Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-626/2019 01.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 01 fevral 2019-cu il İŞ№2(102) 626 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Şadıyev Ənvər Əhməd oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh üçüncü şəxslər Yasamal Rayon İcra Hakimiyyəti və qeyrilərinə qarşı mənzilə köçürülmətələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 avqust 2018-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜ ƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyul 2018-cı il tarixli qərardadı ilə (hakim A.Mirzəzadə) iddianın etirafı barədə cavabdehin ərizəsi təmin olunmamış, mülki işin icraatına məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 avqust 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən A.Hüseynov, hakimlər X.Cəmilova və İ.Xəlilov) Yasamal Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 avqust 2018-ci il tarixli qərardadının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı İddiaçı Cavabdeh, üçüncü şəxslər Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin Bakı şəhər ərazi idarəsi, Maliyyə Nazirliyinə qarşı iddia verərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evinin 1/9 hissəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışının gedişində iddiaçının paylı mülkiyyətində olan mənzilin digər paylı mülkiyyətçiləri X4 və X2 üçüncü şəxs qismind ə işə cəlb edilmişlər. Cavabdeh və üçüncü şəxslər X1 və X2 məhkəməyə yazılı ərizələr təqdim edərək, iddiaçının mübahisəli mənzilə köçürülməsinə etiraz etmədiklərini və iddianın təmin olunmasını xahiş etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə görə müvafiq olaraq iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evinə daxil olaraq öz hüquqlarını həyata keçirməsinə hər han sı mane yoxdur. Həmçinin, cavabdeh və paylı mülkiyyətin digər mülkiyyətçiləri olan üçüncü şəxslərin adından məhkəməyə ünvanlanmış ərizələrə əsasən, fərdi yaşayış evinə iddiaçının köçməsi ilə əlaqədar tərəflər arasında heç bir mübahisə yoxdur. İş materiallarından görünür ki, mübahisəli evin 1/9 hissəsi iddiaçının, 3/9 hissəsi cavabdehin, 4/9 hissəsi üçüncü şəxs X2nın və 1/9 hissəsi üçüncü şəxs X1nın paylı mülkiyyətindədir. İddiaçı tələbini həmçinin onunla əsaslandırmışdır ki, cavabdeh onu xüsusi mülkiyyətində olan evə buraxmır, bütün evi digər şəxslərə qanunsuz kirayəyə verib, evdə digər şəxslər yaşayır. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə mənzilin digər mülkiyyətçiləri, o cümlədən cavabdeh arasında mübahisəli evdən istifadə ilə bağlı hər hansı mübahisə yoxdur. Əksinə i ddiaçı evdə kirayə qalan şəxsləri cavabdeh və ya üçüncü şəxs kimi işə cəlb etmədiyi halda, hazırkı mübahisəyə aidiyyəti müəyyən edilməyən dövlət orqanlarını üçüncü şəxs qismində göstərmişdir. Sadalanan hallar isə bir daha təsdiq edir ki, iddia ərizəsinin verilməsinin əsasında mülkiyyətçilər arasında mənzildən istifadə ilə bağlı mübahisə deyil, başqa mübahisə durur. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardadın ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkə mə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 avqust 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Ələsgər Əliyev Sədrlik edən: Ələsgər Əliyev Hakimlər: Ənvər Şadıyev Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(102)-626/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-626/2019
01.02.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver