Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6216/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi, İddiaçı İK ASC-nin vəkili Cabbarov Mirhəsən Miri oğlunun iştirakı ilə, İddiaçı İK ASC-nin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İK ASC Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2019cu il tarixli qətnaməsindən kassa siya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı KB ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3nə və üçüncü şəxs X2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.Axundov, iş 2(004)-461/2018) iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas kredit borcu üzrə 174352 ABŞ dolları 24 sent, faiz borcu üzrə 45355 ABŞ dolları 43 sent, cəmi 219707 ABŞ dolları 67 sent (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) borcun və i poteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh3nə məxsus olan Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən əmlak kompleksinə və onun yerləşdiyi 1.259818 ha torpaq sahəsinə yönəldilməsi, onun açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı KB ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh3nə verilməsi, ipoteka predmetinin ilkin satış məbləğinin ******* (iki milyon altı yüz yetmiş min) manat məbləğində müəyyən edilməsi, ipotek a predmetinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində Cavabdeh3 oranı könüllü surətdə tərk etmədikdə, sonuncu tərəfindən həmin qeyri-yaşayış sahəsinin boşaldılması qət olunmuş, iddia ərizəsi qalan hissədə təmin olunmamışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), Cavabdeh2 və F.Talışinski, iş № 2(103)-2755/2019) İddiaçı İK ASC-nin apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı İK ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdi r. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2019-cu iltarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı İK ASC-nin vəkili Cabbarov Mirhəsən Miri oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xa hiş edir. Digər şəxslərməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgü n tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında 28.11.2014-cü il tarixli kredit müqaviləsinin bağlanması, nəticədə sonuncuya 60 ay müddətinə, illik 18% ödəmək şərtilə 215000 ABŞ dolları məbləği ndə kredit verilməsi, öhdəliyin icrasının təmini kimi Cavabdeh1 zamin durması, sonuncu ilə 27.11.2014-cü il tarixli Z-26/14 saylı zaminlik müqaviləsinin bağlanması, eyni zamanda, 27.11.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 tərəfindən Quba şəhəri, 22-ci məhəllə ünvanında 1.259818 ha torpaq sahəsinin və üzərində yerləşən əmlakkompleksinin iddiaçıya ipoteka qoyulması, öhdəliyin lazımınca icra olunmaması işin mübahisələndirilməyən hallarıdır. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.10.2018-ci il tarixli 25237 saylı rəyi) müəyyən olunmuşdur ki, Cavabdeh2 14.09.2018-ci il tarixinə (sualda qeyd olunan tarixə) əsas kredit borcu 174.352,24 ABŞ dol ları, faiz borcu 45.355,43 ABŞ dolları təşkil etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin dəyərinin müəyyən olunması üçün müxtəlif vaxtlarda üç müstəqil qiymətləndirici təyin olunmuşdur. İlk mütəxəsis rəyi «xxxx» MMC tərəfindən 24.04.2018-ci il tarixdə verilmiş, rəyə əsasən Cavabdeh3nə məxsus Quba şəhəri, 22-ci məhəllə ünvanında 1.259818 ha torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksi kimi müəssisəsinin orta bazar qiyməti ******* manat təşkil etmişdir. İddiaçı rəylə razılaşmadığından, birinci instansiya məhkəməsi yenidən qiymətiəndirici təyin etmiş və «xxxx» MMC tərəfindən verilmiş 02.05.2018- d il tarixli mütəxəssis rəyi ilə Cavabdeh3nə məxsus Quba şəhəri, 22-ci məhəllə ünvanında 1.259818 ha torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksi kimi müəssisəsi nin orta bazar qiyməti ******* manat müəyyən edilmişdir. Mütəxəssis rəyləri arasında qiymət fərqi kəskin olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq yeni qiymətləndirici təyin etmiş və «xxxx» MMC tərəfindən verilmiş 27.08.2018-ci il tarixli rəyə əsasən ipoteka predmetinin dəyəri (orta bezar qiyməti) ******* manat təşkil etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətl əndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı İK ASC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki pros essual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəki ldə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Kassasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmayaraq, təkrar ekspertizası keçirməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhk əmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmi r. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6216/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6216/2019
13.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver