Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-622/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4455/2024 nömrəli iş üzrə 9 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassas iya şikayətinə 25 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 182 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadalarına Qatar rəisi vəzifəsinə əməyin ödənilməsi dərəcəsi “4” olmaqla müddətsiz olaraq işə qəbul edilmişdir. 2. "xxxx" QSC-nin “Sərnişin daşımaları departamentinin istismar xidmətinin ştat cədvəlinə dəyişiklik” haqqında "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş Ştat cədvəlindən ştat vahidlərinin çıxarılması haqqında cədvəldən görünür ki, Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadaları Qatar rəisi vəzifəsi 27 ştat olmaqla ştat cədvəlindən çıxarılmışdır. 3. xx.xx.2022-ci il tarixli akta əsasən "xxxx" QSC-nin İnsan resursları idarəsinin rəis müavini X5, əmək münasibətləri şöbəsinin aparıcı mütəxəssisi və mütəxəssisi xx.xx.2022-ci il tarixində Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadalarının rəisi vəzifəsində çalışan İddiaçı və daha iki nəfər əmək müqavilələrinin ləğv edilməsi barədə xəbərdarlıq ilə tanış edilsələr də, İddiaçı xəbərdarlığı imzalamaqdan imtina etmişlər. 4. xx.xx.2023-cü il tarixli akta əsasən Azərbaycan Dəmiryolçularının Müstəqil X2 Heyətinin üzvləri, MHİ-in sədri, sədr müavini, sosial iqtisadiyyat şöbəsinin müdiri və baş texniki əmək müfəttişi Sərnişin daşıma departamenti istismar xidməti qatar briqadalarının qatar rəisləri İddiaçı və iki nəfər Sərnişin Daşıma Depa rtamenti istismar xidməti qatar briqadalarının qatar rəisi ştatları ləğv edilməsi və onlara başqa vəzifələrin təklif edilməsi ilə bağlı yeni vəzifə təklif edilmiş, lakin iddiaçı razılaşmayaraq təklif edilən vəzifədən imtina etmişdir.
5. Azərbaycan Dəmiryolçularının Müstəqil X6 Heyətinin xx.xx.2023-cü il tarixli iclas protokolu çıxarışına əsasən iddiaçının tutduğu ştatın ixtisar olunması ilə bağlı və ona təklif olunan vəzifələrdən imtina etməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv olunmasına razılıq verilmişdir. 6. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əmrlə sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadalarının qatar rəisi vəzifəsində çalışan İddiaçı tutduğu ştat vahidi ixtisar edi ldiyinə görə onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsi, maliyyə və iqtisadiyyat idarəsi İddiaçı ilə son haqq hesabın aparılması, o cümlədən Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən ona işlədiyi müddətdə istifadə etmədiyi xx.xx.2022- xx.xx.2023-cü iş ili üçün 20 təqvim günü əsas məzuniyyətlərinə görə pul əvəzinin, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinin tələbinə əsasən orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsinin təmin olunması qərara alınmışdır.
7. Son haqq-hesab cədvəlinə əsasən İddiaçı bank hesabına köçürüləcək son haqqhesabın məbləği 816,8 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icra at
8. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-nin sədrinin onun Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən işçilərin saylı və ştatları ixtisar edildikdə" əsası ilə işdən azad edilməsi barədə xx.xx.2023-ci il tarixli 13-1/3-10-22736 /2023 saylı əmrin ləğv edilməsi, xx.xx.2021-cu il tarixdə bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanması nəzərə alınmaqla, onun yenidən "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin istismar Xidmətinin Qatar Briqadalarına qatar rəisi və ya ona bərabər eyni vəzifə və eyni əmək haqqı saxlanılmaqla digər vəzifəyə işə bərpa olunması, xx.xx.2023-cü il tarixdən işə bərpa olunanadək aylıq əmək haqqı hesablanmaqla ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İ ddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin istismar Xidmətinin Qatar Briqadalarına qatar rəisi vəzifəsinə işə qəbul edilmiş və işə başlama tarixi xx.xx.2021-cu il tarix olmaqla, əmək müqaviləsi müddətsiz olaraq bağlanmışdır. Əmək müqaviləsinin müddətsiz bağlanmasına dair Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin internet portalında əmək müqaviləsi üzrə bildiriş qeydiyyata alınmış və həmin bildirişdə əmək müqaviləsinin müddətsiz olaraq bağlanması öz əksini tapmışdır. Əmək müqaviləsi bağlandığı vaxtdan xx.xx.2021-cu il tarixdən xx.xx.2023cü il tarixədək fasiləsiz olaraq işləsə də, xx.xx.2023-cü il tarixli əmr ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq işçilərin saylı və ştatları ixtisar edildikdə" əsası ilə onun işdən azad edilməyi barədə əmr verilmişdir. O, əmək müqaviləsinin xitamı barədə əmrin surətini istədikdə, əmrin surəti ona təqdim edilməmişdir. Dəfələrlə müraciət edərək əmək kitabçasının əslini və əmrin surətini tələb etməyinə baxmayaraq, sənədləri təqdim etməkdən müxtəlif bəhanələrlə imtina olunmuşdur. Onun himayəsində yetkinlik yaşına çatmayan 1-ci kurs əyani təhsil alan övladı vardır. Ailəyə yeganə qazanc gətirən şəxs odur. Cavabdeh onun əmək müqaviləsinin xitamı barədə əmr qəbul edərkən ona başqa vəzifə təklif etməmiş, eyni vəzifəyə bərabər və ya ondan aşağı və ya yuxarı vəzifə təklif etməmişdir. Cavabdeh əmr qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin bir sıra müddəalarına riayət etməli olduğu halda etməmişdir. Belə ki, "xxxx" QSC-nin sədri ştatların ixtisarı əsası ilə işəgötürən kimi Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görməli, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə onun əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl onu rəsmi xəbərdar etməli, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad etməli, eləcə də əmək müqaviləsinin ləğvi haqqında əmrdə "xxxx" QSC-nin hüquqi ünvanını, əmək müqaviləsinin ləğv edilməsinin əsasını göstərməli olduğu halda Məcəllənin qeyd olunan imperativ tələblərinə riayət etməmişdir.
10. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək göstərmişdir ki, ölkədə pandemiyanın təsirləri "xxxx"nin digər sahələri il ə yanaşı, şərnişin daşımaları departamentinin əsas fəaliyyət istiqaməti olan dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin həyata keçirilməsinə təsirlər fonunda bu sahədə əməyin intensivliyinin və iş həcminin azalması, boşdayanma hallarının mütəmadiliyi və əvəzi ödənilməyən öhdəliklər nəticəsində formalaşan risklərin minimuma endirilməsi, bununla bağlı rasionallaşdırmanın təmin edilməsi, işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar "xxxx"nin xx.xx.2022ci il tarixli 175538 nömrəli əmri ilə Sərnişin daşımaları departamentinin bir sıra ştat vahidləri, həmçinin iddiaçının tutduğu həmin departamentin istismar xidmətinin Qatar briqadalarının qatar rəisi ştatı ixtisar olunmuşdur. Qanunver iciliyin tələbinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi təqdim edilmiş, lakin iddiaçı bildirişi qəbul etməkdən imtina etmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Xəbərdarlıq bildirişində xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəyi bildirilmişdir. Həmçinin, İddiaçı xəbərdarlıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyasının icrasından azad edilərək iş axtarmağa imkan yaradıldığı barədə məlumat verilmişdir. Həmçinin İddiaçı tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağl anmış əmək müqaviləsinin ləğv edilməsinə Azərbaycan Dəmiryolçularının Müstəqil X2 Heyəti iclasının xx.xx.2023-cü il tarixli 77b3 nömrəli protokolu ilə razılıq verilmişdir. İddiaçı Bakı sərnişin stansiyasında məlumatların verilməsi briqadasında növbətçi vəzifəsi təklif edilmiş, lakin iddiaçı tərəfindən həmin təklif qəbul edilməmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Daha sonra, xx.xx.2023-cü il tarixli 131/3-1022735/2023 saylı nömrəli əmr ilə Sərnişin daşımaları departamentinin İstismar Xidmətinin Qatar Briqadalarının qatar rəisi vəzifəsində çalışan İddiaçı tutduğu ştat ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respulikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. Bir sözlə, İddia çı əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. İddiaçı bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmiş və bu barədə iddiaçının məlumatı olmuşdur. İddiaçının məlumatlı olmasını ona həm rəsmi məktubun göndərilməsi, həm X7 Xidməti Bakı şəhər İdarəsinə onun tərəfindən ünvanlanan müraciətlər sübuta yetirir. Beləliklə, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı mövcud deyildir və qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl olunmuşdur.
11. Daha sonra cavabdeh "xxxx" QSC iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia tələbinin iddia müddəti buraxıldığı üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Bakı şəhəri N əsimi Rayon Məhkəməsinin (hakim Əfsanə Heydərova) xx.xx.2024-cü il tarixli, 2(006)-2008/2024 nömrəli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Lakin məhkəmə iclasında şahid qismində dindirilmiş X3 artıq cavabdeh qurumda işləməməsi, həmçinin eyni tələb ilə cavabdehə qarşı məhkəməyə müraciət etməsi onun ifadələrinin mötəbərliyini istisna edən hal sayıla bilər. Belə ki, işdən çıxmış şahid istər-istəməz cavabdeh quruma qarşı qərəzli ola bilər. X1 ifadəsi də bu qənaəti təsdiq edir.
14. Məhkəmə göstərmişdir ki, hazırki halda, cavabdehin Azərbaycan Dəm iryolçularının Müstəqil X6 Heyətinə daha əvvəl də müraciət etməsinin sübut etmə yükü cavabdehin üzərinə düşür. Lakin iş materiallarından da göründüyü kimi, cavabdeh bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.
15. İddiaçı cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan 9 təqvim həftəsindən uzun müddət keçməsinə baxmayaraq əmək müqaviləsinə xitam verilməməsi, işəgötürənin istədiyi vaxt müqaviləni həmin xəbərdarlıq məktubuna əsaslanmaqla ləğv etməsi əsassızdır.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, işəgötürən işçini xəbərdarlıqla tanış etməzdən əvvəl deyil, xəbərdarlıqla tanış etdikdən və kifayət qədər müddət keçdikdən sonra hərəkətsiz qaldıqdan sonra Azərbaycan Dəmiryolçularının Müstəqil X6 Heyətinin razılığını almışdır. Halbuki, işəgötü rən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsini ləğv edərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almalıdır. Həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə xəbardar edilməsindən sonra deyil, işçi bu barədə xəbərdar edilməzdən əvvəl baş tutmalıdır. Əksi olduğu təqdirdə, yəni işçinin xəbərdar edilməsi və sonra Həmkarlar ittifaqı təşkilatından razılığın alınması üçün müraciət edilməsi təşkilatın razılıq verməmək hüququnun olmasından dolayı hüquqlardan sui-istifadəyə gətirib çıxarır. Belə ki, əgər təşkilat razılıq verməkdən imtina etsə, işçiyə heç bir ehtiyac olmadan həftədə bir dəfə iş axtarması üçün icazə verilmiş olacaq və nəticədə həm işəgötürənin işçinin ə məyindən istifadəsi üzrə münasibətlərə zərər dəymiş, həm də işçinin yeni iş yeri tapmaq üçün əmək sərfi boşa getmiş olacaqdır. Məhkəmə hesab etmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edərkən əmək qanunvericiliyinin normalarını düzgün tətbiq etməmişdir.
17. Məhkəmə hesab etmişdir ki, iddiaçının irəli sürdüyü dəlillər əsaslı olduğundan və cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiyindən, məhkəmə iddia müddətinin tətbiq edilməli olub-olmamasını araşdırmalı və buna dair mövqeyini bildirməlidir.
18. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, dəfələrlə müraciət edərək əmək kitabçasının əslini və əmrin surətini tələb etməyinə baxmayaraq, cavabdeh sənədləri təqdim etməkdən müxtəlif bəhanələrlə imtina etmişdir. Bununla bağlı məhkəmə ilk olaraq onu vurğulamışdır ki, iddiaçı tərəfindən məhkəməyə və ya mediasiyaya müraciət etmək üçün əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin və ya əmək kitabçasının müəssisə tərəfindən təqdim edilməsi mütləq deyildir.
19. Mülki işin materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanlanmış 19 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı müvafiq dövlət orqanına məktub göndərərək pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Deməli İddiaçı öz hüquqlarının pozulduğunu bildiyi vaxtdan 1 ay müddət ötməmiş məhkəməyə müraciət etmək imkanı olduğu halda bu barədə tə dbir görməmiş, qanunla müəyyən edilmiş iddia müddətini ötürmüş, müddətin ötürülməsinin üzrlü səbəblərdən olması ilə bağlı sübutlar təqdim edə bilməmişdir ki, bu hal iddianın rədd olunması üçün əsasdır.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 2.3-cü maddələrinə, 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə, 12-ci maddəsinin «c» bəndinə, 68-ci maddəsinin 1-ci hissəsinə, 2-ci hissəsinin «a» bəndinə, 70-ci maddəsinin «b» bəndinə, 71-ci maddəsinin 1-ci, 3-cü hissələrinə, 77-ci maddəsinin 1-ci, 2-ci, 3-cü bəndlərinə, 78-ci maddəsinin 1-ci hissəsinə, 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, 83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə, 84-cü maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrinə, 296-cı maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrinə, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 14.2, 76.1, 76.2, 77.1, 88, 106.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsasl andırılmışdır ki, iş üzrə iddia müddəti tətbiq edilərək iddia təmin edilməməsi hissəsində məhkəmənin mövqeyi ilə razı deyil. Əmrin surəti ona xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, cavabdeh müəssisədən dəfələrlə istədiyinə baxmayaraq müraciətlərinə baxan olmamış və əmək kitabçasını təqdim etməklə artıq işdən azad olunduğu bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mü lki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Eyni zamanda, məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehin qanunsuz və əsassız olaraq onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsi səbəbindən, mənzil növbəsindən də məhrum olunmuşdur. Bu isə onun hüquqlarının pozulmasına səbəb olur. Dəfələrlə müraciət edərək əmək kitabçasının əslini və əmrin surətini tələb etməyinə baxmayaraq, sənədləri təqdim etməkdən müxtəlif bəhanələrlə imtina etmişdirlər. Onun himayəsində yetkinlik yaşına çat mayan 1-ci kurs əyani təhsil alan övladı vardır. Ailəyə yeganə qazanc gətirən şəxs odur. Cavabdeh onun əmək müqaviləsinin xitamı barədə əmr qəbul edərkən ona başqa vəzifə təklif etməmiş, eyni vəzifəyə bərabər və ya ondan aşağı və ya yuxarı vəzifə təklif etməmişdir.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) 2(103)-4455/2024 nömrəli iş üzrə 09 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2008/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticə yə gəlmiş, belə ki, iddiaçı tərəfindən hazırkı iddianı qaldırmaq üçün əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürülmüş, iddiaçı tərəfindən ötürülmüş müddətin bərpasına dair ərizə məhkəməyə təqdim edilməmişdir.
25. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı xx.xx.2023-cü il tarixli müraciətə cavab olaraq ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubunda iddiaçının əmək haqqı bank hesabından çıxarış təqdim etməsi, həmin bank hesabından çıxarışa əsasən iddiaçıya 816,80 manat məbləğində vəsait hesablandığı qeyd olunmuşdur.
26. İddiaçı tərəfindən 2023-cü ilin noyabr ayında qeyd olunan Xidmətə müraciət edilərkən son haqq-hesab barədə bank sənədlərinin təqdim edilməsi onun həmin vaxt əmək hüququnun po zulmasından xəbərdar olmasını təsdiq edir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, ona xx.xx.2023-cü il tarixdə ştatının ixtisarı barədə şifahi olaraq məlumat verilmişdir. İşdən müəyyən olunur ki, cavabdeh tərəfindən "xxxx" QSC-yə xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif edilmiş, xx.xx.2024-cü il tarixdə Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmiş, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. İddiaçı tərəfindən hazırkı iddia tələbi irəli sürülərkən əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürülmüşdür ki, iddia müddətinin ötürülməsi də iddianın rədd olunması üçün əsasdır.
27. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 445.7, 462.1, 464.1, 560.2 və 560.3.3cü maddələrinə istinadla əsaslandırmışdır. Kass asiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qanunsuz və əsassız olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitam verilərkən, iddiaçı dəfələrlə müraciət edərək əmək kitabçasının əslini və əmrin surətini tələb etməyinə baxmayaraq, sənədləri təqdim etməkdən müxtəlif bəhanələrlə imtina etmişdirlər. Onun himayəsində yetkinlik yaşına çatmayan övladı vardır. Ailəyə yeganə qazanc gətirən şəxs odur. Cavabdeh onun əmək müqaviləsinin xitamı barədə əmr qəbul edərkən ona başqa vəzifə təklif etməmiş, eyni vəzifəyə bərabər və ya ondan aşağı və ya y uxarı vəzifə təklif etməmişdir. Apellyasiya instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları və sübutları kifayət qədər və düzgün araşdırmamış, nəticədə əsassız qətnamə qəbul etmişdir. "xxxx" QSC-nin sədri X4 ştatların ixtisarı əsası ilə işəgötürən kimi Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görməli, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin“b” bəndi ilə iddiaçı ilə əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl iddiaçını rəsmi xəbərdar etməli, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad etməli, eləcə də əmək müqaviləsinin ləğvi haqqında Əmrdə "xxxx" QSC-nin hüquqi ünvanını, əmək müqaviləsinin ləğv edilməsinin əsasını göstərməli olduğu halda Məcəllənin qeyd ol unan imperativ tələblərinə riayət etməmişdir. Bununla yanaşı, iddiaçı tərəf ekspertizanın düzgün aparılmadığını, ekspertiza zamanı banka ödənilmiş məbləğlərə dair qəbzlərin hesablama aparılma zamanı nəzərə alınmadığını hesab edir.
30. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, işəgötürən hərəkətsizlik nümayiş etdirərək işçi ilə bağlanmış əmək müqaviləsini qanunla müəyyən edilmiş müddət ərzində ləğv etməmişdir. Hətta, işəgötürən işçini xəbərdarlıqla tanış etməzdən əvvəl deyil, xəbərdarlıqla tanış etdikdən və kifayət qədər müddət keçdikdən sonra hərəkətsiz qaldıqdan sonra Azərbaycan Dəmiryolçularının Müstəqil X6 Heyətinin razılığını almışdır. Halbuki, işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsini ləğv edərkən müəssisədə fəaliyyət göstərən həmkarlar i ttifaqı təşkilatının qabaqcadan razılığını almalıdır. Həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə xəbardar edilməsindən sonra deyil, işçi bu barədə xəbərdar edilməzdən əvvəl baş tutmalıdır. Əksi olduğu təqdirdə, yəni işçinin xəbərdar edilməsi və sonra Həmkarlar ittifaqı təşkilatından razılığın alınması üçün müraciət edilməsi təşkilatın razılıq verməmək hüququnun olmasından dolayı hüquqlardan sui-istifadəyə gətirib çıxarır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil e dilir.
33. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
34. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
35. Maddə 379.1.6. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır.
36. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
37. Maddə
296. İ hissə. Bu Mə cəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
38. Maddə
296. İİ hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
39. Maddə
296. İİİ hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu
40. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
41. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2001-ci il tarixli Qərarı:
42. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur e dir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı:
43. İşin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yol verilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı:
44. X7 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, f ərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz.
45. Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Mə hkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayəti ndə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüqu q münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Kassasiya şikayətində göstərilən dəlillər iddia ərizəsində və apellyasiya şikayətində göstərilən dəlillərlə eyni məzmunludur, sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakter li olmaqla əsassızdır, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.
59. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
60. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, ha belə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4455/2025 nömrəli iş üzrə 9 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.