Məhkəmə qərarları › İş №2(102)-6255/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6255/2021

21.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6255/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh2 MTK-ya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sübutların mümkünlüyü, reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası) 21.12.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X12 oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi X3, vəkili Kazımzadə Vüsal Fərman oğlunun, və cavabdehin vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.07.2021-ci il tarixli, 2(103)6355/2021 saylı qətnaməs indən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 0,0121 ha torpaq sahəsi və sahəsi 186,9 kv.m. olan fərdi yaşayış evi İddiaçı2 xüsusi mülkiyyəti kimi 04.09.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

2. İddiaçı2 həmin evini və torpaq sahəsini 12.02.2019-cu il tarixli bağışlama müqaviləsi əsasında bacısı İddiaçı1 bağışlamışdır.

3. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 02 sentyabr 2016-cı il tarixli sərəncamı ilə Cavabdeh2 MTK-ya Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 1 və 3-də yerləşən, qəzalı vəziyyətdə olan 1-2 mərtəbəli yaşa yış evlərinin sökülməsi və yeni yaşayış sahələrinin tikintisinə icazə verilmişdir. Bu məqsədlə Cavabdeh2 MTK-ya 0,54 ha torpaq sahəsi ayrılmışdır.

4. İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 3də yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasını 12.01.2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 MTK-nın təsisçisi X6 102900 manata satmışdır. Müqavilə bağlanarkən satıcını əri X7 təmsil etmişdir.

5. X2 müqavilədə qeyd olunan Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 3-də yerləşən binanın əvəzində Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 56 C ünvanında yerləşən üç mərtəbəli binanı göstərmişdir. Həmin vaxt satılan binanın birinci mərtəbəsinin qeydiyyat sənədi olduğuna görə, qalan iki mərtəbənin əvəzi olaraq müqavilə tərəfləri razılaşmışdır ki, X9 müqavilə əsas ında ödədiyi 102900 manat puldan əlavə, X3 mülkiyyətində olan Badamdar qəsəbəsi, T.Məmmədov küşəsi 2 ünvanda yerləşən 3 mərtəbəli evin təmir olunmasını və Badamdar sahəsi 2-ci yaşayış massivində F.Nağıyevə məxsus torpaq sahəsində 3 mərtəbəli bina inşa edib təhvil verməyi öhdəsinə götürür. X9 bu razılaşmaya əsasən X3 mülkiyyətində olan Badamdar qəsəbəsi, T.Məmmədov küşəsi 2 ünvanında yerləşən 3 mərtəbəli evi təmir etmiş, Badamdar sahəsi 2-ci yaşayış massivində F.Nağıyevə məxsus torpaq sahəsində 3 mərtəbəli bina inşa edib təhvil vermiş, bundan sonra Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 56 C ünvanında yerləşən evi sökmüşdür.

6. X7, X9 tərəfindən onun satdığı bina deyil, başqa bina söküldüyünə görə mübahisə yaratmış, bununla bağlı Cavabdeh2 MTK-nın rəhbərliyi tərəfindən prokurorluğa şikayət edilmiş, cinayət işinin gedişində Cavabdeh2 MTK tərəfindən Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinə ünvanlanmış məktubda X3 MTK-ya vurulmuş 324608,50 manat ziyanın tam ödənildiyi göstərilmişdir.

7. Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 3-də yerləşən qeyri-yaşayış binası üzərində X5 xüsusi mülkiyyət hüququ 16.01.2018-ci il tarixdə qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. 8. 12.02.2020-ci il tarixli alğı-satqı müqaviləsi əsasında İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi ünvanında yerləşən 0,0121 ha sahəsi olan torpaq sahəsini 85.000 manata X1. 9. "xxxx" MMC-nin ƏEM/F 68-150/21 saylı, 08 fevral 2021-ci il tarixli rəyi ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0121 ha torpaq sahəsində yer ləşən 186,9 kv.m. sahəsi olan 3 mərtəbədən ibarət olan fərdi yaşayış evinin 2021-ci il üçün bazar dəyəri 249.000 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,0121 ha torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,0121 ha torpaq sahəsi və 186,9 kv.m. olan fərdi yaşayış evi X4 mülkiyyətində olmuş, sonuncu bu torpaq sahəsini və fərdi yaşayış evini 12 mart 2019-cu il tarixli bağışlanma mü qaviləsinə əsasən İddiaçı1 bağışlamışdır. Cavabdeh göstərilən ünvanda yeni binalar tikməyə başlamış, lakin hazırda iddiaçılara məxsus torpaq sahəsinin ərazisinə daxil olaraq orada da tikinti inşa edilməsi məqsədi ilə qazıntı işləri aparmışdır.

12. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,0121 ha torpaq sahəsində qazıntı işlərinə son qoyularaq, həmin sahənin əvvəlki vəziyyətə gətirilməsi və mülkiyyətlərində olan 3 mərtəbəli, ümumi sahəsi 186,9 kv.m.-dən ibarət fərdi yaşayış evini sökdüyünə görə 600.000 manat məbləğində maddi zərərin cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə həmçinin qeyd edilmişdir ki, cavabdeh torpaq sahəsində qazıntı işlər aparmaqla yanaşı həmin torpaq sahəsi ndə iddiaçıların mülkiyyətlərində olan 3 mərtəbəli, ümumi sahəsi 186,9 kv.m-dən ibarət fərdi yaşayış evini sökərək iddiaçılara maddi zərər vurmuşdur.

13. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 600.000 manat dəymiş ziyan, 5 % ilə hesablanmış 60.000 manat məbləğində illik borc və 20.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını etmişdir.

14. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı1 məxsus Badamdar qəsəbəsi, Tofik Məmmədov küçəsi 3 ünvanında yerləşən 70,5 kv.m. sahəsi olan qeyri-yaşayış binası 12.01.2018-ci il tarixdə MTK-nın təsisçisi Namik Mirzəyevə satılmışdır. Həmin qeyri-yaşayış binasının üzərində qanunsuz tikilmiş 2 mərtəbənin əvəzi olaraq MTK tərəfi ndən T.Məmmədov küçəsində yerləşən torpaq sahəsində başqa bir obyekt təmir edilmiş, bundan əlavə Badamdar qəsəbəsi 2-ci yaşayış massivində 3 mərtəbəli fərdi yaaşyış evi tikilmişdir. Obyektin sökülməsindən xəbər alan Nağıyev Fərhad tikintinin dayandırılması tələb edərək bildirmişdir ki, sökülən obyekti MTK-ya satmamış, yalnız sənədi satmışdır. Daha sonra Badamdar qəsəbəsi, Neftçilər küçəsi 56 C ünvanda yerləşən və İddiaçı1 məxsus fərdi yaşayış evinin sənədlərini göstərib sökülmüş obyektin sənədi olduğunu deyərək hədə-qorxu gəlmişdir.

15. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-30/2021 saylı, 16.04.2021-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia tələbi qismən təmin edilərək, 249.000 manat məbləğində dəymiş ziyanın, 24.900 manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5 % ilə hesablanmış pul vəsaitinin və iddianın qaldırılması üçün ödənilmiş 30 AZN dövlət rüsumunun 15 manat hissəsinin Cavabdeh2 MTK-dan alınıb İddiaçı1 ödənilməsi, 08.02.2021-ci il tarixli, ƏEM/F 68-150/21 saylı ekspertiza tədqiqatının dəyəri olan 250 manat məbləğində pul vəsaitinin 125 manat hissəsinin iddiaçılardan, 125 manat hissəsinin isə cavabdehdən tutulub "xxxx" MMC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0121 ha torpaq sahəsində yerləşən 186,9 kv.m. sahəsi olan 3 mərtəbədən ibarət olan fərdi yaşayış evi cavabdeh tərəfindən qanunsuz söküldüyünə görə həmin əmlakın dəyərini təşkil edən 249.000 manat məbləğində iddiaçıya dəymiş zərər Cavabdeh2 MTK-dan tutulub İddiaçı1 ödənilmə lidir.

17. İddia tələbinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 5% məbləğində 60.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, 249.000 pul vəsatinin 2 il üçün illik 5 % ilə hesablanmış 24.900 manat məbləğində pul vəsaiti Cavabdeh2 MTK-dan tutulub İddiaçı1 ödənilməlidir.

18. İddia tələbinin 20.000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152, 1096, 1115, 445-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Səbail Rayon Məhkəməsinin 16.04.2021- ci il tarixli qətnaməsindən tərəflər şikayət vermiş, Cavabdeh2 MTK qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsini, İddiaçı1 isə qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.07.2021-ci il tarixli, 2(103)-6355/2021 saylı qətnaməsi ilə (hakimlər A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) Cavabdeh2 MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. İddiaçı1 apellyasiya şikayəti təmin edilməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəld iyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddia tələbinin 249.000 manat məbləğində dəymiş ziyanın, 24.900 manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5 % ilə hesablanmış pul vəsaitinin və iddianın qaldırılması üçün ödənilmiş 30 AZN dövlət rüsumunun 15 manat hissəsinin Cavabdeh2 MTK-dan alınıb İddiaçı1 ödənilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı deyil. Belə ki, iddiaçı iddia tələbində 600.000 manat dəymiş ziyan, 60.000 manat məbləğində illik 5 % ilə hesablanmış borc və 20.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, cavabdeh ünvan 3 ünvanında yerləşən torpaq sahəsində qazıntı işləri aparmaqla yanaşı həmin torpaq sahəsində iddiaçıların mülkiyyətlərində olan ümumi sahəsi 186,9 kv.m. olan 3 mərtəbədən ibarət fərdi yaşayış evini sökərək, iddiaçılara maddi zərər vurmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Baki şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 56C saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumatın idarənin arxivində aşkar edilməməsi barədə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********54 nömrəli, 14.04.2021-ci il tarixli sorğuya cavab məktubuna birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmiş və sübut kimi qiymətləndirilməmişdir. Sorğuya cavab məktubundan göründüyü kimi, Baki şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 56C saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. Belə olan halda İddiaçı1 onun mülkiyyə tində olduğunu iddia etdiyi ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 186,9 kv.m. olan 3 mərtəbədən ibarət fərdi yaşayış evinin cavabdeh tərəfindən sökülərək iddiaçıya maddi ziyan vurması barədə iddiası əsassızdır. Qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə daşınmaz əmlakın mövcudluğu barədə məlumat aşkar edilmədiyindən, həmçinin İddiaçı1 12.02.2020-ci il tarixli alğı-satqı müqaviləsi ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi ünvanı nda yerləşən 0,0121 ha sahəsi olan torpaq sahəsini X5 mülkiyyətinə verdiyindən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi ünvanında yerləşən 0,0121 ha sahəsi olan torpaq sahəsi X5 xüsusi mülkiyyəti kimi 20.02.2020-ci il tarixdə qeydiyyata alındığından cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi ziyan vurulması faktı sübuta yetirilməmiş hesab edilməli və iddiaçının dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı tələbi əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Reyestr Xidmətinin məktubunu əsas tutaraq digər sübutlara münasibət bildirmədən, iddiaçıya maddi ziyan vurması barədə iddianın əsassız olmasını göstərməkdə haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 186.9 kv.m. ölçüdə fərdi yaşayış evinə dair hüquqlarının pozulmasına əhəmiyyət verməmiş və həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmişdir. Apellyasiya instansiyası məhkəməsi Reyestr Xidmətinin məktubuna əsaslanaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən, iş materiallarında olan sübutlara heç bir münasibət bildirmədən, notariat ofisinin təsdiq etd iyi daşınmaz əmlakın bağışlanması müqaviləsində göstərilənlərə əhəmiyyət verməyərək səhv nəticəyə gəlmiş, iş materiallarında olan tutarlı sübutlara səthi yanaşmış, maddi və prosessual hüquq normalarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi X7 və vəkili Kazımzadə Vüsal Fərman oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdilər.

27. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmas ı nəzərə alınmalıdır.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yeni dən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

30. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçü n kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

31. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxla maq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

35. Belə ki, iş materillarından göründüyü kimi iddia tələbi Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 56C ünvanında yerləşən evin cavabdeh tərəfindən sökülməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədədir.

36. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 3-də yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının alğı-satqısı barədə 12.01.2018-ci il tarixli müqavilə üzrə X9 tərəfindən ödənilmiş 102900 manat, habelə X8 qəsəbəsi, T.Məmmədov küşəsi 2 ünvanda yerləşən 3 mərtəbəli evin təmir olunmasına çəkdiyi 41942,40 manat və Badamdar sahəsi 2-ci yaşayış massivində F.Nağıyevə məxsus torpaq sahəsində 3 mərtəbəli binanın inşasına sərf etdiyi 179766,1 manat olmaqla – cəmi 324608,5 manat pul X6 2019-cu ildə qaytarılmışdır. Həmin zərərin 140.000 m anatı pul şəklində qaytarılmış, qalan 184.608,5 manat pulun əvəzində "xxxx" MTK-nın inşa etdiyi, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, 539-cu məhəllədəki binanın 4-cü blokunda, 9-cu mərtəbəsində yerləşən 148 nömrəli mənzildən və MTK-dakı payından Namiq Mirzəyevin xeyrinə imtina edimişdir. Həmin mənzilin qiyməti qarşılıqlı razılıq əsasında 196.100 manat müəyyən edilmiş, eyni zamanda yaranan 11.500 manat fərq Namik Mirzəyev tərəfindən Fərhad Nağıyevə ödənilmişdir. 12 yanvar 2018-ci il tarixli alğı-satqı-müqaviləsi ləğv edilməsi barədə 11 fevral 2020-ci il tarixli saziş bağlanmışdır. Həmçinin sonradan Namiq Mirzəyev "xxxx" MTK-nın inşa etdiyi, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, 539-cu məhəllədəki binanın 4-cü blokunda, 9-cu mərtəbəsində yerləşən 148 nömrəli mənzili Fərhad Nağıyevə qaytarmışdır. Bundan başqa, 12.02.2020-ci il tarixli alğı-satqı müqaviləsi əsasında İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi ünvanında yerləşən 0,0121 ha sahəsi olan torpaq sahəsini 85.000 manata X1.

37. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən ona əsaslanmışdır ki, Baki şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 56C saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumatın idarənin arxivində aşkar edilməməsi barədə DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin **********54 nömrəli 14.04.2021-ci il tarixli sorğuya cavab məktubuna birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmiş və sübut kimi qiymətləndirilməmişdir. Baki şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 56C saylı fərdi yaşayış evini n qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilmədiyi halda, fərdi yaşayış evininin cavabdeh tərəfindən sökülərək iddiaçıya maddi ziyan vurması barədə iddiası əsassızdır.

38. Məhkəmə daha sonra qeyd etmişdir ki, hazırki iş üzrə daşınmaz əmlakın mövcudluğu barədə məlumat aşkar edilmədiyindən, həmçinin İddiaçı1 12.02.2020-ci il tarixli alğı-satqı müqaviləsi ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi ünvanında yerləşən 0,0121 ha sahəsi olan torpaq sahəsini X5 mülkiyyətinə verdiyindən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi ünvanında yerləşən 0,0121 ha sahəsi olan torpaq sahəsi X5 xüsusi mülkiyyəti kimi 20.02.2020-ci il tarixdə qeydiyyata alındığından cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi ziyan vurulması faktı s übuta yetirilməmiş hesab edilməli və iddia rədd edilməlidir.

39. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşmır. Çünki, mülki işin 1-ci cildinin 7-ci səhifəsində olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0121 ha torpaq sahəsi və sahəsi 186,9 kv.m. olan fərdi yaşayış evi İddiaçı2 xüsusi mülkiyyəti kimi 04.09.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

40. Mülki işin 8-ci səhifəsində olan, Bakı şəhəri 53 saylı notariat ofisində təsdiqlənmiş 12.02.2019-cu il tarixli bağışlanma müqaviləsindən görünür ki, İddiaçı2 özünün mülkiyyətində olan Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 56 C ünvanında yerləşən 0,0121 ha torpaq sahəsi və sahəsi 186,9 kv.m. olan fərdi yaşayış evini İddiaçı1 bağışlamışdır. Həmin vaxt satıcının mülkiyyət hüququnu təsdiq edən sənəd kimi əsas götürülmüş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışda, satılan evin və torpaq sahəsinin üzərində İddiaçı2 mülkiyyət hüququnun qeydiyyat tarixi 04.09.2018-ci il tarixi qeyd olunmuşdur.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 42. 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 43. 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qay da nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. 44. 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 45. 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 46. 146.2-ci maddəsində deyilir ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

47. Mülki Məcəllənin 140-cı mad dəsinin tələbinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

48. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

49. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi bu maddi hüquq normalarını tətbiq etməli olduğu halda, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********54 nö mrəli 14.04.2021-ci il tarixli sorğuya cavab məktubunu əsas tutmaqla səhv nəticəyə gəlmiş, iddianı rədd etmişdir.

50. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.

51. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və p rosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.07.2021-ci il tarixli, 2(103)-6355/2021 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar