Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6234/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçı “xxxx” MMC-nin vəkili Əsədov Anar Əsədulla oğlunun və cаvаbdeh Cavabdeh vəkili Ağalarov Mirdamət Hadı oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.05.2019-cu il tarixli, 2(107)-1329/2019 nömrəli qətnaməsindən cаvаbdeh Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: ŞəkiRayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(075)-173/2019 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 7.916,79 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı «xxxx” MMCnə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq «xxxx” MMCnə qaytarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyuasının (hakimlər Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) 2(107)-1329/19 saylı 08 may 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cаvаbdeh Cavabdeh iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.05.2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti verm işdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7.919,89 (yeddi min doqquz yüz on doqquz manat səksən doqquz qəpik) manat borcun, əldən çıxmış faydanın əvəzi olaraq, hər aya 1 faiz olmaqla, 19 aya görə borcun 19 faizi həcmində, yəni 1.504,77 (bir min beş yüz dörd manat yetmiş yeddi qəpik) manatın, vurulmuş mənəvi zərərə görə cavabdehdən 500 manat təzminatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq cəmiyyətə verilməsibarədə qətnamə və Cavabdeh əməllərinə hüquqi qiymət verilməsinə dair xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” MMCiddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 28 mart 2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış və Cavabdeh 28.03.2016-cı il tarixdən 31.12.2016-cı il tarixədək olan dövrdə “xxxx” MMC-də n ümumilikdə 64.601,73 manat dəyərində müxtəlif növ uşaq bezləri və qida məhsulları almışdır. Aralarında bağlanmış müqavilənin şərtinə görə Cavabdeh aldığı malın dəyərini 30 gün gec olmamaq şərti ilə ödəməli idi. Qeyd olunan dövrdə Cavabdeh satışdan 56681,84 manat məbləğində pulu cəmiyyətin kassasına təhvil vermiş və ya malı anbara qaytarmışdır. Nəticədə 01 yanvar 2017-ci il tarixə Cavabdeh maddi məsuliyyətində 7.919,89 manat borc mal qalığı qalmışdır. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən “xxxx” MMC-nin direktoru X6 ilə Auditorlar palatası arasında bağlanmış 01 avqust 2016-cı il tarixli, 00021 saylı müqavilə əsasında 28 mart 2016-cı il tarixdən 31 dekabr 2016-cı il tarixlərini əhatə edən dövr ərzində satış nümayəndəsi işləmiş Cavabdeh fəaliyyətinə dair aparılmış araşdır maya dair tərtib edilmiş 24 fevral 2018-ci il tarixli aktda Cavabdeh “xxxx” MMC-nə 7919,89 manat borcu-mal qalığının qaldığı təsdiq edilir. Cavabdeh şifahi və rəsmi qaydada xəbərdarlıq edilərək onun maddi məsuliyyətində “xxxx” MMC-nə ödənilməsi lazım gələn 7919,89 manat borc qaldığı və həmin borcun ödənilməsi bildirilsədə, Cavabdeh hər dəfə qalıq borcunu ödəyəcəyini bildirmiş, lakin bu günə kimi heç bir ödəniş həyata keçirməmişdir. Həmin vəsait vaxtında qaytarılmış olsa idi, “xxxx” MMC dövriyyədən xeyli fayda əldə etmiş olardı. Cavabdehin öhdəliklərini vaxtında icra etməməsi nəticəsində “xxxx” MMC-nə xeyli miqdarda ziyan dəymişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddianı müdafiə edir və hesab edir ki, iddia əsaslıdır. İddianın təmin edilməsi barədə qətna mə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cаvаbdeh Cavabdeh iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.05.2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qeyd etsə də ki, iddiaçı ilə cavabdeh arasında tam maddi məsuliyyət barədə müqavilə bağlanıb, tərəflər arasında belə müqavilə bağlanmamışdır. Bu hal məhkəmə araşdırması zamanı da təsdiq olunmamışdır. Belə olan halda, tam maddi məsuliyyət barədə müqavilə olmadığı təqdirdə cavabdeh yalnız əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Yəni cavabdeh maddi məsul şəxs olmadığına görə hər han sı maddi məsuliyyət daşımır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cаvаbdeh Cavabdeh vəkili Ağalarov Mirdamət Hadı oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin, iddianın rədd edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin vəkili Əsədov Anar Əsədulla oğlu kassasiya şikayətinə etiraz edərək, onun rədd, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 08.0 5.2019-cu il tarixli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Cavabdeh məxsus ******* nömrəli əmək kitabçasının surətinə əsasən, Cavabdeh 11 aprel 2016-cı il tarixdə "İddiaçı” MMC-ndə satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmiş və o, 12 yanvar 2017-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə tutduğu vəzifədən azad edilərək əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan “xxxx” MMC-nin direktoru, Auditorlar Palatasının üzvü Misir Əhmədov, “xxxx” MMCnin aiditoru Rasim Heydərov, “xxxx” M MC-nin direktoru Rahiyə Vəliyeva tərəfindən tərtib edilmiş 24 fevral 2018-ci il tarixli aktda göstərilmişdir ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilən 25.02.2014-cu il tarixli 080794 saylı lisenziyaya əsasən fəaliyyət göstərən “xxxx” MMC-nin direktoru, Auditorlar Palatasının üzvü X9, İddiaçı MMC nin direktoru X7 ilə bağlanmış 01 avqust 2016-cı il tarixli 00021 saylı müqaviləyə əsasən "İddiaçı” MMC-də 28 mart 2016-cı il tarixdən 31 dekabr 2016-cı il tarixədək dövrdə satış nümayəndəsi vəzifəsində işləmiş Cavabdeh fəaliyyətinə dair araşdırma aparılmış və aşağıdakılar müəyyən edilmişdir. Audit yoxlaması təsərrüfat subyekti tərəfindən təqdim olunmuş sənədlər əsasında aparılmış və həmin sənədlərin düzgünlüyünə təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır. Audit ə hatə olunan dövr ərzində cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə aşağıdakı şəxslər cavabdeh olmuşlar. X1 01.08.2016 ci il tarixdən 31.12.2016-cı il tarixə kimi,mühasib X10 01.08.2016 ci il tarixdən 31.12.2016 cı il tarixə kimi. Cəmiyyətin hüquqi ünvanı: ünvan 1ərbaycan Respublikası X3 2005-ci il 19 yanvar tarixli 144/2 saylı qərarı ilə təsdiq edilmiş və X3 2008-ci il 27 may tarixli 192/4 saylı və 2009-cu il 29 may tarixli 200/5 saylı qərarları ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla təstiq edilmiş Beynəlxalq audit standartlarının tələblərinə uyğun olaraq audit aparılmasına dair proqrama əsasən yaradılmışdır. İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin kommersiya X11 Qeydiyyatı idarəsində 21.09.2015-ci il tarixdə Dövlət q eydiyyatına alınaraq ********** nömrəli VÖEN şəhadətnaməsi verilmişdir. İddiaçı MMC-nin nizamnaməsinə əsasən nizamnamə kapitalı 50 manatdır. Cəmiyyətin təsisçisi X2 100% Cəmiyyətin qanuni təmsilçisi X5r. Audit yoxlaması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMC-nin 28 mart 2016 cı il tarixdə 07 saylı əmrə əsasən satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. 28 mart 2016 cı il tarixdə onunla əmək müqaviləsi və tam maddi məsuliyyət barəsində müqavilə bağlanmışdır. Əmək Müqaviləsinin 5-ci bəndində tərəflərdən birinin digərinə vurduğu ziyana görə qarşılıqlı surətdə maddi-məsuliyyət daşıması qeyd edilmişdir. MMC-nə məxsus malları ambardan qəbul edib alıcılara satıb malın pulunu Cəmiyyətin kassasına təhvil verənə kimi tam maddi məsuliyyət daşıyır. Qeyd olunanlara baxmayaraq Cavabde h onunla bağlanmış müqavilənin şərtlərinə əməl etməmiş, ambardan qəbul etdiyi malların pulunu Cəmiyyətin kassasına tam təhvil verməmişdir. Yoxlamaya Cavabdeh işlədiyi 28 mart 2016-cı il tarixdən 31.12.2016-cı il tarixədək dövrdə təqdim olunmuş mühasibat uçot sənədlərinə əsasən maddi-məsuliyyətinə qəbul etdiyi mallar üzrə dövriyyə cədvəli tərtib olunmuşdur. Həmin tərtib olunmuş cədvəldən müəyyən olunmuşdur ki, Cavabdeh ambardan ümumilikdə 64601 manat 73 qəpik məbləğində mal qəbul etmişdir. Qeyd olunan dövrdə satışdan 56681 manat 84 qəpik məbləğində pulu Cəmiyyətin kassasına təhvil vermiş və ya malı anbara qaytarmışdır. Nəticədə 01.01.2017-ci il tarixə Cavabdeh maddi məsuliyyətində 7919 manat 89 qəpik mal qalığı qalmışdır. Təhlil zamanı 7919 manat 89 qəpik malın hansı müştərilər və ya mal qr uplarından Cavabdeh hesabında qalmasına dair audit yoxlaması zamanı qruplaşma cədvəli tərtib edilmişdir. Həmin cədvələ əsasən son nəticədə borclu şəxslər üzrə 31.12.2016-cı il tarixə müəyyən olunmuşdur ki, Cavabdeh borcu qalan şəxslər üzrə 14526 manat 14 qəpik məbləğində satdığı maldan 2540 manat 96 qəpik geri qaytarmış, 4068 manat 39 qəpik satış pulu kimi kassaya təhvil vermiş və 7916 manat 79 qəpik mal uçot məlumatlarına əsasən Cavabdeh maddi-məsuliyyətində qalmışdır. Dəfələrlə Cavabdeh rəsmi və şifahi xəbərdarlıq edilərək onun maddi məsuliyyətində qalmış 7916 manat 79 qəpik vəsaitin ödənilməsi tələb olunsa da o, hesabında qalmış 7916 manat 79 qəpik çatışmazlığın yaxın günlərdə ödəyəcəyini vəd etsə də hazırki tarixə kimi həmin borc vəsaitinin ödənilməsinə dair hər hansı bir nəticə olmamı şdır. Həmin çatışmazlığı Cavabdeh iştrakı ilə yenidən araşdırılması məqsədi ilə 20 fevral 2018 ci il tarixdə onun yaşadığı ünvan 2 ünvana teleqram göndərilmişdir. 24 fevral 2018 ci il tarixə kimi gözlənilsədə, naməlum səbəbdən gəlib iştirak etməmişdir. Yuxarıda istinad edilən iş materiallarına əsasən apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “xxxx” MMC-nin direktoru, Auditorlar Palatasının üzvü Misir Əhmədov, “xxxx” MMC-nin aiditoru Rasim Heydərov, “xxxx” MMC-nin direktoru Rahiyə Vəliyeva tərəfindən tərtib edilmiş 24 fevral 2018-ci il tarixli aktdan görünür ki, Cavabdeh işdən azad edildikdən sonra onun fəaliyyətinə dair araşdırma aparılmışdır. Cavabdeh “İddiaçı ” MMC-nin 28 mart 2016 cı il tarixdə 07 saylı əmrə əsasən satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. 28 mart 2016 cı il tarixdə onunla əmək müqaviləsi və tam maddi məsuliyyət barəsində müqavilə bağlanmışdır. Əmək Müqaviləsinin 5-ci bəndində tərəflərdən birinin digərinə vurduğu ziyana görə qarşılıqlı surətdə maddi-məsuliyyət daşıması qeyd edilmişdir. MMC-nə məxsus malları ambardan qəbul edib alıcılara satıb malın pulunu Cəmiyyətin kassasına təhvil verənə kimi tam maddi məsuliyyət daşıyır. Qeyd olunanlara baxmayaraq Cavabdeh onunla bağlanmış müqavilənin şərtlərinə əməl etməmiş, ambardan qəbul etdiyi malların pulunu Cəmiyyətin kassasına tam təhvil verməmişdir. Yoxlamaya Cavabdeh işlədiyi 28 mart 2016 cı il tarixdən 31.12.2016-cı il tarixədək dövrdə təqdim olunmuş mühasibat uçot sənədlərinə əsasən maddi-məsuliyyətinə qəbul etdiyi mallar üzrə dövriyyə cədvəli tərtib olunmuşdur. Həmin tərtib olunmuş c ədvəldən müəyyən olunmuşdur ki, Cavabdeh ambardan ümumilikdə 64601 manat 73 qəpik məbləğində mal qəbul etmişdir. Qeyd olunan dövrdə satışdan 56681 manat 84 qəpik məbləğində pulu Cəmiyyətin kassasına təhvil vermiş və ya malı anbara qaytarmışdır. Nəticədə 01.01.2017-ci il tarixə Cavabdeh maddi məsuliyyətində 7916,79 manat mal qalığı qalmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsaslandırılmasını xüsusən Əmək Məcəlləsinin aşağıdakı müddəalarına istinad etməklə verimişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu madəsinin 1-ci bəndinin a) yarımbəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyalar ının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Bu müddəalara, habelə Mülki Məcəllənin deliktlə bağlı tənzimləyici normalarına istinad etməklə belə qənaətə gəlmişdir ki, «xxxx” MMC ödənilməmiş borcunu Cavabdeh tələb etməkdə haqlıdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instanisyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, elə apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Əmək Məcəlləsinin 199-cu madəsinin 1-ci bəndinin a) yarımbəndindən göründüyü kimi işçinin əmək funksiyalarının yerinə yetirilməsi ilə bağlı işəgötürənə vurduğu zərərə görə tam maddi məsuliyyəti, onlar arasında işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında yazılı müqavilənin olması ilə şərtləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu maddi hüquq normasına istinad etsə də, cavabdehin belə bir müqavilənin aralarında bağlanmaması ilə bağlı bildirdiklərinə rəğmən tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilənin mövcudluğu məsələsini aydınlaşdırmadan vururlmuş zərərin əvəzinin tam şəkildə cavabdehdə n tutulmasına dair səhv nəticəyə gəlmişdir. Halbuki, Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən tam maddi məsuliyyət haqqında müqavilənin bağlanmaması işçinin öz əmək funksiyalarının icrası ilə bağlı vurduğu zərərə görə məsuliyyəti aldığı bir aylıq orta əmək haqqı həddi ilə məhdudlaşdırılmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. 200-cü maddənin 1-ci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər; 200-cü maddənin 5-ci bəndinə əsasən tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Göründüyü kimi, apellyasiya instanisyası məhkəməsi tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilənin bağlanıb-bağlanmamasını aydınlaşdırmadan iddianın təmin edilməsinə dair qətnamə qəbul etdiyindən, qətnamə maddi hüquq normasının tətbiqində səhvə yol verilməklə qəbul edildiyindən ləğv edilməlidir. İş üzrə yeku n qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına əsasən yeni apellyasiya baxışında kassasiya məhkəməsinin qərarında maddi və prosessual hüquq normalarının tətbiqinə dair MPM-in 420-ci maddəsinə uyğun olaraq şərh edilən göstərişlər nəzərə alınmaqla, işin qanuni həlli təmin olunmalıdır. Belə ki, sonuncu maddəyə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cаvаbdeh Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.05.2019-cu il tarixli, 2(107)1329/2019 nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6234/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6234/2019
09.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver