Məhkəmə qərarları › İş №2(102)-6227/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6227/2019

26.09.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6227/2019 26.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Mirzəliyev Əsəd Abdulla oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, Ərizəçi və vəkili X7, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili X34 oğlunun iştirakları ilə. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin BakıApellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim: P.A.Hüseynov; 2(006)-4590/2018) ərizəçi Ərizəçi maraqlı şəxsAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi təmin edilmiş,Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydə alınma nömrəsi ****** olan 02 fevral 2002-ci il tarixli qeydiyyat vəsiqəsinin ona məxsus olmasıfaktı nın müəyyən olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2019-cu tarixli qətnaməsi ilə (hakimlər:Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), F.Ş.Talışınski və R.Ə.Eyvazov; 2(103)4141/2019) maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydə alınma nömrəsi ********* olan 02 fevral 2002-ci il tarixli qeydiyyat vəsiqəsinin ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 2005-ci il tarixdə onun adına verilmiş şəxsiyyət vəsiqəsində atasının adı Ə6 yazılmışdır. Ona qədər olan sənədlərində isə atasının adı A6 olaraq qeyd olunmuşdur ki, həmin ad onun atasının həqiqi adıdır. Şəxsiyyət vəsiqəsində gedən bu dəyişiklik əvvəlki sənədlərində atasının adının A6 yazılması səbəbindən həmin sənədlərin ona məxsusluğunu sübut etməkdə çətinliklər yaratmışdır. Belə bir çətinlik hazırda onun məhkəmə mübahisəsinin predmetidir. Belə ki, onunla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi arasında mübahisə vardır. Həmin mübahisə onu n dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüququ ilə əlaqəlidir. Dövlət reyestrində adına hüquq qeydiyyata alman şəxs Ərizəçi A6 və verilən qeydiyyat vəsiqəsində sənədin sahibinin Ərizəçi A6 olduğu yazılmışdır. 2005-ci ildə adma verilmiş şəxsiyyət vəsiqəsində atasının adının Ə6 olaraq yazılması hazırda həmin sənədin sahibinin o, olduğunu şübhə altına alır. Onun adma olan doğum şəhadətnaməsi yoxdur. Belə ki, o, Ermənistan Respublikasından olan məcburi köçkünlərdəndir. onun və ailəsinin bir çox sənədləri, o cümlədən də doğum şəhadətnaməsi məlum hadisələr zamanı Ermənistan Respublikasında qalmışdır. Pasport qeydiyyat şöbəsi onlarda arxivin qalmaması səbəbindən ona kömək edə bilməyəcəyini bildirir. Ona görə də o, çıxış yolu olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 02 aprel 2002-ci il tarixli qeydiyyat vəsiqəsinin ona məxsus olmasını başqa qaydada müəyyən etmək mükün olmadığından hesab edir ki, bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X24 izahatında mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Kassasiya şikayətinin dəlilləri Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsikassasiya şikayətində Bakı apellyasiya məhkəməsinin qətnaməsinin ləğv ed ilməsini və ərizənin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsiAzərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217, 305.1.1, 307.2.5,ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 180.1-cı maddələrinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanunun 2,8,12.1-ci maddələrinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1,24.2.3, 26.1,27.1,tələblərinin pozulması ilə əsassız və qanunsuz qəbul edilmişdir. Tərəfin izahatı Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət inin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili X34 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Ərizəçi və vəkili X18 kassasiyaşikayətini qəbul etməyərək, şikayətintəminolunmamasını xahişetdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin ma ddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan 01.11.2005 -ci ildə Nəsimi RPİ tərəfindən verilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi XX.XX.XXXXcü ildə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. H3 №************ hərbi biletin surətindən görünür ki, Ərizəçi A6 XX.XX.XXXX-cü il tarixdə anadan olmuşdur. Nəsimi Rayon İcra Hakimiyyətinin 12 fevral 1992-ci il tarixli, 136/101 nömrəli Ərizəçi A6 7 nəfər ailə üzvü ilə birlikdə 4-cü Pereval,************** ünvanına daimi qeydiyyata alınması barədə sərəncamının surətinə əsasən, Ərizəçi A6, X5, X16, X10, X11, X12 və X8 4-cü Pereval, ************ ünvanına daimi qeydiyyata alınmasına razılıq verilmişdir. Bakı şəhəri Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 14 №-li MənzilKommu nal İstismar Sahəsi tərəfindən verilmiş 11.02.1998-ci il tarixli, ********** saylı arayışın surətindən görünür ki, Bakı şəhəri, ************ saylı evin sahibi Ərizəçidur. Ərizəçi ailəsi 9 nəfərdən ibarətdir. Evdə Ərizəçi, X5, X8, X11, X12, X19, X20,X13 və X14 qeydiyyatdadırlar. Bakı şəhəri Nəsimi rayon Kommunal Təsərrüfat Birliyi 14 №-li Nlənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş digər arayışın surətindən görünür ki, Bakı şəhəri, ****************************** saylı özbaşına tikilinin sahibi Ərizəçi A6. Ərizəçi ailəsi 9 nəfərdən ibarətdir. Evdə Ərizəçi, X5, X10, X11, X12, X19, X20, X13 və X14 qeydiyyatdadırlar. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının 2 nömrəli, 05.02.2002-ci il tarixli protokolundan çıxarışın görünür ki, Ərizəçi Alas o ğlunun yaşadığı Bakı şəhəri, ******************** saylı özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsinə razılıq verilmişdir. X5, X10, X11, X12, X19 və X9 razılıq ərizələrinin surətindən görünür ki, onlar Bakı şəhəri, **************************** saylı evə Ərizəçi A6 adına qeydiyyat vəsiqəsinin verilməsinə etiraz etməmişlər. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 013682 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, ****************************** saylı fərdi yaşayış evi Ərizəçi A6 adma xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 52 saylı reyestr kitabında 7815-ci səhifəsində ********** qeydəalm a nömrəsi ilə 02.04.2002-ci il tarixində qeydiyyat aparılmışdır. Bakı şəhər BPİ Nəsimi Rayon Polis İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 02 may 2018-ci il tarixdə verilən **************** nömrəli məktubdan görünür ki, 01.11,2005-ci il tarixdə ünvan 4 ünvanına qeydiyyata alınmaqla ******* seriya nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Verilən şəxsiyyət vəsiqəsində ata adı Ə6 olaraq yazılmışdır. Ata adında dəyişikliklər edilməsi üçün “Doğum haqqında şəhadətnamə” təqdim edərək Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət etməsi, qeyd olunan sənədlər olmadıqda məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti tərəfindən Ərizəçi A6 oğluna ünvanlanmış 27 iyun 2018-ci il tarixli məktuba əsasən, «Vətəndaşlıq vəziyyəti aktları » avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən A6 adının, ata adının və soyadının dəyişdirilməsi haqqında hər hansı məlumat aşkar edilməmişdir. Bakı şəhər BPİ Nəsimi Rayon PoJis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 22.08.2018-ci il tarixli ************* nömrəli məktubun və məktuba əlavə edilmiş Ərizəçi məxsus fərdi uçot kartoçkasının surətindən görünür ki, Ərizəçi qeydiyyata düşməsi üçün əsasverici sənədlər “DİN-in sistemində istifadə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahının təsdiq edilməsi barədə” DİN-in 30.09.2015-ci il tarixli Q36001-15 nömrəli Qərarına əsasən 5 il arxivdə saxlanıldıqdan sonra yandırılaraq məhv edilmişdir. Ərizəçi 1943-cü il tarixdə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuşdur. 1 sayl ı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli, 2-1(81 )321/2018 saylı qərarı ilə iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinin və həmin torpaq sahəsinin və həmin torpaq sahəsində tikilmiş tikililərin vahid əmlak olaraq mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi üzrə iddiası qismən təmin edilmiş, ünvan 6 ünvanında yerləşən 237.2 kv.m olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 110.1 kv.m olan fərdi yaşayış evinin vahid əmlak olaraq Ərizəçi adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata alınmaqla buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi, iddianın əlavə tikililərin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması hissəsində rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 29.06.2018-ci il tarixli, 2-l(103)-l 154/2018 nömrəli qərardadından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli, 2-1(81 )-321/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə baxılan işin icraatı hazırkı mülki işə baxılıb yekun qərar qəbul edilənədək dayandırılmışdır. Şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Ərizəç i atasıdır. Babasının adı Alasdır. Lakin babasını görməmişdir. Həmçinin qohumlar arasında da babasının adının Alas olduğunu eşitmişdir. Lakin atası Ərizəçi şəxsiyyət vəsiqəsinin atas-tnm adı Ələsgər kimi göstərilmişdir. Bakı şəhəri. ***************************** saylı fərdi yaşayış evi onlara məxsusdur. Mənzilin çıxarışı atasının adınadır. Lakin çıxarışda atasının adı Alas kimi qeyd olunmuşdur. Digər şahid X4 ifadəsində bildirmişdir ki, Ərizəçi atasıdır. Babasının adı A6. Qohumlar arasında da babasının adının A6 olduğunu eşitmişdir. Lakin atası Ərizəçi şəxsiyyət vəsiqəsində atasının adı Ə6 kimi göstərilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı *********** saylı qeydiyyat vəsiqəsi atası Ərizəçi məxsusdur. X3 ifadəsində bildirmişdir ki, Ərizəçi atasıdır. Babasının adı A6 olmuşdur. Lakin atası Ərizəçi şəxsiyyət vəsiqəsində atasının adı Ə6 kimi göstərilmişdir. Bakı şəhəri, ********************* saylı fərdi yaşayış evi və evin çıxarışı atası Ərizəçi məxsusdur. Şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, Ərizəçi atasıdır. Babasının adı A6. Atası Ərizəçi şəxsiyyət vəsiqəsində isə atasının adı Ələsgər kimi göstərilmişdir. Alas və Ələsgər eyni şəxslərdir. Lakin bu, fərqli olduğuna görə hazırda həyətlərinə yeni çıxarış ala bilmirlər. Bakı şəhəri, *********************** saylı fərdi yaşayış evinin çıxarışı atası Ərizəçi məxsusdur. Şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Ərizəçi atasıdır. Babasının adı A6. Qohumlar arasında da baba sının adının Alas olduğunu eşitmişdir. Lakin atası Ərizəçi şəxsiyyət vəsiqəsində isə atasının adı Ə6 kimi göstərilmişdir. Bakı şəhəri, ************************* saylı fərdi yaşayış evi və evin çıxarışı atası Ərizəçi məxsusdur. X2 ifadəsində bildirmişdir ki, Ərizəçi qardaşıdır. Atasının adı Ə6. Lakin qardaşı Ərizəçi şəxsiyyət vəsiqəsində isə atasının adı Ə6 kimi göstərilmişdir. Onun özünün vəsiqəsində isə atasının adı Ə6 kimi göstərilmişdir. Atasının adı Ə6 və ya A6 kimi tanınsa da və müxtəlif sənədlərdə Ə6 kimi göstərilsə də, qardaşı H6 şəxsiyyət vəsiqəsində Ə6 kimi yazılmışdır. Qardaşına məxsus mənzilin çıxarışında isə A6 kimi qeyd olunmuşdur. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ərizəçi, istifadəsində olan evin hüquqi vəziyyətinin müəyyən edilməsi ilə bağlı sənədləşdirmə işləri apararkən hüquq müəyyənedici sənədlərdə ata adı ilə bağlı olan uyğunsuzluq səbəbindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu baxımdan hazırkı iş üzrə müəyyən olunması xahiş edilən faktın ərizəçi üçün hüquqi əhəmiyyəti vardır. Ərizəçi şəxsiyyət vəsiqəsində ata adı kimi “Ə6” qeyd olunsa da, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydə alınma nömrəsi 307815 olan 02 fevral 2002-ci il tarixli qeydiyyat vəsiqəsində ata adı “A6” kimi göstərilmişdir. Yuxarıda qeyd olunan sənədlərdəki məlumatlar müqayiqsə olunduqda və eyniləşdirildikdə Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfi ndən verilmiş FM seriyalı ********** saylı qeydiyyat vəsiqəsinin Ərizəçi məxsus olması müəyyən edilir. Belə ki, həmin sənədlərdə Ərizəçi atasının adının “A6” kimi yazılmışdır. Sənədlərdə atasının adı “A6” kimi yazılmış H6 doğulduğu il, yer, yaşadığı ünvan və ailə üzvlərinin ərizəçinin doğulduğu il, yer, yaşadığı ünvan, ailə üzvləri ilə eyni olması açıqca görünür. Sözügedən qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan sənədlərdən də aydın olur ki, müvafiq rəsmiləşdirmə məhz ərizəçinin adma aparılmış, müvafiq razılıqları verən də onun ailə üzvləridir. İşə apellyasiya aydasında baxan məhkəmə kollegiyasİ işin yuxarıda qeyd olunan hallarına qiymət verərək düzgün olaraq nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Q eydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı ************ saylı qeydiyyat vəsiqəsinin Ərizəçi məxsus olmasını təsdiq etmək üçün kifayşt qədər sübutlar vardır və həmin faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də birinci instansiyası məhkəməsi tərəfindən ərizənin təmin edilməsi əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 307.1 -ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.1 -ci, 307.2.1 -ci və 307.2.3-cü maddələrinə görə, məhkəmə, fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə şəxslərin qohumluq münasibətlərinin, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin təmin olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətn amə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 15 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar