Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6271/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh2 və onun vəkili Şahbazov Tural Şamil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.06.2019-cu il tarixli, 2(103)4718/2019 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh1, İddiaçı və Cavabdeh2 kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İ mülki iş üzrə İddiaçı cavbdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış evindən çıxarılma və fərdi yaşayış evinin əşyalarının təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin əşyaları ilə birlikdə ona təhvil verilməsi, Cavabdeh2 vəkilə ödənilmiş vəsaitin əvəzi kimi 300 manat vəsaitin tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İİ mülki iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və İddiaçı qarşı “vurulmuş zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə aralarında bağlanmış 09.01.2018-ci il tarixli icrarə müqaviləsi ilə müəyyən edilmiş öhdəliyə xitam verilməsi, Cavabdeh2 müqavilənin icra edilməməsi məsuliyyətini daşıdığından 09.01.2018-ci il tarixli icarə müqavil əsi üzrə müəyyən olunmuş 40000 manat məbləğində vəsaitin Cavabdeh2 tutularaq ona ödənilməsi, icarə müqaviləsi əsasında iddiaçının istifadəsində olan daşınmaz əmlakın fəaliyyəti üçün əldə olunmuş mebel və avadanlıqların dəyərinin əvəzi olaraq 18825 manat məbləğində vəsaitin İddiaçı tutularaq ödənilməsi, maddi ziyan qismində 100000 manat məbləğində vəsaitin Cavabdeh2 və İddiaçı müştərək qaydada tutularaq ödənilməsi, müvafiq olaraq 40000, 18825 və 100000 manat məbləğində vəsaitlərin cavabdehlərdən alınıb ona ödənilməsinin 09.01.2018-ci il tarixli icarə müqaviləsi ilə müəyyən edilmiş öhdəliyə xitam verilərək iddiaçının ünvan 2 ünvanından çıxarılması və eyni vaxtda icra olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 30.08.2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6966/2018 saylı mülki işi Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-2814 saylı mülki işlə eyni icraatda baxılması üçün birləşdirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-208/2019 saylı 24 yanvar 2019-cu il tarixli qətnaməsi (hakim Ş.Z.Abdullayev) ilə İddiaçı iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh1 iddiasının qismən təmin edilərək, İddiaçı Cavabdeh1 xeyrinə mebel və avadanlıqların dəyərinin əvəzi olaraq 500 manat məbləğində pulun tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.A.Cəmilova, İ.K.Xəlilov və İ.Ə.Kərimli) 11.06.2019-cu il tarixli, 2(103)-4718/2019 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikay əti qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qətnaməsi qismən, iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı 40000 manat məbləğində pulun tutulması barədə iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilərək, Cavabdeh2 Cavabdeh1 xeyrinə 40000 manat məbləğində pul vəsaiti və 16 (on altı) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. İddiaçı Cavabdeh1, İddiaçı və Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı Cavabdeh1, İddiaçı və Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, İddiaçı Cavabdeh1 onun ləğv, iddianın tam təmin edilməsi, Cavabdeh2 onun ləğv, iddianın rədd edilməsi, İddiaçı onun apellyasiya şikayətinin təmin edildiyi hissədə ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. İddiaçılar Cavabdeh1 və İddiaçı kassasiya şikayətlərində işin halları sadalanmış və qanunvericilik normalarına istinad edərək hesab etmişdirlər ki, işin halları məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmişdir. Cavabdeh2 kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə sadəcə İddiaçı ərizəsi əsasında Səbail Rayon Məhkəməsinin iddianın təmin tədbiri barədə qərardadının Cavabdeh1 mənzildən zorla çıxarılması kimi qəbul etmişdir. Həmin qərardadda Cavabdeh1 mənzildən çıxarılması deyil İddiaçı istif adəsinə maneələrin aradan qaldırılması qərara alınmışdır. Beləliklə qərardadda çıxarılma yoxdur. Bu isə birbaşa Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin əsassız olmasına bariz sübutdur. Yəni məhkəmə istifadəyə maneələrin aradan qaldırılması termini ilə çıxarılma terminini qarışdırmışdır. Habelə, hazırki məhkəmə qətnaməsinin məntiqi ilə qərardad mənzildən zorla çıxarmaqdır bu halda belə qərardad onun ərizəsi əsasında deyil İddiaçı ərizəsi əsasında çıxarılmış və o, həmin iş üzrə cavabdeh qismində olmuşdur. Bu da Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin əsassız olmasını bir daha sübut edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Şahbazov Tural Şamil oğlu kassasiya şikayətini müdafiə edərək oinun təmin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 vəkilinin dediklərinə uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən digər tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 11.06.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı Şəhəri Səbai l Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qətnaməsini qismən ləğv edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,Bakı şəhəri, Səbail rayonu, V.Məmmədov küçəsində yerləşən 6 saylı ev Cavabdeh2 adına qeydiyyatda olduğundan icarəyə verən qismində onunla icarəçi Cavabdeh1 arasında 09.01.2018-ci il tarixli icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən icarəyə verən daşınmaz əmlakın paylı mülkiyyət üzrə ona məxsus olan hissəsindən Cavabdeh1 aylıq 400 manat icarə haqqı olmaqla icarəyə verməyi öhdəsinə götürmüş və icarə müddəti 09.01.2021-ci il tarixədək müəyyən edilmişdir. Qeyd olunan əmlak fərdi yaşa yış evi olsa da, qabaqcadan tərəflər arasında olan razılığa əsasən icarəyə götürən tərəfindən təmir və yenidənqurma işləri aparılmaqla «İnside Boutique» adlı 6 otaqlı otel şəklinə gətirilmiş, eyni zamanda təmir, biznes, reklam işləri və xərclərdən başqa otel zəruri çarpayı, kondisioner, televizor və sair mebel və avadanlıqlarla təmin olunmuşdur. Lakin sonradan Cavabdeh2 daşınmaz əmlakın paylı mülkiyyət üzrə ona məxsus olan hissəsini 26.07.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı 550000 manata satmışdır. Buna görə də cavabdeh İddiaçı nümayəndələri «İnside Boutique» adlı otel kimi fəaliyyət göstərən alqı-satqı predmeti olan daşınmaz əmlakın yerləşdiyi yerə gələrək otelin təşkil olunduğu daşınmaz əmlakı aldıqlarını bildirib, həmin alqı-satqı müqaviləsinin foto şəklini göstərə rək dərhal otelin fəaliyyətinin dayandırılmasını və oteldə olan məhz iddiaçıya məxsus əşyalarla birlikdə oteli cavabdeh İddiaçı təhvil verib oteldən çıxmağı tələb etmişlər. Eyni zamanda İddiaçı Cavabdeh1 qarşı “yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin əşyalarının iddiaçıya təhvil verilməsi” barədə məhkəmədə iddia şaldırmışdır. Həmin iş üzrə iddianın təmin tədbiri barədə 2(009)2814/2018 saylı 02.08.2018-ci il tarixli məhkəmə qərardadına əsasən mübahisəli fərdi yaşayış evindən İddiaçı istifadə hüquqlarına hər hansı müdaxilənin cavabdehlərə qadağan edilməsi və həmin evdə yerləşən bütün əşyaların üzərinə həbs qoyulması qərara alınmışdır. Qərardada əsasən verilmiş icra sənədinin icrası dəfələrlə təxirə salınmış, uzun sürən danışıqlardan sonra otelin fəaliyyətinin pozulacağını və böyü k bir biabırçılıq olacağını görən icarəçi Cavabdeh1 tələbkarın nümayəndəsi, habelə icra məmuru ilə birlikdə razılaşmışlar ki, müvafiq 10.08.2018-ci il tarixli akt tərtib etməklə icra sənədinin icrası müvəqqəti təxirə salınsın. 11.08.2018-ci il tarixdə Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsi, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış akta əsasən tərəflər “İnside Boutique” otel adı altında fəaliyyət göstərən və ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak daxilində Cavabdeh1 mebel və sair daşınmaz avadanlığın qiymətinin ümumilikdə 16500 manat həcmində qiymətləndirilməsi barədə razılığa gəlirlər. Mebel və sair daşınmaz avadanlığı Cavabdeh1 16500 manata satır, İddiaçı isə həmin məbləğin 16000 manatını hazırki akt imzalandığı anda ödəyir. Cavabdeh1 16000 manat məbləğində vəsaiti qəbul edi r və Yasamal rayon Məhkəməsində İddiaçı münasibətdə mebel və avadanlıqlarla bağlı irəli sürdüyü 18825 manat həcmində iddia tələbinin 500 manatadək azaldılmasını, habelə iddia tələbinin maddi ziyan qismində 100.000 manat məbləğində vəsaitin Cavabdeh2 və İddiaçı müştərək qaydada tutularaq Cavabdeh1 ödənilməsi ilə bağlı hissəsindən İddiaçı münasibətdə imtina etməyi öhdəsinə götürür. İddiaçı 18.08.2018-ci il tarixli bildiriş əsasında “İnside Boutique” otel adı altında fəaliyyət göstərən və ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakdan çıxmaqla bağlı tələbinə uyğun olaraq Cavabdeh1 həmin daşınmaz əmıakdan çıxır. Hazırki akt tərtib edilənədək tərəflər “İnside Boutique” adlı otel altında fəaliyyət göstərən daşınmaz əmlak daxilində təftiş apararaq razılığa gəlmişlər ki, otelin fəaliyyəti və onun da xilində olan əşyalarla bağlı tərəflərin bir-birinə qarşı 500 manat məbləğində iddia tələbi istisna olmaqla hər hansı digər bir tələbləri yoxdur. Hazırki akt imzalandığı andan otelin bütün fəaliyyəti, o cümlədən müvafiq dövlət və digər qurumları qarşısında məsuliyyət Cavabdeh1 tərəfindən İddiaçı ötürülür, İddiaçı isə oteli, habelə onun fəaliyəti ilə bağlı bütün öhdəlik və vəzifələri öz üzərinə götürür. İddiaçı Cavabdeh1 qarşı hazırki akt tərtib edilərək imzalandığı tarixədək irəli sürdüyü iddia tələblərindən imtina edir, habelə gələcəkdə Cavabdeh1 qarşı “İnside Boutique” adlı otel altında fəaliyyət göstərən daşınmaz əmlakla bağlı hər hansı iddia tələbi ilə müraciət etməyəcəyini öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakıları qeyd etmişdi r. Yuxarıda da göstərildiyi kimi, Cavabdeh1 icarəyəverən Cavabdeh2lə bağladığı icarə müqaviləsinə əsasən icarəyə götürdüyü daşınmaz əmlakdan (sonradan “İnside Boutique” adlı otel altında fəaliyyət göstərən daşınmaz əmlakdan) çıxmasına səbəb yeni mülkiyyətçi İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi deyil, İddiaçı Cavabdeh1 qarşı məhkəmədə qaldırdığı “yaşayış evindən çıxarılma və fərdi yaşayış evinin əşyalarının iddiaçıya təhvil verilməsi” barədə iddiası üzrə iddianın təmin tədbirinə dair çıxarılmış 2(009)-2814/2018 saylı 02.08.2018-ci il tarixli məhkəmə qərardadının icrası ilə bağlı ona edilmiş təzyiqlər olmuşdur. Hansı ki, belə təzyiqlərin edilməsi həm onun İİ mülki iş üzrə qaldırdığı iddianın, həm də apellyasiya şikayətinin, həmçinin 11.08.2018-ci il tarixdə tərtib e dilmiş aktın məzmununda da öz əksini tapır. Qeyd olunmalıdır ki, 2(009)-2814/2018 saylı 02.08.2018-ci il tarixli məhkəmə qərardadına əsasən mübahisəli fərdi yaşayış evindən İddiaçı istifadə hüquqlarına hər hansı müdaxilənin cavabdehlərə qadağan edilməsi və həmin evdə yerləşən bütün əşyaların üzərinə həbs qoyulması qərara alındığı üçün həmin qərardada əsasən verilmiş icra sənədinin icrası ilə əlaqədar yeni mülkiyyətçi bir neçə şəxslə daşınmaz əmlakın yerləşdiyi əraziyə gəlib icarəçi Cavabdeh1 oradan çıxarılmasını tələb etmiş, buna görə də sonuncu otelin fəaliyyətinin faktiki olaraq qeyri-mümkün olması səbəbindən yeni mülkiyyətçi İddiaçı ilə yuxarıda adı çəkilən aktı imzalayıb, icarəyə götürdüyü sahəni tərk etmək məcburiyyətində qalmışdır. Belə ki, tərəflər arasında imzalanmış 11.08.2018-ci il tarixli aktın da məzmunundan aydın şəkildə görünür ki, «İddiaçı 18.08.2018-ci il tarixli bildiriş əsasında “İnside Boutique” otel adı altında fəaliyyət göstərən və ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakdan çıxmaqla bağlı tələbinə uyğun olaraq Cavabdeh1 həmin daşınmaz əmlakdan çıxır.» Məhkəmə kollegiyası onu da düzgün olaraq qeyd etmişdir ki, işdə olan Cavabdeh2 ilə İddiaçı arasında 26.07.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin 8-ci bəndində nəzərdə tutulmuşdu ki, «Satıcı» «Alıcı»ya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir (700.1). Əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür (675). Bütün kirayə müddəti ərzində kirayəyə verən üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir, buna görə məsuliyyət daşıyır (676.0.3). Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır (699.1). Kirayəyə verilən əşya kirayəçiyə verildikdən so nra üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə, əgər bunların həyata keçirilməsi nəticəsində kirayəçi müqaviləyə uyğun istifadədən məhrum olarsa, bu Məcəllənin 699.1-ci maddəsi müvafiq surətdə tətbiq edilir. Əgər üçüncü şəxslərin hüquqları və iddiaları müqaviləyə uyğun istifadəyə mane olursa, kirayəçi bu hüquqların və iddiaların həyata keçirilməsinin qadağan olunmasını tələb etmək hüququna malikdir (699.4). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Hazırki işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 m ülkiyyətində olan, o cümlədən Cavabdeh1 icarə hüququ ilə yüklü olan daşınmaz əmlakı alqı-satqı etdikdən sonra əldə edən İddiaçı mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olduğu halda, Cavabdeh1 ilə kirayə hüquq münasibətlərini davam etdirmək arzusunda olmamış, belə ki, sonuncuya qarşı məhkəmədə qadırdığı iddia üzrə iddianın təmin tədbiri barədə ərizəsi əsasında qəbul edilmiş 2(009)-2814/2018 saylı 02.08.2018-ci il tarixli məhkəmə qərardadına əsasən mübahisəli fərdi yaşayış evindən İddiaçı istifadə hüquqlarına hər hansı müdaxilənin Cavabdeh1 qadağan edilməsi və həmin evdə yerləşən bütün əşyaların üzərinə həbs qoyulması qərara alınmışdır. Nəticədə əldə edən olaraq İddiaçı kirayə hüquq münasibətləri üz rə öz öhdəliklərini yerinə yetirmədiyindən və kirayəçi Cavabdeh1 müqaviləyə uyğun istifadədən məhrum olunduğu üçün sonuncuya əvəzi ödənilməli zərər üçün mülki qanunvericiliyin tələblərinə uyğun olaraq kirayəyə verən Cavabdeh2 məsuliyyəti yaranmışdır. Bu baxımdan məhkəmə kollegiyası düzgün olaraq hesab etmişdir ki, Cavabdeh2 icarə hüququ ilə yüklü edilmiş daşınmaz əmlakını İddiaçı satmaqla, İddiaçı isə əldə edən olaraq kirayə hüquq münasibətlərini davam etdirmək arzusunda olmayıb, məhkəmə qərardadı ilə icarədə olan və eyni zamanda ona satılmış daşınmaz əmlaka müdaxilənin kirayəçi Cavabdeh1 qadağan edilməsi, həmin evdə olan əşyalar üzərinə həbs qoyulması ilə kirayəçinin hüquqlarının məhdudlaşdırılmasına nail olduğundan və kirayə verən kimi öz öhdəliklərini yerinə yetirmədiyindən icarə müqavi ləsi Cavabdeh2 tərəfindən pozulmuş hesab edilir. Belə olan halda, 09.01.2018-ci il tarixli icarə müqaviləsinin 3-cü bəndinin 2-ci yarımbəndində qeyd olunmuşdu ki, əgər icarəyə verən müqaviləni pozarsa, həmin daşınmaz əmlakın icarəyə götürülməsi ilə bağlı (təmir, biznes, reklam işləri və sair xərclər) çəkilmiş xərclərin əvəzi olaraq 40000 manat icarəçiyə (müqavilədə texniki səhv olaraq «icarəyə verən» göstərilmişdir) ödəməyi öhdəsinə götürür. Qeyd olunan bəndin müqaviləyə daxil edilməsi ilə icarəyəverən bir növ daşınmaz əmlakın icarəyə götürülməsi ilə bağlı icarəçi tərəfindən təmir, biznes, reklam işləri və sair xərclərin çəkildiyi faktını təsdiqləmiş və sonradan bunu məhkəmə icraatı zamanı da mübahisələndirməmişdir. Bu hal iddiaçı Cavabdeh1 müqavilənin sözügedən bəndində nəzərdə tutulan tə mir, biznes, reklam və s. işlərin görülməsi ilə bağlı həqiqətən də xərclərin çəkildiyini təsdiq edən sübutları təqdim etmək vəzifəsindən azad edir. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı icarə müqaviləsində nəzərdə 40000 manat pul tələbi iddiası əsaslı olduğundan təmin edilməlidir. O ki qaldı Cavabdeh2 «Cavabdeh1 ilə əvvəl bağlanmış icarə müqaviləsində 40000 manat vəsaitin ödənilməsi barədə bəndin göstərilməsinə baxmayaraq, sonradan həmin müqaviləyə düzəliş edilməsi və bu barədə bəndin artıq müqavilədə nəzərdə tutulmaması» barədə dəlilinə, məhkəmə kollegiyası həmin dəlili əsassız hesab edərək düzgün olaraq qeyd etmişdir ki, əvvəla iş materiallarından da müəyyən olunur ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında ilk dəfə icarə müqaviləsi notariat orqanında 09.01.2018-ci il tarixdə bağlanmış, sonradan bağlanmış icarə müqaviləsinin tarixi isə «01.03.2018-ci il» kimi qeyd olunsa da (bu müqavilə notariat orqanı tərəfindən təsdiq olunmamışdır), həmin müqavilənin arxasında imza yerindən aşağıda tarix “09.01.2018» göstərilmişdir. Bu da belə qənaətə gəlməyə əsas verir ki, tərəflər arasında icarə münasibətləri məhz 09.01.2018-ci il tarixdə notarial qaydada imzalanmış icarə müqaviləsinin şərtləri daxilində həyata keçirilmişdir. Belə ki, istər işə birinci, istərsə də apellyasiya qaydasında baxılarkən Cavabdeh2 tərəflər arasında məhz 01.03.2018-ci il tarixli icarə müqaviləsinin qüvvədə olduğu və icarə münasibətlərinin də məhz həmin müqavilənin şərtləri daxilində həyata keçirildiyini təsdiq edə biləcək hər hansı sübutu təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2). Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətinin dəlil ləri ilə kollegiya razılaşmayraq qeyd edir ki, istinad edilən qərardadda Cavabdeh1 mənzildən çıxarılması deyil, İddiaçı istifadəsinə maneələrin aradan qaldırılmasından ibarət olması işin mahiyyətini dəyişmir. Belə ki, hər iki hal icarə münasbətləri üzrə müəyyən edilmiş öhdəliklərin pozulmasını ehtiva edir ki, bu da müqavilə üzrə müəyyən edilmiş cərimə məbləğinin ödənilməsi əsası kimi çıxış edir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh1, İddiaçı və Cavabdeh2 kassasi ya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.06.2019-cu il tarixli, 2(103)-4718/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6271/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6271/2019
09.10.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver