Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6230/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə, istifadə hüququnun tanınması) 23.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi və İddiaçı və onun vəkili Vəkil3, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2021-ci il tarixli, 2(103)3797/2021 qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsi, ev 98, 31 saylı mənzil 1983-cü ildə Yasamal rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçı və cavabdehin anası X2 özünün və ailəsinin yaşaması üçün verilmişdir. İddiaçı 2000-ci ildə evlənmiş və ailəsi ilə Neftçala şəhərində yaşamışdır. Mənzil X1 adına özəlləşdirilmiş, 31.10.2013-cü ildə Cavabdeh bağışlanmış, sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onun ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsi, ev 98, 31 saylı mənzildən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə üzvləri olan anası X3, bacıları X4 və Cavabdeh ilə birlikdə atası Həsənov Ağasəf vəfat etdikdən sonra yaşadıqları Salyan rayonundan Bakı şəhərinə köçmüşlər. X6 ilə Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyində 1983-cü ildən işləmiş və kommunal təsərrüfat birliyi tərəfindən onlara yaşamaları üçün ev verilmişdir. Həmin illərdə bacısı Cavabdeh Rusiyada öz ailə üzvləri ilə birlikdə yaşamış, bacısı Rəna Həsənova onlarla birlikdə yaşamışdır. 1988-ci ildə Rən a Həsənova vəfat etmiş və Cavabdeh 1989-cu ildə ailəsindən boşanaraq Bakı şəhərinə onun anası ilə yaşadıqları mənzilə gəlmiş və həmin mənzildə yaşamağa başlamışdır. Bir neçə vaxt sonra Cavabdeh ilə onun həyat yoldaşı və övladları arasında münaqişələr yaranmışdır. Bundan istifadə etməyə çalışan Cavabdeh hər zaman yalan və şər ataraq ondan polisə şikayət edirdi. 1989-cu ildə X6 vəfat etmiş və ondan sonra ailədə hər zaman söz-söhbət yaranırdı ki, bu da qonşular arasında narazılığa səbəb olmuşdur. Bu səbəbdən ailə üzvləri ilə qərara gəlmişdir ki, müvəqqəti yaşayış yerini dəyişsin, bacısı tək qadındır, kirayədə qalmaq və yaşaması ağır olacaq, buna görə qardaş olaraq öz ailəsini götürüb kirayəyə köçmüş və bir vaxtdan sonra özü ağır xəstəliyə düçar olmuşdur. Uzun illərdir kirayədə yaşadığı mənzil in kirayə ödənişlərini ödəyə bilməmişdir. Bununla əlaqədar dəfələrlə bacısına müraciət edərək ki, artıq kirayədə yaşaya bilmədiyini, maddi çətinlikləri olduğunu bildirmiş, öz mənzilinə köçüb birlikdə yaşamağı təklif etmiş, lakin bacısı Cavabdeh buna imkan yaratmamışdır. Həmin mənzilin alınmasında bacısı Cavabdeh tərəfindən heç bir vəsait qoyulmadığı halda, illərdir onun və ailə üzvlərinin mənzildən istifadə etməklə yaşamalarını qadağan etmişdir. Hazırkı mübahisəyə baxılan zaman hüquq münasibəti yaranan dövrdə qüvvədə olan məcəllə tətbiq olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.07.2001-ci il tarixli qərarına əsasən, onun istifadə hüququ 2000-ci ilədək artıq yaranmışdır.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun Bakı şəhəri, Yasamal r ayonu, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsi, ev 98, 31 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Yasamal Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(004)-155/2021 nömrəli qətnaməsi ilə (hakim A.Məmmədov) iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsi, ev 98, 31 saylı mənzilə köçürülməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə istinadla əsaslandıraraq bildirmişdir ki, İddiaçı mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsi, 98 saylı evin, 31 saylı mənzilinə istifadə hüququ mövcuddur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Yasa mal Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(004)-155/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2021-ci il tarixli, 2(103)3797/2021 qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), A.N.İmanov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(004)-155/2021 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə əsasən ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair” iddiası təmin edilməmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı mübahisəli mənzildən istifadə hüququ olub, lakin o, evi 200 0-ci ilin əvvəllərində tərk edib daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçməklə (bu hal iddiaçı və cavabdehin izahatları, iddiaçının uşaqlarının Neftçala rayonunda doğulmaları faktı ilə təsdiq olunur) evdən istifadə hüququnu itirmişdir. İddiaçı evdən istifadə etməsi ilə bağlı münasibətlər əvvəlki Mənzil Məcəlləsinin qüvvədə olduğu zaman yarandığından, mübahisə həmin Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir.
10. Belə ki, 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müəyyən müddətdə başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. İddiaçı anası vəfat etməmişdən əvvəl mübahisəli mənzili iş üzrə cavabdeh olan Cavabdeh bağışlayarkən, İddiaçı da qeydiyyatda olduğu üçü n könüllü və heç bir şərt olmadan mənzilin cavabdehin mülkiyyətinə keçməsinə notarial qaydada razılıq ərizəsi vermiş, bu vaxta qədər də mənzilə dair mübahisə qaldırmamış və hazırda da mübahisəli mənzil cavabdehin mülkiyyətindədir. Bu baxımdan da 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarındakı göstərişlərə əsasən İddiaçı Cavabdeh ailə üzvü hesab edilmir və buna görə də iddia tələbi təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a ) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və müəyyən edilmiş hallara və sübutlara əsasən yeni qərar çıxarılmasını xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil anasına verilən vaxt o da ailə üzvü kimi qeyd edilmiş, pasport qeydiyyatına alınmış və mübahisəli mənzildə yaşamışdır. Lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənzili tərk etmək məcburiyyətində qalaraq, ailəsi ilə birlikdə kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Hesab edir ki, 2000-ci ilədək istifadə hüququ yarandığından, həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən həmin mənzilə köçürülməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil3 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
15. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil1 kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyası Maddə
33. Mənzil toxunulmazlığı hüququ 33.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 33.2. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Maddə
43. Mənzil hüququ 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
17. Azərbaycan Respublikası Mənzil Məcəl ləsi Maddə
2. Mənzil hüququnun əsasları 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Maddə
9. Mənzil hüquqlarının müdafiəsi 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Maddə
30. Mülkiyyətçiyə məxsus ya şayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlan masını təmin etməyə borcludurlar. 18. 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə
60. İcarədar və ya onun ailə üzvləri müəyyən müddətdə başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Maddə
87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüququ itirilir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normaları na uyğun çıxarılmalıdır. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
20. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 11.07. 2014-cü il tarixli Qərarı Yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-nə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
22. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nət icələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir k i, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsi, ev 98, 31 saylı mənzil 1983-cü ildə Yasamal rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçı və cavabdehin anası X2 özünün və ailəsinin yaşaması üçün verilmişdir. Ailə üzvlərinin tərkibinə oğlu İddiaçı da daxil olmuşdur. Mübahisəli mənzil öz əlləşdirilmiş və 05.09.2002-ci ildə iddiaçının anasının adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. İddiaçının anası, mübahisəli mənzilin mülkiyyətçisi X3 mülkiyyətində olan mübahisələndirilən mənzili 31.10.2013-cü il tarixli bağışlama müqaviləsi əsasında (həmin bağışlama müqaviləsinin bağlanılmasına iddiaçının notarial qaydada təsdiq edilmiş razılığı ilə) hazırki iş üzrə cavabdeh olan qızı Cavabdeh bağışlamış və hazırki iş üzrə cavabdehin adına 18 noyabr 2013-cü ildə mülkiyyət hüququna dair çıxarış verilmiş və hazırda mənzil onun mülkiyyətindədir.
27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı evdən istifadə etməsi ilə bağlı münasibətlər əvvəlki Mənzil Məcəlləsinin qüvvədə olduğu zaman yarandığından, mübahisə həmin Mənzil Məcəlləsinin müddəalarına uyğun hə ll edilməlidir.
28. Məhkəmənin həmin əsaslandırması MPM-nin 217-ci maddəsinin maddi hüquq normalarının hüquq münasibətləri yaranan dövrdə qüvvədə olmuş maddi hüquq normalarına əsasən həll edilməsi barədə tələbinə uyğundur.
29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müəyyən müddətdə başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır
30. Həmin Məcəllənin 87-ci maddəsinə görə kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahə sinə hüququ itirilir.
31. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarını və qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alıb hesab etmişdir ki, İddiaçı 2000-ci ilin əvvəllərində mənzili tərk etmiş və uzun müddət başqa yaşayış sahəsində yaşamış, 20 ildən artıq müddət ərzində başqa yaşayış məntəqəsində yaşamaqla, mənzildən istifadə hüququnu itirdiyindən, mənzilə köçürülmə barədə tələbinin təmin edilməsi üçün hüquqi və faktiki əsaslar mövcud olmamışdır. 32.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması müəyyən edilmir.
33. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2021-ci il tarixli, 2(103)3797/2021 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.