxslər tərəfindən inşa edilmiş tikililərdən çıxarılması və həmin tikililərin cavabdehin hesabına sökülməsi və onunla birgə yaşayan şəxslərlə birlikdə həmin torpaq sahəsindən çıxarılması» hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmişdir. Cavabdeh1 Beyləqan şəhəri, M.Müşviq küçəsində, 5-ci kvartalda (“Dostluq” qoyunçuluq sovxozun örüş sahəsi) İddiaçı1 YYYqızına məxsus 0,06 ha torpaq sahəsində inşa edilmiş tikililərdən və torpaq sahəsindən həmin tikililər Cavabdeh1 hesabına sökülməklə çıxarılması, iddia tələbini qalan hissədə təmin edilməməsi qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 və onunla birgə yaşayan şəx lərin torpaq sahəsindən çıxarılması tələbini irəli sürsə də, Cavabdeh1 ilə birgə yaşayan torpaq sahəsindən çıxarılması tələb olunan şəxslərin kimlərdən ibarət olması, həmin şəxslərin iddia tələbinə cavab verməli olan şəxslər olub-olmaması iş materialları ilə müəyyən olunmur.
20. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2, 55, 65.5 və 84.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin iddianın cavabdehə münasibətdə təmin olunan hissəsində ləğv edilib, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinin xahiş etmişdir.
22. Kassasiya şik ayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən işin obyektiv hallarını araşdırmamış, iddiaçının iddia etdiyi torpaq sahəsinin dövlət müəssisəsi olan “Dostluq” qoyunçuluq sovxozunun ərazisindən ayrılmasını sovxozun aqrar islahatı zamanı islahata getməyərək balansında olan torpaqlarla birlikdə dövlət mülkiyyətində saxlanılmasını, ayrılmış torpaq sahəsinə buna görə hüquqmüəyyənedici sənədin verilə bilməməsini, cavabdehə ayrılmış torpaq sahəsinin isə Beyləqan bələdiyyəsinin mülkiyyətində olmasını və kassatorla Beyləqan Bələdiyyəsi arasında alğı-satqı müqaviləsi əsasında əldə edildiyini, həmin ərazidə kassatorun bir neçə il ərzində ev tikdiyini, iddiaçının isə bu hala heç bir etirazının olmamasını həmin torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsinin sxemi ilə uyğunsuzluq təşkil etdiyini, ümumiyyətlə iddiaçıya ayrılmış torpaq sahəsi barədə həmin torpağı ayırmış orqanda heç bir məlumatın olmamasını, həmin torpaq sahəsinin iddiaçıya təhkim edilməməsini, dövlət qeydiyyatına alınmamasını nəzərə almamış və beləliklə də, mülki qanunvericiliyin normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Eyni zamanda məhkəmə sübutlara düzgün qiymət verməmiş, onların mötəbərliyini tam və hərtərəfli araşdırmamıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olma q, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
26. Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.
27. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
28. Maddə 65.5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
29. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və ta m baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən qismən- iddianın ona münasibətdə təmin olunmuş hissəsində mübahisələndirildiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Kas sasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulduğuna görə kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv olunmalı və iş həmin hissədə yenidən baxılması üçün göndərilməlidir.
39. Belə ki, Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinin tələbinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
40. Qanunun bu tələbi, mülki prosesin vacib mərhələsi olan sübutların qiymətləndirilməsinin predmeti ilə bilavasitə əlaqəlidir. MPM-n in 88-ci maddəsinin tələbinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Bu baxımdan, məhkəmələrin sübut kimi istinad etdiyi bütün sənədlər kserosurət olmaqla, MPM-nin 89.3-cü maddəsinin tələblərinə cavab vermir.
42. Bundan başqa, məhkəmələr iddianı təmin edərkən, bundan əvvəl baxılmış mülki işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2020-ci il tarixli rəyinə əsaslanmışdır. Həmçinin məhkəmə MPM-nin 82.3-cü maddəsinə istinad etmişdir.
43. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarı).
44. Nəzərə alınmalıdır ki, kassatorun cavabdeh olduğu əvvəlki mülki işdə ona qarşı iddia tələbi Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdı. Bu halda, Cavabdeh1 həmin qətnamədə müəyyən olunmuş və onun mənafelərinə zidd olan halları kassasiya qaydasında mübahisələndirə bilməzdi.
45. Çünki MPM-nin 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş q ətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
46. Qeyd olunan mülki işdə Cavabdeh1 qarşı iddia təmin olunmamışdı və buna görə də həmin qətnamədən şikayət vermək hüququ yox idi. Bu halda, Cavabdeh1 iddiaçının torpaq sahəsini zəbt etməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunan halın, hazırki işə baxılanda preyudisial təsirə malik olmasını məhkəmə əsaslandırmalı idi.
47. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2016-cı il tarixli rəyində də Cavabdeh1 istifadəsində olan torpaq sahəsi ilə üst-üstünə düşməsini müəyyən etmək mümkün olmamışdır (səh. 62-63).
48. Həmin rəyin verildiyi mülki iş üzrə hansı qərar qəbul edilməsi, qəbul olunmuşdursa hazırda baxılan işə təsiri iş materialları ilə müəyyən edilmir.
49. Bundan başqa, mülki iş materiallarında olan (səh. 123), Cavabdeh1 tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-X6 Layihə-Tədqiqat İdarəsinin mühəndisi, DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinin mühəndisi tərəfindən Beyləqan bələdiyyəsinin nümayəndələri ilə Beyləqan bələdiyyəti tərəfindən Cavabdeh1 mülkiyyətinə verilməsi nəzərdə tutulan torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı inventarlaşdırma (çöl ölçmə) işləri əsasında müəyyən edilmişdir ki, torpaq sahəsinin faktiki vəziyyətə uyğun təyin edil miş döngə nöqtələrinin koordinatları elektron məlumat bazası ilə eyniləşdirilməklə **********0448 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə üst-üstə düşməsi aşkar edilib. Bu hal, qeyd olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin faktiki vəziyyətə uyğun olmaması səbəbindən yaranır. Faktiki vəziyyətdə hər hansı bir üst-üstə düşmə halı mövcud deyil. Torpaq sahəsi üzərində tikinti işləri aparılmışdır. Beləliklə 0,06 ha torpaq sahəsi üzərində faktiki vəziyyətə uyğun Beyləqan rayon bələdiyyətinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədəuyğun hesab edilir.
50. Apellyasiya instansiyası məhkəməsi həmin sənədə qiymət verməmişdir.
51. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsi məhkəmə qətnaməsinin qanuni və əsaslı olmasını tələb edir.
52. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
53. Cavabdeh1 apelyasiya dəlilləri apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılıb qiymət verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tə ləbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarları).
54. Məhkəmə qərarlarının əsaslandırılması barədə tələb məhkəmə qərardadlarına da aiddir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddənin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəl iyi daxildir (H. Belçikaya qarşı, § 53). Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir.
55. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36).
56. Göründüyü kimi Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 1ci bəndində yer alan “işin ədalətli araşdırılması” anlayışı hakimlərdən tələb edir ki, qərarlarını əsaslandırsınlar. Qərarların əsaslandırılmasının funksiyalarından biri tərəflərə onların fikirlərinin dinlənildiyini nümayiş etdirməkdir. Bundan əlavə, əsaslandırılmış qərar iş üzrə tərəfin həmin qərardan şikayət etməsinə və şikayətə apellyasiya orqanı tərəfi ndən baxılmasına imkan verir. Yalnız əsaslandırılmış qərarın çıxarılması ədalət mühakiməsinin həyata keçirilməsi üzərində ictimai nəzarətə imkan yaradır. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsinin vəsatətinin rədd olunmasını əsaslandırmamışdır.
57. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları sonadək tam, hərtərəfli araşdırmamış, MPM-in 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmişdir. Ona görə də, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
58. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq m ünasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
59. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2021-ci il tarixli, 2(106)-2776/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul ed