Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-622/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-622/20 (Açar sözlər: icarədə olan torpaq sahəsinin boşaldılması) Bakı şəhəri, 15 mart 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və vəkili Sadıqov Tofiq Seyidqulu oğlunun, Cavabdeh Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Mə hkəməsi Mülki Kollegiyasının 2(105)-1921/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, Şamaxı rayonu, Yenikənd kəndində yerləşən 47 ha torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçının anası icarəsində olan 47 ha örüş sahəsini Cavabdeh həm əraziyə baxmağa, həm də, öz heyvanlarını saxlamasına icazə vermişdir. Artıq 13 ildir.
3. İddiaçının anası və qardaşının vəfatından sonra örüş sahəsi Yenikənd kəndinə aid olduğu üçün kənd camaa tı cavabdehin orada heyvan oturmasına narazılıq etmişlər. İcarə vaxtı bitdiyinə görə həmin sahə hərraca çıxarılmışdır.
4. Qanuni hərrac zamanı iddiaçı hərracın qalib olmuşdur. xx.xx.2017-ci il tarixli, ******* saylı Çıxarışa əsasən torpaq sahəsinin qanuni icarədarı iddiaçıdır. İcarə müddəti 15 ildir. Həmin ərazidə 2 otaqlı evi, ətrafı beton dirəklərdən, üstü qamışdan ibarət olan iki tövlə vardır.
5. İddiaçının bildirdiyinə görə cavabdeh əsassız olaraq müxtəlif bəhanələrlə ərazidən çıxmır.
6. Cavabdeh iddiaya etiraz olaraq göstərib ki, Şamaxı rayon Hərrac Komissiyasının xx xxxxxx 2017-ci il tarixli hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət edib. İddiası rədd olunub. Buna baxmayaraq, iddianı qəbul etmir, iddiaçını qeyd etdiyi tikililər başqa torpaq s ahəsində yerləşir.
7. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(074)-4/2020 nömrəli qətnaməsi ilə iddiа təmin edilərək, İddiaçı RX ******* saylı çıxarışa əsasən icarəsində olan Şamaxı rayonu, Yenikənd kəndində yerləşən 46,98 ha torpaq sahəsindən Cavabdeh çıxarılması qət edilmişdir. (hakim Hümbət Səlimov)
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət yanında Hərracların Təşkili üzrə X1 rayon Torpaq müsabiqə və hərrac komissiyası ilə Şamaxı rayon Göylər Bələdiyyəsi arasında bağlanmış xx.xx.2017-ci il tarixli Hərrac müqaviləsi ilə Göylər bələdiyyəsinə məxsus 469800 kv.m (46.98 ha) torpaq sahəsinin xx xxxxxx 2017-ci il tarxidə saat 15:00da hərraca çıxarılması razılaşdırılmış, İddiaçı Göylər Bələdiyyəsinə məxsus 469800 kv.m (46,98 ha) torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı keçirilmiş 10 xx xxxxxx 2017-ci il tarixli hərracın qalibi olmuş və torpaq hərracının nəticələri barədə xx.xx.2017-ci il tarixli iclas protokolu tərtib olunmuşdur.
9. Bundan sonra Şamaxı rayonu Göylər Bələdiyyəsinə məxsus Yenikənd kəndində yerləşən 46,98 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixli 3M-188 saylı icarə müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə İddiaçı adına 15 il müddətinə icarə hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alımış və RX seriyalı, ******* saylı çıxarış verilmişdir.
10. Birinci instansiya məhkəməsi həmçinin müəyyən edib ki, hazırki iş üzrə cavabdeh olan Cavabdeh hərracın etibarsız hesab edilməsi barədə Şamaxı rayon Məhkəməsinə müraciət etmiş, Şamaxı rayon Məhkəməsinin xx x xx 2018-ci il tarixli, 2(074)-152/2018 saylı qətnaməsi ilə Şamaxı rayonu Hərrac Komissiyasının (Göylər bələdiyyəsinə məxsus 469800 kv.m (46,98 ha) torpaq sahəsinin icarəyə verilməsi üçün keçirilmiş) xx xxxxxx 2017-ci il tarixli hərracın nəticələrinin etibarsız hesab edilməsi və İddiaçı adına verilmiş çıxarışın ləğv olunması qət edilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1995/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin xx xxx 2018-cı il tarixli qətnaməsi ləğv edilmiş, hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-7637/19 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qə tnaməsi dəyişdirilmədən saxlanmışdır.
11. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməli olması nəticəsinə gəlmiş, mövqeyini də Mülki Məcəllənin 139.1, 152.2, 152.3, 157.4, 157.8-ci, Torpaq Məcəlləsinin 84 və 111-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh Cavabdeh oğlu apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edib.
13. Apellyasiya şikayəti belə əsaslandırılıb ki, məhkəmənin qətnaməsi əsassızdır, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilib. İddiaçının ərizədə qeyd etdiyi tikililər başqa ərazidə yerləşir.
14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1921/2020 nömrəli, 28 iyul 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Səyyad Qafari, Telman Məmmədov)
15. Apellyasiya instansiyası məhkəməsi işdəki sübutalara əsasən müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi xx xxxxxx 2017-ci il tarixdə hərraca çıxarılmış, İddiaçı hərracın qalibi olmuş və icarə müqaviləsi bağlanaraq torpaq sahəsi 15 il müddətinə ona icarəyə verilmişdir. Bununla bağlı tərəflər arasında məhkəmə mübahisəsi olmuş və məhkəmənin qanuni qüvvəsini almış qətnaməsilə iddiaçının mübahisəli torpaq sahəsinə olan hüquqları bir daha öz təsdiqini tapmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki Şamaxı rayonu Göylər Bələdiyyəsinə məxsus mübahisəli torpaq sahəsi xx.xx.2017-ci il tarixdə 15 il müddətinə İddia çı icarəyə verilmiş və hüquqa dair reyestrdən müvafiq çıxarış əldə olunmuşdur. Başqa sözlə, iddiaçının mübahisəli torpaq sahəsinə həmin tarixdən hüquqları yaranmışdır.
17. Apellyasiya instansiyası həmçinin müəyyən edib ki, iddiaçı icarəsinə verilmiş əmlaka faktiki sahiblik edə bilmədiyi kimi, ondan istifadə də edə bilmir. Cavabdeh isə heç bir hüquqi əsas olmadan iddiaçının icarəsinə verilmiş əmlakdan istifadə edir.
18. Apelyasiya instansiyası iddianı təmin birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qətnamənin ləğvi üçün heç bir əsas görməmiş, əlavə olaraq Mülki Məcəllənin 700.1, Torpaq Məcəlləsinin 67 və 68-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh Cavabdeh (Vəkil Alihüseyn oğlu) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayətində işin faktiki hallarına, iddiaçının düzgün olmayan hərrac nəticəsində torpağı əldə etməsinə, torpaq sahəsindəki tikililərin cavabdehə məxsus olmasına, icra zamanı həmin tikililərin aqibətinin qeyri-müəyyən olunmasına istinad edilərək, apellyasiya instansiyası tərəfindən sübutların düzgün qiymətləndirilməməsi, maddi və prosessual hüquq normalarının pozuntusu qeyd edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının əsasları
21. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının iza hatları
22. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkil Alihüseyn oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
23. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili xxx kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş i mkanıdır. Maddə 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Torpaq Məcəlləsi Madd ə 67. torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya insta nsiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
25. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası mə hkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
28. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
29. İddia tələbi əmlak hüquqlarının müdafiəsi ilə bağlı olaraq icarədə olan əmlakın qanunsuz sahi blikdən geri istənilməsi tələbidir.
30. İşin apellyasiya instansiyası tərəfindən müəyyən edilən halı ondan ibarətdir ki, RX ******* saylı çıxarışa əsasən Şamaxı rayonu, Yenikənd kəndində yerləşən 46,98 ha torpaq sahəsi icarə hüququ ilə İddiaçı məxsusdur, cavabdeh isə həmin torpaq sahəsini zəbt etmişdir.
31. Mülki Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
32. Nəzərə alınsa ki, mülkiyyətçinin də öz əmlakından maneəsiz istifadə etmək hüququ vardır, belə olan halda, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.8-ci maddəsini düzgün tətbiq etmişdir. Tətbiq edilən maddi hüquq norm alarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olmaqla iddianın təmin edilməsinə əsas verdiyi üçün iddianın təmin edilməsi ilə bağlı gəlinən nəticə də düzgün olmuşdur.
33. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
34. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
35. Məhkəmə kollegiyası torpaq sahəsindəki tikililərin cavabdehə məxsus olması, icra zamanı həmin tikililərin aqibətinin qeyri-müəyyən olacağı barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hazırki mübahisənin predmeti hər hansı tikili yox, icarədə olan torpağın boşaldı lmasıdır. Bu baxımdan, kasasiyanın bu dəlilləri əsassızdır.
36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
37. Yuxarıda göstərilənləri, MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1921/2020 nömrəli, 28 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.