Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6217/2019 18.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı vəkili X2, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2019-cu il tarixli, 2(103)4001/2019 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, xxx rayon məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(003)-3133/2018 saylı qə tnaməsi ilə (sədrlik edən, hakim Ə.S.Qəhrəmanov) İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “mənzildən çıxarılma, kirayə haqqının tutulması və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsi, 2146-cı məhəllə, 23 saylı evin 58-ci mənzilindən çıxarılması, iddiaçının həmin mənzilə köçürülməsi və dəymiş maddi zərərə görə cavabdehlərdən 1.418 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2019-cu il tarixli, 2(103)4001/2019 saylı qətnaməsi ilə (hakimlər Z.Ə.Əliyev sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və E.C. Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, xxx rayon məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh1 qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı “mənzildən çıxarılma, kirayə haqqının tutulması və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddia qaldıraraq, cavabdehlərin Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsi, 2146-cı məhəllə, 23 saylı evin 58-ci mənzilindən çıxarılmaları, onun həmin mənzilə köçürülməsi, cavabdehlərdən maddi zərərə görə 1.418 manat, mənəvi zərərə görə 10.000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 11.448 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutları düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasında iştirak etsələr də, vəkillə birgə təmsil olunmadıqları üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respubl ikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləmədi. İddiaçı vəkili xxx məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, Cavabdeh1, vəkili xxx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası m əhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, mübahisəli mənzilin iddiaçının mülkiyyətində olmasına, iddia ərizəsin qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 1096.1, 1097.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 22 oktyabr 2012-ci il tarixi “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən Bakı şəhəri, xxx rayonu, x xx qəsəbəsi, 2146-cı məhəllə, 23 saylı evin 58-ci mənzili mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Hazırda iddiaçı, cavabdehlərin sözügedən mənzildən çıxarılmalarını, özünün həmin mənzilə köçürülməsini, eləcə də cavabdehlərdən kirayə haqqına görə 1.418 manat, mənəvi zərərə görə 10.000 manat, cəmi 11.448 manat pulun tutulub ona ödənilməsini iddia edir. Cavabdehlər isə hazırda həmin mənzildə yaşayırlar və mənzili aldıqlarını, bunun üçün 29.400 manat pul ödədiklərini bildirərək, mənzildən çıxmaqdan imtina edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdiri ldikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının qeyd olunan tələblə çıxış edə bilməsi üçün aşağıdakı şərtlərin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması; cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi. Göründüyü kimi, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Hazırda cavabdehlər mənzildə yaşamaqla iddiaçının öz əmlakından istifadəsinə maneçilik törədirlər. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə e dilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, cavabdehlərin mənzili öz təsir dairəsində saxlayıb orada yaşamaları qanuni sahiblik deyil, hüquqla qorunmayan faktiki vəziyyətdir. Çünki onların həmin mənzildə qalması üçün hər hansı hüquqi əsas (əşya hüququ, yaxud hansısa müqavilədən irəli gələn tələb hüququ) aşkar edilməmişdir. Cavabdehlər, sözügedən mənzilin dəyərini ödəməklə aldıqlarını, bunun üçün 29.400 manat pul ödədiklərini bildirsələr də, daşınmaz əşyanın alqı-satqısına dair müqaviləni məhkəməyə təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırki işdə Mülk i Məcəllənin 157.4-cü maddəsinin dispozisiya şərtləri müəyyən edildiyindən, iddiaçı, cavabdehlərin mübahisəli mənzildən çıxarılmasını və özünün oraya köçürülməsini tələb etməkdə haqlı olmuşdur. Bundan başqa, iddiaçı, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində öz mənzilindən istifadə edə bilmədiyi üçün 16 yanvar 2018-ci il tarixdən ərizənin verildiyi 20 iyul 2018-ci il tarixədək düşdüyü zərərə görə (həmin mənzilin Bakı Apellyasiya Məhkəməsinin 16yanvar 2018ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş minimum kirayə dəyəri olan) aylıq 230 manat olmaqla, cəmi 1.418 manat pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticədə qanuni və əsaslıdır. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla v ə ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qətnamə qəbul edərkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya q aydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Ona görə də kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2019-cu il tarixli, 2(103)-4001/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6217/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6217/2019
18.10.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver