Məhkəmə qərarları › İş №2(102)-623/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-623/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-623/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4nə, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 12 Saylı Dövlət Notariat Kontoruna, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X8 1 Saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 29 Saylı Dövlət Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ Açar sözləri: əqdin etibarsızlığı və mənzilin təhvil verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3, Bakı Şəhəri 12 Saylı Dövlət Notariat Kontoru, "Da şınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X8 1 Saylı Bakı Ərazi İdarəsi, Bakı Şəhəri 29 Saylı Dövlət Notariat Kontoruna qarşı “əqdin etibarsızlığı və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5424/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 27 noyabr 2011-ci il tarixli 8/15 nömrəli müqavilə ilə "xxxx" MMC (tikinti işləri üzrə direktoru X1 şəxsində) Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyova küçələrinin kəsişdiyi 610-cı məhəllədə inşa edilən 14 mərtəbəli yaşayış binasının 1 blok, 4 mərtəbəsində yerləşən və 101,9 kv met r ümumi sahəsi olan 10 saylı mənzili X4 mülkiyyətinə vermişdir. Mənzil (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 60, M4, m5) xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 MMC-nin (qurumun əvvəlki adı "xxxx" MMC) adına qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli, 4Ə-1997 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin mənzil Cavabdeh1 MMC tərəfindən Cavabdeh3 satılmışdır. Həmin mənzil üzərində Cavabdeh3 mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri 29 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-316 reyestr nömrəli alqısatqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mənzili Cavabdeh2 satmışdır. Sonuncunun mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydiyy ata alınmışdır və hazırda da mülkiyyətindədir. Mənzilin ipoteka ilə yüklülüyü də dövlət qeydiyyatına alınmışdır.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 sentyabr 2014-cü il tarixli hökmü ilə əvvəllər "xxxx" MMC-nin tikinti işləri üzrə direktoru vəzifəsində işləmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 178.3.2-ci məddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən inşa edilən, istismarı Cavabdeh1 MTK tərəfindən davam etdirilən Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 60, 1 blok, 4-cü mərtəbə, mənzi 10 üzərind ə hüquqların bərpa oluması ilə bağlı maneələrin aradan qaldırılması, Bakı şəhəri, 12 saylı Notariat kontorunda xx.xx.2020-ci il tarixdə, 4Ə1197 reyestr №-li "xxxx" MMC ilə vətəndaş Cavabdeh3 ilə bağlanmış alqı-satqı müqaviləsinin, Bakı şəhəri 29 saylı Notariat kontorunda xx.xx.2022-i il tarixdə, 4Ə316 reyestr №-li Cavabdeh3 ilə Cavabdeh2 Nizami qızı arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilələr əsasında verilmiş çıxarışların ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2011-ci ildə "xxxx" MTK-dan müqavilə əsasında mənzil almış və bununla bağlı müvafiq ödəniş etmişdir. Tərəfindən MTK-ya 81250 manat pul ödənilmişdir. Həmin dövrdə binanın tikintisi başa çatmaq üzrə idi. Mənzili 4-cü mərtəbə də yerləşirdi. Sonra nə səbəbdənsə, binanın tikintisi dayandı. Uzun müddət gedib-gəlmiş, hər dəfə də müxtəlif fikirlər söylənilmiş və o, gözləmək məcburiyyətində qalmışdır. Sonra müəyyən dövr Azərbaycanda olmamışdır. Qayıdandan sonra yenə də mənzillə maraqlananda bildirmişlər ki, bu binanın istismarını Cavabdeh1 MTK həyata keçirir. Mənzilini təmir edib, köçüb yaşamaq istədiyini bildirmişdir. Rəsmi ərizə ilə "xxxx" tikinti şirkətinə müraciət etdikdə MTK-nın vəzifəli şəxsləri həmin binanın yalnız istismarını həyata keçirdiklərini bildirmişdir. Şəhid ailəsi kimi ümid yolunu məhkəməyə müraciət etməkdə görür. Mənzil verə bilmirlərsə, evinin dəyərini qaytarsınlar ki, başqa yerdə özünə ev ala bilsin.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-237/24 nömrəli 11 iyul 2024-cü il tarixli qətnam əsi ilə (hakim Orxan Məmmədli) iddia rədd edilmişdir.

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, mübahisələndirilən əqdlər təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Ona görə də qeyd edilən əqdlərin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Həmçinin, "xxxx" MMC (tikinti işləri üzrə direktoru X1 şəxsində) ilə X6 arasında bağlanmış 8/15 nömrəli 27 noyabr 2011-ci il tarixli müqavilə ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu əqd əsasında mübahisə predmeti olan mənzilin iddiaçıya təhvil verilməsi qanuni hesab oluna bilməz. Belə ki, iş materiallarında olan 5 sentyabr 2014-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və X3 tərəfindən Azərbaycan Respublikasının səlahiyyətli dövlət, icra hakimiyyəti, hü quq-mühafizə və digər orqan və təşkilatlarına təqdim edilmiş 25 noyabr 2012-ci il tarixli ərizəsindən də göründüyü kimi X1 vəzifə səlahiyyətlərinə yalnız tikinti işlərinin idarə edilməsi və podratçılar tərəfindən yerinə yetirilən tikinti-quraşdırma işlərinə bilavasitə nəzarət etmək, müstəsna hallarda cəmiyyətin rəhbərliyi ilə razılaşdırılmaqla kiçik həcmli podrat müqavilələrinin, tikinti materiallarının alınmasına dair şifahi və ya yazılı alqı-satqı müqavilələrinin bağlanması daxil olmuşdur. Bu məqsədlərə istifadə etmək üçün ona imzası ilə istifadə olunması üçün üzərində azərbaycan və ingilis dillərində: “Azərbaycan Respublikası- Azerbaijan Republic, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Tikinti işləri üzrə Direktor” sözləri və çoxmərtəbəli bina şəkli həkk edilmiş dəyirmi möhür təhvil veri lmişdi. Lakin buna baxmayaraq, səlahiyyəti olmadığı təqdirdə ona verilmiş möhürdən, möhürü təhvil verdikdən sonra isə həmin möhürün əksini ağ kağızlarda vurub özündə saxladığı vərəqlərdə "xxxx" MMC adından guya yuxarıda qeyd etdiyi tikinti obyektində həmin şəxslərin mənzillər aldıqlarına dair müqavilələr tərtib etmişdir, həmin müqavilələr üzrə guya müqavilə qiymətinin (məbləğinin) tam ödənildiyinə dair maliyyə arayışları tərtib edib həmin şəxslərə təqdim etmişdir. "xxxx" MMC (tikinti işləri üzrə direktoru X1 şəxsində) ilə X6 arasında bağlanmış 8/15 nömrəli 27 noyabr 2011-ci il tarixli müqavilə və maliyyə arayışında da X2 verilmiş möhürdən istifadə olunmuşdur. Bu da müqavilənin səlahiyyəti olmayan şəxs tərəfindən bağlanıldığını göstərir. Belə olduğu halda, həmin müqavilə etibarlı hesab olun a bilməz.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337,340.1 və 390.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, mənzil əsаssız оlаrаq "xxxx" MMC tərəfindən Sirаclı Qеys Məmməd оğlunа sаtılıb. 2018-ci ildə оnа mаliyyə аrаyış vеrilir. Mаliyyə аrаyışı üzrə pulun nеcə və kimə ödənilməsi məlum dеyil. Şirkət vətəndаşа mənzil sаtır, аmmа hеç bir müqаvilə tərtib еdilmir. Mаliyyə аrаyışı vеrildikdən iki il sоnrа həmin şəхslə аlqı-sаtqı müqаviləsi bağlаnılır. Bu nə dərəcədə qаnunа müvаfiqdir? Bildiyinə görə Qеys Siraclı şirkətlərlə əməkdаşlıq еdən bir şəхsdir. Оnun və həyаt yоldаşının аdındаn digər şəхslər iştirаk еdib. Bеlə аlıcı оlаr? Sоnrа dа Еsmirа аdlı qаdınа sаtırlаr. Аlqı-sаtqı müqаvilələri еtibаrsız hеsаb еdilməlidir. 2011-ci ildə qаnuni əsаslаrlа əldə еtdiyi mənzil 7-8 il sоnrа bаşqа şəхsə sаtılıb. "xxxx" MMC bildirmişdir ki, biz bu binаnın istismаrını həyаtа kеçiririk. Sоnrа isə bu mənzilin onun оlduğunu bilə-bilə bаşqа şəхsə sаtır. Qüvvətəli Süleymanov mənzili ona 2011-ci ildə sаtıb. 2012-ci ildə möhürü təhvil vеrib. 2014-də məhkum оlunub. Əgər Qüvvətəlinin səlаhiyyəti yох idisə, möhürü оnа kim və nə səbəbə vеrmişdi? Tikinti şirkəti möhürü özü оnа həvаlə еtmişdir. Onun barəsində məhkəmə işindən хəbəri оlmаyıb. Nə üçün оndаn şikаyət еtməliydi? Mənzili yеrində idi, gе dib-gəlirdi. Mənzilini "xxxx" MMC sаtıb. Bu fаktı məhkəmə zаmаnı bilmişdir. Məhkəmə zаmаnı cаvаbdеhlən həmin illərdə bağlаnmış digər müqаvilələr tələb еdilsə də təqdim еdilmədi. Həmin dövrdə və sоnrаkı illərdə şirkətin mənzillərinin kim tərəfindən sаtılmаsı аrаşdırılmаlıydı.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Fikrət Mehiyev) 30 oktyabr 2024-cü il tarixli, 2(103)-5424/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnamasi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd olunmuşdur.

11. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın r ədd edilməli olması barədə düzgün nəticəyə gəlsə də, onun əsaslarını düzgün müəyyən etməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.

12. Birinci instansiya məhkəməsi "xxxx" MMC (tikinti işləri üzrə direktoru X1 şəxsində) ilə X6 arasında bağlanmış 8/15 nömrəli 27 noyabr 2011-ci il tarixli müqavilənin qanunazidd olması barədə qənaətə gələrkən Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 sentyabr 2014-cü il tarixli hökmü və X3 tərəfindən Azərbaycan Respublikasının səlahiyyətli dövlət, icra hakimiyyəti, hüquq-mühafizə və digər orqan və təşkilatlarına təqdim edilmiş 25 noyabr 2012-ci il tarixli ərizəsinə istinad etmişdir. Əvvəla, sözügedən hökmdən iddiaçının cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması görünmür. O, həmin cinayət işi üzrə şahid qismində də ifadə verməmişdir. Ona görə də həmin hökmlə müəyyən edilmiş halların hazırkı iş üzrə üstün hüquqi qüvvəyə malik olması istisna edilir. Bundan əlavə, təqsirləndirilən şəxs X3 həmin hökmdə öz əksini tapmış ifadəsində iddiaçı ilə bağlanmış müqaviləyə, onun etibarlı, yaxud etibarsız olmasına dair hər hansı ifadə verməmişdir. Ümumiyyətlə, adı çəkilən hökmdə mübahisəli mənzillə bağlı hər hansı epizod mövcud deyildir.

13. Apellyasiya məhkəməsi bununla yanaşı birinci instansiya məhkəməsinin əvvəllər "xxxx" MMC-nin tikinti işləri üzrə direktoru işləmiş X1 Azərbaycan Respublikasının səlahiyyətli dövlət, icra hakimiyyəti, hüquq-mühafizə və digər orqan və təşkilatlarına ünvanlandırdığı 25 noyabr 2012-ci il tarixli ərizədə göstərilənlərin də hazırkı işə tətbiqini düzgün saymamışdır. Belə ki, əvvəla, həmin m üraciət sadə yazılı formada tərtib olunmuş ərizə olmaqla notarial qaydada təsdiq olunmamışdır. Bu baxımdan həmin ərizənin hazırkı iş üçün etirafedici hərəkət kimi qəbul edilməsi mümkünsüzdür. Digər tərəfdən, bu ərizədə də nə iddiaçının, nə də onunla bağlanmış müqavilənin adı çəkilmir. X1 "xxxx" MMC-nin adından bağladığı bütün müqavilələrin etibarsızlığına dair isə işdə hər hansı mötəbər sübut yoxdur. Bu isə o deməkdir ki, X1 "xxxx" MMC-nin adından bağladığı bir neçə müqavilənin məhkəmə tərəfindən etibarsız sayılması, yaxud onun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində keçən bir neçə şəxsi aldatması heç də onun "xxxx" MMC-nin adından bağladığı bütün müqavilələrin etibarsız olması qənaətinə gəlməyə əsas vermir.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, müqavilənin "xxxx" MMC-nin adından səlah iyyəti olmayan şəxs tərəfindən imzalanması, yaxud müqaviləyə əsas möhürün deyil, digər möhürün vurulması da özlüyündə həmin müqavilənin etibarlılığını şübhə altına alan hal kimi qəbul edilə bilməz. Belə ki, müqavilənin MMC-nin hansı vəzifəli şəxsi tərəfindən imzalanması, yaxud müqaviləyə hansı möhürün vurulması vətəndaşı deyil, MMC-nin özünü maraqlarına aid olan haldır. Bu məsələdə hər hansı qüsura yol verilməsi müqavilə tərəfi kimi vətəndaşın ziyanına şərh oluna bilməz.

15. Belə olan halda, hazırkı iş üzrə müəyyən edilən hallar "xxxx" MMC (tikinti işləri üzrə direktoru X1 şəxsində) ilə X6 arasında bağlanmış 8/15 nömrəli 27 noyabr 2011ci il tarixli müqavilənin və maliyyə arayışının mötəbərliyini şübhə altına alan hallar kimi qiymətləndirilə bilməz və birinci instansiya məhkəməsinin Mülki M əcəllənin 340.1-ci maddəsini rəhbər tutmaqla iddiaçı ilə bağlanan bu müqavilənin etibarlı olmadığı qənaətinə gəlməsi əsaslı hesab oluna bilməz. "xxxx" MMC ilə X6 arasında bağlanmış 8/15 nömrəli 27 noyabr 2011-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarlılığı başqa məhkəmə icraatında mübahisələndirilə bilər və hazırkı iş üzrə gəlinən nəticə onun qarşısını almır.

16. Apellyasiya məhkəməsi daha sonra iddiaçının tələbinə mahiyyəti üzrə qiymət verərək qeyd etmişdir ki, bu tələb birinci instansiya məhkəməsinin istinad etdiyi əsaslar üzrə deyil, digər əsaslar rəhbər tutulmaqla rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə qiymət verərkən Mülki Məcəllənin 324.1-ci (əqdin anlayışı), 337.1 və 337.2-ci (əqdin etibarsızlığının anlayışı), 390.1-ci (müqavilə aza dlığı) maddələrinə istinad etmiş və mübahisələndirilən müqavilələrin etibarsız sayılması üçün əsasların olmadığını qeyd etməklə ümumi sözlərlə kifayətlənmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın əsassız olması barədə qənaəti doğru olsa da, məhkəmə qətnaməni hüquqi cəhətdən düzgün əsaslandırmamış, hüquqi əsası düzgün müəyyən etməmişdir. 17. xx.xx.2020-ci il tarixdə Cavabdeh1 MMC mübahisəli mənzili Cavabdeh3, sonuncu da 11 aprel 2022-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. İstər Cavabdeh3, istərsə də Cavabdeh2 mübahisəli mənzili notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən əldə edərkən özlərindən əvvəlki mülkiyyətçinin hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatına, bu qeydiyyatın həqiqliyi və tamamlığı prezumpsiyasına əsaslanmışlar. Başqa sözlə, onlar mübahisəli daşınmaz əmlakı əldə edərkən vicdanlı olmuşlar və iddiaçı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı bunun əksini təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir.

18. Apellyasiya məhkəməsi işin müəyyən olunmuş hallarını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh3 və X6 vicdanlı əldə edən olduğundan, onlarla bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilə və həmin müqavilələr əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilə bilməz. Cavabdeh3 və Cavabdeh2 bağladıqları əqdə münasibətd ə vicdanlı olmuş, əqdin legitimliyi barədə onlarda hər hansı şübhə olmamış, mənzili əvəzli şəkildə əldə edərək hüquqlarını qeydə aldırmışlar. Bununla da vicdanlı əldə edən kimi Cavabdeh3 və Cavabdeh2 iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışlar. Əqdin etibrasızlığı tələbi rədd olunduğundan həmin tələbdən törəyən mənzil üzərində hüquqların bərpa olunması ilə bağlı maneələrin aradan qaldırılması tələbi də təmin edilə bilməz.

19. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı hazırkı işdə Cavabdeh1 MMC-nin mübahisəli mənzil üzərində mülkiyyət hüququnu mübahisələndirmədən birbaşa cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə bağlanmış alqısatqı müqavilələrini mübahisələndirmişdir. Halbuki, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq Cavabdeh1 MMC-nin adına m ülkiyyət hüququ üzrə qeydə alınmışdır.

20. Məhkəmə iddiaçıya izah etmişdir ki, mənzil üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyindən iddiaçı öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə ona vurulmuş zərərin əvəzinin ödənilməsini ümumi əsaslarla iddia qaldırmaqla ayrıca məhkəmə icraatında tələb edə bilər.

21. Mübahisəyə iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibətdə apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin ərizəni əsassız saymış və Mülki Məcəllənin 384.0.4-cü maddəsini rəhbər tutmaqla mübahisəli hüquq münasibətinə iddia müddətini tətbiq etməmişdir.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 340.1 və 390.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikay ətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil2) qətnamədən kassasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynlik təşkil edərək əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddiaçının hüquqlаrını pоzmuş, işin həqiqi hаllаrınа düzgün hüquqi qiymət vеrməmiş, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.

25. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 337ci maddələrinə istinadla əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh3 vəkili Nümayəndə2 tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etirazda göstərmişdi r ki, işə baxarkən apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)5424/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

28. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yeti rilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

30. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı müb ahisə edilir.

31. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

32. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalar ına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edil ən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara is tinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətində göstərilən dəlillər iddia ərizəsində və apellyasiya şikayətində göstərilən dəlillərlə eyni məzmunludur, sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmiş, düzgün olaraq iddiaçının hazırkı tələblərini hüquqdan sui-istifadə kimi dəyərləndirmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.

44. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün fa ktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi ye ni sübut qəbul etmir.

45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsa s vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5424/2024 nömrəli iş üzrə 30 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar