Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6252/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Mülki Məcəllə 1164-cü madəsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Nümayəndə və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququndan məhrum etmə tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4417/2021 nömrəli, 27.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin b inasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı X1 bacısıdır. Cavabdeh mərhum X6 ilə 2010-cu ildə rəsmi nikaha giriblər. X6 16.01.2020-ci il tarixdə vəfat etmişdir. X1 mülkiyyətində bir mənzili olmuşdur. İddiaçı mərhum qardaşı X3 cavabdehlə nikahlarının ölümündən üç il əvvəl faktiki pouzlduğunu israr edərək Mülki Məcəllənin 1164-cü maddəsinə əsaslanaraq cavabdehin vərəsəlik hüququndan məhrum edilməsi barədə mübahisə başlatmışdır.
1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28.04.1972-ci il tarixdə Azərbaycanda doğulmuş X6 ilə bacı-qardaşdırlar. R.Məmmədov 16.01.2020-ci il tarixdə Moskva şəhərində vəfat etmişdir. R.Məmmədov gənc yaşlarından müsiqiçi olmuş, bütün həyatını sənətə həsr etmişdir. Ailə həyatına gəldikdə isə yaxın qohumlarının çalışmasına baxmayaraq ailə qurmamış və belə bir fikri olmamaışdır. 1997-ci ildə R.Məmmədov ata evini sataraq ünvan 1 ünvanında yerləşən 54 saylı mənzili almışdır. Rövşənin keçmiş şagird yoldaşı, nikaha daxil olanadək Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşamış hazırki iş üzrə Cavabdeh xahişi ilə onunla formal olaraq nikaha daxil olmuşdur. Həmin nikahın bağlanmasına səbəb cavabdehin sosial şəbəkələr vasitəsi ilə R.Məmmədovu taparaq ondan ağır maddi vəziyyəti ilə əlaqədar Azərbaycana köçmək istəyini, iki azyaşlı övladının burada məktəbdə oxutmaq istəd iyini, bunun üçün Bakı şəhərində özünün və övladlarının qeydiyyata düşməsinin vacibliyini, bu işlərin görülməsi və vətəndaşlığın alınması üçün isə nikaha daxil olmasının zəruriliyini bildirməsi olmuşdur. Gələcək planlarında evlənmək fikri olmayan Rövşən cavabdehlə rəsmi nikaha daxil olaraq, cavabdehi və onun övladlarını öz evinə qeydiyyata almışdır. R.Məmmədov təbiətən mülayim insan olduğundan, Olqagil isə evsiz qaldıqlarına görə onlara öz evində sığınacaq vermişdir. Rövşən dostları ilə birlikdə evdə yığışdığı zaman, onun cavabdehlə ər-arvad münasibətlərində olmadıqlarını cavabdeh özü dəfələrlə bildirmişdir. Axır vaxtlar Rövşən bütün vaxtını sənətçi dayısının atelyesində və yaxud Moskva şəhərindəki evdə keçirirdi. Sonuncu dəfə Rövşən Moskva şəhərinə 06 iyul 2019-cu il tarixdə gəlmişdir və onun yanına köçmüşdür. Moskva şəhərinə gələn kimi, Rövşən öz adına patentin, yəni rəsmi iş icazəsinin alınması işləri ilə məşğul olmağa başladı. İddia ərizəsinə əlavə olunmuş 77 seriyalı, ********** nömrəli “Patent”dən göründüyü kimi, Rövşən artıq 05.08.2019-cu il tarixdə rəsmi iş icazəsini almışdır. Bunu o, Moskva şəhərində daimi olaraq qalmaq və burada işgüzar fəaliyyətini davam etmək istədiyi üçün edirdi. Rövşən öz mülayim xüsusiyyətlərindən irəli gələn səbəblərə görə, kobudluq göstərərək, cavabdehi azyaşlı övladları ilə birlikdə öz evindən çıxarmaq istəmədiyinə görə, onların anlayış göstərib könüllü olaraq mənzili tərk etmələrini gözləyirdi. Rusiya Federasiyası DİN-in Xarici əmək miqrasiya şöbəsi tərəfindən 05.08.2019-cu il tarixdə verilmiş 77 seriyalı, ********** nömrəli patentin surə tindən göründüyü kimi, Rövşən artıq istədiyinə nail olurdu. Rövşən 06 iyul 2019-cu il tarixdən etibarən 16 yanvar 2020-ci il tarixinə qədər, yəni dünyasını dəyişənə qədər iddiaçının yanında yaşadı. Rövşənin cavabdehlə, faktiki olaraq, kağız üzərində olan nikah dövrü ərzində onlar həqiqətən də ayrı yaşamışlar. Onlar nikah münasibətlərində olmamışlar.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-207/2021 saylı, 12.02.2021-ci il tarixli qətnaməsi ilə (hakim:T.Xəlilova) iddia təmin edilmiş, Cavabdeh 28.04.1972-ci il təvəllüdlü X3 qanun üzrə vərəsəsi olmaq hüququndan məhrum edilməsi, iddia ərizəsinin veriliməsi üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
5. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəllə sinin 1145, 1146, 1159.1, 1164-cı maddələrinə istinad etmişdir.
4. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi MK-nın 27.05.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- A.Tanrıverdiyev (sərlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-207/2021 saylı, 12.02.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.
7. Apelyasiya instansiyası məhkəməsi qətnamədə MM-nin 1146, 1164-cü maddələrinə istinad etmişdir.
6. İddiaçı kassasiya şikayəti vermişdir.
6. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
7. İddiaçı kasasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq, i şə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının vəkili Nümayəndə kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdehin vəkili Əliyeva Tərnanə Telman qızı kassasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edil məməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
12. Maddə. 1164. Əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq ol araq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
16. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) mü əyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, mübahisə ilə bağlı Apelyasiya Məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
20. Əvvəla, iddiaçı mərhum qardaşı ilə cavabdehin ümumiyyətlə nikah münasibətlərinə girmədiklərini, bir ailə kimi yaşamadıqları və nikahlarının formal olması əsası ilə hazırkı tələbi irəli sürmüşdür. Amma, məhkəmə baxışı zamanı tərəflərin ailə qurmaları, bu məqsədlə nikaha daxil olmaları və birlikdə yaşamaları öz təsdiqini tapmışdır. Deməli iddiaçının göstərdiyi əsas, yəni tərəflərin nikahlarının saxta olması ilə bağlı dəlil ümumiyyətlə öz təsdiqini tapmamışdır.
21. Bu ndan sonra məhkəmələr tələbin qanuni əsası kimi Mülki Məcəllənin 1164cü maddəsinin dispozisiya şərtlərinin mövcud olub-olmamasını yoxlamışlar.
22. Apelyasiya Məhkəməsi müəyyən etmişdir ki, həm birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlər: X2, X5, X4, Şahid1, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı şahid qismində izahat vermiş iddiaçının və mərhum R.Məmmədovun bacısı X7 Cavabdeh ilə X1 birgə yaşadığını, birgə təsərrüfat apardıqlarını təsdiq etmişlər.
23. Şahid qismində izahatı alınan iddiaçının və mərhum R.Məmmədovun bacısı X7 bildirmişdir ki, mərhum qardaşı ilə Cavabdeh mehriban ailə münasibətlərində olmuşlar. Eyni zamanda, 2018-ci ildə ad günündə mərhum R.Məmmədov yoldaşı Cavabdeh ilə birlikdə həmin ad günündə iştirak etmiş, hətta Lapinanın əlindən tutmuş, bir- birilərinə qarşı mehriban səmimi görünmüşlər, aralarında hər-hansı bir narazılığın olması kənardan müşahidə edilməmişdir. Bu hallar həmçinin iş materiallarında olan fotoşəkillərlə də öz təsdiqini tapır (i.v. 205).
24. X8 uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Cavabdehlə nikahda olduğu müddət ərzində mənzillə bağlı mübahisə açmamış, onların nikahının formal olması məsələsini qaldırmamış, cavabdehlərin pasport qeydiyyatını, mənzildən çıxarılmalarını mübahisələndirməmişdir. Vəfat edən tarixədək tərəflər arasında hər-hansı mübahisə olmasına dair heç bir sübut yoxdur.
25. Apellyassiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh ilə iddiaçının qardaşı mərhum R.Məmmədovun sonuncunun ölümündən 3 il əvvəl nikah münasibətlərinə xitam verilməsi iş materialları il ə təsdiq edilməmişdir.
26. Nəzərə almaq lazımdır ki, Mülkü Məcəllənin istinad olunan 1164-cü maddəsi şəxsin mirasdan məhrum edilməsini ehtiva edir. Özü də o əsasla ki, ölən anadək ər-arvad arasındakı nikah formal olaraq üç il əvvəl pozulmuş olsun. Normanın dispozisiya şərtlərinə daxil olan halların sübuta yetirilməsi çox mötəbər və mübahisəsiz əsasların mövcudluğunu ehtiva edir. Çünki, ailə münasibətlərinin üç il əvvəl pozulmasını tələb edən şəxs həmin münasibətlərdən kənarda olan şəxsdir. Ər-arvad birlikdə yaşayırlarsa, ümumi tədbirlərdə iştirak edirlərsə, özlərini həmin tədbirlərdə bir ailə kimi aparırlarsa (işdə olan fotoşəkillər), onların bu münasibətlərinin formal olmasını sübut etmək mürəkkəb sübutemtə bacarığı tələb edir. Hazırkı işdə olan ziddiyyətli sübutlar fonunda məhkəmənin a ilə münasibətlərinin üç il əvvəl pozulması əsası ilə iddianı təmin etməsi əsaslı görünə bilməz.
27. İddianı tərəflərlə birlikdə yaşamayan, tamamilə başqa ölkədə yaşayan mərhumun bacısı irəli sürmüşdür. Ona görə analoji iddianın əsaslılığı üçün hamının qəbul edə biləcəyi və başa düşə biləcəyi mötəbər sübutların mövcudluğu tələb edilir.
28. Analoji iddia birlikdə yaşayan, ər-arvadın gündəlik həyatının şahidi olan şəxs tərəfindən irəli sürüldükdə daha etibarlı görünə bilər, inandırıcı ola bilər. Çünki bu halda şəxs tərəflərin gündəlik həyatlarının şahidi olur və mövcud münasibətləri ətraflı təsvir etmiş olur, yekun qənaətə gəlmək üçün fikir formalaşdırır, müxtəlif ailə epizodları üzrə misallar gətirir və.s. Lakin xarici ölkədə yaşayan və ailəni kənardan müşahidə edən şəxsin həmin ailənin daxi lində nələrin baş verməsi ilə bağlı fikirləri həmişə birmənalı qarşılanmaya bilər. Çünki ailədaxili münasibətlərdə epizodik olaraq narazılıqların olması heç bir ailə üçün istisna deyil.
29. Mülki Məcəllənin 1164-cü maddəsi onu ehtiva edir ki, tərəflər üç il ərzində bütün ailə münasibətlərini kəsmiş olsunlar. Ailə mədəniyyəti, ailə dəyərləri dünyadakı xalqların, fərdlərin sayı qədər rəngarəng, müxtəlif və özünəməxsusdur. Hər bir xalq, etnos özünün tarixən formalaşmış mental dəyərləri əsasında ailə modeli yaradır. Ailə modeli eyni zamanda nikaha girən şəxslərin şüurundan, dünyagörüşündən, yaşam tərzindən də çox asılıdır. Birinin ailə modeli, ailə davaranışı başqası üçün yad görünə bilər. Məsələn: nikahda olan şəxslərin birinin mütəmadi olaraq başqa yerdə gecələməsi (hazırkı işdə mərhumun ema latxanada gecələməsi deyilir), və yaxud məclislərə tək getməsi çoxları üçün ailə münasibətlərinə zidd hesab oluna bilər, amma başqası üçün normal görünə bilər. Fərz eləyək ki, müəyən kateqoriya şəxslər kütləvi tədbirlərə, şənliklərə öz həyat yoldaşıları ilə getmirlər, və yaxud müəyyən kateqoriya insanlar özlərinin ailədaxili münasibətlərini başqalarından çox gizli saxlamağı üstün tuturlar, isti münasibətlərini kənar şəxslərə biruzə vermirlər. Bütün bunlar insanların ailə həyatını necə başa düşməsi, insanın düşüncəsi, təhsil səviyyəsi, böyüyüb boya-başa çatdığı şərait, ailə, fərdi daxili-psixoloji xüsusiyyətləri ilə bağlı məsələlərdir, heç bir halda ailənin mövcud olmadığına dəlalət edən hal deyil. Və yaxud əksinə, ər-arvad birlikdə yaşaya bilərlər, məclislərdə çox mehriban, nümunəvi ailə k imi görünə bilərlər, lakin əslində ailə münasibətləri olmaya bilər.
30. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə "Ailə həyatı" müstəqil məna daşıyan anlayışdır (Marks Belçikaya qarşı, 31-ci bənd). Müvafiq olaraq, "ailə həyatının" mövcudluğu əslində sıx şəxsi bağlılıq əlaqələrinin praktikada real olaraq mövcud olub-olmamasından asılıdır (Paradizo və Kampanelli İtaliyaya qarşı [BP], 140-cı bənd).
31. Bütün bunları şərh etməkdə kollegiya onu nəzərə çatdırır ki, ailənin mövcudluğu ilə bağlı kənardan edilən etiraz çox vaxt əsaslı olmaya bilər.
32. Bir daha qeyd olunur ki, analoji işlərə baxılarkən ancaq mötəbər sübutların mövcudluğu fonunda iddia əsaslı hesab oluna bilər. Məsələn: ər-arvadın uzun sürən münaqişəli vəziyyətdə olmaları, bu barədə müvafiq sənədləşmələrin aparılması, digər ailə üzvləri ilə münaqişəli vəziyyətdə olmaları, mənzil mübahisələri, aliment mübahisələri, qeydiyyat mübahisələri, əmlak mübahisələri, qarşılıqlı şiddətlə müşahidə olunan münasibətlər kənar müşahidəçilərə ailə münasibətlərinin olmamasına dair qənaətə gəlməyə əsas verə bilər. Digər hallarda kənar mühşahidəçinin ailədaxili münasibətlərin faktiki pozulması ilə bağlı sübutları ehtimallardan başqa bir şey olmayacaq.
33. Yuxarıda şərh edilənləri rəhbər tutaraq kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara al dı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4417/2021 nömrəli, 27.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.