Məhkəmə qərarları › İş №2(102)-6213/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6213/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6213/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2 QSC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X7 nümayəndələri X2 və X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(103)2221/2021 qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şika yəti üzrə işə 23 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X3” X8 tərəfindən “Avromed Company“ QSC-nin müraciəti əsasında ona “Sanofi Aventis SPA” İtalya istehsalı olan “Amaril (4 mg)” dərman vasitəsinə 20.06.2019-cu il tarixli 445422 analiz nömrəli uyğunluq sertifikatı verilmişdir.

2. İddiaçı “Amaril (4 mg)” dərman vasitəsindən istifadə edir və həmin dərmanın tərkibi, keyfiyyəti, efektivliyi, təhlükəsizliyi və satış qiyməti ilə bağlı mübahisə açmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2 QSC-yə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikası Səhiyyə Nazirliyin in X3 cəlb edilməklə) “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 QSC aptekləri tərəfindən satılan “Amaril (4 mg)” dərman vasitəsinin tərkibi, keyfiyyəti, efektivliyi, təhlükəsizliyi, Azərbaycan Respublikasına idxalı, qiymətlərinin hansı meyarlar əsasında müəyyən edilməsi və digər ona aid bütün məlumatların ona təqdim edilməsi barədə Farmqrup“ MMC, “Avromed Company“ QSC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi üçün mütəmadi olaraq müxtəlif apteklərdən “Amaril (4 mg)” dərman vasitəsini 7-8 manat arası qiymətə alırdı. 2019-cu ilin oktyabr ayında ünvan 1 ünvanında yerləşən Alman Aptekindən söz ügedən dərman vasitəsi kəskin qiymət fərqilə 47 manat 90 qəpiyə ona satışı edilmişdir. Alman Apteki Cavabdeh1 MMC-yə məxsusdur. Eyni dərman vasitəsinin kəskin qiymət fərqi ilə satılmasının səbəbini sonuncudan soruşduqda, ona sözügedən dərman vasitəsinin daha keyfiyyətli olmasını, almanlar üçün istehsal olunan və almanlar üçün nəzərdə tutulmuş, onlar tərəfindən istifadə olunan əsl keyfiyyətli həb olduğunu bildirmişlər. Bu zaman onda əvvəllər aldığı (7,85 AZN) eyni adlı dərman vasitəsinin keyfiyyətsiz, yararsız olduğu, vətəndaş və istehlakçı kimi aldadıldığı, hüquqlarının pozulduğu fikri, ən önəmlisi isə səhhətinə yaratdığı təhlükənin qorxusu yarandı. Müxtəlif nazirliklərə, orqanlara və şəxslərə dəfələrlə ünvanladığı şifahi və yazılı müraciətləri ya imtina cavabı ilə geri qayıtmış, bir çox h allarda isə cavabsız qalmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Nizami Rayon Məhkəməsinin 2(007)-2052/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC və Cavabdeh2 ASC-nin üzərinə “Amaril (4 mg)” dərman vasitəsinin tərkibi, keyfiyyəti, effektivliyi, təhlükəsizliyi barədə İddiaçı məlumat verilməsi öhdəliyinin qoyulması qərara alınmış, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, dərman vaitəsinin idxalı ilə bağlı (miqdarı barədə) malumatllar kommersiya sirri olduğundan həmin məlumatların iddiaçıya verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbi təmin edilə bilməz.

7. Məhkəmə iddia tələbinin Cavabdeh1 MMC və Cavabdeh2 QSC aptekləri tərəfindən satılan “Amaril (4 mg)” dərman vasitəsinin tərkibi, keyfiyyəti, efektivliyi, təhlükəsizliyi barədə Cavabdeh1 MMC və “Avromed Company“ QSC-nin üzərinə öhdəlik qoyulması” hissəsini əsaslı saymışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2221/2021 nömrəli, 19 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Tofiq Səmədov və Anar Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir k i, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyən edildiyindən, həmin dərman vasitələrinin qiymətinin hansı meyarlar əsasında müəyyən edilməsi və “digər ona aid bütün məlumatların veriməsi öhdəliyinin "xxxx" MMC və Cavabdeh2 QSC-nin üzərinə qoyulması tələbi əssassızdır. Dərman vaitəsinin idxalı ilə bağlı (miqdarı barədə) malumatlar kommersiya sirri olduğundan həmin məlumatların iddiaçıya verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbi təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayəti verib, qətnamənin ləğv edilib, işin yenidən araşdırılması üçün apellyasiya instansiyasına məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

12. Kassasiy a şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş üzrə mühüm əhəmiyyətli faktiki hallar araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.

15. Üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına vəkilsiz gəldiklərinə görə onların izahatları dinlənilməmişdir.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 18. “Kommersiya sirri haqqında” Qanun Maddə

2. Əsas anlayışlar 2.0.1.“kommersiya sirri“- hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlar.

19. Tənzimlənən qiymətlər haqqında Qanun Maddə 3.“Tənzimlənən qiymətlərin tətbiqi dairəsi 3.1. Tənzimlənən qiymətlər təbii inhisar, dövlət inhisarı və inhisarçı subyektlərin məhsullarına (mallarına, işlərinə, xidmətlərinə), habelə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş digər məhsullara (mallara, işlərə, xidmətlərə) tətdiq edilir.

20. Dərman vasitələri haqqında Qanun Maddə 4.“Dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsinin üsulları 4.5. Dərman vasitələrinin ekspertiza xidmətlərinin tarifləri“və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri“müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri“ 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmə dən saxlaya bilər. Kassasiya baxışının hədləri

22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

23. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğ v edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə, məhkəmə aktı t am yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İş materiallarından göründüyü kimi iddiaçı cavabdehlərdən “Amaril 4mq” adlı dərman vasitəsini idxal etməsinə dair məlumatların, qiymətlərin hansı meyarlar əsasında müəyyən olunmasına dair dair məlumatların verilməsini tələb edir.

28. Nəzərə alınmalıdır ki, qiymətlərin formalaşdırılması qanunla müəyyən olunmuş mallar üzrə publik şəxs olan subyektlərə aid edilmişdir və açıq şəkildə elan olunmuşdur. Cavabdehlər isə kommersiya subyektləri olduğuna görə həmin məlumatlar kommersiya sirri kimi qorunur və bu məlumatların açıqlanmasına məcbur edilə bilməz. Qanunvericilikdə istehlakçının cavabdehlədən dərman vasitəsinin idixal məlumatlarının və onların qiymətinin hansı qaydada müəyyən edilməsi barədə konkret məlumatları tələb etmək hüququ müəyyən olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydasının 1.3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq “Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri”nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası (bundan sonra - Şura) tərəfindən tənzimlənir. 29.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2221/2021 nömrəli, 19 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar