Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6225/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, İddiaçı, vəkili Fətullayev Mircəlal Mirələm oğlu, cavabdeh «Cavabdeh» Şirkətinin nümayəndəsi X2 və vəkili İsmayılov Yusif Yaşar oğlunun iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3302/2019 nömrəli iş üzrə 09 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayo n Məhkəməsinin (hakim N.T.Tağıyeva) 2(006)-6114/2018 nömrəli, 02 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh «Cavabdeh» Şirkətinə qarşı «işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi» tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Ə.Əliyev və F.Ş.Talışinski) 2(103)-3302/2019 nömrəli, 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh «Cavabdeh» Şirkətinə qarşı «işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2(006)6114/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Mə hkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2(006)-6114/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh «Cavabdeh» Şirkətinə qarşı «işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 28 iyul 2008-ci il tarixdə cavabdeh təşkilatla əmək müqaviləsi bağlayaraq texniki inkişaf şöbəsində əməliyyat üzrə texnik işinə qəbul olmuşdur. İşlədiyi müddət ərzində heç bir əmək intizamının pozulması və digər hərəkətlərə yol verməmiş, heç bir cəza almamışdır. Əksinə dəfələrlə mükafatlanmışdır. İşlədiyi müəssisənin daxili nizamnaməsində nəzərdə tutulmuş, tutduğu vəzifəyə yararlıyararsız, daha yüksək işə layiq olmasını müəyyən etmək üçün keçi rilən imtahanlardan həmişə yüksək göstəricilərlə keçmişdir. Bütün bunlara baxmayaraq cavabdeh təşkilat heç bir əsaslı səbəb olmadan onu ştatların azaldılması ilə əlaqədar 08 avqust 2018-ci il tarixdə işdən azad etmişdir. O, cavabdehin bu hərəkətini qanunsuz, əsassız, ən başlıcası ədalətsiz hesab edir. Ona görə ki, hal-hazırda onun işlədiyi ştat ləğv olmamış, müəssisədə ştatların azaldılması prosesi olmamışdır. O cavabdeh təşkilata rəsmi qaydada müraciət etmişdir ki, əslən Laçın rayonundandır, məlum hadisələrdən qabaq Sumqayıtda yaşayıb işləmişdir. Məlum hadisələrlə əlaqədar Laçın rayonundan gələn məcburi köçkünlərin bir qismi onun yaxın qohumları olduqları üçün ona pənah gətirmişlər. O, hal-hazırda da qohumlarının bir qisminə maddi köməklik göstərir. Eyni zamanda o ailəlidir, himayəsində 3 nəfər şəxs vardır. O, başqa iş verilməsi ilə bağlı cavabdeh təşkilatdan xahiş etmiş, həmçinin əks halda məhkəməyə müraciət edəcəyini də bildirmişdir. Onun bu müraciətinə heç bir cavab verilməmişdir. Bu isə hüquqlarının pozulması deməkdir. Göstərilənlərə əsasən, cavabdeh tərəfindən onun hüquqlarının kobud surətdə pozulmasını nəzərə alıb, işə bərpa edilməyi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3302/2019 nömrəli iş üzrə 09 aprel 2019-cu il tarixli qətnaməsini ləğv edib və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Fətullayev Mircəlal Mirələm oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh «Cavabdeh» Şirkətinin nümayəndəsi X2 və vəkili İsmayılov Yusif Yaşar oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və iz ahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-3302/2019 nömrəli iş üzrə 09 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: «Cavabdeh Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 30 iyul 2018-ci il tarixli «xxxx»ndan görünür ki, Şirkətin işlərinin daha səmərəli icra və idarə olunması və xərclərin azaldılması məqsədi ilə aparılan təşkilati-struktur dəyişikliyinin nəticəsinə Dəniz Əməliyyatları Departament inin X7 Platformasının SƏTƏM şöbəsində SƏTƏM üzrə sahə Texniki bir ştat vəzifəsi (“J” dərəcəli) ixtisar edilməlidir. Həmin vəzifədə hazırda 2 əməkdaş çalışır – X4 və İddiaçı. Şirkətdə işçilərin əmək vəzifələrinin icra olunması səviyyəsi illik qiymətləndirmə əsasında müəyyən edilir və yüksək əmək vəzifələrinin icrası 1.6, 1.4 və 1.2 əmsalları ilə, vəzifələrin yaxşı icra olunması 1 əmsalı ilə qiymətləndirilir. 1-dən aşağı (yəni, 0.8-dən 0-a qədər) əmək vəzifələrinin aşağı səviyyədə icra olunmasını nəzərdə tutur. İbrahim Ocaqov yüksək peşəkarlıq səviyyəsini və yüksək əmək vəzifələrin icrasını nümayiş etdirdiyinə görə 2017-ci ildə əmək fəaliyyəti Yüksək, yəni 1.2 əmsalı ilə qiymətləndirilmişdir. İddiaçı isə 2017-ci ilin əmək fəaliyyəti Yaxşı, yəni 1.0 əmsalı ilə qiymətləndirilmişdir. Beləliklə, hər iki işçinin peşəkarlıq səviyyəsini müqayisə edərkən, X1 vəziyyəti daha yüksək qiymətləndirilmişdir. Bundan əlavə, X1 himayəsində 16 yaşınadək iki uşağının olması da nəzərə alınmaqla, məhz İddiaçı ixtisar edilməsi qərara alınmışdır (iddiaçı üçün Şirkətdə uyğun vakansiya olmadığından, ona başqa vəzifə təklif edilməsi mümkün olmamışdır). «Cavabdeh Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 02 avqust 2018-ci il tarixli «xxxx»ndan görünür ki, iddiaçıya qanunla müəyyən edilmiş müddət nəzərə alınmaqla (9 həftə) xəbərdarlıq bildirişi təqdim olunmuş, iddiaçıya bildirişdə iki variantdan (A və ya B) birini seçmək təklif edilmişdir. İddiaçı xəbərdarlıq bildirişin «A» variantını seçmiş və əlavə ödənişlər almaqla əmək müqaviləsinə müddət gözlənilmədən xitam verilməsinə yaz ılı razılığını (iradə ifadəsini) bildirmişdir. «Cavabdeh» Şirkətinin xxxxx/NN/VO saylı 08 avqust 2018-ci il tarixli əmrindən görünür ki, Dəniz əməliyyatları Departamenti, SƏTƏM üzrə sahə texniki, dəniz əməliyyatları vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə 08.08.2018-ci il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən, ştatların ixtisarı əsası ilə xitam verilmişdir (Əsas: əmək müqaviləsinə ixtisar barədə Şirkət rəhbərinin 25 iyul 2018-ci il tarixli qərarı, ixtisar barədə seçim protokolu və ixtisar barədə 02 avqust 2018-ci il tarixli xəbərdarlıq bildirişi). İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən – «BP» şirkətinin Azərbaycan Respublikası nümayəndəliyi İddiaçı 28 iyul 2008-ci il tarixində «Əməliyyatlar üzrə texnik təcrübə keçən» v əzifəsinə işə qəbul etmiş, 01 iyul 2014-cü il tarixindən «Dəniz Əməliyyatları departamentin» «SƏTƏM üzrə sahə Texniki» vəzifəsinə keçirmişdir. BP şirkəti ixtisarla əlaqədar butun işçilərə, o cümlədən iddiaçıya yazılı rəsmi xəbərdarlıq bildirişi təqdim etmişdir. Bildirişdə iddiaçıya iki variantdan (A və ya B) birini seçmək təklif edilmişdir. İddiaçı xəbərdarlıq bildirişin A variantını seçmiş və əlavə ödənişlər almaqla əmək müqaviləsinə xitam verilməsi barədə öz yazılı razılığını bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, iddiaçı ilə olan əmək müqaviləsinə 6968 saylı Əmrlə 08 avqust 2018-ci il tarixində Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ştatları ixtisar edilməsinə) əsasən xitam vermiş və onu işdən az ad etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd oluna n prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (68-ci maddəsinin 2-ci hissəsi). Həmin Məcəllənin 70-ci maddəsinin b bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göstərilən Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlı q səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Göründüyü kimi, qanunverici işəgötürənə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçiləri işdə saxlamaq hüququnu vermişdir. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən özü müəyyən edir. İşdə olan sübutlardan (əmr, qərar və s.) və tərəflərin izahatların aydın olur ki, iddiaçı «Dəniz əməliyyatları» departamentinin Şah-Dənizin «Bravo» dəniz platformasında «J» dərəcəli «SƏTƏM üzrə sahə Texniki» vəzifəsində çalışmış, 2018-ci ildə şirkətdə aparılan struktur dəyişməsi və cavabdehin 25 iyun 2018-ci il tarixli qərarı əsasında qeyd edilən platformada çalışan 2 nəfər «J» dərəcəli «SƏTƏM üzrə sahə Texni ki» vəzifəsindən biri ləğv olunmuş, nəticədə «J» dərəcəli «SƏTƏM üzrə sahə Texniki» yalnız bir vəzifədə qalmışdır. Cavabdehin mövqeyindən (etirazından) və 30 iyul 2018-ci il tarixli «xxxx»ndan görünür ki, işçilərin əmək vəzifələrinin icra olunması səviyyəsi illik qiymətləndirmə əsasında müəyyən edilir və yüksək əmək vəzifələrinin icrası 1.6, 1.4 və 1.2 əmsalları ilə, vəzifələrin yaxşı icra olunması 1 əmsalı ilə qiymətləndirilir. 1-dən aşağı (yəni, 0.8-dən 0-a qədər) əmək vəzifələrinin aşağı səviyyədə icra olunmasını nəzərdə tutur. İddiaçı ilə eyni vəzifəni tutan şəxs İbrahim Ocaqov olmuşdur. Onlar arasında seçim aparılmış, müəyyən olunmuşdur ki, digər işçi 2017-ci ildə yüksək peşəkarlıq səviyyəsini və yüksək əmək vəzifələrin icrasını nümayiş etdirdiyinə görə 1.2 əmsalı ilə qiymətləndiril miş, iddiaçı isə 1.0 əmsalı ilə qiymətləndirilmişdir. Göründüyü kimi, iddiaçının əmək vəzifələrinin icrası və peşəkarlıq səviyyəsi digər işçidən aşağı olmuşdur. Həmçinin, digər işçinin himayəsində 2 azyaşlı uşağının olması da nəzərə alınmışdır. Bu səbəbdən də iddiaçının ixtisar edilməsi qərara alınmışdır (iddiaçı üçün Şirkətdə uyğun vakansiya olmadığından, ona başqa vəzifə təklif edilməsi mümkün olmamışdır). İddiaçı cavabdeh şirkətdə işçilərin hər il qeyd edilən formada qiymətləndirilməsini təsdiq etmiş, qiymətləndirmənin nəticələrinin dərhal sonra ona məlum olmasını bildirmiş, lakin onun müqayisə olunan digər işçiyə münasibətdə daha peşəkar olmasını iddia etmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Yə ni, qanunverici bu sahədə işəgötürənə qiymətləndirmə azadlığı tanımışdır. İddiaçı isə bu istiqamətdə cavabdehin qanunsuz hərəkəti ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı ol duqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqından az olmamaqla əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müəyyən müddətdə rəsmi xəbərdar edilməlidir. İşdə olan sübutlardan (ixtisar barədə xəbərdarlıq bildirişi və s.) görünür ki, iddiaçıya qanunla müəyyən edilmiş müddət nəzərə alınmaqla xəbərdarlıq bildirişi təqdim olunmuş, iddiaçıya bildirişdə iki variantdan (A və ya B) birini seçmək təklif edilmişdir. İddiaçı xəbərdarlıq bildirişin «A» variantını seçmiş və əlavə ödənişlər almaqla əmək müqaviləsinə müddət gözlənilmədən xitam verilməsinə yazılı razılığını (iradə ifadəsini) bildirmişdir. Göründüyü kimi, qanunvericiliyin tələbləri cavabdeh (işəgötürən) tərəfindən gözlənilmişdir. İddiaçı ixtisar olunması ilə bağlı cavabdehin qərarından məlumatlı olmuş, hətta ixtisarla bağlı müvafiq xəbərdarlıq müddətinin təyin olunmasına belə lazım görməmiş, müddət təyin olunmadan onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılığını bildirmişdir. İddiaçı qeyd edilən halları mübahisələndirməmiş, lakin həmin vaxtı müvafiq razılığının olmasını pula ehtiyacının olması ilə əlaqədələndirmişdir ki, bu halda da özü-özlüyündə əmrin qanunsuzluğuna dəlalət edə bilməz. Azərbaycan Res publikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əs aslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, hab elə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3302/2019 nömrəli iş üzrə 09 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin M K-nın 2(103)-3302/2019 nömrəli iş üzrə 09 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6225/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6225/2019
13.09.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver