Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-622/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1, Cavabdeh1iştirakı ilə, İddiaçı X2 ASC-nin (hal-hazırda “xxxx” ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dairmülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.Qədimov) iddia qismən təmin edilərək, Cavabdeh1 13.813,80 ABŞ dolları əsas, 10.688,82 ABŞ dolları faiz, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmış 112,15 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcunun ödənilən gün ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınaraq manatla, habelə iddia ilə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq iddiaçı “İddiaçı" İKB ASC-yə verilməsi, müvafiq ödənişin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 87 nömrəli fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satışı hesabına həyata keçirilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin Cavabdeh1 qaytarılması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən V.Sadıqov, hakimlər A.Hüseynov və A.İmanov) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 87 nömrəli fərdi yaşayış evinin satış qiymətinin 50.000 (əlli min) manat müəyyən edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 (əlli) manat məbləğində pulun Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmi şdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı İKB ASC (bank) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yön əldilməsinə” dair iddia ərizəsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müracət edərək, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 2015-ci il 14 iyul tarixli kredit müqaviləsi üzrə 14.166,32 ABŞ dolları əsas, 10.433,71 ABŞ dolları faiz, 1.374,91 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 25.974,94 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 5 otaqlı, 98,7 m2 ümumi, 64,2 m2 yaşayış, 34,5 m2 yardımçı sahədən ibarət 87 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun hərracda satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlərin evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin evdən çıxarılmaları, fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən bank iddia tələbinin həcminin əsas borc məbləğinə aid hissədə azaldılması, faiz və cərimə borcuna aid hissədə isə artırılması barədə ərizə, habelə həmin ərizədə əldən çıxmış fayda ilə bağlı yeni iddia tələbi (xx.xx.2018-ci il tarixli iddia ərizəsinə əlavə) v erərək, borcun tutulmasına aid hissədə iddiasını dəyişdirib, Cavabdeh1 bankın xeyrinə 2015-ci il 14 iyul tarixli kredit müqaviləsi üzrə 13.813,80 ABŞ dolları əsas, 10.688,82 ABŞ dolları faiz, 1.673,01 ABŞ dolları cərimə və xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 112,15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 26.287,78 ABŞ dolları məbləğində borcun tutulması, qalan hissədə isə iddianın iddia ərizəsində göstərildiyi qaydada təmin olunmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilm əməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, İddiaçı ASC-nin 12 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 26 faiz dərəcəsi ilə 36 ay müddətinə 19.300 ABŞ dolları məbləğinə kredit verilmişdir. Kredit öhdəliklərinin təminatı olaraq İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında xx xxxx 2015-ci ildə ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 özünə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 87 nömrəli fərdi yaşayış evini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2018-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh1 xx.xx.2015-ci tarixl i müqaviləyə əsasən banka 13.813,80 ABŞ dolları əsas, 10.688,82 ABŞ dolları faiz, 1.673,01 ABŞ dolları cərimə və xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 112,15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 26.287,78 ABŞ dolları məbləğində borcu olmuşdur. Ekspertiza tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli rəydən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə xx.xx.2018-ci il tarixə (bank tərəfindən axırıncı maliyyə arayışının verildiyi tarixə) əsas kredit borcu - 13.813,8 ABŞ dolları; faiz borcu - 11.271.87 ABŞ dolları; 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu 112.15 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmin rəydə həmçinin qeyd edilmişdir ki, ekspertiza zamanı borc məbləği x x.xx.2018-ci il tarixə hesablandığından təqdim edilmiş hesabdan çıxarış məlumatlarında qeyd olunan xx.xx.2018-ci il tarixdə 234,87 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə aparılmış 234,88 ABŞ dolları məbləğində ödəniş hazırki ekspertiza tədqiqatı zamanı nəzərə alınmamış, həmçinin bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı Borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə borcu hesablanmamışdır. Beləliklə, müəyyən edilir ki, Bank və Cavabdeh1 arasında bağlanmış “Kredit müqaviləsi” üzrə Cavabdeh1 cəmi 13.813,8 ABŞ dolları əsas borcu, kreditin bitmə tarixinə 10.688,82 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmış 112,15 ABŞ dolları faiz borcu mövcuddur. İş materiallarından göründüyü kimi cavabdehin “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsin ə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, la zımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Ona görə də apellyasiya instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməklə, Cavabdeh1 13.813,80 ABŞ dolları əs as, 10.688,82 ABŞ dolları faiz, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmış 112,15 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcunun tutulması barədə düzgün nəticəyə gəlmiş birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə dəyişdirmədən saxlamaqla düzgün qənaətə gəlmişdir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır (maddə 319.1). Həmin məcəllənin 319.1.6-cı maddəsinə görə, İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Tərəflər arasında mülki-hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 87 nömrəli fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satışı müəyyən edilsə də, ilkin satış qiyməti müəyyən edilməmişdir. İpoteka predmetinin mövcud bazar qiymətinin müəyyən edilməsi məqsədilə apellyasiya instansiyası məhkəməsi tərəfindən yaşayış evinin qiymətləndirilməsi aparılmışdır. “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli hesabatı ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 87 nömrəli fərdi yaşayış evinin həmin tarixə olan mövcud satış qiymətinin 50.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Cavabdeh1 və iddiaçının nümayəndəsi D.Əlyeva ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin qiymətinin 50.000 man at müəyyən edilməsi ilə razı olduqlarını bildirmişlər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilməklə ipoteka predmetinin satış qiyməti 50.000 manat müəyyən edilməsi barədə qərar qəbul etməklə apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-622/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-622/2020
04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver