Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6217/2022 14.11.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD şikayətin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Mülki kollegiyasının e-2(007)-2214/2022 saylı, 12 avqust 2022-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdeh2 (vəkil və nümayəndə Vəkil2) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Mülki kollegiyasının e-2(007)-2214/2022 saylı, 12 avqust 2022-ci il tarixli qərardadından şikayət vermişdir. Şikayət nəzərdən keçiril ərkən məlum olmuşdur ki, şikayət vəkil tərəfindən tərtib olunsa da, şikayətə vəkilin orderi əlavə edilməmişdir. Belə ki, “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin (bundan sonra - əsasnamə) 1.5-ci bəndinə əsasən vəkil orderi müvəkkil ilə vəkil qurumu və ya fərdi vəkil arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən sənəddir. Vəkil orderinin həqiqiliyini müəyyən edən isə onun üzərinə yapışdırılan unikal nömrəsi olan holoqramlı markadır. Həmin qaydalara əsasən hər bir orderdə vəkilin iştirakı üçün yalnız bir məhkə mənin adı yazılmalı və bu order həmin məhkəmədə iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək vəkilin iştirakını səlahiyyətli edir. Hazırkı şikayətə cavabdehə hüquqi yardım göstərmək üçün vəkil orderi əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4031.3.-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Bununla yanaşı MPM-in 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Hazırki iş üzrə şikayətdən görünür ki, şikayət Mülki Prosessual Məcəlləyə 3 saylı əlavədə müəyyən olunmuş formada tər tib edilməmişdir. Bundan başqa MPM-nin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd edilən normanın tələbindən göründüyü kimi elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda cavabdeh tərəfindən təqdim edilmiş şikayət bu qaydaya riayət olunma dan verilmişdir. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Həmin Məcəllənin 403-1.4-cü maddəsinə əsasən şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Həmin Məcəllənin 408.1, 408.1.1, 408.1.3 və 408.1.7-ci maddələrinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermi rsə, kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət bu maddədə nəzərdə tutulmuş əsaslarla birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qay tarılmalıdır. Şərh edilənləri və MPM-nin 10-1.3, 404-1.1, 404-1.2, 407.1, 408.1, 408.1.1, 408.1.3, 408.1.7-ci maddələrini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Mülki kollegiyasının e-2(007)2214/2022 saylı, 12 avqust 2022-ci il tarixli qərardadından verdiyi şikayət qeyri-mümkün hesab edilsin və iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmalıdır.
Məhkəmə qərarları › İş №2(102)-6217/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-6217/2022
14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver