Məhkəmə qərarları › İş №2(102)-6273/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6273/2021

09.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6273/2021 09.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeha qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1839/2021 nömrəli iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıla rı müəyyən etdi: İşin halları Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2019-cu il tarixli 2(060)-5143/2019 saylı qətnaməsinin məzmunundan görünür ki, İddiaçı iləa qızı arasında bağlanmış 04.11.2011ci il tarixli nikah pozulmuş, 29.08.2012-ci il təvəllüdlü X3 və 15.12.2015-ci il təvəllüdlü X4 08.02.2010-cu il təvəllüdlü X10 və 07.11.2008-ci il təvəllüdlü X15 anasıa qızının yanında qalmaları qət edilmişdir. Kimyaçılar qəsəbəsi üzrə 2 saylı Məhəllə Komitəsinin 25.11.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında 2003-cü ildən yaşayıb. Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin «Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» 17.04.2020-ci il tarixli qərarının məzmunundan görünür ki, İddiaçı ərizəsi əsasında aparılmış araşdırma zamanı X1 izahat verərək göstərmişdir ki, keçmiş həy at yoldaşı İddiaçılə birgə yaşadıqları müddətdə anası Kübraya məxsus torpaq sahəsində tikdikləri evin rəsmi sənədi olmadığına görə əmlak bölgüsü ilə bağlı məhkəmə proses davam edir, Daşqın onu evə buraxmadığına görə uşaqları ilə birlikdə anasının yanında yaşamış, təxminən 4 ay əvvəl Daşqın evin giriş və həyət qapısının açarının birini ona vermiş, son günlər o, uşaqları ilə birlikdə həmin evdə yaşamaq məqsədi ilə evin giriş və həyət qapılarının qıfılını dəyişdirmişdir. Daşqınla boşandığına görə həmin evdə Daşqınla birgə yaşasalar gələcəkdə xoşagəlməz hallar baş verməməsi üçün, Daşqından ehtiyat etdiyi üçün evin qapılarının açarını dəyişdiyini göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeha qızına qarşı “mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən 1009 saylı fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 04.11.2011-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş və onların birgə nikahdan 29 avqust 2012-ci il təvəllüdlü qızı X3 və 15 dekabr 2015-ci il təvəllüdlü qızı X4 anadan olmuşdur. O, ata mülkünü sataraq Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən sahəsi 1 sot torpaq sahəsi almış və həmin torpaq sahəsi üzərində 35000 manat vəsait sərf etməklə 3 otaqlı fərdi yaşayış evi inşa etmiş və həmin evə qaz, işıq və su sayğacları qoyulmuş, bütün bu kommunal xidmət sahələri onun adına sənədləşdirilmişdir. Lakin cavabdehlə arala rında münasibətlər pozulmuş və məhkəmədə ona qarşı nikahın pozulması barədə iddia qaldırmış və Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2019-cu il tarixli 2(060)-5143/2019 saylı qətnaməsinə əsasən iddia təmin edilməklə aralarında bağlanmış nikah ləğv edilmiş, ondan hər iki uşağa 320 manat sabit pul məbləğində aliment tutulmuşdur. Boşandıqdan sonra da o, qeyd edilən fərdi yaşayış evində yaşamış, lakin cavabdeh 07.04.2020-ci il tarixdə evin çöl giriş-çıxış qapısının açarını dəyişməklə onu evə buraxmamış, cavabdeh və anası onu hədələmiş, polisə şikayət edəcəklərini bildirmiş və bu səbəbdən də o, həmin gecəni avtomaşında gecələmiş, səhərisi günü isə DİN-nin 102 xidmətinə şikayət etmişdir. Bu məsələ ilə bağlı Sumqayıt şəhər Pİ-nin 2-ci Polis Bölməsində araşdırma aparılmış və həmin vaxt cavabdeh öz ü də qapının açarını dəyişdiyini və onu evə buraxmadığını etiraf etmişdir. Ona həmin vaxt izah edilmişdir ki, o həmin evə köçürülmə ilə bağlı məhkəməyə müraciət etməlidir. Mübahisəli fərdi yaşayış evi onun tərəfindən inşa edilmiş və kommunal xidmət sahələri (qaz, işıq, su) onun adına qeydə alınmış və tərəfindən bu xidmətlərə görə ödənişlər aparılmışdır. Mübahisəli fərdi yaşayış evindən qovulduğu üçün o, başqa ünvanlarda müvəqqəti sığınacaq tapmaq məcburiyyətində qalmışdır, çünki onun yaşamağa başqa bir daimi yaşayış yeri yoxdur. Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova, iş № 2(060)-1528/2021) iddia təmin edilərək, İddiaçı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən 1009 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Birinci inst ansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, həmin ev mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Bu halı iş üzrə toplanmış sübutlar təsdiq edir. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, iddiaçı tərəfin də həmin şərtlər daxilində evdə yaşamaq hüququ vardır, iddiaçı tərəfin mübahisəli evdən öz iradəsindən asılı olmayan səbəbdən çıxması onun həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. Odur ki, iddiaçı həmin mübahisəli tikilini cavabdehlə birlikdə inşa etdiyindən, həmin tikilidə onunla birlikdə yaşadığından və cavabdehlə birgə təsərrüfatın idarə edilməsində iştirak etdiyindən həmçinin mübahisəli ev iddiaçının yeganə yaşayış yeri olduğundan onun Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair iddiası təmin edilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov, iş № 2(105)-1839/2021) cavabdeha qızı və işə cəlb edilməyən, lakin qətnamə maraqlarına toxunan şəxs X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1528/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdeha qızına qarşı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 1009 saylı fərdi yaşayış evinə köçürülmə tələbinə dai r iddiasının təmin olunması, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı tutularaq işə cəlb edilməyən, lakin qətnamə maraqlarına toxunan şəxs X5 qaytarılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflərin mübahisə obyektinə çevirdiyi iki fərdi yaşayış evi vardır. Hər iki ev özbaşına tikilidir, qonşuluqda yerləşir. İddiaçı köçmək istədiyi evi birgə nikah dövründə tikdiklərini, həmin evin qonşuluğunda yerləşən evin isə qardaşına məxsus olduğunu bildirir. Əksinə, cavabdeh və qətnamə maraqlarına toxunan şəxs qonşuluqda yerləşən evin İddiaçı iləa qızının birgə nikah dövründə tikdirdikləri ev olduğunu, iddiaçının iddia etdiyi evin isə cavabdehin anasına məxsus olduğunu, həmin evin cavabdehin anası Kübra Babayevaya ərinin faciəli vəfatı səbəbilə ödənilmiş kompensasiya hesabına inşa edildiyini bildirirlər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Onun sübutları mötəbər və legitim olmayıb, əsaslı şübhələrdən kənar deyildir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İH Memarlıq və Şəhərsalma İdarəsinin İddiaçı göndərdiyi 14 avqust 2018-ci il tarixli, M-99 saylı məktub, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində 53,43 kv.metr sahədə 1 mərtəbəli tikilinin inşası ilə bağlı eskiz layihə, o cümlədən tərəflərin təqdim etdiyi fotoşəkillər onu deməyə əsas verir ki, tərəflərin birgə nikah dövründə tikdirdikləri ev heç də iddiaçının köçmək istədiyi ev deyil, qonşuluqda yerləşən birmər təbəli evdir. Doğrudur, iddiaçı həmin evin qardaşına məxsus olduğunu bildirsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, özbaşına tikili olsa belə, nə qədər ki, torpaq sahəsi və mübahisəli ev tərəflərin birgə nikahı dövründə və vəsaitləri hesabına əldə edilməyib, iddiaçının həmin tikiliyə münasibətdə iqtisadi marağı formalaşa bilməz. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhz bu səbəbdən iddiaçı oradan istifadə edə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2021-ci il tarixli 2(105)-1839/2021 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd edilir ki, məhkəmə kollegiyası öz subyektiv mülahizələrinə uyğun olaraq mübahisəli evin tərəflərin birgə nikahı dövründə və vəsaitlər hesabına əldə edilməyi, iddiaçının həmin tikiliyə münasibətidə iqtisadi marağının formalaşmadığını və məhz bu səbəbdən iddiaçının oradan istifadə etməsinin mümkünsüz olmasını göstərmişdir. Məhkəmə qeyd olunan halları (cavabdehin anası Kübra Babayevaya ərinin faciəli vəfatı səbəbilə ödənilmiş kompensasiya hesabına evin inşa edilməsi, iddiaçının iddia etdiyi evin isə cavabdehin anasına məxsus olması, guya İddiaçı öz iddiasının əsasını sübut edə bilməməsi, əksinə cavabdehin öz iddiasının dəlillərini sübut edə bilməsi kimi) öz şəxsi mülahizələrinə uyğun olaraq sadalamaqda kifayətlənmiş, qeyd olunan ifadələr isə heç bir maddi hüquq normasına söykənməmiş və bu hallar faktiki olaraq sübuta yetirilmir. Sadalanan hallarla bağlı işdə heç bir sübut yoxdur. İddiaçının iddiası formal mülahizələrə əsaslanmamaqla yanaşı həm də, sübutlarla təsdiq olunur. Belə ki, Kimyaçılar qəsəbəsi üzrə 2 saylı Məhəllə Komitəsinin 25.11.2020-ci il tarixli arayşından görünür ki, İddiaçı ünvan 3 ünvanında 2003-cü ildən yaşayıb. Sumqayıt şəhər Pİ-nin 2-ci PB-in «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 17.04.2020-ci il tarixli qərarının məzmunundan görünür ki, İddiaçı ərizəsi əsasında aparılmış araşdırma zamanı X7 izahat verərək göstərmişdi r ki, keçmiş həyat yoldaşı İddiaçılə birgə yaşadıqları müddətdə anası Kübraya məxsus torpaq sahəsində tikdikləri evin rəsmi sənədi olmadığına görə əmlak bölgüsü ilə bağlı məhkəmə prosesi davam edir. Daşqın onu evə buraxmadığına görə uşaqları ilə birlikdə anasının yanında yaşamış, təxminən 4 ay əvvəl Daşqın evin giriş və həyət qapısının açarının birini ona vermiş, son günlər o, uşaqlari ilə birlikdə evdə yaşamaq məqsədi ilə evin giriş və həyət qapısının qıfılını dəyişdirmişdir. Daşqınla boşandığına görə həmin evdə Daşqınla birgə yaşasalar gələcəkdə xoşagəlməz hallar baş verməməsi, Daşqından ehtiyat etdiyi üçün evin qapılarının açarını dəyişmişdir. Bu hallar sübut edir ki, tərəflər birgə nikahda olduqları müddətdə Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində yerləşən torpaq sahəsində fərdi yaşay ış evi inşa edilərək birlikdə yaşamışlar. Sonradan tərəflər arasında ailə münasibətləri pozulmuş, iddiaçı həmin tikiliyə cavabdeh tərəfindən buraxılmamışdır. Həmçinin, şahidlər dindirilmiş və hər biri ifadəsində mübahisəli evin Daşqının inşa etdiyini və orada Daşqının və ailəsinin bir yerdə yaşadıqlarını bildirmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, qətnamənin tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinə münasibətdə tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.1.1-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. 11.1.-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericili k normaları tətbiq edilir (qanunun analogiyası). 11.2. -ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 180.1. –ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. –ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. –cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qay dalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 12.3-cü maddəsinə əsasən sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 14.1-ci maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qa biliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2-ci maddəsində göstərilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad et diyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci madəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin istinad etdiyi dəlillər üzrə tam araşdırma aparmamış və işdə olan s übutlara Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsi baxımından qiymət verməmişdir. Belə ki, tərəflər arasında yaranmış hazırkı mübahisə yaşayış sahəsinə köçürülmə ilə əlaqədardır. İddiaçı cavabdehlə birgə yaşadıqları müddətdə torpaq sahəsi alaraq Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 1009 saylı fərdi yaşayış evi tikdiklərini, həmin evdə yaşamaqla ümumi təsərrüfat apardıqlarını, cavabdeh isə evin tikildiyi torpaq sahəsinin və tikilnin 3-cü şəxsə aid olmasını, iddiaçının iddia etdiyi tikilinin köçmək istədiyi ev olmamasını, tikilinin 3-cü şəxsin vəsaiti əsasında tikilməsini göstərir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, «… hazırki halda sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bi lməmişdir. Onun sübutları mötəbər və legitim olmayıb, əsaslı şübhələrdən kənar deyildir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İH Memarlıq və Şəhərsalma İdarəsinin İddiaçı göndərdiyi 14 avqust 2018-ci il tarixli, M-99 saylı məktub, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində 53,43 kv.metr sahədə 1 mərtəbəli tikilinin inşası ilə bağlı eskiz layihə, o cümlədən tərəflərin təqdim etdiyi fotoşəkillər onu deməyə əsas verir ki, tərəflərin birgə nikah dövründə tikdirdikləri ev heç də iddiçının köçmək istədiyi ev deyil, qonşuluqda yerləşən birmərtəbəli evdir. Doğrudur, iddiaçı həmin evin qardaşına məxsus olduğunu bildirsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Cavabdeh, həmçinin qətnamə maraqlarına toxunan şəxs K. Babayeva apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmişlər. Məhkəmə kollegiyası hesab edir ki, özbaşına tikili olsa belə, nə qədər ki, torpaq sahəsi və mübahisəli ev tərəflərin birgə nikahı dövründə və vəsaitləri hesabına əldə edilməyib, iddiaçının həmin tikiliyə münasibətdə iqtisadi marağı formalaşa bilməz. Məhkəmə kollegiyası hesab edir ki, məhz bu səbəbdən iddiaçı oradan istifadə edə bilməz.» Şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, dəqiq tarixi ona məlum olmasa da, təxminən 2 il əvvəl Seyfəddin adlı usta yoldaşı ilə birlikdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisində usta kimi iştirak etmişdir. Evin tikintisi ilə bağlı Daşqının atası ilə danışıqlar aparılmışdır. Tikinti aparıldığı müddətdə onlara Daşqın nəzarət etmişdir. Ev 5 daş üstündə tikilib, 3 otaq, 1 mətbəxdən ibarət olub. Daşqını evin tikintisi ilə bağlı tanıyıb, əvvəl hər hansı bir tanışlıqları olmamışdır. Şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, iş üzrə tərəfləri tanıyır, Səbinə ilə bir yerdə oxumuşlar. Özü usta fəaliyyəti ilə məşğul olaraq santexnika işləri yerinə yetirir. Təxminən 2013-cü ilin axırlarında Daşqının atası evə su çəkilməsi lazım olduğu üçün onu çağırmış, o da Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən fərdi yaşayış evinə su çəkmişdir. Evə su çəkən zaman orada yaşayış olmamışdır. Ona məlum olduğu qədərilə ev Daşqının evi olub. Həmin vaxt Daşqın evli idi, atasının evində yaşayırdı. Atasının evi bina evi idi, sonradan eşitmişdir ki, Daşqıngil həmin bina evini satdıqdan s onra hazırki sənədsiz evi tikib, oraya köçüb yaşamağa başlamışdır. Bir dəfə Daşqın kombini təmizləmək üçün onu evə çağrımış, həmin vaxt Daşqının ailəsi ilə birlikdə orada yaşadığını görmüşdür. Şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, iddiaçı Daşqını məhəllə uşağı kimi 15 ildir ki, tanıyır. Sumqayıt şəhəri, S.Vurğun küçəsində bir evdə qalıblar. Təxminən 2 il bundan əvvəl Daşqının Kimyaçılar qəsəbəsində yerləşən evində tamet daşları vurma və beton işlərini görmüşdür. Həmin vaxt evdə yaşayış olmuşdur. Hazırda isə Daşqının ailəsi orada yaşayır, özü isə kirayədə qalır. Kimyaçılar qəsəbəsi üzrə 2 saylı Məhəllə Komitəsinin 25.11.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında 2003-cü ildən yaşayıb. Sumqayıt şəhər Pİ-nin 2-ci PB-in «cinayət işinin başlanmasını n rədd edilməsi haqqında» 17.04.2020-ci il tarixli qərarının məzmunundan görünür ki, İddiaçı ərizəsi əsasında aparılmış araşdırma zamanı X7 izahat verərək göstərmişdir ki, keçmiş həyat yoldaşı İddiaçılə birgə yaşadıqları müddətdə anası Kübraya məxsus torpaq sahəsində tikdikləri evin rəsmi sənədi olmadığına görə əmlak bölgüsü ilə bağlı məhkəmə prosesi davam edir. Daşqın onu evə buraxmadığına görə uşaqları ilə birlikdə anasının yanında yaşamış, təxminən 4 ay əvvəl Daşqın evin giriş və həyət qapısının açarının birini ona vermiş, son günlər o, uşaqlari ilə birlikdə evdə yaşamaq məqsədi ilə evin giriş və həyət qapısının qıfılını dəyişdirmişdir. Daşqınla boşandığına görə həmin evdə Daşqınla birgə yaşasalar gələcəkdə xoşagəlməz hallar baş verməməsi, Daşqından ehtiyat etdiyi üçün evin qapılarını n açarını dəyişmişdir. Bu hallar sübut edir ki, tərəflər birgə nikahda olduqları müddətdə Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində yerləşən torpaq sahəsində fərdi yaşayış evi inşa edilərək birlikdə yaşamışlar. Sonradan tərəflər arasında ailə münasibətləri pozulmuş, iddiaçı həmin tikiliyə cavabdeh tərəfindən buraxılmamışdır. Həmçinin, şahidlər dindirilmiş və hər biri ifadəsində mübahisəli evin Daşqının inşa etdiyini və orada Daşqının və ailəsinin bir yerdə yaşadıqlarını bildirmişlər. Göstərilən sübutların məcmusu aşkar olaraq müəyyən edir ki, tərəflərin birgə nikahda olduqları müddətdə yaşayış yeri kimi istifadə edilməsi üçün tikili tikilmiş və həmin tikilidə iddiaçı ilə cavabdeh öz uşaqları ilə yaşamışlar. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərək yuxarıda istinad olunan nəticəyə gələrkən iddiaçı tərəfin təqdim etdiyi sübutlara qiymət verməmiş, əksinə iddiaçı tərəfin sübutlarının mövcud olmamasını qeyd etmişdir. Kassasiya şikayətində iddiaçı tərəf iki sübuta istinad edir, (hansı ki həmin sübutlar iş materillarında mövcud olmuşdur) köçmək istədiyi evin cavabdeh tərəfindən istifadə edildiyini və məhz onun tərəfindən tikilidən istifadənin məhdudlaşdırıldığını göstərir. Lakin apellyasiya instansiyası məhkəməsi iddia tələbində göstərilən ünvanda yerləşən evlə cavabdeh tərəfin göstərdiyi evin eyni ev olması ilə bağlı heç bir araşdırma aparmamış, yalnız cavabdeh və üçüncü şəxsin izahatlarına (hansı ki, həmin izahatlarda göstərilənlər hər hansı digər sübutla təsdiq olunması müəyyən edilmir) əsaslanmaqlı iddianı əsassız hesab etmişdir. Azərbaycan Respublikası Konst itusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, "Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz". Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Hazırki, iş üzrə tərəflərin iddia və etirazlarının dəlili kimi istinad etdiyi hallar üzrə verdikləri izahatları və təqdim olunmuş sübutları MPM-in 88 və 106.1-ci maddəsinin tələbinə uyğun qiymətləndirilməsi üçün yerli baxış keçirilməsi, torpaq sahəsində hazırda neçə evin mövcud olması, bu evlərin kim (və ya kimlər) tərəfindən inşa edilməsi, onlardan hansında tərəflərin birgə nikah dövründə yaşamaları, iddiaçının və cavabdehin, hətta üçüncü şəxsin əmlaklarının hansı evdə olması aydınlaşdırıldıqdan sonra iddia tələblərinə mövcud qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Digər tərəfdən iddiaçı təqdim etdiyi cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarda göstərilən cavabdehin izahatına istinad edir. Həmin izahatda cavabdeh tərəf göstərir ki, iddiaçı ilə birgə nikah müddətində anasına məxsus torpaq sahəsində ev tikmişlər, orada yaşamışlar, münasibətləri pozulduqdan sonra evin açarlarını iddiaçıdan almış və iddiaçı ilə münasibətlərinin gərgin olması səbəbində həmin evdə birlikdə yaşamalarını mümkünsüz hesab edir. Eyni zamanda cavabdeh göstərir ki, iddiaçı ilə həmin evə dair əmlak mübahisələri mövcuddur. Görünən odur ki, cavabdehin istinad olunan izahatı ilə məhkəmə iclaslarında verdiyi izahatlar arasında iş üçün əhəmiyyətli olan halları üzrə kəskin fərqlər var və ziddiyyətlidir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi həmin izahatlar arasında yaranmış ziddiyyətin yaranma səbəblərini araşdırmalı və müvafiq olaraq müəyyən etdiyi halları işdə olan digər sübutlarla birlikdə qarşılıqlı olaraq qiymətləndirməli idi, lakin belə qiymətləndirmənin aparılmasını təmin etməmişdir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının tələblərinin qanuni əsasını təsdiq edən heç bir mötəbər sübut təqdim etməməsinə istinad etsə də, faktiki olaraq iddiaçının yaşadığı evin kimə məxsus olmasını (kim tərəfindən inşa edilməsini ) iddiaçının orada nə vaxtdan və hansı əsaslarla yaşamasına dair dəlilləri üzrə araşdırma aparmamış, cavabdehin apellyasiya şikayətinin dəlillərinə və təqdim etdiyi sübutlarına isə ümumiyyətlə hüquqi qiymət verməmişdir. İddiaçının kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, iddiaçının kassasiya şikayəti təmin edilməlidir. İşin yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda qeyd olunan bütün halları qanunla müəyyən olunmuş qaydada araşdırmalı, Azərbaycan Respublikası MPM-nin 14.1ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, araşdırılan sübutlara isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tuta raq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1839/2021 nömrəli iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar