Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6269/2022 22.11.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdehlər Cavabdeh1,Cavabdeh2 Bahdur qızı,Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və ailəsinin ünvan 1 ünvanında yerləşən zəbt etdikləri 158/159 saylı mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı ş əhəri Qaradağ Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(002)731/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 2 ünvanında yerləşən 158/159 saylı mənzildən çıxarılmaları, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərə aid edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-731/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 iyul 2022-ci il tarixli, 2(103)4801/2022 nömrəli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova, F.Babayev, R.Eyvazov) Cavabdeh3 apellyasiya şikayəti təmin edi lməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(002)- 731/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Digər Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya kollegiyası hesab edir ki, Cavabdeh1 kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 şikayətinə əsasən iddia tələbinin təmin edilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında yoxlamış, apellyasiya şikayətini təmin etmədən, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən sax lamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyindən onun həmin hissədən kassasiya şikayəti vermək hüququ da yoxdur. MPM-nin 403.1-ci maddəsinə əsasən Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. MPM-nin 404-1.1. maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 404-1.2. maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 402, 404-1.2. maddəsini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4801/2022 nömrəli, 25 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Mülki iş kassasiya şikayətinin qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6269/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-6269/2022
22.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver