Məhkəmə qərarları › İş №2(102)-6214/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6214/2021

09.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6214/2021 09.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yolun açılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil3, cavabdehin vəkili Vəkil1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5137/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin bina sında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Sabunçu RİHB-nin 30.04.1998-ci il tarixli, 495 saylı sərəncamından görünür ki, Bakı şəhəri, 2-ci Zabrat qəsəbəsi, 2-ci məhəllə, sahə 7-8-də yerləşən 1200 kv.m. torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün İddiaçı adına qanuniləşdirilmişdir. Həmin Sərəncamın 3.4-cü bəndinə görə ev tikintisi sxem əsasında verilən sahədə aparılmalıdır. Məhkəmə baxışı zamanı keçirilmiş mübahisəli torpaq sahəsinin yerində müayinə protokolundan görünür (sədrlik edən S.Talıbov) ki, iddiaçıya məxsus torpaq sahəsi Sabunçu RİHB-nin 30.04.1998-ci il tarixli, 495 saylı sərəncamı əsasında ayrılmış 1200 kv.m. torpaq sahəsinin Sabunçu RİHB Zabrat qəsəbəsi üzrə icra nümayəndəsi və mühəndis tərəfindən təsdiq edilmiş plan-sxemində göstərilmiş k oordinatlarda yerləşir. İddiaçıya məxsus torpaq sahəsinə giriş-çıxış (yol) yalnız cavabdehin istifadəsində olan torpaq sahəsindən keçməklə mümkündür. Həmin yolun cavabdehə məxsus fərdi yaşayış evinin arxa hissəsindən açılması kommunal və məişət şəraiti baxımından məqsədəmüvafiq deyil. Cavabdehə məxsus evin ön hissəsində (qarşısında) plan-sxemdə “tövlə” və “taxta sexi” kimi qeyd edilmiş qeyri-yaşayış tikililəri vardır. Məhkəmə tərəfindən mübahisəli ünvana yerli baxış keçirilən zaman müəyyən edilmişdir ki, Bakı şəhəri, 2-ci Zabrat qəsəbəsi, 2-ci məhəllə, sahə 7-8-də yerləşən 1200 kv.m. iddiçıya məxsus torpaq sahəsinə sərbəst giriş-çıxış (piyada və ya nəqliyyat vasitəsilə) üçün Cavabdeh istifadəsində olan torpaq sahəsindəki evin arxa tərəfindən yolun açılması qeyri-mümkündür. Belə ki, həmin e vin arxa tərəfindəki yol avtomobilin keçməsi üçün xeyli qısa və dar məsafəlidir, avtomobil həmin arxa yolun divarlarını cızmadan keçə bilmir. Ona görə də evin arxa tərəfindən deyil, ön tərəfindən yolun açılması daha məqsədəuyğundur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh və qeyrilərinə qarşı “yolun açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi iddia ərizəsinə dəqiqləşmə verərək iddiaçı tərəfindən torpaq sahəsində yeni ev inşa ediləcəyini, buna görə də ora maşınların gəlib-getməsi üçün yolun olmasının vacibliyini bildirdi, iddiaçıya məxsus torpaq sahəsinə giriş-çıxış yolunun cavabdehə məxsus evin arxa tərəfindən açılmasının mümkün olmaması səbəbindən, həmin yolun cava bdehə məxsus evin qarşısında olan qeyri-yaşayış tikililərinin sökülməsi ilə açılmasının məqsədəmüvafiq olmasını qeyd etdi və məhkəmədən cavabdehin istifadəsində olan torpaq sahəsindəki evin ön tərəfindən yolun açılması və torpaq sahəsinin cavabdehin özü tərəfindən boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, 2-ci Zabrat qəsəbəsi, 2-ci məhəllə, sahə 7-8-də fərdi ev tikintisi üçün Sabunçu RİHB-nin 30.04.1998-ci il tarixli, 495 saylı sərəncamı ilə iddiaçıya 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi yol plan-sxeminə uyğun olaraq qonşunun-cavabdehin həyətindən keçir. Cavabdeh onun keçmiş arvadıdır, həmin yol onun tərəfindən zəbt edilmişdir, bu barədə cavabdehlə dəfələrlə danışsa da ondan imtina cavabı almışdı r. Yolun açılması ilə bağlı İcra Hakimiyyətinə, Rayon Polis İdarəsinə müraciətlər etmiş, lakin nəticəsi olmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, cavabdeh tərəfindən zəbt edilmiş yolu onun hesabına boşaldılması və təhvil verilməsinə dair iddia qaldırmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Səmədov, iş № 2(008)-1757/2020) iddia qismən təmin edilərək, Bakı şəhəri, 2-ci Zabrat qəsəbəsi, 2-ci məhəllə, sahə 7-8-də yerləşən 1200 kv.m. iddiaçıya məxsus torpaq sahəsinə sərbəst giriş-çıxış (piyada və ya nəqliyyat vasitəsilə) üçün Cavabdeh istifadəsində olan torpaq sahəsindəki evin ön tərəfindən yolun açılması, həmin yolun açılması üçün torpaq sahəsinin boşaldılması iddiaçının öz vəsaiti hesabına təmin edilməsi qə t edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Sabunçu RİHB-nin 30.04.1998-ci il tarixli, 495 saylı sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsi onun qanuni sahibliyində və istifadəsində olmaqla yanaşı, həmçinin baxmayaraq ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir, yuxarıda qeyd edilən normalara əsasən onun mülkiyyəti hesab olunur, başqa sözlə, iddiaçı “qanuni gözlənti hüququ olan” şəxs kimi hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malikdir. Məhkəmə hesab edir ki, əlavə mütəxəssis cəlb etmədən iddia tərəflərin əldə etdikləri razılaşma həddində təmin edilə bilər. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Sadıqov (sədrlik edən və məruzəçi), haki mlər Q.Əsgərov və A.İmanov, iş № 2(103)-5137/2021) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1757/2020 saylı 30 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh qarşı “yolun açılması tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-825/2015 saylı 05.03.2015-ci il tarixli qərarından müəyyən edilir ki, Sabunçu RİHB-nin 30.04.1998-ci il tarixli 495 saylı sərəncamı ilə Bakı şəhəri, 2-ci Zabrat qəsəbəsi, 2-ci məhəllə, sahə 7-8-də yerləşən 1200 kv.m torpaq sahəsinin fərdi yaşayış evi tikmək üçün İddiaçı adına rəsmiləşdirilməsinə qərar verilmişdir. Ayrılmış torpaq sahəsində tikili inşa edilmişdir və cavabdeh üç uşaqla birlikdə həmin tikilidə yaşayır. Lakin torpaq sahəsinin 1998-ci ildə ayrılmasına baxmayaraq, həmin torpaq sahəsinə dair mülkiyyət hüququ qeydə alınmamışdır. Torpaq sahəsinə mülkiyyət hüququna dair şəhadətnamə, həmin sahədə tikinti işlərinin aparılmasına verilmiş müvafiq icazə və layihə sənədləri yoxdur. Hazırki apelyasiya baxışı zamanı təqdim edilmiş qanuni qüvvəyə minmiş qərarlardan müəyyən edilir ki, Sabunçu RİHB-nin 30.04.1998-ci il tarixli 495 saylı sərəncamı ilə ayrılmış Bakı şəhəri, 2-ci Zabrat qəsəbəsi, 2-ci məhəllə, sahə 7-8-də yerləşən 1200 kv.m torpaq sahəsində hazırki iş üzrə tərəflər birlikdə ev tikmiş və həmin evdə yaşamışlar. Belə olan halda kollegiya qeyd edir ki, hazırda iddiaçı tərəfindən təqdim edilmiş plansxemdə göst ərilən sərəncama əsasən nəzərdə tutulmuş torpaq sahəsinin mötəbərliyi şübhə doğurur. Belə ki, artıq qüvvədə olan məhkəmə aktları ilə Sabunçu RİHB-nin 30.04.1998-ci il tarixli 495 saylı sərəncamı ilə ayrılmış 1200 kv.m torpaq sahəsində tərəflərin ev tikdikləri müəyyən olunduğu halda, iddiaçının hazırki iddia ərizəsinə əlavə etdiyi Sabunçu RİHB-nin Zabrat qəsəbəsi üzrə nümayəndəsi və mühəndisi tərəfindən 18.01.2018-ci il tarixi ilə təsdiq olunmuş və məhz 30.04.1998-ci il tarixli 495 saylı sərəncam ilə ayrılmış 1200 kv.m torpaq sahəsinin plan-sxemində həmin sahə cavabdehin istifadəsində olan torpaq sahəsi ilə qonşuluqda yerləşən boş sahə kimi göstərilmişdir. Yəni, 30.04.1998-ci il tarixli 495 saylı sərəncamla iddiaçıya yalnız 1200 kv.m torpaq sahəsi ayrılmışdır ki, qüvvədə olan məhkəmə aktl arı ilə də həmin sahədə artıq tərəflərin ev tikdikləri müəyyən olunur, belə olan halda iddiaçının həmin sərancama əsasən ona ayrılmış 1200 kv.m topraq sahəsinin boş sahə kimi göstərilməsi başadüşülən deyildir. Cavabdeh istifadəsində olan torpaq sahəsindəki evin ön tərəfindən yolun açılmasına etiraz edir. Hazırki iş üzrə təqdim edilmiş plan-sxemdən isə görünür ki, iddiaçının torpaq sahəsinə giriş-çıxış üçün yol mövcuddur (sxemdə daxili yol kimi qeyd olunmuşdur), ona görə də cavabdehin istifadəsində olan sahədən yolun açılmasına zərurət yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil3) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və pros essual qanun pozuntularına yol vermiş, hərəkətləri ilə onun hüquqlarını pozmuşdur. Ona görə də, kassasiya şikayətinin təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5137/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdehin vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Kassasiya baxışının hədləri Kassasiya instan siyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətşi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş h ədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üşüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı gstürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətşi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətşi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1 və 170.2-ci maddələrinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər d aşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 175.1-ci maddəsinə görə əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. K assasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi kasassiya şikayətində olan dəlillərlə bağlı qeyd etmişdir ki, «… iddiaçının torpaq sahə sinə giriş-çıxış üçün yol mövcuddur (sxemdə daxili yol kimi qeyd olunmuşdur), ona görə də cavabdehin istifadəsində olan sahədən yolun açılmasına zərurət yoxdur.» Belə olan halda həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5137/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnam əsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar