Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6217/2021 09.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakda olan payın dəyərinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6128/2021 nömrəli iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 dekabr 2 021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 11.01.2014-cü il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massiv 5-ci keçid ünvanda yerləşən 21 saylı fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 249 saylı reyestr kitabının 23155 saylı vərəqində qeydiyyat aparılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqın da razılığa gələ bilməmişlər, qeyd olunan məsələ ilə bağlı bir neçə məhkəmə mübahisəsi olmuşdur. Bu səbəbdən, paylı mülkiyyətin mülkiyyətçisi olan iddiaçı öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2020-ci il tarixli 30585 saylı rəyindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massiv 5-ci keçid 21 saylı fərdi yaşayış evinin tərəflərin paylarına uyğun naturada İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və metodik əsasların tələblərinə uyğun bölünməsi texniki cəhətdən mümkün deyil. "xxxx" MMC-nin 12 fevral 2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, qeyd olunan fərdi yaşayış evinin ümumi orta bazar qiyməti 54.000 manat, iddiaçının payına düşən 1/2 hissəsinin orta bazar qiyməti 27.000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı fərdi yaşayış evinin tərəflərin paylarına uyğun naturada ayrılması, bu mümkün olmadıqda, iddiaçının 1/2 payının açıq hərrac vasitəsi ilə satılaraq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə məxsus 1/2 payının naturada bölünməsi, bu mümkün olmadıqda, ona məxsus 1/2 payın açıq hərrac yolu ilə satılaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünva nda yerləşən fərdi yaşayış evinin ona məxsus 1/2 hissəsinin dəyəri olan 27.000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında 1/2 hissəsi onun adına keçirilmiş və 1/2 hissəsi mərhum həyat yoldaşı X1 məxsusdur. X4 ilə 1993-cü ildə nikahları pozulmuşdur. Birgə nikah dövründə əldə edilən mülkiyyətin bölünməsi ilə bağlı aralarında müxtəlif instansiya məhkəmələrində mülki işə baxılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 avqust 2012-ci il tarixli, 2(002)-929/2012 saylı qətnaməsi ilə mübahisəli ünvana köçürmə tələbi təmin olunmuşdur. Lakin Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icraçısı Səbuhi müəllim dəfələrlə köçürülmə üzrə məhkəmə qərarının icra edilməsinə dair tədbirlər görülsə də, cavabdehlər buna maneə yaradırlar. Onun həmin ünvanda yaşaması qeyrimümkündür. Cavabdehlər onu həmin ünvandakı mənzilinə buraxmadıqları üçün evin naturada bölgüsü, bu mümkün olmadıqda 1/2 payının hərraca çıxarılmaqla satılması və əldə edilən pul vəsaitinin ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası işin yeni apellyasiya baxışına göndərilməsi barədə 27.10.2015-ci il tarixli qərarında göstərmişdir ki, iddiaçılar iddia ərizəsində mübahisəli mənzilinin paylara uyğun naturada ayrılması; bu, mümkün olmadıqda açıq hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsi barədə qət namə çıxarılmasını xahiş etmişlər. İddiaçıların nümayəndəsi Bakı şəhəri Səbail Rayon Məhkəməsində iddianın dəqiqləşdirilməsi barədə müraciət edərək, mənzilin açıq hərracdan satılmasını və satışdan əldə olunmuş pul vəsaitinin mənzilin paylı mülkiyyətçiləri arasında onların həmin mənzilə olan paylarına mütənasib surətdə, yəni bərabər hissələrdə bölüşdürülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi həmin ərizəni əsas götürərək iddiaçıların mənzilin naturada bölünməsi barədə tələbinə baxmamışdır. Nəticədə, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçılar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara riayət etməmişdir. Əslində isə, mülki işin materialları ilə müəyyən edilir ki, A.V. iddiaçıların hamısının deyil, yalnız X2 nümayəndəsi olmuş, ona verilmiş etibarnamə 16.12.2014-cü il tarixədək qüvvədə olmuş, sonuncu isə iddianın dəqiqləşdirilməsi barədə ərizəni 24.12.2014-cü il tarixdə keçirilən məhkəmə iclasında təqdim etmişdir. Həmin vaxt onun nümayəndə kimi səlahiyyəti olmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan halları nəzərə almamış və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim K.Əsədov, iş № 2(002)-46/2021) iddia təmin edilərək, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçının payına düşən 1/2 hissəsinin dəyəri olan 27.000 manat və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qayda da tutularaq İddiaçı ödənilməsi, 50 manat ekspertiza tədqiqatının dəyəri cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba, 300 manat qiymətləndirmə xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, fərdi yaşayış evindən iddiaçının payının naturada bölünməsi texniki cəhətdən mümkün deyil. Məhkəmə, qanunun tələblərini nəzərə alaraq, qeyd olunan fərdi yaşayış evinin dəyərinin müəyyən edilməsi üçün müvafiq qiymətləndirmə təyin etmiş və nəticəyə gəlmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçının pa yına düşən 1/2 hissəsinin dəyəri olan 27.000 manat və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov, iş № 2(103)-6128/2021) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, hazırki iş üzrə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-46/2021 saylı, 29.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Qaradağ ray onu Lökbatan qəsəbəsi 2-ci massiv 5-ci keçid ünvanda yerləşən 21 saylı fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı mülkiyyətindədir. Cavabdehlərin həmin ünvana mülkiyyət hüququnun olması, həmçinin mülkiyyətin cavabdehlər arasında bölünməsi və ya pay hüquqularının müəyyən edilməsi iş materialları ilə müəyyən edilməmişdir. İddiaçının iddia ərizəsində cavabdehlərə qarşı həmin tələblə iddia qaldırması əsaslı deyil. Birinci instansiya məhkəməsinin ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçının payına düşən 1/2 hissəsinin dəyəri olan 27.000 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə mövqeyi qanuni və əsaslı deyildir. Birinci instansiya məhkəməsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həm in iş üzrə cavabdehlər olmadıqları halda, həmçinin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massiv 5-ci keçid ünvanda yerləşən 21 saylı fərdi yaşayış evinə mülkiyyət hüquqları müəyyən edilmədiyi halda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 27000 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə mövqeyini əsaslandırmamışdır. İddia ərizəsində İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 cavabdehlər kimi qeyd etsə də, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massiv 5-ci keçid ünvanda yerləşən 21 saylı fərdi yaşayış evinə mülkiyyət hüquqları olmadığı üçün onlar həmin iddia tələbi üzrə cavabdeh deyillər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddia çı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)6128/2021 nömrəli iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsini ləğv edilməklə, işin yenidən apelyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası İddiaçı izahatını dinləməmişdir. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar ed ilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdı rması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinə münasibətdə tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquqAzərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülk iyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220-ci maddəsi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydası ilə bağlı münasibətləri tənzimləyir. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya b u, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən məhkəmə s übutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq po zuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyas ı hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6128/2021 nömrəli iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsi dəy işdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6217/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6217/2021
09.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver