Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6251/2021 09.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh6, X2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzilin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdehlər X1 və Cavabdeh5 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-419/2021 nömrəli iş üzrə 16 may 2021-c i il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 30 aprel 2014-cü il tarixli 654YHFK nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında illik 19 faiz olmaqla, 48 ay müddətinə 25.000 ABŞ dolları məbləğində kredit verilməsinə dair müqavilə bağlanmışdır. 30 aprel 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 34a, 21 saylı mənzil ipotekaya qoyulmuşdur. 30 aprel 2014-cü il tarixli 654YHFK nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh5 və Cavabdeh4, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərlərinə götürmüşlər. Azərbaycan Respublikasının DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ümumi sahəsi 69,27 m2, yaşayış sahəsi 46,73 m2, yardımçı sahəsi 22,54 m2 olan 3 otaqdan ibarət, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 34a-da yerləşən 21 nömrəli mənzili Cavabdeh1 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 2105 nömrəli reyestr kitabının 191813 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 34a- da yerləşən 21 nömrəli mənzil İddiaçı ASC-nin “Yeni Heyat” filialının xeyrinə 48 ay müddətinə daşınmaz əmlakın dövlət reyestrində 2105 nömrəli reyestr kitabının 191813 nömrəli vərəqində qeydiyyata alınaraq ipoteka ilə yüklü edilmişdir. 27 avqust 2018-ci il tarixli AB MD-11-01527 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə bank arasında bağlanılmış 30 aprel 2014-cü il tarixli, 654YHFK nömrəli kredit müqaviləsinə əsasən, cavabdehin 27 avqust 2018-ci il tarixinə banka olan əsas borcu 18819,28 ABŞ dolları, 30 aprel 2018-ci il tarixə olan 7969,95 ABŞ dolları faiz borcu, 30 aprel 2018-ci il tarixdən 27 avqust 2018-ci il tarixə illik 5 faizlə hesablanmış faiz borcu 205,82 ABŞ dolları, ümumilikdə 26995 ABŞ dolları təşkil edir. 17 dekabr 2018-ci il tarixli 26385 nömrəli ekspert rəyindən g örünür ki, tərəflər arasında bağlanmış 654YHFK nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə 30 aprel 2018-ci il tarixinə olan əsas borcu 18819,28 ABŞ dolları, faiz borcu 7969,95 ABŞ dolları, 30 aprel 2018-ci il tarixinə mövcud olan borc məbləği üzrə illik 5 faiz dərəcəsi ilə 27 avqust 2018-ci il tarixinədək olan borcu 205,82 ABŞ dolları olmaqla, cəmi borcu 26.995,05 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. 10 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 34a saylı evin 21 saylı mənzilinin 29 noyabr 2018-ci il tarixinə olan bazar dəyəri 117.000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC iddia ərizəs i və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Həsrətova (Adilova) Samirə Şirağa qızından 18819,28 ABŞ dolları məbləğində əsas borc, 30 aprel 2018-ci il tarixə olan 7969,65 ABŞ dolları faiz borcunun, 30 aprel 2018-ci il tarixindən 27 avqust 2018-ci il tarixinə olan və illik 5 faiz dərəcəsi ilə hesablanmış 205,82 ABŞ dolları faiz borcunun, ümumilikdə 26995 ABŞ dolları kredit borcunun, 38 manat məbləğində notariat və 30 manat məbləğində dövlət rüsumunun, eləcə də ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əc əmi Naxçıvani küçəsi, ev 34a, 21 nömrəli mənzilə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra qeyd olunan mənzildə yaşayan cavabdehlər – Cavabdeh1, Cavabdeh6, X3, Cavabdeh3, Cavabdeh5, Həsrətova (Adilova) Samirə Şirağa qızı ipoteka predmetindən əşyaları ilə birlikdə 1 ay ərzində çıxarılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1, Cavabdeh5 və Həsrətova (Adilova) Samirə Şirağa qızından tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə bank arasında bağlanmış 30 aprel 2014-cü il tarixli, 654YHFK nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə şəxsi məqsədlər üçün 48 ay müddətinə, illik 19 faiz hesablanmaqla 25.500 ABŞ dolları məbləğində kredit verilmiş, 30 aprel 2014-cü il tarixli 654YHFK nömrəli zaminlik müqaviləsinə əsasən Həsrətova (Adilova) Samirə Şirağa qızı və Cavabdeh5 30 aprel 2014-cü il tarixli, 654YHFK nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 zamin durmuşlar. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim E.Əliyev, iş № 2(001)-562/2019) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Həsrətova (Adilova) Samirə Şirağa qızından 18819,28 ABŞ dolları məbləğində əsas borc, 30 aprel 2018-ci il tarixə olan 7969,65 ABŞ dolları faiz borc, 30 aprel 2018-ci il tarixindən 27 avqust 2018-ci il tarixinə olan və illik 5 faiz dərəcəsi ilə hesablanmış 205,82 ABŞ dolları faiz borcun, ümumilikdə 26.995 ABŞ dolları kredit borcu, 38 manat məbləğində notariat və 30 manat məbləğində dövlət rüsumu, eləcə də ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmə Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 34a, 21 nömrəli mənzilə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilə n pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra qeyd olunan mənzildə yaşayan cavabdehlər – Cavabdeh1, Cavabdeh6, X3, Cavabdeh3, Cavabdeh5, Həsrətova (Adilova) Samirə Şirağa qızının ipoteka predmetindən əşyaları ilə birlikdə 1 ay ərzində çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kreditor və borclu arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, kreditor tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin borclular öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Belə ki, borclular öhdəliklərini yerinə yetirməmiş, əsas və faiz borcu, ödəmənin gecikdirilməsi üçün dəbbə pulu (cərimə) ödənilməmiş qalmışdır. Həmçinin, iddia ərizəsində əmlakın s atışından əldə edilən vəsait göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1, Cavabdeh5 və Həsrətova (Adilova) Samirə Şirağa qızından tutulması xahiş edilsə də, öhdəliyin təmin edilməsi üçün ipoteka müqaviləsi bağlandığından həmin müqavilədə qeyd olunan mənzil kredit müqaviləsinin təmin olunma vasitəsi kimi çıxış edir və əlavə olaraq cavabdehlərin üzərinə borcun tutulması ilə bağlı hər hansı bir öhdəliyin qoyulmasına ehtiyac yoxdur. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və V.Sadıqov, iş № 2(103)-419/2021) İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(001)568/2019 nömrəli qətnaməsinin dəyişdirilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən 34a saylı evin ümumi sahəsi 69,27 kv.metr, yaşayış sahəsi 46,73 kv.metr, yardımçı sahəsi 22.54 kv.metr olan 3 otaqlı 21 saylı mənzilin ilkin satış qiymətinin 95.000 manat müəyyən edilməsi, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, hazırki işdə ipoteka müqaviləsi 2014-cü ildə bağlanmış və ötən müddət ərzində iqtisadi vəziyyətin, daşınmaz əmlak bazarında qiymətlərin dəyişməsi səbəbindən, ipoteka predmetinin satış qiymətinin yenidən araşdırılması zərurəti yaranmışdır. "xx xx" MMC-nin 10 mart 2021-ci il tarixli H/03-PLS saylı hesabatında qeyd olunmuşdur ki, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən 34a saylı evin ümumi sahəsi 69,27 kv.metr, yaşayış sahəsi 46,73 kv.metr, yardımçı sahəsi 22.54 kv.metr olan 3 otaqlı 21 saylı mənzilin bazar qiyməti 120.000 manat, likvid qiyməti isə 95.000 manat təşkil edir. Məhkəmə kollegiyası tərəflərin ipoteka predmetinin ilkin satış qiymətində razılaşmadıqlarını və "xxxx" MMC-nin qiymətləndirmə sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq, onun əmlakın dəyəri barədə hesabatı ilə razılaşır və ipoteka predmetinin ilkin satış qiymətinin hesabatdakı likvid qiymətinə uyğun olaraq 95.000 manat məbləğində müəyyən edilməli olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməyən Cavabdeh1 iddiaçıya ödənilməmiş əsas və faiz borcları yarandığından, digər cavabdehlər iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıdıqlarından, mənzil kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün ipoteka ilə yüklü edildiyindən, iddiaçının kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən sonrakı dövr üzrə hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququ olduğundan, qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli olduğundan, mənzilə tutma yönəldildikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduqlarından, biri nci instansiya məhkəməsi iddiaçının cavabdehlərə qarşı tələb etmək hüququ və cavabdehlərin də onun qarşısında öhdəliklərinin olması, borc və çəkilmiş xərclər üzrə tələbin mənzilə yönəldilməsi, mənzildən çıxarma barədə qanuni, əsaslı və mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-419/2021 nömrəli iş üzrə 16 may 2021-ci il tarixli qətnaməsini ləğv edərək, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehlər X1 və Cavabdeh5 izahatlarını dinləməmişdir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-o lunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayəti verən şəxsin dəlillərinə u yğun qismən yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Bo rclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəl iyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən e dilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qəra rdadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-419/2021 nömrəli iş üzrə 16 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6251/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6251/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver