Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6219/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Maliyyə Nazirliyinə, Təhsil Nazirliyinin 8 saylı Ərazi X1rşı “dondurulmuş iş yeri üzrə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.05.2019-cu il tarixli 2(103)3633/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2015-ci ilin aprel ayından hazırkı dövrədək olan müddətlərdə Xocalı rayonu 1 saylı tam orta məktəbdə dondurulmuş iş yeri üzrə ödənilməmiş əmək haqqının ona ödənilməsi vəzifəsinin müvafiq olaraq cavabdehlərə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev, iş № 2(005)-3569/18) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Cavabdeh3nə qarşı “dondurulmuş iş yeri üzrə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd olunmuşdur. Bakı Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov-sədrlik edən və məruzəçi, V.Baxışova və N.Cəfərov, iş № 2(103)-11247/18) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Nərimanov Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2019-cu il tarixli qərarı ilə (hakimlər A.İsgəndərov - sədrlik edən və məruzəçi, Ə.Əhmədov və İ.Dəmirov, iş № 2(102)-916/19) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli, 2(103)-11247/2018 saylı qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2019-cu il tarixli qə tnaməsi ilə (hakimlər T.Səmədov - sədrlik edən və məruzəçi, İ.Şirinov və E.Kazımov, iş № 2(103)-3633/19) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli, 2(005)-3569/18 saylı qətnaməsi ləğv edilərək İddiaçı iddiasının qismən təmin edilməsi, məcburi köçkün İddiaçı 2016-cı ilin fevral ayından 2017-ci ilin yanvarın 1-dək olan müddət üçün Xocalı rayonu 1 saylı tam orta məktəb üzrə dondurulmuş əmək haqqının ona ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinə həvalə edilməsi barədə yeni qətnamə qəbul edilmiş, iddia qalan hissələrdə rədd edilmişdir. İddiaçı və vəkili xxx oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməs inin 02 may 2019-cu il tarixli 2(103)-3633/2019 saylı qətnaməsinin qismən, iddianın təmin edilməmiş hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə apellyasiya instansiyası məhkəməsi iddia tələbini dondurulmuş iş yeri üzrə əmək haqqının aprel 2015-ci ildən 01.02.2016-cı il tarixinədək olan hissəsində təmin etməyərkən Azərbaycan Respublikasının Ali Məhkəməsinin hazırkı iş üzrə olan 29.01.2019-cu il tarixli qərarında Xocalı rayon İcra hakimiyyətinə qarşı qaldırılmış iddia ilə əlaqədar Xocalı rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 02 mart 2018-ci il tarixli qətnaməsi ilə 2016-cı il may ayınadək olan dövr üçün əmək haqqı ilə bağlı mübah isənin olmadığını və həmin dövr üçün əmək haqqının tam ödənildiyinin müəyyən olunmasının qeyd edilməsinə əsaslanmışdır. 2015-ci ilin aprel ayından 2016-cı ilin fevral ayınadək olan dövr üzrə də dondurulmuş iş yeri üzrə əmək haqqı alınmamış, eyni zamanda tərəfindən bu dövr üzrə də əmək haqqının ödənilməsi mübahisələndirilmiş və hazırkı iddianın predmetini bu dövr üzrə əmək haqqının ödənilməsi də təşkil etmişdir. Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin hazırkı iş üzrə olan 29.01.2019-cu il tarixli qərarına istinadən qətnaməsində göstərmişdir ki, iş materiallarında olan Xocalı rayon İcra Hakimiyyəti Başçısının 01 mart 2018-ci il tarixli, 188 saylı məktubunda, guya, ona 2016-cı ilin may ayına qədər Xocalı rayonundan dondurulmuş iş yeri üzrə əmək haqqının ödənildi yi göstərilmişdir. Bu, texniki yanlışlıq nəticəsində ifadə olunmuşdur. Xocalı rayon İcra hakimiyyəti vasitəsi ilə ona 2015-ci ilin may ayınadək dondurulmuş iş yeri üzrə əmək haqqı ödənilmişdir. Nəzərə alınmalıdır ki, sözügedən məktubda “2015-ci il may ayına qədər” yazılmışdır. Xocalı rayon məhkəməsinin 02.03.2018-ci il tarixli, 2(070)102018 saylı qətnaməsindən görünür ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 07 dekabr 2015-ci il tarixli, 698 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq şəhər və rayonlar üzrə maliyyə Hesablaşma Mərkəzləri yaradılmasına və yaradılmış hesablaşma mərkəzləri nəticəsində Xocalı rayon Təhsil Şöbəsi rayonun büdcəsində müə yyənləşən təşkilatları sırasından çıxarılıb Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin tərkibinə daxil edilməsinə istinad edilərək hazırkı vəziyyətdə Xocalı rayon İcra hakimiyyətinin subyektiv hüquqa malik olmaması əsası ilə iddia tələbimin rədd olunmasına dair qətnamə qəbul edilmişdir. İddiaçı tərəfindən məsələ ilə əlaqədar Xocalı rayon İcra hakimiyyətinə müraciət olunmuşdur, əldə olunan cavab kassasiya məhkəməsinə təqdim olunacaqdır. Təqdim edilməsi nəzərdə tutulan bu cavabda Xocalı rayon İcra hakimiyyəti bu orqan vasitəsi ilə 2015-ci ilin aprel ayından sonra ona dondurulmuş iş yeri üzrə əmək haqqının ödənilmədiyini bildirəcəkdir. Çünki işin həqiqi halı belədir və bunu rəsmi sənədlərlə təsdiqləmək də müvafiq orqanların vəzifəsidir. Hazırkı işin materiallarında olan X ocalı rayon məhkəməsinin 02.03.2018-ci il tarixli qətnaməsindən görünür ki, həmin məhkəmə tərəfindən toplanmış sübutlara əsasən 2016-cı ilin may ayınadək dondurulmuş iş yeri üzrə əmək haqqının ödənilməsi toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hal kimi deyil, iş materiallarında olan sənədlərin sadalanması zamanı əks olunmuşdur ki, bu da texniki yanlışlığın nəticəsidir. PROSESSUAL MƏSƏLƏLƏR: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddia qismən təmin edildiyindən və iddiaçı iddianın təmin edilməmiş hissəsini mübahisələndirdiyindən, iddiaçının kassasiya şikayəti əsasında qətnamənin iddianın təmin edilməmiş hissəsinin qanuniliyi yoxlanılır. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin halları ilə müəyyən edilmişdir ki, İddiaçı “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Xocalı soyqırımı” sənədli filminin çəkilişi üzrə layihənin rəhbəri olmuş və bu barədə onunla Birlik arasında 15 aprel 2015-ci il tarixdən 15 avqust 2015-ci il tarixinədək, yəni cəmi dörd ay müddətinə müddətli əmək müqaviləsi bağlanılmışdır. Bir müddət sonra, İddiaçı məcburi köçkün kimi Xocalı rayonu 1 saylı tam orta məktəbdən dondurulmuş iş yeri üzrə aldığı əmək haqqının dayandırıldığı ona bəlli olmuş və 28 iyun 2016-cı ildə o, həmin əmək haqqının bərpası barədə Qaçqınların və Məcburi Köçkünlərin işlər üzrə Dövlət Komitəsinə, Xocalı rayon İcra Hakimiyyətinə müraciət etmiş və alınan cavablardan İddiaçı aydın olmuşdur ki, ona verilən dondurulmuş iş yeri üzrə əmək haqqı onun “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyi ilə 15 aprel 2015-ci il tarixdən 15 avqust 2015-ci il tarixinədək müddətli əmək müqaviləsi bağlandığına görə dayandırılmışdır. Bundan sonra, iddiaçı həmin müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etmiş və Bakı şə hər Nizami Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli, 2(007)-738/2017 saylı qətnaməsi ilə onunla "Erməni təcavüzünün tanıdılması" ictimai birliyi arasında bağlanmış 15 aprel 2015-ci il tarixli müddətli əmək müqaviləsi bağlandığı andan etibarsız hesab edilmişdir. Lakin buna baxmayaraq, iddiaçı üçün əmək münasibətlərində olduğu Xocalı rayonu 1 saylı tam orta məktəb üzrə (bu barədə hazırda müvafiq çıxarış təqdim edilmişdir) dondurulmuş iş yeri üzrə əmək haqqının verilməsi bərpa edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı dondurulmuş iş yeri üzrə əmək haqqının verilməsi tələb etməkdə haqlıdır, lakin onun həmin əmək haqqının tutulması 2016-ci ilin fevral ayından 2017-ci ilin yanvarın 1-dək müəyyən olunmalıdır. Belə ki, işin faktiki hallarından göründüyü, eləc ə də iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli qərarında da qeyd edildiyi kimi iddiaçı əvvəllər Xocalı rayon İcra Hakimiyyətinə qarşı qaldırdığı iş üzrə Xocalı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 02 mart 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında 2016-cı ilin fevral ayınadək olan dövr üçün əmək haqqı ilə bağlı mübahisə olmadığı, həmin dövr üçün əmək haqqının iddiaçıya tam ödənildiyi müəyyən olunmuşdur. Qətnamədən yalnız iddiaçı kassasiya şikayəti verdiyindən, qətnamənin qanuniliyi onun iddiasının rədd edilmiş hissəsində, yəni dondurulmuş iş yeri üzrə əmək haqqının aprel 2015-ci ildən 01.02.2016-cı il tarixinədək olan müddətdə ödənilməməsi hissəsində yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olar aq iddianın qeyd edilən hissədə təmin edilməməsi nəticəsinə gəlmişdir. Belə ki, iş materiallarında olan “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli, 132 №-li qərarından görünür ki, "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddətinin 2017-ci il yanvarın 1-dək uzadılmışdır. Həmin qərarı n 5-ci bəndində isə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində işğal altında olan rayonların büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarına aid edilməyən digər işəgötürənlərlə istər əsas, istərsə də əlavə iş yeri üzrə əmək müqaviləsi bildirişi qeydiyyata alınan məcburi köçkünlərə dondurulmuş iş yeri üzrə orta aylıq əmək haqqının verilməsi dayandırılsın. Bu qərar 2016-cı il yanvarın 1-dən qüvvəyə minmişdir. İş materiallarından görünür ki, adı çəkilən qərara əsasən iddiaçının “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyi ilə 15 aprel 2015-ci il tarixdə əmək müqaviləsi bağlanması əsas götürülərək iddiaçıya əvvəllər işlədiyi Xocalı şəhər 1 saylı tam orta məktəb üzrə dondurulmuş iş yeri üzrə orta aylıq əmək haqqının verilməsi dayandırılmışdır. İddiaçı həmin əmək haqqının 2015-ci ilin aprel ayından dayandırıldığını iddia edərək həmin tarixdən ona ödənilməmiş əmək haqqının ödənilməsini tələb etmişdir. Lakin işdə olan iddiaçının Xocalı rayon İcra Hakimiyyətinə qarşı qaldırdığı eyni tələblə bağlı iddiasının rədd edilməsi barədə Xocalı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 02 mart 2018-ci il tarixli qətnaməsi ilə Xocalı rayon İcra Hakimiyyəti başçısının 01.03.2018-ci il tarixli məktubuna əsasən müəyyən olunmuşdur ki, İddiaçı 2016-cı ilin may ayınadək Xocalı rayonundan dondurulmuş iş yeri üzrə olan dövr üçün əmək haqqı ödənilmişdir. Həmin əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli, 132 №-li qərarının 5-ci bəndinə əsasən 2016-cı ilin may ay ından dayandırılmışdır. İddiaçı kassasiya şikayətində həmin məktubda texniki səhvə yol verildiyini və 2015-ci ilin may ayı əvəzinə 2016-cı ilin may ayı qeyd edildiyini, həmçinin bu halın iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş hal olmadığına, iş materiallarında olan sənədlərin sadalanması zamanı əks olunduğuna istinad etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini əsassız hesab edir və qeyd edir ki, iddiaçıya müvafiq əmək haqqının ödənilməsinin dayandırılmasına əsas olan normativ sənəd, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 №-li qərarın 17.03.2016-cı il tarixdə qəbul edilməsi onu göstərir ki, həmin qərara istinad edilməklə iddiaçıya əmək haqqının ödənilməsinin 2015-ci ilin aprel ayında dayandırılması mümkün deyildi. Digər tərəfdən, "Azərbaycan Respublikasın ın 2016-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 07 dekabr 2015-ci il tarixli Fərmanına əsasən 2016-cı ilin 01 fevral tarixindən Gəncə şəhərində 7 rayon əhatə olunmaqla Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi fəaliyyətə başlamışdır. İddiaçı əvvəllər işlədiyi 1 saylı tam orta məktəb yerli İcra Hakimiyyəti orqanları vasitəsi ilə yerli xərclər hesabına maliyyələşdirilirdi. Belə olan halda, İddiaçı 2015-ci ilin aprel ayından 2016-cı ilin fevral ayınadək olan dövrdə Xocalı rayonu 1 saylı tam orta məktəbdə dondurulmuş iş yeri üzrə əmək haqqının ödənilməsi vəzifəsi hazırki iş üzrə cavabdehlərin vəzifəsi deyildir. Həmin dövrdə əmək haqqının ödənilməsinə cavabdeh olan Xocalı rayon İcra Hakimiyyətinə q arşı iddia isə yuxarıda qeyd edildiyi kimi qanuni qüvəyə minmiş məhəmə qətnaməsi ilə rədd edilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların p redmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin qətnamənin münahisələndirilən hissəsi üzrə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3633/19 nömrəli, 02 may 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissə də dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(102)-6219/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6219/2019
02.10.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver