Məhkəmə qərarları › İş №2(102)-621/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-621/2022

18.01.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-621/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh "xxxx" BOKT QSC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6489/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 18 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı məhkəmə icraatında baxaraq, aşa ğıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onun barəsində tərtib edilmiş 17 oktyabr 2019-cu il tarixdə 148 nömrəli köhnə tarixə yazılmış intizam tədbirinin tətbiqi haqqında əmrin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad edilməsi barədə olan 17 oktyabr 2019-cu il tarixli, 43 nömrəli əmrin ləğv edilib, həmin əmr əsasında əmək kitabçasında aparılmış qeydin etibarsız hesab edilməsi, öz ərizəsi ilə, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsi ilə işdən azad edilməsi barədə əmrin verilməsi öhdəliyi, habelə həmin əmrə müvafiq qeydin əmək kitabçasında edilməsi öhdəliyinin "x xxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə 20092016-cı illərdə "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin Gəncə filialında menecer vəzifəsində işləmiş, 2016-2017-ci illərdə həmin təşkilatın Goranboy filialının müdiri vəzifəsində çalışmış, 2017-2018-ci illərdə həmin təşkilatın Şəmkir filialında qrup rəhbəri kimi işləmiş, 20182019-cu illərdə isə filial müdiri işləmiş, 2019-cu ildən isə "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin Gəncə filialında qrup rəhbəri vəzifəsində işləmişdir. O, işlədiyi müddətdə həmişə əmək nizam-intizamına məsuliyyətlə yanaşmış, heç vaxt əmək intizamı nı pozmamışdır. Bunun nəticəsidir ki, işlədiyi bütün təşkilatlarda həmişə yüksək əmək intizamı ilə seçilmişdir. Hazırkı cavabdeh təşkilatda isə işlədiyi müddətdə həmişə əmək intizamına əməl etsə də, 2019-cu ilin avqust-sentyabr aylarında istər əmək məzuniyyətinə görə ödənilməli olan məbləği, istərsə də həmin aylarda işlədiyi əmək haqqı ödənilməmiş, onun əmək haqqı qeyri-qanuni olaraq ondan xəbərsiz «gecikməli olan müştərilərin» kredit ödənişinə yönəldilmişdir. Həmin məsələ ilə bankın rəhbərliyi ilə dəfələrlə söhbət etmiş, bankın əməkdaşları ona bildirmişdir ki, ya gərək o razılaşsın ki, zaminlik müqaviləsi bağlasın, ya da onun əmək haqqı borcu olan vətəndaşlara yönəlməkdə davam edəcəkdir. Onun tərəfindən vətəndaşların təşkilata olan borcuna görə heç bir məsuliyyət daşımadığını bildirsə də, ona mütəmadi təzyiq və hədələr edilmiş, hətta korrupsiya orqanına müraciət ediləcəyi bildirilmiş, o həmin hədələri real görmədiyindən əhəmiyyət verməmişdir. Həmin məsələ ilə bağlı öz fikrində qalsa da, lakin heç bir tədbir görülmədiyindən və onun əmək haqqı növbəti ay da tam həcmdə banka borcu olan vətəndaşa yönəldildiyindən məcbur qalıb işdən çıxmaq barədə 13 sentyabr 2019-cu il tarixdə ərizə yazaraq, 14 sentyabr 2019-cu il tarixdə ərizəni rəsmi qaydada cavabdehin ünvanına yollamış və həmin ərizəsi 21 sentyabr 2019-cu il tarixdə rəsmi qaydada imza edilməklə cavabdeh təşkilatın əməkdaşları tərəfindən alınmışdır (həmin xəbərnamələrin əsli iddia ərizəsinə əlavə edilmişdir). Bundan sonra da bankın baş ofisində olan əməkdaşlar ona yenidən təzyiq və hədə yağdırmış, ərizənin geri götürülməsini tələb etmiş, lakin o öz növbəsində mövqeyində qalmaqla ərizəni müdafiə etmişdir. Bir müddətdən sonra ona Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təhqiqatçı tərəfindən zəng edilmiş, ora çağırılaraq izahatı alınmışdır. Bundan bir neçə gün sonra isə ona 17 oktyabr 2019-cu il tarixdə 148 nömrəli köhnə tarixə yazılmış töhmət verilməsi barədə əmr yollanmış, həmin əmrdən elə həmin gün məlumatı olmuş, çünki həmin tarixə kimi qeyd edilən məsələ ilə bağlı onun izahatı alınmamış və ona bu barədə hər hansı bir rəsmi məlumat verilməmiş, başqa sözlə tam qanunsuz uydurma olan əmr sonradan tərtib edilmişdir. Elə həmin əmrin uydurma olmasının nəticəsidir ki, həmin əmri aldıqdan bir gün sonra isə ona yenə eyni poçtla ikinci bir əmr daxil olmuş, həmin əmr isə 43 nömrəli əmr olmaqla, əmək müqaviləsinə xit am verilməsi barədə 17 oktyabr 2019-cu il tarixli əmr olmuş, həmin əmrdə isə onun problemli kreditlərin həllinə dair tapşırıqları yerinə yetirmədiyi, yəni əmək funksiyasını icra etmədiyi göstərilmişdir. Aşağıdakı hüquqi əsaslarla hesab edir ki, həmin əmrlərin hər ikisi tam qanunsuz olmuş və qərəzli münasibətin nəticəsidir. Belə ki, ilk öncə 17 oktyabr 2019-cu il tarixdə 148 nömrəli köhnə tarixə yazılmış intizam tədbirinin tətbiqi haqqında əmrlə bağlıdır. İlk öncə qeyd edir ki, əgər onun tərəfindən qeyd edilən pozuntular baş vermişdirsə, nəyə görə həmin intizam tənbehi barədə əmr o işdən çıxmaq barədə ərizə yazdıqdan təxminən bir ay sonra ona verilmişdir? Nəyə görə həmin əmr verilməmişdən əvvəl konkret olaraq ondan hər hansı bir intizam tənbeh tədbiri görülməmiş, yəni izahatı alınmamış və h əmin pozuntularla bağlı işlədiyi müddətdə hər hansı bir rəsmi və qeyri-rəsmi məlumat verilməmişdir? Aydın məsələdir ki, həmin əmrin elə işin qeyd edilən hallarına görə qanunsuz olduğu açıq-aşkar ortadadır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərindən görünür ki, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edilməsi, eləcə də işçinin həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunması, həmin əmrdə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməz olduğu göstərilsədə, cavabdeh təşkilat tərəfindən həmin əmr barədə hər hansı bir rəsmi məlumat verilmədən, habelə ondan bu barədə işdə olduğu müddətdə izahat tələb edilməməsinə baxmayaraq, habe lə həmin əmrdə göstərilən «kartla ödəniş əməliyyatı qaydalarını» pozması kimi qisas motivli məlumatların göstərilməsi qanunsuz olduğunu sübut etməklə yanaşı həmçinin sonradan tərtib edildiyinin göstəricisidir. Bundan əlavə bir gün sonra ona sürətli poçtla çatdırılan isə 17 oktyabr 2019-cu il tarixli, 43 nömrəli əmrlə isə onun 11 sentyabr 2019cu il tarixli öz ərizəsi ilə işdən azad edilmək barədə ərizəsi olduğu halda bir ay keçdikdən sonra ona heç bir xəbərdarlıq edilmədən, hər hansı bir yazılı izahat alınmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad edilməyi barədə qanunsuz əmr verilmişdir. Burada xüsusi ilə qeyd edilməlidir ki, onun işə bərpa olunmağı barədə fikri yoxdur və hazırkı mübahisənin əsası yalnız 17 oktyabr 2019-cu il tarixli, 43 nömrə li əmrin əsas hissəsi ilə razı deyildir, yəni onun əmək müqaviləsinə xitam verilməsi əsası kimi göstərilmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi hissəsi ilə razı deyildir. Belə ki, onun işdən azad edilməsi barədə ərizəsi olduğu halda bir ay müddətində əmək müqaviləsinə onun ərizəsi ilə xitam verilməmişdir, digər əsasla xitam verilməsi tam qanunsuz və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin pozulmasıdır. Həmçinin, həmin əsasla əmək kitabçasına edilən həmin əmr əsasında aparılan qeyd əsassız olmuşdur. Hazırkı işin hallarına əsasən qeyd edilməlidir ki, məhz onunla bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi əsası ilə ləğv edilməsi və bu əsasla onun əmək kitabçasına qeydiyyatın aparılması tam qanunsuzdur. Qeyd edilən əmək qanunvericiliyinin tələblərindən görünür ki, əmək kitabçasına edilən düzəliş qeyd edilən qərara uyğun aparılmalı, yəni səhv aparılmış qeyd barədə ayrıca qeyd yazılmalı və bundan sonra müvafiq yeni qeyd edilməli, başqa sözlə əmək kitabçası qaralanmamalı və yararsız hala salınmamalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 fevral 2020-ci il tarixli, 2(005)-468/2020 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin «əmək müqaviləsinə xitam verilməsi haqqında» 43 nömrəli 17 oktyabr 2019-cu il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işdən azad edilməsi barədə əmrinin verilməsi və müvafiq qeydin əmək kitabçasında aparılması öhdəliyi "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin üzərinə qoyulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı törədilmiş əmələ görə ona həm şiddətli törmət verilmiş, həm işdən azad olunmuşdur. Bu da qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən yolverilməzdir. Həmçinin məhkəmə araşdırması zamanı iddaçı İddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən ləğv edilsə də, lakin həmin əsaslarla onun işdən azad olunmasına dair sübut məhkəməyə təqdim olunmamışdır. İddaçı 13.09.2019-cu il tarixdə öz xahişi ilə işdən azad olunması barəd ə işəgötürənə ərizə yazmış, həmin ərizə onunla əmək müqaviləsinə xitam verilərkən nəzərə alınmamışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Qanunvericiliyin təhlilindən görünür ki, qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürən tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş ümumi şərtlərlə yanaşı, bir sıra xüsusi şərtlərə də əməl olunmalıdır. Həmin şərtlərə işçinin yol verdiyi intizam xətasına görə yalnız bir intizam tənbehinin verilməsi, tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsi əsasının konkret müəyyən edilməsi aiddir. Məhkəmə hesab edir ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən cavabdeh "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti tərəfindən əmək qanunvericiliyinin tələbləri və şərtləri pozulmuş, iddiaçının işdən azad edilməsi qanunsuz və əsassız olmuşdur. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 42.1, 68.1, 68.2, 69.1, 70, 72, 74.1, 83.1, 83.2, 189.1, 287, 288, 292-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 217.4, 218.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bak ı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Rafael Eyvazov- sədrlik edən və məruzəçi, Ziya Şirinov, Fuad Talışinski ) 18 avqust 2020-ci il tarixli, 2(103)-4696/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürə nin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsi). Göründüyü kimi, işçinin sadəcə əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi özü-özlüyündə əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğvinə əsas ola bilməz. Eyni zamanda - müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmalıdır. Cavabdeh isə bununla bağlı da məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Qətnamədən narazı qalan cavabdeh kasasiya şikayəti verər ək, ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Əhməd Əhmədov - sədrlik edən və məruzəçi, İlqar Dəmirov və Vüqar Həsənov) 2(102)-2186/21 saylı, 27 aprel 2021-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kasasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi, işəgötürənin sözügedən əmri qəbul edərkən iddiaçının dinlənilmə hüququnu pozduğunu gös tərsə də, kasasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsi intizam tənbehi verilməmişdən əvvəl işəgötürənin işçidən yazılı izahat almaması işçiyə intizam tənbehi verilməsini istisna etmir. Digər tərəfdən işdən görünür ki, iddiaçıya Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə intizam tənbehi verilməmişdən əvvəl, yəni 19 avqust 2019-cu il tarixdə işəgötürən ondan yazılı izahat alıb. Bu fakt cavabdehin Monitorinq Şöbəsinin müdiri Yaşar Allahverdiyevin “Gəncə” filialında problemli kreditlərin yoxlanılmasına dair tərtib etdiyi 23 sentyabr 2019-cu il tarixli akta əlavə edilmiş sənədlərin siyahısı ilə də təsdiq olunur. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi, iddiaçıdan sözügedən izahatın hazırda mübahisələndirilən 26 iyul 2019-cu il tarixli, 148 saylı əmrdən sonra, 17 oktyabr 2019cu il tarixli, 43 saylı əmrdən isə əvvəl verməsinə diqqət yetirməyib və həmin izahatın hansı intizam tənbehi verilərkən alınmasını cavabdehin nümayəndəsi ilə dəqiqləşdirməyib. Eyni zamanda, apelyasiya instansiyası məhəməsi işə müvafiq sübutların təqdim edilmədiyini, işəgötürənin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əmrdə əsaslandırmadığını göstərsə də, işə əlavə edilmiş sübutlara, o cümlədən 23 sentyabr 2019-cu il tarixli Akta, həmin Akta əlavə edilmiş sənədlərə, habelə işdə iştirak edən şəxslərin izahatlarına MPM-nin 88, 106.1-ci maddələrinin tələblərinə uyğun olaraq hüquqi qiymət verməyib. Belə ki, işəgötürənin 17 oktyabr 2019- cu il tarixli, 43 saylı əmrinin məzmunundan görünür ki, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə ona görə xitam verib ki, o əmək intizamını pozaraq mütəmadi olaraq işə gecikib, habelə 26 iyul 2019-cu il tarixli, 148 saylı əmrlə ona verilmiş intizam tənbeh tədbirindən nəticə çıxarmayıb, yenidən əmək funksiyasını təkrar pozub, öz təqsirli hərəkətindən yaranmış problemli kreditlərin həllinə dair verilmiş tapşırıqlara əməl etməyib. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədi yinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Apelyasiya instansiyası məhkəməsi işəgötürənin sözügedən əmrinin məzmununu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 72-ci maddənin ə) bəndi, 84-cü maddənin və 189-cu maddənin 1-ci hissəsi üzrə əlaqəli şəkildə təhlil, təfsir etmədən, əslində iddiaçının əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını və beləliklə də əmək vəzifələrini kobud şəkildə pozulmasını nəzərə almadan, əvvəllər iddiaçı tərəfindən yol verilm iş intizam xətasının mahiyyətinə varmadan, bir intizam xətasına görə iddiaçıya işəgötürən tərəfindən bir neçə intizam tənbeh tədbirinin verilməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Halbuki, işəgötürənin 26 iyul 2019-cu il tarixli, 148 saylı əmrinin məzmunundan görünür ki, iddiaçıya işəgötürən tərəfindən ona görə töhmət verilib ki, o, satış məsləhətçisinə, ayrı-ayrı şəxslərə kreditlər verərkən kartla ödəniş əməliyyatı qaydalarını pozub və eyni zamanda əmək intizamını pozaraq mütəmadi surətdə işə gecikib. Göründüyü kimi sözügedən əmrlə iddiaçıya töhmət verilərkən cavabdehin “Gəncə” filialında problemli kreditlərin yoxlanılmasına dair hələ yoxlama aparılmamışdır və bu barədə yoxlama yalnız həmin əmrin verilməsindən 2 ay sonra aparılıb. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə isə məhz həmin yoxlamanın nəticəsi olaraq xitam verilib. Belə olan halda bir intizam xətasına görə iddiaçıya işəgötürən tərəfindən iki intizam tənbeh tədbirinin verilməsi mülki iş materialları ilə istisna olunur. Ona görə də işə yenidən apelyasiya qaydasında baxılarkən hazırki işə baxılmasının predmeti olan hər iki əmrin əsaslılığına sadalanan maddələrin tələbləri baxımında hüquqi qiymət verilməli, bir intizam xətasına görə iddiaçıya iki intizam tənbehinin verilibverilməməsi, onun hərəkətlərində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin, habelə 72-ci maddəsinin 2) bəndinin əlamətlərinin olub-olmaması bir daha yoxlanılmalı və iddiaçı barəsində başlanılmış cinayət işinin nəticəsindən asılı olaraq onun iddia tələblərinin əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. Bundan başqa, apel yasiya instansiyası məhkəməsi, işəgötürənin 25 sentyabr 2019cu il tarixli, 218 saylı əmrinə istinad edərək, həmin əmrlə ziyanın aradan qaldırılması üçün iddiaçıya bir ay vaxt verildiyini, lakin müddət tamam olmadan işəgötürənin 17 oktyabr 2019-cu il tarixli, 43 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verdiyini göstərsə də, həmin əmrin qüvvədə olmaqla, ümumiyyətlə iddiaçı tərəfindən mübahisələndirilmədiyini və hazırki məhkəmə baxışının predmeti olmadığını nəzərə almamışdır. Daha sonra, apelyasiya instansiyası məhkəməsi, iddiaçının 13 sentyabr 2019-cu il tarixdə öz xahişi ilə işdən azad olunması barədə işəgötürənin adına ərizə yazdığını, sonuncunun onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi üzrə xitam verməməklə həmin maddə nin tələblərini pozduğunu göstərsə, işin bu halı üzrə kifayət qədər araşdırma aparmayıb. Belə ki, cavabdehin “Gəncə” filialında 19 avqust 2019-cu il tarixdə mütəxəssis tərəfindən problemli kreditlərin yoxlanılmasına başlanıldıqdan və bu barədə kifayət qədər nöqsanlar aşkar edildikdən sonra, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmaması üçün iddiaçı 13 sentyabr 2019-cu il tarixdə yazılı ərizə ilə işəgötürənə müraciət edərək öz xahişi ilə işdən çıxarılmasını xahiş etmişdir. İstintaq orqanının 09 iyun 2020-ci il tarixli Qərarı ilə cavabdehin “Gəncə” filialının sabiq vəzifəli şəxslərinin əməllərində aşkar edilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə faktına görə Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işinin başlanması və sonda İddiaçı qarşı həmin madd ə üzrə ittiham irəli sürülməsi də qeyd olunan halı təsdiq edir. Kasasiya instansiyası məhkəməsi eyni zamanda iddiaçının həmkarlar ittifaqının üzvü olub-olmamasını yoxlamadan, apelyasiya instansiyası məhkəməsinin Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsini hazırki əmək mübahisəsinə tətbiq etməsi ilə də razılaşmır. Belə ki, həmin maddənin mənasına görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasla əmək müqaviləsi həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla o, vaxt ləğv edilə bilər ki, müəssisədə həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərmiş olsun və işçi həmkarlar ittifaqının üzvü olsun. Hazırki halda işdə, qeyd olunan halları təsdiq edən heç bir mötəbər yazılı sübut olmadığı halda, apelyasiya instansiyası məhkəməsi sözügedən normaya istinad edərək biri nci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. ç) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov- sədrlik edən və məruzəçi, Elşən Kazımov, İlham Kərimli ) 23 iyul 2021-ci il tarixli, 2(103)-6489/20201 saylı qətnaməsi ilə apelyasiya şikayəti rədd edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, əmr qanunsuzdur. Bunun 3 səbəbi var: Birinci, əmrin giriş hissəsində, o cümlədən 1-ci bəndində işdən azad edilən işçinin adı qeyd olunmayıb, yəni şəxsiyyəti bilinməyən şəxs barədə əmr verilib. Bundan başqa, əmrin məzmununda işdən azad edilən işçinin vəzifəsi qeyd o lunmayıb, yəni vəzifəsi bilinməyən şəxs barədə əmr verilib. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmununda işçinin adı, atasının adı və soyadı, habelə əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı göstərilməlidir. İkinci, əmr əsaslandırılmayıb. Belə ki, əmrdə qeyd olunub ki, intizam tənbehindən nəticə çıxarmayaraq yenidən əmək funksiyasını pozub. Lakin yenidən yol verilən pozuntunun nədən ibarət olması əmrdə göstərilməyib. Daha sonra, əmrdə qeyd olunub ki, öz təqsiri üzündən yaranmış problemli kreditlərin həllinə dair verilmiş tapşırıqlara əməl etməyib. Lakin verilmiş tapşırıqların nədən ibarət olması əmrdə göstərilməyib. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Bu maddədə “əsası göstərilməlidir” deyiləndə əmrin əsaslandırılması nəzərdə tutulur. Üçünçü, əmrin məzmununda əmrin verilməsi üçün əsas hesab edilən hər hansı rəsmi sənəd göstərilməyib. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Yuxarıda göstərilən 3 hal kifayətdir ki, əmr ləğv edilsin. Məhkəmə əmək mübahisəsini həll edərkən qəbul etdiyi qətnamədə əmək müqaviləsinin ləğvini işəgötürənin əvəzinə əsaslandırmalı deyil. Bunu işəgötürən əmrdə əsaslandırmalı, məhkəmə isə əsaslandırmanın düzgün olub-olmadığını yoxlamalıdır. Hazırkı əmrdə əsasla ndırma olmadığına görə əsaslandırmanın düzgünlüyünü yoxlamaq mümkün deyil. Ona görə də hesab olunur ki, əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində müəyyən edilmiş əsas olmayıb. Birinci instansiya məhkəməsi düzgün olaraq əmri ləğv edib və əmək müqaviləsinin işçinin təşəbbüsü ilə ləğv edilməsi barədə əmrin verilməsi öhdəliyini cavabdehin üzərinə qoyub. Bu, Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci hissəsinin göstərişinə uyğundur. Belə ki, iddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə verib və ərizənin verildiyi gündən 1 təqvim ayı keçib. Beləliklə, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Ca vabdeh "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti (vəkili Vəkil2) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə əsaslı və tutarlı bir fakt ortaya qoya bilmədiyindən, iddiaçıya şiddətli töhmətin verilməsi haqqında 25.09.2019-cu il tarixli əmrdə təşkilata vurulmuş ziyanın ödənilməsini təmin etmək məqsədilə 1 ay müddət verildiyi halda, bu müddət bitmədən oktyabrın 17-də onunla bağlanmış əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsini, bununla da cavabdehin Əmək Məcəlləsinin 189.1-ci maddəsinin tələblərini pozmaqla bir intizam xətasına görə iddiaçıya həm şiddə tli töhmət, həm də əmək müqaviləsinə xitam verilməsini göstərmişdir. Lakin əmrin məzmununa diqqət yetirildikdə açıq aydın görmək olur ki, əmrdə “əmək intizamını pozaraq mütəmadi işə gecikdiyinə görə 2019-cu illin 26 iyul tarixli əmrlə ona verilmiş intizam tənbehindən nəticə çıxarmayıb yenidən əmək funksiyasını pozmaqla öz təqsiri üzündən yaranmış problemli kreditlərin həllinə dair verilmiş tapşırıqlara əməl etmədiyi üçün....” yəni birinci intizam tənbehi göründüyü kimi iddiaçıya 26.07.2019-cu il tarixdə verilmiş, həmin tənbehdən nəticə çıxarmadığına görə sonuncu ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 72ci maddəsinin “ə” bəndində göstərilən əsaslarla xitam verilmişdir. Bu açıq aydın göründüyü halda, apelyasiya məhkəməsi bu məsələyə səhlənkar yanaşmış və qeyri-qanuni qətnamə qəbul etmişdir. Bundan başqa, qeyd edilən qətnamədə İddiaçıla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə baxmayaraq, cavabdehin xitamın əsasını təsdiq edən müvafiq sübut təqdim edə bilmədiyi göstərilmişdir. Halbuki, əmək müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə, əmək və icra intizamını pozduğuna görə İddiaçı barəsində intizam tənbeh tədbirlərinin tətbiq edilməsi barədə əmrlərin surəti, iddiaçı təşkilatın pul vəsaitini israf etməsinə dair audit aktı və ona əlavə edilmiş sənədlər məhkəməyə təqdim və işə əlavə edilmişdir. Apelyasiya məhkəməsi işin hallarını tam araşdırmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşılı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçıla rının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmədən baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayəti ndə qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70.ç. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2 Bu məcəllənin 70-ci maddəsinin ”ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhd əliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalçı, əmək və icra intizamının normal ahəngini pozmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvülərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tə rəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası cavabdehin kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanuni əsaslarla xitam verilməsini göstərmiş olsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, əvvəla apelyasiya kollegiyasının göstərmiş olduğu kimi iddiaçının işdən çıxarılması barədə əmr həm Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə uyğun tərtib edilməmiş, həm də əsaslandırılmamışdır. Bununla yanaşı, cavabdeh iddiaçı tərəfindən cavabdehə vəzifə səlahiyyətlərini düzgün icra etməməsi nəticəsində təşkilatın pul vəsaitini israf etməsinə istinad etmiş olsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, bu faktla bağlı iddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə cinayət işi başlanılmış, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10.01.2022-ci il tarixli hökmü ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmişdir. Bununla da iddiaçının təqsiri üzündən cavabdehə ziyan vurulması faktı öz təsdiqini tapmamışdır ki, həmin əsasla iddiaçı barəsində tətbiq edilmiş tənbeh tədbiri də qüvvədə olmuş hesab edilə bilinsin. Bu hal da xüsusi olaraq nəzərə alınmalıdır. Həmçinin qeyd edilməlidir ki, ümumi kasasiya yoxlaması nəticəsində də apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti tərəfindən şikayətləri təmin edilməsin. verilmiş kasasiya Bakı Apelly asiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6489/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar