Məhkəmə qərarları › İş №2(102)-625/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-625/2024

16.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-625/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) 16.02.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli, 2(103)-4673/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası DİN-in Avtomobil Təsərrüfatı tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, 10 nömrəli orderə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077 7-ci Köndələn məhəlləsi, ev 5B, 10 saylı mənzil 4 nəfərdən ibarət ailə tərkibində - İddiaçı, X8, Cavabdeh və X6 istifadəyə verilmişdir.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən X8 və Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə 346 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 hər ay 108 manat aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində ic raat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077 7-ci köndələn məhəlləsi, ev 5B, 10 saylı mənzildən istifadə hüququna yaradılmış maneələrinin aradan qaldırılması və İddiaçı həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077 7-ci köndələn məhəlləsi, ev 5B, 10 saylı mənzil İddiaçı məxsusdur. X2 uzun müddət Daxili İşlər Nazirliyində xidmət etdiyinə görə, yaşayış şəraitinin yaxşılaşdırılması üçün 21 aprel 2011-ci ildə Daxili İşlər Nazirliyi tərəfindən istifadələrinə əvəzsiz olaraq verilmişdir. Cavabdeh İddiaçı keçmiş gəlinidir. O, İddiaçı oğlu X8 ilə 10 fevral 2004-cü ildə rəsmi ni kaha daxil olmaqla ailə qurmuşlar. Mənzil verildiyi tarixdən, yəni 21 aprel 2011-ci ildən bu vaxtadək cavabdeh İddiaçı mənzilində qeydiyyatdadır. 04 fevral 2015-ci il tarixdə cavabdehlə oğlu aralarında olan rəsmi nikah qeydi pozulmuşdur, lakin buna baxmayaraq cavabdeh sözügedən mənzildə hələ də qeydiyyatdadır. Bir müddət sonra, 16 aprel 2022-ci il tarixdə İddiaçı səhətində problem yarandığına görə evindən müvəqqəti olaraq çıxıb, Bakı şəhəri 5 saylı xəstəxanada müalicə alırdı. Müalicə müddəti bitdikdən sonra öz evinə qayıtmaq istəmiş, lakin bu mümkün olmamışdır, belə ki, cavabdeh İddiaçı xəbərsiz evinin qapısını dəyişmiş, bu səbəbdən İddiaçı evinə daxil ola bilməmişdir. Cavabdeh həmin mənzildə yaşamadan, İddiaçı maneəlar törədir. Bu barədə hüquq- mühafizə orqanlarına müraciət etsə də, lak in müsbət nəticə əldə etməmişdir. Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmidir ki, mübahisəli mənzil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən qaynatası və özü həmin nazirliyin işçiləri olması səbəbindən onlara verilmişdir. Həmin mənzil qaynanası tərəfindən kirayə verilirdi. Bu səbəbdən də özü uşağı ilə birlikdə həmin mənzildə yaşaya bilməmişdir. Sonradan isə mənzilə köçmüş, mənzildə təmir işlərinə başlamışdır. Qapının kilidini dəyişməsinə səbəb, mənzilin bir neçə kənar şəxsə kirayə verilmiş olması, özünün uşağı ilə birlikdə tək ana olaraq bu mənzildə yaşaması səbəbindən həmin şəxslərin sonradan özbaşına mənzilə daxil olmaq təhlükəsinin qarşısının alınması məqsədi ilə etmişdir. İddiaçı ondan i ndiyədək həmin mənzilin açarını istəməmişdir.

6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 31 mart 2023-cü il tarixli, 2(005)-790/2023 nömrəli qətnaməsi ilə (hakim M.Əfəndizadə) iddia tələbi təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi tərəfindən mülki işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X8 və Cavabdeh xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X9 doğulmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077 7-ci köndələn məhəlləsi, ev 5B, 10 saylı mənzil xx.xx.2011-ci il tarixli DİN-in Avomobil Təsərrüfatının orderi ilə 4 nəfərdən ibarət ailə tərkibində - İddiaçı, X8, Cavabdeh və X6 istifadəyə verilmişdir. X8 və Cavabdeh arasındakı nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəmə sinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. X1 anası İddiaçı məhkəmə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onun evə daxil olmasına manələr yaratdığını bildirir və həmin mənzilə köçürülməsini xahiş edir.

8. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077 7-ci köndələn məhəlləsi, ev 5B, 10 saylı mənzil iddiaçının və onun üç ailə üzvünün istifadəsinə verilib. Hazırki mülki işin icraatı zamanı iddiaçının istifadə hüququna xitam verilməsi ilə bağlı hallar aşkar edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddiaçının həmin mənzildə yaşaması üçün yaradılmış maneələr qanunsuzdur və İddiaçı həmin mənzilə köçürülməsinə imkan verməyən qanuni hal müəyyən olunmamışdır. Beləliklə mülki iş üzrə tədqiq edilmiş sübut lara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077 7-ci köndələn məhəlləsi, ev 5B, 10 saylı mənzildən istifadə hüququna yaradılmış maneələr aradan qaldırılmalı və İddiaçı həmin mənzilə köçürülməlidir.

9. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152-ci maddəsinə, Mənzil Məcəlləsinin 59.1-ci, 68.1-ci, 70-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 119.1-ci. 217.2ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla X8 arasında olan nikah pozulduqdan sonra o, mənzili tərk etmək məcburiyyətində qalmışdır. Çünki, İddiaçı mənzili kirayə verəcəyini cavabdehə bildirmişdir. Cavabdeh mənzildən çıxdıqdan sonra İddiaçı mənzili müxtəlif vaxtlarda, müxtəlif şəxslərə kirayə vermişdir. Cavabdehin övladı İdel ilə başqa daimi yaşayış sahəsi olmadığına görə, onun iş yerindən verilmiş mənzilə köçmək qərarına gəlmişdir. Çünki, mənzildə iddiaçı və onun oğlu yaşamamış, mənzil kirayəyə verilmişdir. Yəni iddiaçının və onun oğlu Fuadın mənzilə heç vaxt ehtiyacları olmamışdır. İddiaçının həmin mənzildə hər hansı əşyası olmamış və hazırda da yoxdur. Cavabdeh mənzilə köçəndən sonra, mənzili təmir etdirməyə başlamışdır. Cavabdehin mənzildə yaşamasına iddiaçı heç vaxt etiraz etməmişdir. Çünki, mənzilə dair orderdə iddiaçı ilə yanaşı cavabdehin də adı vardır. Yəni hər ikisi mənzilə münasibətdə eyni huquqlara malikdirlər. Hazırki iddia isə cavabdehin keçmiş qayınanası İddiaçı adından qaldırılsa da, əslində iddia ərizəsindəki tələb onun iradə ifadəsini bildirmir. Hazırki mülki işin başlanmasının təşəbbüskarı cavabdehin keçmiş əri X4 hazırki arvadıdır. Hazırki iş üzrə məhkəmə iclas protokolarına nəzər yetirilsə müəyyən edilər ki, iddiaçı heç bir məhkəmə iclasında iştirak etməmişdir. Bu da onu təsdiq edir ki, iddia ərizəsini İddiaçı deyil, onun hazırki gəlini imzalamışdır. Cavabdeh İddiaçı şəxsən məhkəmə iclasında iştirakının təmin edilməsini xahiş etsə də, Nərimanov Rayon Məhkəməsi bu vəsatətə əhəmiyyət verməmişdir. Lakin işə baxmış məhkəmə işin hallarını, tam, hərtərəfli və obyektiv araşdırmadan, tərəflərin qarşılıqlı münasibətlə rini düzgün müəyyən etmədən, iddianın təmin edilməsi barədə əsassız, qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4673/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab etmişdir ki, mübahisəli mənzilin İddiaçı məxsus olması onun həmin mənzilə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir. O isə bu hüquqların ona tanıdığı imkandan istifadə ed ərək həmin mənzilə köçürülməsini haqlı olaraq tələb edir. İddiaçının həmin mənzilə köçürülməsini qanunla istisna edən hər hansı maneə yoxdur. Keçmiş gəlini olan iş üzrə cavabdehin isə ona maneələr yaratması qanuni və əsaslı hesab edilə bilməz. İddiaçı başqa yaşayış sahəsinə sahib olmuş olsaydı belə, bu hal mübahisəli mənzilə köçürülməsi tələbini irəli sürməyə mane olmur. Belə olan halda kollegiya hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının həmin mənzildə yaşamaq üçün ora köçürülməsi barədə tələbi qanuni olmaqla sonuncu həmin mənzilə köçürülməli və cavabdeh tərəfindən ona yaradılan maneələr aradan qaldırılmalıdır. Bu baxımdan apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarət olduğundan təmin edilə bilməz

14. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 152-ci maddəsinə, Mənzil Məcəlləsinin 68 və 70-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayətində qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, iddiaçı özü və mərhum qayınatası daxili işlər orqanının əməkdaşları olduğuna görə, Nazirliyin Avtomobil Təsərrüfatı tərəfindən xx.xx.2011-ci il tarixdə 10 nömrəli order əsasında Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077 7-ci köndələn məhəlləsi, ev 5B-də yerləşən 10 nömrəli mənzil cavabdehin, cavabdehin keç miş qayınanası, cavabdehin keçmiş əri və övladının istifadə və sahibliyinə verilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən X8 və cavabdeh arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə övladı olan İdelin anasının yanında saxlanılması və sair qət edilmişdir. Cavabdehlə X8 arasında olan nikah pozulduqdan sonra cavadeh mənzili tərk etmək məcburiyyətində qalmışdır. Çünki, İddiaçı mənzili kirayə verəcəyini cavabdehə bildirmişdir. Cavabdeh mənzildən çıxdıqdan sonra İddiaçı mənzili müxtəlif vaxtlarda, müxtəlif şəxslərə kirayə vermişdir. Cavabdehin övladı İdel ilə başqa daimi yaşayış sahəsi olmadığına görə, onun iş yerindən verilmiş mənzilə köçmək qərarına gəlmişdir. Çünki, mənzildə iddiaçı və onun oğlu yaşamamış, mənzil kirayəyə verilmişdir. Yəni iddi açının və onun oğlu Fuadın mənzilə heç vaxt ehtiyacları olmamışdır. İddiaçının həmin mənzildə hər hansı əşyası olmamış və hazırda da yoxdur. Cavabdeh mənzilə köçəndən sonra, mənzili təmir etdirməyə başlamışdır. Cavabdehin mənzildə yaşamasına iddiaçı heç vaxt etiraz etməmişdir. Çünki, mənzilə dair orderdə iddiaçı ilə yanaşı cavabdehin də adı vardır. Yəni hər ikisi mənzilə münasibətdə eyni huquqlara malikdirlər. Hazırki iddia isə cavabdehin keçmiş qayınanası İddiaçı adından qaldırılsa da, əslində iddia ərizəsindəki tələb onun iradə ifadəsini bildirmir. Hazırki mülki işin başlanmasının təşəbbüskarı cavabdehin keçmiş əri X4 hazırki arvadıdır. Hazırki iş üzrə məhkəmə iclas protokollarına nəzər yetirilsə müəyyən edilər ki, iddiaçı heç bir məhkəmə iclasında iştirak etməmişdir. Bu da onu təsdiq edir ki, iddia ərizəsini İddiaçı deyil, onun hazırki gəlini imzalamışdır. Cavabdeh İddiaçı şəxsən məhkəmə iclasında iştirakının təmin edilməsini xahiş etsə də, Nərimanov Rayon Məhkəməsi bu vəsatətə əhəmiyyət verməmişdir. Bundan əlavə İddiaçı mübahisəli mənzildə yaşamaq hüququnu da itirmişdir. Belə ki, o, uzun müddətdir ki, yəni 6 aydan çox müddətdir ki, mübahisəli mənzili könüllü olaraq tərk edib getmişdir. Həmin vaxtdan o, oğlu Fuad və onun ailə üzvləri ilə birlikdə yaşayır. İşə baxmış apellyasiya İnstansiya məhkəməsi isə işin hallarını düzgün araşdırmamış, cavabdehin izahatında göstərilənləri, məhkəməyə təqdim etdiyi sübutları nəzərə almamış, nəticədə isə iş üzrə ədalətsiz və əsassız qərar qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etir az daxil olmamışdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə

18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 152.2. Sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

20. Maddə 152.3. İstifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mənzil Məcəlləsi

21. Maddə 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülki yyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür.

22. Maddə 59.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır.

23. Maddə 59.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil.

24. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynlər i aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.

25. Maddə 70 Yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlarda n istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya s əhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. İşə mahiyyəti üzrə baxan məhkəmə iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077 7-ci köndələn məhəlləsi, ev 5B, 10 saylı mənzil xx.xx.2011-ci il tarixli DİN-in Avomobil Təsərrüfatının orderi ilə 4 nəfərdən ibarət ailə tərkibində - İddiaçı, X8, Cavabdeh və X6 istifadəyə verilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077 7-ci köndələn məhəlləsi, ev 5B, 10 saylı mənzil iddiaçının və onun üç ailə üzvünün istifadəsinə verilib. Hazırki mülki işin icraatı zamanı iddiaçının istifadə hüququna xitam verilməsi ilə bağlı hallar aşkar edilməmişdir. Bu səbəbdən də iddiaçının həmin mənzildə yaşaması üçün yaradılmış maneələr qanunsuzdur.

37. Məhkəmə tərkibinin mövqeyinə görə cavabdeh mübahisəli mənzil üzərində iddiaçıdan üstün hüquqa malik deyil və iddiaçının həmin evə köçməsinə yaradılan mane əsassızdır.

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

39. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmet ini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

41. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsas ən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4673/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar