Məhkəmə qərarları › İş №2(102)-6228/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6228/2021

20.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6228/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, mənzildən çıxarma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3935/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 dekabr 2021-ci il tarixdə A li Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları RX saylı, ******* saylı çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 2, 19 saylı mənzil İddiaçı adına tam mülkiyyət hüququ əsasında 03.01.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.09.2019-cu il tarixli, 2(004)-3592/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı “kompensasiya verməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia tələbi təmin edilərək, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna İddiaçı tərəfindən 12600 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 03.12.2019-cu il tarixli, 2(103)-14099/2019 saylı qətnaməsi ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. 03.06.2020-ci il tarixli, TT**********39212600 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 hesabına 12.600 manat məbləğində kompensasiya ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 2, 19 saylı mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Fərid Əyyubov) 2(004)-4540/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 Bakı şəhəri, Yas amal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 2, 19 saylı mənzildən çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, məhkəmə qətnaməsi ilə cavabdehin mübahisəli mənzilə olan istifadə hüququna iddiaçı tərəfindən 12.600 manat kompensasiya ödənilməsi şərti ilə xitam verilməsi qət olunduğuna, qətnamə qanuni qüvvəsini alaraq kompensasiyanın ödənilməsi hissəsində iddiaçı tərəfindən icra edildiyinə, bununla da, cavabdehin həmin mənzildən istifadə hüququ itirildiyinə görə və onun həmin mənzildə yaşaması üçün heç bir hüquqi əsas mövcud olmadığından iddia təmin olunmalı, cavabdeh mənzildən çıxarılmalı və mənzil iddiaçıya təhvil verilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublika sı Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Mülki Məcəllənin 152, 157.2, 157.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə onun xəbəri və iştirakı olmadan qəbul edilmişdir. Bu halda o işdə cavabdeh olaraq öz mövqeyini əsaslandıra bilməmişdir. Eləcə də qeyd edir ki, 12600 manat kompensasiya 03.06.2020-ci il, TT**********39212600 nömrəli qəbzə uyğun olaraq ona ödənilmişdir. Lakin məhkəmə qətnaməsində bu məbləğin ona ödənilməsi qeyd olunmasına baxmayaraq ona heç bir kompensasiya ödənilməmiş və bu məbləği heç bir yolla əldə etməmişdir. Həmçinin bildirir ki, o artıq neçə illərdir o evdə məskunlaşmışdır, hal-hazırda işsizdir və mülkiyyətində heç bir əmlak, eləcə də, bu evdən çıxdığı təqdirdə yaşaya biləcəyim bir ev yoxdur. Beləliklə, onun bu evdən çıxmağına faktiki maddi imkanı yol vermir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Azad İmanov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov və Vahid Sadıqov) 2(103)-3935/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4540/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3935/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfin təqdim etdiyi apellyasiya şikayətində eləcə də məhkəmədə verdiyi izahatında qeyd edilmişdir ki, cavabdeh 1987-ci ildən təxminən 2020-ci ilin yayına qədər mübahisəli evdə yaşamışdır. Qardaşı atasının xəstə olmasında istifadə edərək evi mənimsəmişdi r. Cavabdeh hazırda da həmin mübahisəli evdə yaşayır. İşsizdir və bu evdən çıxdığı təqdirdə yaşaya biləcəyi bir evi yoxdur. Faktiki olaraq öz doğma qardaşı onu ata mülkiyyəti olan evlərindən çıxarmağa çalışır, qeyd edilməlidir ki, məhkəmə qətnaməsində qeyd edilən 12.600 manat vəsait ona ödənilməmişdir. Həmin vəsait ödənilsə belə qeyd edilən vəsaitlə onun hər hansı bir yaşayış üçün ev əldə etməsi mümkün deyildir. Bununla yanaşı iddiaçının məhkəmə prosesi zamanı verdiyi izahatı tamamilə yalandır. Heç bir əlavə ödənişdən, başqa evin alınıb cavabdehə verilməsindən söhbət gedə bilməz. Məhkəmə həmin mənzilin cavabdehin sonuncu yaşayış yeri olmasını, başqa heç bir yerdə qalması üçün nə maddi imkanın, eləcə də sağlamlıq durumunun buna imkan vermədiyini nəzərə almamış, ən əsası kompensasiya ödənilm əklə istifadə hüququna xitam verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli qətnaməsinin icrası ilə bağlı müəyyən edilmiş 12.600 manat vəsaitin bilavasitə cavabdehə ödənilməməsinə diqqət yetirməmişdir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin toxunduğu hallara istinad etməklə işini tamamlamış, iş üzrə qətnamə qəbul edərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyətə malik olan bütün faktiki halları aydınlaşdırmamış, iş materiallarına əlavə edilmiş sənədləri sadalamaqla işini bitmiş saymış, əsassız qətnamə çıxarmış və nəticədə məhkəmə qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün prosessual əsaslar yaranmışdır. Kassasiya şikayətinə dair yazılı etiraz və ya yazılı izahat daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh1 gəlmədiyi üçün və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyy ət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddə si: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır v ə onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh kassasiya şikayəti verərək apelya siya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəb ər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin kompensasiya məbləğinin az olması barədə dəlillərini əsassız hesab edir, belə ki, həmin məbləğlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur və cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilmişdir. Həmçinin məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə qətnaməsi ilə cavabdehin mübahisəli mənzilə olan istifadə hüququna iddiaçı tərəfindən 12600 manat kompensasiya ödənilməsi şərti ilə xitam verilməsi qət olunduğuna, qətnamə qanuni qüvvəsini alaraq kompensasiyanın ödənilməsi hissəsində iddiaçı tərəfindən icra edildiyinə, bununla da, cavabdehin həmin mənzildən istifadə hüququ itirildiyin ə görə və onun həmin mənzildə yaşaması üçün heç bir hüquqi əsas mövcud olmadığından iddia təmin olunmalıdır. Cavabdehin həmin məbləği hesabından götürməməsi isə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Beləliklə də, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnam əsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3935/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar